Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Tural Gəncəliyev xatırladıb ki, tarix boyu bir sıra qüvvələrin əlində Türkiyəyə, Azərbaycana qarşı istifadə edilən erməni maşını yenidən Fransa və Avropa İttifaqındakı bəzi destruktiv güc mərkəzləri tərəfindən Azərbaycanla Türkiyə əleyhinə istifadə edilir:""“Təəssüf ki, Ermənistan bu gün də ondan alət kimi istifadə olunmasına imkan yaradır. |
Bu, onların öz seçimidir, ancaq nəzərə alsınlar ki, Azərbaycan Cənubi Qafqazda yaratdığı yeni reallıqların dəyişdirilməsi cəhdlərinə yol verməyəcək. |
Bizim maraqlarımız və keçilməz “qırmızı xətlərimiz” var ki, bu günədək olduğu kimi, bundan sonra da onları qoruyacağıq”. |
T.Gəncəliyev vurğulayıb ki, Prezident İlham Əliyev Xocalıdakı son çıxışında dünyaya verdiyi mesajlarla bütün sualları cavablandırıb:""“Bütövlükdə, həmin çıxış zamanı çox önəmli açıqlamaların şahidi olduq və bir daha ən yüksək səviyyədə Ermənistanla onun havadarlarına Azərbaycanla təhdid dilində danışa bilməyəcəklərinin mesajı verildi”. |
“Ümumitəhsil müəssisələrində qızılca xəstəliyinin yayılması ilə bağlı məktəblərin bağlanması gündəmdə deyil”. |
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. |
Onun sözlərinə görə, peyvəndləndirmə ilə bağlı statistika sabitdirsə, təhsil müəssisəsini açıb-bağlamaq heç nəyi dəyişməyəcək:""“Məktəblərdə qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır. |
Təhsil ocaqlarında müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib”. |
“Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək digər uşaqlarla yaxın təmasda olmasınlar. |
Övladlarınızın peyvənd olunmasını tövsiyə edirik”, - deyə nazir əlavə edib. |
Daha çox foto burada:PhotoStock.az"İlhamə Əbülfət |
“Məktəbdə uşaqlar həmişə bir-biri ilə dalaşırlar. |
Məktəbdəki bu halları lentə alıb və sosial şəbəkələrdə paylaşaraq, müəllimlərin üzərinə getmək düzgün deyil”. |
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. |
Onun sözlərinə görə, son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi ilə məlumatlar yayılır:""“Nazirlik olaraq hadisələrin başvermə səbəblərini öyrənməyə çalışırıq. |
1 milyondan çox təhsilalanı olan məktəblərdə xoşagəlməz halların olması qaçılmazdır. |
6 nömrəli tam orta məktəbdə ikinci sinifdə oxuyan şagirdin valideyni iddia edirdi ki, 13 yaşlı uşaq onu ciddi qısnamaya məruz qoyub. |
Məsələlərlə bağlı işlər aparılıb. |
Nəticədə bu hadisə ilə bağlı heç bir sübut olmadı”. |
Nazir bildirib ki, baş verənlərin cinayət hadisəsi olmasını hüquq-mühafizə orqanları müəyyən edir:""“Xırda xoşagəlməz hal olanda məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur”. |
Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub. |
APA-nın məlumatına görə, hadisə qəsdən törədilib. |
Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Eyvaz Həsən oğlu Əkbərov yaşadığı evi yandırıb. |
Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub. |
Nəticədə E.Əkbərov evdə yanaraq ölüb. |
29.02.24 15:46"Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb. |
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. |
Bitişik evlər yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının dövlət katibi Tomas Baqqer ilə görüşüb. |
Azərbaycan XİN-dən verilən məlumata əsasən, görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılmış sonuncu danışıqlar barədə fikir mübadiləsi aparılıb. |
Məlumata görə, tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. |
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib. |
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. |
Qarşı tərəf Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb, ölkəmizin sülh sazişi layihəsi üzrə baxışları, Ermənistanla münasibətlərin və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar diqqətə çatdırılıb. |
Prosesin irəlilədilməsi istiqamətində görüşlərin təşkilində dəstəyə görə Almaniya tərəfinə təşəkkür ifadə olunub”, - xəbərdə deyilir. |
15:41"Berlində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın dövlət katibi Tomas Baqqer ilə ikitərəfli görüş keçirib. |
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. |
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Almaniya arasında ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə ediblər. |
Azərbaycanlı nazir almaniyalı rəsmini Ermənistan XİN rəhbəri ilə apardığı müzakirələr barədə də məlumatlandırıb. |
Yağlı qidalar və meyvə-tərəvəz çatışmazlığı, piylənmə və aktivliyin olmaması, həmçinin siqaret və alkoqoldan sui-istifadə xərçəng xəstəliyinə tutulma riskini artırır. |
Bu barədə onkoloq, Rusiya Onkoloji Mərkəzin ambulator şöbəsinin müdiri, t.ü.f.d. |
“Yağlı, qızardılmış qidalar, qırmızı ətin çox istehlakı, meyvə, tərəvəz və taxılların kifayət qədər qəbul edilməməsi qida borusu, düz bağırsaq, mədə və digər orqanların xərçəngi riskini artıra bilər. |
Rasionda meyvə və tərəvəzlərin olmaması da xərçəngdən qorunmağa kömək edən vitamin və antioksidantların çatışmazlığına səbəb ola bilər. |
Artıq çəki və piylənmə döş, böyrək, qaraciyər, mədəaltı vəzi və bağırsaq xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin inkişaf riskinin artması ilə əlaqələndirilir”, - deyə həkim xəbərdarlıq edib. |
Basanovun fikrincə, siqaret çəkmək ağciyər, ağız, boğaz, yemək borusu və sidik kisəsi xərçəngi, alkoqollu içkilər isə qida borusu, qaraciyər, boğaz və döş xərçəngi üçün mühüm risk faktorudur. |
Alkoqol və nikotinin eyni vaxtda istifadəsi onların kanserogen təsirlərinin qarşılıqlı artmasına səbəb ola bilər. |
“Bağırsaq, döş və digər xərçəng növləri fiziki fəaliyyətin olmaması ilə əlaqələndirilir, günəşdən və ya solyaridən gələn ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma dəri xərçənginə səbəb ola bilər. |
Xroniki stress, yuxusuzluq və ətraf mühitin çirklənməsi də xərçəng riskini artırır”, - onkoloq vurğulayıb. |
Ətirli payız meyvəsi olan heyva faydası ilə bir çox dərdin dərmanıdır. |
Onun tərkibində pektin, vitaminlər və digər qiymətli nutrientlər var. |
Bu maddələr mikrobileyhinə, allergiya əleyhinə təsirə malikdir, qan dövranı sisteminin adekvat fəaliyyətini dəstəkləyir və iltihabı aradan qaldırmağa kömək edir. |
Bu meyvə həm də təbii afrodizyakdır (cinsi istəyi, cinsi fəaliyyəti stimullaşdırır, gücləndirir). |
Qeyd edək ki, heyvanın hətta qabığı da bir sıra dərdin dərmanıdır. |
Bu faydalardan yararlanmaq üçün heyva qabığından təbii bitki çayı hazırlayıb gündə bir stəkan içmək olar (daha çoxu məsləhət görülmür). |
Heyva çayının hazırlanması olduqca sadədir:Heyva qabıqlarına üzərini örtəcək qədər su əlavə edin. |
Üç-dörd mixək əlavə edib qaynamağa qoyun. |
İstəyə görə darçın çubuqları əlavə etmək olar. |
Qaynayan qarışığı süzün və limon əlavə edin. |
Min bir dərdin dərmanı olan çay hazırdır. |
İmmuniteti gücləndirir"Tərkibindəki təbii antioksidantlar sayəsində heyva qabıqları zərərli sərbəst radikalları bədəndən çıxarmağa kömək edir. |
Bundan başqa iltihabın qarşısını alır və ümumi sağlamlığı yaxşılaşdırır. |
Ürəyi qoruyur"Heyva qabığından hazırlanan çay stress səviyyəsini azaltmağa kömək edir. |
Pis xolesterini də aşağı salan heyva qabığı ürək damarlarının tıxanması nəticəsində yarana biləcək ürək xəstəliklərinin qarşısını almağa kömək edir. |
Mədəni sakitləşdirir"Heyva qabığının tərkibində mədə və bağırsaqları rahatlaşdıraraq həzmi tənzimləyən liflər var. |
Bu liflər həm də bağırsaqlardakı sağlamlıq problemlərinin qarşısını alır. |
Heyva qabığı ilə qəbizlikdən xilas ola bilərsiniz. |
Dərini yeniləyir"Heyva qabığı dərini nəmləndirir və yumşaldır. |
O, həmçinin kollagen istehsalını dəstəkləyərək dərinin cavanlaşmasına kömək edir. |
Bundan əlavə, heyva qabığı dəridə sızanaq və ləkələrin yaranmasının qarşısını alır. |
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan “Silk Way West Airlines” Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Əməliyyat Təhlükəsizliyi Auditi (IOSA) sertifikatını yenilədiyini elan edir. |
Bu mühüm nailiyyət aviaşirkətin təhlükəsizlik və əməliyyat mükəmməlliyinə davamlı sadiqliyini vurğulayır. |
“Silk Way West Airlines” artıq altıncı dəfədir ki, IOSA auditindən uğurla keçməklə hava yükdaşımalarında beynəlxalq təhlükəsizlik tələblərinə ardıcıl riayət etdiyini sübut edir. |
Bu audit şirkətin yeni IOSA standartlarına və təcrübələrinə uyğunlaşmaq və onları qəbul etmək bacarığının təzahürüdür. |
Çoxşaxəli qiymətləndirmə bir çox əməliyyat sahələrini, o cümlədən, yük və uçuş əməliyyatları, yerüstü idarəetmə, texniki xidmət və hava hərəkəti təhlükəsizliyini əhatə edərək “Silk Way West Airlines”ın misilsiz təhlükəsizlik göstəricilərini saxlamaq üçün fədakarlıq nümayiş etdirir. |
“Silk Way West Airlines” şirkətinin korporativ keyfiyyət və uyğunluq təminatı üzrə vitse-prezidenti Darko Vuçiç aviaşirkətin təhlükəsizlik və müştəri məmnuniyyətinə sadiqliyini vurğulayıb:""“Müştərilərimizin gözləntilərini qarşılamaqla yanaşı, yüksəksəviyyəli beynəlxalq təhlükəsizlik standartlarına nail olmaq və onları üstələmək bizim əsas prioritetimizdir. |
IATA tərəfindən bilavasitə idarə olunan risklərin dəyərləndirilməsi əsasında keçirilmiş audit prosesinin nəticəsində IOSA sertifikatının yenilənməsi əməliyyat mükəmməlliyinə və təhlükəsizliyinə olan sarsılmaz sadiqliyimizin sübutudur və qlobal təhlükəsizlik sahəsində məqsədlərimizə nail olmaqda bir töhfədir”. |
2015-ci ildə IATA-ya üzv olduqdan bəri “Silk Way West Airlines” IOSA audit proqramının tələblərini ardıcıl olaraq yerinə yetirir və üstələyir. |
Bu davamlı öhdəlik aviaşirkətin təhlükəsizliyə sadiqliyini təsdiq etməklə yanaşı, onun etibarlı hava yükdaşıma həlləri təminatçısı kimi reputasiyasını qlobal miqyasda gücləndirir. |
Əsası 2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda qoyulmuş “Silk Way West Airlines” Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir “Boeing 777F”, “Boeing 747-8F” və “747-400F” yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərlə uçuş həyata keçirir. |
Donanmasını genişləndirən “Silk Way West Airlines” 28 aprel 2021-ci ildə beş yeni “777F” təyyarəsinin alınması üçün “Boeing” ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir “777-8F” yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. |
Həmçinin, 28 iyun 2022-ci ildə “Airbus” ilə iki “A350F” yük təyyarəsinin alınması barədə razılığa gəlib. |
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. |
“156 saylı məktəbin 11-ci sinif şagirdinin 2023-cü ildə 9-cu sinifdən məzun olan digər yeniyetmə ilə arasında baş verən hadisə məktəbdə olmayıb”. |
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. |
Onun sözlərinə görə, hadisə barədə cinayət işi açılıb və hüquq-mühafizə orqanları məsələni araşdırır:""“Nəticəsini hamı gözləyir. |
Eyni zamanda, Gəncədə baş verən hadisədə məktəb kontingentinin üzvü olmayan şəxs ümumtəhsil müəssisəsinə daxil olmağa çalışır və qarşısı alınır. |
Yeniyetmələr arasında belə cinayət əməllərinə qanunvericiliyə uyğun iş aparılır”. |
Nazir əlavə edib ki, məktəbdən şagirdi qovmaq düzgün addım da deyil:""“Əsas məsələ islah işi olmalıdır. |
Məktəbin işi uşağı islah etməkdir. |
Şagirdə cinayət əməlinə görə cəza düşmürsə, o, açıq və qapalı tipli tədris müəssisələrinə göndərilməlidir. |
Lakin onları ayırmaq düzgündür? |
Pedaqoji nöqteyi-nəzərdən bizim yanaşmamız odur ki, həmin uşaqlar kollektivdən ayrılmamalıdır və kollektivlərində təhsil almalıdırlar”. |
Nazir əlavə edib ki, hər müəllimin arxasına kamera ilə düşüb çəkməklə onun əlindən tərbiyə alətlərini almış olacağıq:""“Çünki bu cür rəftarda o, nəsə etməyə çəkinəcək. |
Bu da yaxşı nəticəyə gətirib çıxarmayacaq”. |
"Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar". |
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. |
Onun sözlərinə görə, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur:""“Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. |
Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.