Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hazırda araşdırma gedir, yanğının necə olduğu barədə dəqiq məlumat yoxdur”. |
Bu barədə Oxu.Az-a açıqlamasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov məlumat verib. |
O bildirib ki, nəqliyyat vasitəsi rəsmi olaraq oğlunun adına olsa da, özü idarə edirdi:""“Hadisə dünən axşam saatlarında Sumqayıtda, 6-cı mikrorayon ərazisində, yaşadığımız evin yaxınlığında olub. |
Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur. |
Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”. |
“Gəncə” basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Kubokunun I turunda “Sərhədçi”yə 63:99 hesablı məğlubiyyətə görə üzr istəyib. |
Türkiyəli mütəxəssis bunu bölgə təmsilçisinin Mətbuat Xidmətinə açıqlamasında deyib. |
“Kubok yarışı üçün legioner limiti fərqlidir. |
Üç yerli basketbolçunun meydanda olması səbəbindən oyun sistemində dəyişikliklər etmək məcburiyyətində qaldıq. |
Bu da bizə müsbət təsir etmədi. |
Ənənəvi oynadığımız basketboldan uzaqlaşdıq. |
Acı nəticə özünü hesabda göstərdi. |
Bəlkə də, ən pis oyunumuzu keçirdik. |
Ona görə də azarkeşlərimizdən, bizi son oyunda tribunada dəstəkləyənlərdən üzr istəyirəm. |
Fanatları çox yaxşı anlayıram, onlar komandanı daha yaxşı yerlərdə görmək istəyirlər”, - B.Meriç söyləyib. |
O, böyükhesablı məğlubiyyətdə özünün günahkar olduğunu bildirib:""“Ümid edirəm ki, gələcəkdə etimadı doğruldacağıq. |
Bəhanə gətirmək istəmirəm, bütün məsuliyyət mənim üzərimdədir. |
Kubok turnirində daha iki güclü rəqibimizlə oyunumuz var. |
Bizim üçün əsas olan çempionatdakı oyunları uğurla başa vuraraq liqanı daha üst sıralarda bitirməkdir”. |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülüb. |
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. |
Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78 əməkdaş, 2024-cü ilin müvafiq dövründə isə 58 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. |
2023-cü ildə 15 fakt üzrə 22 nəfər, 2024-cü ildə isə altı fakt üzrə 26 nəfər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. |
Bundan başqa, xaricdə ali təhsil almaları ilə bağlı saxta sənəd təqdim etməklə və digər yollarla müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin hərəkətlərinə prosessual qiymət verilməsi üçün xidmətin yerli qurumlarında toplanmış çoxsaylı materialların aidiyyəti istintaq orqanlarına göndərilməsi təmin edilib. |
Qeyd edək ki, bu kimi tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir. |
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. |
Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanla Floridadakı Mar-o-Laqo malikanəsində görüşməyi planlaşdırır. |
Bu barədə “Bloomberg” agentliyi öz mənbəsinə istinadən məlumat verib. |
Bildirilir ki, görüş martın 8-də baş tuta bilər. |
“Mar-a-Laqodakı görüş Trampın seçki kampaniyasında xarici siyasət məsələlərinə təsirini necə artırdığını göstərir”, - deyə məqalədə bildirilib. |
90-cı illərin supermodeli Naomi Kempbellin Səudiyyə Ərəbistanından olan multimilyoner Məhəmməd Əl Turki ilə münasibətdə olduğu bildirilir. |
Naomi Kempbell sosial tədbirlərdə tez-tez Mohammed Al Turki ilə birlikdə görünür. |
Fevralın əvvəlində supermodel və multimilyonçu BAFTA Mükafatlarında birlikdə olublar. |
İnsayderin sözlərinə görə, ulduzlar qırmızı xalçada pozalar verib, daha sonra bütün gecəni bir yerdə keçiriblər. |
Məhəmmədlə yaxın münasibəti yaranıb. |
Onları moda və sənət sevgisi birləşdirir və çoxlu ortaq dostları var. |
Naomi onunla Dubayda idi və həmişəkindən daha xoşbəxt görünür. |
Hazırda sadəcə dostluq olsa belə, onların arasında qığılcım var”, - deyə qeyd olunur. |
Bayram olan aylarda təyin olunan qeyri-iş günləri ilk baxışda işləyən hər kəsin həvəslə gözlədiyi bir şeydir. |
Hər kəs istirahət etmək, dincəlmək istəyir. |
Mart ayında ümumilikdə şənbə və bazar günləri də daxil 16 gün qeyri-iş günü olacaq. |
Ardınca aprel ayının əvvəlində yenidən bir həftə qeyri-iş günləri var. |
Bəs bu qədər işsiz oturmaq hamını qane edirmi? |
Ölkədə həmin müddətdə asudə vaxtı necə keçirmək olar? |
Hansı qısamüddətli işlə əlavə gəlir əldə etmək mümkündür? |
İqtisadçı ekspert Elnur Fərzəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyri-iş günlərində asudə vaxtı səmərəli keçirməyin bir neçə variantı var:"""“Ard-arda düşən qeyri-iş günlərində imkanlı şəxslər daha çox Azərbaycanın müxtəlif bölgələrinə üz tutaraq, yerli turizmdən faydalanmağa, daha imkanlı şəxslər isə xarici ölkələrə getməyə çalışırlar. |
Amma nəzərə almaq lazımdır ki, ölkəmizdə minimal, orta və yüksək əməkhaqqı ilə çalışan insanlar da var. |
Nəzərə almaq lazımdır ki, qeyri-iş günləri heç də hər kəsə aid olmur. |
Məsələn, bəzi sahələrdə - xüsusən də iqtisadi sahələrdə - dükan, kafe-restoran və digər iaşə obyektlərində işlər davam edir”. |
Ekspert qeyd edir ki, qeyri-iş günlərində əlavə gəlir əldə etmək üçün əsas sahələr hələ ki taksi xidməti göstərmək və ofisiantlıq etməkdir. |
“Xüsusən də Bakı və digər böyük şəhərlərimizdə taksi fəaliyyəti ilə məşğul olan insanların sayı çoxdur. |
Onların bəziləri sırf o peşəni özlərinə sənət olaraq seçiblər, bir çox insanlar isə iş vaxtı bitdikdən sonra bir neçə saat taksi fəaliyyəti ilə məşğul olub əlavə gəlir əldə etməyə çalışırlar. |
Eyni zamanda, kafe və restoranlarda da gənclər boş vaxtlarında qazanc əldə etmək üçün ofisiant kimi fəaliyyət göstərirlər. |
Artıq uzun müddətdir ki, Dövlət Məşğulluq Agentliyində müəyyən peşələr öyrədilir ki, həmin peşələrə yiyələnmə müddətində onlara minimal əməkhaqqı ödənilir. |
Bundan əlavə, bir çox sahələr var ki, orada elektron ticarətə üstünlük verilir. |
Həmin sahələrdən də istifadə edib alqı-satqı həyata keçirərək qazanc əldə etmək olar”, - deyə Elnur Fərzəliyev bildirib. |
Qeyd etmək yerinə düşər ki, qeyri-iş günlərinin ardıcıllığının çox olması heç də hər kəsin ürəyincə deyil. |
Xüsusən də muzdla çalışan insanların və özəl sektora aid sahibkarların. |
Sahibkar Vüqar Əliyarov hesab edir ki, qeyri-iş günlərinin uzadılması heç də bütün sahibkarların xeyrinə deyil. |
Oxu.Az-a açıqlamasında o qeyd edib ki, ardıcıllıq naminə şənbə və bazarın və ya digər günlərin yerinin dəyişdirilməsi düzgün deyil və bu, bir çox sahələrə ziyan vurur. |
“Xidmət sahəsində problem bayram günlərində yox, şənbə və bazara düşən günlərin dəyişdirilməsi və bu dəyişmə səbəbindən gün sayının artırılmasıdır. |
Bir sahibkar kimi, uzunmüddətli ardıcıl düşən qeyri-iş günlərinin əleyhinəyəm, çünki bank sektoru çökür, lazım olan ödənişləri nə köçürmək, nə almaq mümkün olur. |
Xidmət sahəsi çökür, çünki hansısa bir problem olur, usta, mütəxəssis, işçi tapa bilmirsən. |
Xidmət sahələrində yığımlar azalır və bir sahibkar üçün bu, istirahət zövqü yox, iş problemi yaradır”, - deyə V.Əliyarov qeyd edib. |
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Hikmət Hüseynov isə Oxu.Az-a açıqlamasında bildirib ki, qeyri-iş günlərini dəyərləndirmək istəyən insanlar aqroturizmə, yəni kənd turizminə baş vurmaqla da istirahətlərinə xüsusi rəng qata bilərlər. |
“Aqroturizm fermalarda, təsərrüfatlarda istirahəti nəzərdə tutur. |
Turist öz istirahətini daha da maraqlı etmək üçün müəyyən ödəniş əsasında kənd təsərrüfatı istehsalı ilə tanış ola, hətta istəyi olarsa, həmin prosesdə iştirak edə bilir. |
Məsələn, fermaya gedibsə, inək sağa, yaxud onları yemləyə bilər, yaxud bağa gedibsə, meyvə yığa, ağac dibi belləyə, ağacların budanmasında iştirak edə bilər. |
Buna görə turistə hər hansı ödəniş edilməsə də, o, həm öz gördüyü işdən zövq almış, həm də vaxtını daha faydalı işlərə sərf etmiş olur”, - deyə H.Hüseynov vurğulayıb. |
Qeyd edək ki, aqroturizmlə maraqlananlar Tovillage.az saytı vasitəsi ilə istənilən bölgəmizdə istirahətlərinin planını qura bilərlər. |
Son günlər toyuq ətinin qiymətində müəyyən dəyişiklik hiss olunur. |
Bəzi marketlərdə həm toyuq, həm də toyuğun ayrı-ayrı hissələrinin qiymətində 10-15 qəpik bahalaşma qeydə alınıb. |
Məsələyə münasibət bildirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, toyuq ətinin bahalaşdığını görmürük:""“Monitorinqlərimizin nəticəsi olaraq deyə bilərəm ki, təzə kəsilmiş toyuğun bir kiloqramının qiyməti 4 manat 70 qəpikdir. |
Bir il əvvəl də qiymət eynən bu cür idi.Yəni son bir ildə toyuq ətinin qiyməti istehsalçılar tərəfindən qaldırılmayıb. |
Gəzən xəbərlərdən sonra mən bir daha istehsalçı şirkətlərlə əlaqə saxladım. |
Bir sıra istehsalçılar bildirdilər ki, heç bir qiymət artımı yoxdur. |
Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə də bu sahədə qiymət artımı gözlənilmir. |
Ancaq toyuq yeminin qiyməti qalxarsa, onda istehsalçılar da müəyyən qiymət dəyişikliyinə gedə bilərlər”. |
Mürvət Həsənli əlavə edib ki, qış aylarında bir qayda olaraq toyuq ətinə tələbat artır və istehsal da bir qədər zəifləyir:""“Bu hal isə dondurulmuş yox, diri halda satılan toyuqların qiymətinə müəyyən təsir göstərir. |
Bu sahədə cüzi də olsa, qiymət artımı var. |
Təxminən 20 qəpik artım müşahidə edirik. |
Amma dondurulmuş toyuq ətinin qiymətində artım yoxdur”. |
“Rusiya nümayəndə heyəti, müvafiq göstəriş olarsa, Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır”. |
Bu sözləri bundan öncə İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski “SHOT” “Telegram” kanalına şərhində deyib. |
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın yenidən Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazır olması ilə bağlı bəyanatını şərh edib. |
“Göstəriş versələr, gedərik”, - deyə o bildirib. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub. |
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. |
Əmrə əsasən, xidmətin inspektoru, polis mayoru Anar Qafarov Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi təyin edilib. |
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər davam etdirilir. |
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirdikləri qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Mil-Muğan kanalının Saatlı rayonunun Azadkənd kəndi ərazisindən keçən hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini V.Fətişov saxlanılıb. |
Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış ümumilikdə 62 ədəd şahmayi, külmə, poru və daban balığı aşkar edilərək götürülüb. |
Faktla bağlı araşdırmalar aparılır. |
Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sökülüb. |
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə keçirilən təlim-məşq uçuşları davam etdirilir. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Təlim-məşq uçuşlarından əvvəl heyətlər tərəfindən PUA-ların döyüşə hazırolma vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.