Search is not available for this dataset
text
stringlengths
10
518k
15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi günüdür və ona görə də təklif edənlər həmin günü seçiblər.
Mən belə siyasiləşdirilməni istəmirəm.
Həmin günü biz Bakının azad edilməsi günü kimi və ya Milli hökumətin Gəncədən Bakıya köçməsi günü kimi qeyd edə bilərik.
Şəhərsalma, gigiyena, ekologiya siyasətə aid olmamalıdır.
Mən Bakının xüsusi bir gününün olmamasından əziyyət çəkmirəm.
Bundan daha pisi Bakı şəhər muzeyinin olmamasıdır.
Bu daha dərin mənalı bir şeydir və ilboyu fəaliyyət göstərəndir.
- Siz həmçinin Bakının etnik tərkibini araşdırmaqla yanaşı, ayrı-ayrı xalqların nümayəndələrinin Bakının tarixində rolunu tədqiq etmisiniz.
Onların adlarının əbədiləşdirilməsi ideyasına necə baxırsınız?
- Sovet sistemindən əvvəlki Bakı böyük bir etnik konqlomerat idi və hər bir etnosun özünün sahəsi var idi.Bir sıra hallarda elə də böyük olmayan icma Bakının mədəni simasına böyük təsiri var idi.Məsəl üçün, yəhudi icması 1914-cü il üçün şəhər əhalisinin 4,5 faizini təşkil edirdi, amma bu 4,5 faiz həkimlərin 40, vəkillərin isə 30 faizindən çoxunu təşkil edirdi.
Mənim fikrimcə, Bakının mühitini formalaşmasında görkəmli rolları olan insanların adı hansısa formada əbədiləşdiriməlidir.
Mən ümumiləşdirməni heç cür başa düşə bilmirəm.
Bakının mərkəzində “Lukoyl” neft-qaz şirkətinin yerləşdiyi kiçik bir küçə “polyak memarlar küçəsi” adlanır.
Həmin küçə 3-4 binadan ibarətdir.
Mənim fikrimcə, belə bir qeyri-ciddi fərqləndirmədənsə, həmin o memarları ayrı-ayrılıqda qeyd edib, kiçik büstlərini qoymaq olardı.
Fəxri xiyabana getsəniz, orada fantastik abidələr görə bilərsiniz.
Bakının formalaşmasında xüsusi rolu insanların oradakı abidələrinin kiçik surətlərinin şəhərin müxtəlif parklarında yerləşdirilməsinə nə mane olur ki?
Bizə nəhəng, monumental heykəllər lazım deyil.
Sadəcə olaraq abidələrin savadlı şəkildə şəhərdə yerləşdirilməsini düşünmək lazımdır.
Çox gözəl bir abidəni uğursuz yerləşdirməklə onu korlamaq olar.
Maestro Niyazinin heykəlini yerləşdirərkən, elə bil tələb qoyulub ki, abidəni bacardıqca gizlətmək lazımdır.
Əgər belə bir vəzifə var idisə, onun öhdəsindən 100 faiz gəliblər və həmin abidəni heç kim görmür.
Amma inanmıram ki, kimsə belə bir tapşırıq versin.
Fuad Əbdülrəhmanovu yada salaq.
O, Azad qadın, Səməd Vurğun, Nizami, Mehdi Hüseynzadə heykəllərinin müəllifidir.
Fuad Əbdürrəhmanov gözəl heykəltaraş idi.Amma onun hər bir işinin arxasında memar Mikayıl Hüseynov dayanır.
Gözəllik ondursa, onun doqquzu dondur.
Əgər Mikayıl Hüseynov həmin heykəlləri şəhərdə uğurlu yerləşdirməsəydi, Fuad Əbdürrəhmanovun işləri görkəmli olmazdı.
Bəs əslən bakılı Rixard Zorgenin heykəli?
Görün onu necə gözəl yerləşdiriblər.
Yeri gəlmişkən, həmin abidənin qarşısında Zorgenin Yaponiyada olan qəbirindən sakuralar gətirilib, basdırılmışdı.
Onları niyə kəsdilər, bilmirəm.
Həmin sakuralar arxitektorun ideyasının bir hissəsi idi.Gözlər sakuraların arxasında gizlənir və elə bil kimsə sizi daim güdür.
Mən qəti olaraq memarların abidələrin Bakının hansı hissəsində yerləşdirilməsi məsələsinə fəal şəkildə cəlb edilməsinin tərəfdarıyam və ümumiyyətlə hesab edirəm ki, hər hansı bir yeni abidənin hazırlanması üçün müsabiqələr elan edilməlidir.
Abidənin yaradılması üçün bir neçə variant olmalıdır və onların arasından seçmək lazımdır.
- Maraqlı müsahibə üçün təşəkkür edirik!
Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək.
Bu barədə Joqorku Keneşin (dövlət qanunverici orqanı - red.)
deputatı Marlen Mamatəliyev məlumat verib.
O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib.
“Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmağını istəyirlər.
Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur.
Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil.
“Altı ay ərzində əlavə hüquqi akt və qaydalar qəbul ediləcək.
Şəxsin yandırılması proseduru müəyyən yoxlamadan keçir.
Krematoriyaların işinə dövlət qurumları nəzarət edəcək”, - Mamatəliyev qeyd edib.
“2024-cü ilin ən vacib xəbəri Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq”.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
“Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik.
Buna uğurla nail olacağımıza inanırıq”, - o əlavə edib.
Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:""“Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək.
İrəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq”.
Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları ləğv edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, dünən axşam saatlarından başlayaraq Yasamal Rayon İcra Hakimiyyəti və Baki Şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb.
Ərazidə 20-dən artıq kafe sökülüb.
Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.
Ərazi uzun illər idi ki, “Ətçilər” kimi tanınırdı.
Yevlax Rayon Qeydiyyat Şöbəsinin sabiq vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax Rayon Qeydiyyat Şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
İstintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində almasına, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
ABŞ-nin Texas ştatında bazar ertəsindən başlayan meşə yanğınları davam edir.
Sosial şəbəkələrdə təbii fəlakətlə bağlı dəhşətli görüntülər yayılıb.
Bildirilir ki, meşə yanğınlarından birinin sahəsi hətta 3,4 min kvadrat kilometrə qədər artıb.
Ümumilikdə beş yanğın hadisəsi qeydə alınıb.
Bazar ertəsindən bəri yanan ərazinin ümumi sahəsi təxminən 3,9 min kv.km təşkil edib.
Bu, ştat tarixində ikinci ən böyük yanğın hesab olunur.
Son məlumatlara görə, fəlakət nəticəsində bir nəfər həlak olub, onlarla heyvan diri-diri yanıb.
Belə ki, sakinlər sürətlə yayılan yanğına görə özləri qaçıblar, tövlələrdə, fermalarda qalan heyvanlar isə əzab içində ölüblər.
Yerli mediadan bildirilib ki, yanğın qonşu Oklahoma ştatına (ABŞ) da keçib.
“Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir”.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir.
Onun da proqramı, kreditləri var:""“Yüksəkkeyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq.
Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq”.
“Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər”.
O bildirib ki, gənclərə səlahiyyət vermək daha önəmlidir:""“Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar.
Amma geri qayıdıb nə edəcəklər?
Onları geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə, bu, lazım deyil, onlara müvafiq işlər verilməlidir.
Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq”.
Böyük Britaniya “HMS Prince of Wales” təyyarədaşıyan gəmisini konservasiya etmək və ya ümumiyyətlə, dost ölkəyə endirimli qiymətlə satmaq imkanını nəzərdən keçirir.
Bu barədə Kral Hərbi Dəniz Qüvvələrindəki mənbələrdən məlumat verilib.
Qeyd edilib ki, büdcə təklifində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasının nəzərdə tutulmadığı barədə xəbərlərdən sonra belə bir fikir ortaya atılıb.
Belə ki, nəhəng dəniz qurumlarının planlaşdırma qruplarının üzvləri tərəfindən belə bir ssenarinin müzakirə edilməsinə başlanılıb.
“Əgər biz büdcə problemlərini həll etmək istəyiriksə, o zaman təyyarədaşıyan gəmidən qurtulmalı və ya onu məsələn, AUKUS-dan (Avstraliya, Böyük Britaniya və ABŞ-nin üçtərəfli hərbi ittifaqı.
olan bir müttəfiqimizə verə bilərik”, - deyə mənbə bildirib.
Qeyd edək ki, qiyməti 3,6 milyard dollar olan “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi Kral Dəniz Qüvvələrinin flaqmanıdır və 2019-cu ilin dekabrında istismara verilib.
Gəminin göyərtəsində 36 ədəd şaquli enişli “F-35B” qırıcı təyyarəsini, həmçinin, dörd helikopteri daşımaq üçün nəzərdə tutulub.
Lakin lazım gələrsə, 70-ə yaxın qırıcı təyyarəni qəbul etməyə qadirdir.
Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri Qadir Quliyev və Toğrul Zöhrabov saxlanılıblar.
Onlar şantaj etdikləri şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən tutulublar.
Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsində araşdırmalar aparılır.
Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Yaşadığım evin yaxınlığında mənə aid olan avtomobil yanıb.