Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqlar yerinə yetirilib. |
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə PUA heyətləri qarşıya qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla icra ediblər. |
Azərbaycan tərəfi Avropa İttifaqının Ermənistandakı “missiyası”nın (EUMA) bir qrupunun təşkilatın bayrağı və emblemi olan beş avtomobillə Ermənistan-Azərbaycan şərti sərhədinə gəlməsini qeydə alıb. |
Bu barədə Caliber.Az öz mənbələrinə istinadla xəbər verir. |
“EUMA karvanı Arazdəyən qəsəbəsində şərti sərhədin bu hissəsində gərginlik səbəbindən tikintisi dayandırılmış metallurgiya zavoduna, eləcə də Paruyr Sevak kəndinin cənub-qərbindəki əraziyə yollanıb. |
20-yə yaxın mülki geyimli şəxs ərazidə foto və video çəkib, ərazini müşahidə edib. |
Qeyd edək ki, EUMA komandasının regiona bu səfəri əvvəlcədən planlaşdırılmayıb - bu, Azərbaycan tərəfinə təqdim olunan monitorinq cədvəlinin tarixi, vaxtı, marşrutu və koordinatlarına uyğun gəlmir. |
Bundan sonra avropalı kəşfiyyatçılar itkin düşmüş hərbçimizin ermənilər tərəfindən əsir götürüldüyü Laçın rayonuna doğru gediblər. |
Əldə edilən məlumata görə, Avropa kəşfiyyatçıları metallurgiya zavodunun tikintisini bərpa etməyə çalışacaqlar. |
Xatırladaq ki, Ermənistan tərəfi ESPO Konvensiyasını pozaraq sözügedən müəssisənin tikintisini aparmağa çalışır, bununla da Azərbaycanın və bütün regionun ekologiyasını təhlükə altına alır. |
Onun tikintisinə Qərb sərmayələri yatırılıb və vəziyyətin bu istiqamətdə gərginləşməsi də Qərbin Cənubi Qafqazda destruktiv hərəkətləri modelinə uyğun gəlir. |
Dərhal xəbərdarlıq edirik:bu zərərli obyekt Azərbaycanın sərhədində tikilsə, onun perimetrində olacaq hər kəs - erməni hərbçilər və sərhədlərimizin yaxınlığında möhkəmlənmiş Avropa neosəlibçilərinin dəstəsilə birlikdə məhv ediləcək. |
Ermənilər tarix boyu olduğu kimi, yenə də səlibçilərin itaətkar köpəyi rolunu oynayırlar. |
Amma heç kimin şübhəsi olmasın - onları vaxtilə Səlahəddin Əyyubi Qüdsdən qovduğu və bu əclafları öz qanlarında yuyunmağa məcbur etdiyi kimi, biz də sərhədlərimizin perimetrindən qovacağıq! |
Azərbaycan tərəfinin səbir kasası daşır!” - deyə nəşrdə bildirilir. |
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. |
İclas Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub. |
Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov vəsatət qaldırıb. |
Hakim təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib. |
Məhkəmə 18 mart 2024-cü il tarixinədək təxirə salınıb. |
Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. |
Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir. |
Belçikanın Şərqi Dyunkerk şəhərində böyük təyyarə bombası aşkar edilib. |
İkinci Dünya müharibəsindən qalma bomba Kraliça Elizabet İnstitutunun reabilitasiya xəstəxanasının yaxınlığındakı çimərlikdə tapılıb. |
Xəstəxananın yanında isə hələ də İkinci Dünya müharibəsindən qalma bunker var. |
Tapılan bombanın çəkisi 100 kiloqramdan çox olub. |
Hadisə yerinə gələn zərərsizləşdirmə xidməti bombanın partladılmasına qərar verib. |
Əvvəlcə bomba xəstəxanadan beş kilometr aralıda yerləşən Sxipqatduynena bölgəsinə aparılıb. |
Polis geniş təhlükəsizlik zolağı qurub və bundan sonra bomba uzaqdan işə salınıb. |
Türkiyənin İzmir şəhərində dəhşətli qəza baş verib. |
Belə ki, minik avtomobili iki yük maşınının arasında qalıb. |
Qəza nəticəsində avtomobilin sürücüsü faciəvi şəkildə həlak olub. |
Sosial şəbəkələrdə qorxunc qəzanın görüntüləri yayılıb. |
Kadrlarda avtomobilin kağız kimi əzildiyi görünür. |
Prezident İlham Əliyev Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,1 milyon manat ayrılıb. |
“Rusiyanın strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir”. |
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib. |
O, Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin dəfələrlə artdığını bildirib. |
“Kinjal” (hipersəs aviasiya raket kompleksi) nəinki arsenalımızdadır, hətta artıq istifadəyə də verilib. |
“Tsirkon” (Rusiyanın hipersəs gəmi əleyhinə raketi - red.) |
da artıq istifadə olunur”, - deyə o vurğulayıb. |
Putin ABŞ-nin ciddi şəkildə strateji sabitlik məsələlərini müzakirə etməyə və eyni zamanda, Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyindən danışmağa hazırlaşdığını bildirib, bunu riyakarlıq adlandırıb. |
Prezident, həmçinin, Rusiyanın kosmosa nüvə silahları yerləşdirməsi ilə bağlı deyilənləri yalan adlandırıb. |
Bununla belə, o, Rusiyada yeni silahlar üzərində işlərin davam etdirildiyini və tezliklə onlar haqqında məlumat veriləcəyini vurğulayıb. |
“Burevestnik” qanadlı raketinin və “Poseydon” sisteminin sınaqları tamamlanmaq üzrədir, onların unikal xüsusiyyətləri təsdiqlənib”, - deyə prezident qeyd edib. |
Putin NATO-nun Şərqə doğru növbəti genişlənməsi, həmçinin, İsveç və Finlandiyanın alyansa cəlb olunması ilə bağlı təhlükələri neytrallaşdırmaq üçün Qərb strateji istiqamətində qrupları gücləndirməyin lazım olduğunu qeyd edib. |
Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. |
Xidməti vəzifəsini yerinə yetirərkən hava şəraiti səbəbindən azan hərbçimizin Ermənistanda hansı şəraitdə saxlanılması ilə bağlı hələ ki məlumatlar yoxdur. |
Maraqlıdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda saxlanılan əsgərimiz Ruslan Pənahova baş çəkəcəklərmi? |
Qurumun mətbuat katibi İlahə Hüseynova Bizim.Media-nın sorğusunu belə cavablandırıb:“Biz məsələ barədə məlumatlıyıq və aidiyyəti qurumlarla ikitərəfli konfidensial dialoq aparırıq. |
Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar və saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir”. |
Qeyd edək ki, hərbçi Ruslan Pənahov barəsində Ermənistan İstintaq Komitəsi təxribata cəhd, qanunsuz silah-sursat saxlama və digər maddələr ilə cinayət işi açıb. |
Verilən məlumata görə, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub. |
Hazırda işin detalları aydınlaşdırılır. |
Milli Məclisin deputatı Aydın Hüseynov Avropa Parlamentində Azərbaycana qarşı çağırışları erməni lobbisinin pulu ilə işləyən deputatların səsləndirdiklərini bildirib. |
Onun sözlərinə görə, Azərbaycan ABŞ və Avropanın bəzi ölkələri ilə münasibətlərdə humanizm prinsiplərinə üstünlük verib, özünün müdrik və təmkinli siyasəti ilə ikitərəfli münasibətlərin korlanmamasına çalışıb:""“2020-ci ildəki tarixi qələbədən sonra Avropa İttifaqı (Aİ) ölkələrinin və Qərbin açıq riyakarlığı ilə daha çox üzləşirik. |
Erməni lobbisinin əlində əsir olan Avropa Parlamentində Azərbaycana qarşı sanksiyalara çağırışlar və qətnamə qəbul edilməsi barədə təzyiqlər də səngimir”. |
Parlamentari söyləyib ki, ancaq bu cür qətnamələrin heç bir əhəmiyyəti və mənası yoxdur. |
“Aİ və ona üzv dövlətlər də sənəddə əks olunan xülyaları qəbul etmir. |
Avropa Parlamenti yeni seçkiyə hazırlaşır və Azərbaycana qarşı çağırışları da erməni lobbisinin pulu ilə işləyən deputatlar səsləndirirlər. |
Bu maliyyələşmənin arxasında isə Brüsseldə yaşayan erməniəsilli Kaspar Karapetyan dayanır. |
O, transmilli cinayətkardır və bir çox bölgələrdə silah və narkotik ticarəti ilə məşğuldur. |
K.Karapetyanın biznesi bunun üzərində qurulub və Avropa Parlamentinin deputatlarına verilən rüşvətin mənbəyi də odur. |
Ona görə də Azərbaycan bu cür cinayətkar qrupların feilinə düşən Aİ-dən ədalətli mövqe gözləmir”, - A.Hüseynov qeyd edib. |
Deputat bildirib ki, artıq Aİ hörmət və etibarını itirib:""“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözləntilərin çox yüksək olduğu bir vaxtda Aİ-nin Almaniya və Fransa kimi öndə dayanan ölkələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir, anti-Azərbaycan siyasəti yürüdürlər. |
Bu cür populizmin heç bir xeyri yoxdur”. |
Tehrandakı bədnam Evin zindanında cəza çəkən qadın siyasi məhbuslar güneyli hüquq müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədiyə dəstək məqsədilə oturaq aksiya keçirilər. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, buna səbəb həbsxana rəhbərliyinin və İran hökumətinin Məhkəmə Sisteminin Nərgiz Məhəmmədinin atasının dəfn mərasimində iştirakına icazə verməməsi olub. |
Məhbuslar bu addımı ədalətsiz hesab ediblər. |
Qeyd olunub ki, qadın məhbuslar oturaq aksiya zamanı “Xun-e Ərqəvan” mahnısını da oxuyublar. |
Birinci Qarabağ döyüşlərində iştirak edən 1992-ci ildə 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən Allahverdi Bağırovun Ağdamda heykəli qoyulacaq. |
Millət vəkili Aqil Abbasın sözlərinə görə, heykəl “Qarabağ” futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında qoyulacaq. |
“Qarabağ”ın keçmiş futbolçusu, daha sonra klubun baş məşqçisi olan Milli Qəhrəman Allahverdi Bağırovun heykəli artıq hazırdır. |
Qeyd edək ki, heykəl artıq Quzanlıdadır. |
Stadionun tikintisi yekunlaşdıqdan sonra heykəlin ora qoyulacağı nəzərdə tutulub. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 21-də Parisə səfəri və keçirdiyi bir sıra rəsmi görüşlər yeni reallıqları ortaya çıxarıb. |
Təsadüfi deyil ki, o, elə Fransada səfərdə olduğu dövrdə yerli mətbuata müsahibə verərək, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu bəyan edib. |
Həmin bəyanat baş nazirin Yelisey sarayından İrəvana yeni tapşırıqlar qovluğu ilə döndüyünə işarədir. |
Son günlər Ermənistan hökuməti rəsmilərinin və birbaşa N.Paşinyanın açıqlamalarından da məlum olur ki, Fransanın Ermənistandan qəti tələbi Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna son qoymaqdır. |
Elə bu səbəbdən də son dövrlər Azərbaycan-Ermənistan şərti sərhədində törədilən təxribatlara, xüsusən də fevral ayının 12-də baş verən Nerkin-And hadisəsinə də bu prizmadan yanaşmaq lazımdır. |
Təsadüfi deyil ki, sözügedən ərazidə baş verən erməni təxribatından sonra Ermənistan hökuməti birbaşa Rusiyanı günahlandırmağa başladı. |
Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan açıqlama verərək bildirdi ki, Nerkin-And ərazisində rusiyalı hərbçilər olsalar da, insidentin qarşısı alınmayıb. |
Digər erməni rəsmilər isə daha irəli gedərək, məsələdə yenə Kremli ittiham ediblər, əraziyə Avropa İttifaqı müşahidəçilərinin məhz rusiyalı hərbçilər tərəfindən buraxılmadıqlarını vurğulayıblar. |
İş orasındadır ki, A.Qriqoryan faktları təhrif edib. |
Əslində, Nerkin-And ərazisində rusiyalı hərbçilər yox, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının postu yerləşdirilib və bu barədə razılaşma tərəflər arasında 2021-ci ildə əldə olunub. |
Məsələ ilə bağlı hökumətin iclasında çıxış edən Nikol Paşinyan növbəti dəfə biabır olub və savadsızlığını sübuta yetirib. |
İş burasındadır ki, yuxarıda qeyd edildiyi kimi, RF sərhədçilərinin Nerkin-And ərazisində yerləşdirilməsi 2021-ci ildə erməni hökuməti ilə razılaşdırılıb. |
Amma N.Paşinyan ya siyasi savadsızlıqdan, ya da Qərbdəki ağalarının təlimatına uyğun olaraq, “hazırda Rusiya sərhədçilərinin iştirakı ilə bağlı heç bir mandat və ya razılaşma yoxdur” kimi fikir səsləndirib. |
Elə bu fikrin özü də erməni hökumətinin rusiyalı sərhədçilərə qarşı münasibətini bir daha sərgiləyir. |
Çıxışına davam edən baş nazir bildirib ki, rusiyalı sərhədçilər müdafiə funksiyasını yerinə yetirə bilmirlər və buna görə də müvafiq qərarlar verilməlidir. |
Çıxan nəticə isə odur ki, yaxın müddət ərzində N.Paşinyan hökuməti rusiyalı sərhədçilərin ərazini tərk etmələri tələbi ilə çıxış edəcək və çox güman ki, Avropa İttifaqı müşahidəçilərinin əraziyə girişini təmin edəcək. |
Bununla da təşkilat müşahidəçiləri İranla bağlı kəşfiyyat məlumatı toplama işlərini tam sürətlə davam etdirə biləcəklər. |
Hər zaman “qırmızı xətt”, “şirin quyruğu” kimi fikirlər səsləndirən İran hökuməti isə hələlik susqunluq nümayiş etdirir. |
A.Qriqoryan isə Qərbdə oturan ağalarının təlimatlarına uyğun olaraq açıqlama verir, kiminsə xoşuna gəlmək üçün isə ağlasığmaz ittihamlar səsləndirir. |
Çünki bu məsələdə təxribatın sırf erməni snayperi tərəfindən törədildiyi gün kimi aydındır. |
Hətta bunu Nikol Paşinyanla görüşdə Fransa Prezidenti Emmanuel Makron da etiraf edib və məsələdən təəssüfləndiyini dilə gətirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.