Search is not available for this dataset
text
stringlengths
10
518k
- Təbii ki, bu hadisələr Bakıdan da yan keçmədi.
Bu hadisələrə start kimi 1931-ci ildə Rusiyada Xilaskar Məsihin Katedralının sökülməsi oldu.
30-cu illərdə Bakıda Bibiheybət məscidi dağıdıldı.
Sonra möhtəşəm Aleksandr Nevski məbədi məhv edildi.
Katolik məbəd olan Müqəddəs Məryəm katedralının da aqibəti eyni oldu.
Onun yerində Dzerjinski, indiki Şəhriyar klubu tikildi.
Bolşeviklər ağına-bozuna baxmadan hər şeyi dağıdırdılar.
Kirxa (xilaskar kilsə, alman lüteran kilsəsi də deyirlər - red.)
Kilsənin şüşə tavanı var idi və ona görə də içərisini işıqlandırırdı.
Sonradan Dağüstü parkda qoyulacaq Kirovun heykəlini həmin o kirxanın içində düzəltdilər.
Məhz Kirovun heykəli üzərində işlərin getməsi kirxanı sökülməkdən qorudu.
Qara şəhərdə İlya kilsəsini söküb, yerində Şaumyan klubu, indiki Xətai mədəniyyət sarayını tikdilər.
Bayılda Stalinin ikinci arvadı Aliluyevanın xaç suyuna salındığı Donanma kilsəsini də söküblər.
Dinlə mübarizə dalğası Bakıya əsaslı zərbə vurub.
Bununla yanaşı 20-ci illərdə Bakıda maraqlı tikililər də əmələ gəlir.
Bunların arasında Sabunçu vağzalının binasını göstərmək olar.
SSRİ-də ilk elektrik qatarı xətti Bakıda istifadəyə verilmişdi və onun üçün tikilən vağzal binası idi."""- Mədəni irsdən söz düşmüşkən.
Belə deyirlər ki, 60-cı illərdə İçərişəhəri sökmək istəyirdilər.
Siz bunun haqqında nəsə bilirsiniz?
İçərişəhərsiz Bakının görkəmi necə ola bilərdi?
Bu, Bakının ən parlaq “merlərindən” olan Əliş Ləmbəranskinin dövrünə təsadüf edib.
O, İçərişəhəri qiymətli bir yer kimi görmürdü.
Amma Mikayıl Hüseynov kimi arxitektorlar var idi.
Onlar müqavimət göstərə bildilər.
1964-cü ildə Şirvanşahlar sarayı muzey statusu aldı.
İçərişəhərin itməsi ilə Bakı özünün nüvəsini, özülünü itirə bilərdi.
İçərişəhərin üstünlüyü təkcə onun tikililərində deyil.
Buranın üstünlüyü həm də ondadır ki, o yaşayış yeridir.
Dünyada bir çox şəhərlərində belə qədim yerlər var, amma onların bəzilərində artıq yaşayış yoxdur.
Bu da həmin yeri mənasız bir əraziyə çevirir.
Müasir dövrdə İçərişəhərdə tarixi-memarlıq qoruq yaradılması ideyası çox düzgün idi.""“Bakının tarixi yerlərində çəkilişlərə bütün qadağalar aradan qaldırılmalıdır”"- Bir sıra kinorejissorlar şəxsi söhbətlərdə İçərişəhərdə hər hansı bir filmin çəkilişi üçün həddən artıq çox pul tələb edildiyini deyirlər və buna görə orada çəkiliş apara bilmədiklərini qeyd edirlər.
Sizcə bu məsələ necə həll edilməlidir?
- Mən qəti şəkildə bunu əleyhinəyəm və hesab edirəm ki, İçərişəhərdə çəkilişlər üçün bütün qadağalar aradan qaldırılmalıdır.
Mən özüm bir neçə dəfə orada çəkiliş aparmışam və hər dəfə də kiminsə icazəsini almalı olursan.
Sadəcə olaraq kimsə icazə verməlidir.
Əksinə çəkilişlər üçün təşviq etmək lazımdır.
Dünyanın bir çox şəhərlərində məhz belədir.
Özləri təşviq edirlər ki, gəlin bizim ərazidə çəkilişlər aparın.
Əgər siz şəhərin hər hansı bir tarixi yerində çəkiliş aparmaq istəsəniz, heç kimdən icazə almaq lazım deyil.
- Əgər müasir Bakı haqqında danışsaq, yeni tikililər şəhərin ümumi arxitekturası ilə ahəngdirmi?
- O baxır hansı, harada və necə mühitdə.
Misal üçün Heydər Əliyev Mərkəzinin binası, “Four Season” hoteli, Qış parkı şəhərin ümumi görünüşünə tam uyğundur.
Görürük ki, müasir memarlıq XX əsrin əvvəllərindəki üslub kimi qurula bilər.
Bu, əlbəttə ki, bizi yalnız sevindirir.
Amma olur ki, yeni tikili şəhərdəki yerinə uyğun deyil.
Buna nümunə kimi “İçərişəhər” metro stansiyasındakı piramidanı göstərmək olar.
Bu israilli arxitektor İrina Vinerin layihəsidir.
“Koroğlu” metro stansiyasında bu piramida çox gözəl görünür və yerindədir, amma “İçərişəhər” stansiyasında yox.
Problem onun hansı materialdan hazırlanmasında deyil.
Luvrda da belə bir piramida var və o orada böyük mübahisələr doğurur.
Məsələ onun harada qurulmasındadır.
“İçərişəhər” stansiyasındakı bu şüşə kütlə İçərişəhərin divarlarını gözdən salır.
Bu piramida həmin divarları bağ yerində hasar səviyyəsinə qədər endirib.
Təkrar etmək istəyirəm ki, hər bir tikili haqqında ayrıca danışmaq lazımdır.
Yenə də qayıdıram Heydər Əliyev Mərkəzinin binasına.
Həmin tikili nəinki şəhərə yaraşdı, o özü orada bir mühit yaratdı.
Bəzi hallarda isə hər hansı bir tikilinin şəhərə yaraşması üçün zaman lazım olur.
Buna misal kimi Alov Qüllələrini göstərmək olar.
Onlar tikiləndə mən həmin qüllələri qəbul edə bilmirdim, aqressiv yanaşırdım.
Amma tikinti bitəndən sonra, onun fasadını şüşədən düzəldəndən, işıqlandırandan sonra qüllələr zamanla şəhərə uyğunlaşdı.
Mən hər dəfə xaricdən Bakıya gələndə gözümlə onları axtarıram.
Əgər işıqlandırılıbsa, deməli şəhərdə hər şey yaxşıdır, sakitçilikdir.
Tikilinin zamanla şəhərə uyğunlaşmasının ən gözəl nümunələrindən biri Parisdə Eyfel qülləsidir.
O tikiləndə parislilər ona nifrət edirdilər.
Amma indi Parisi Eyfelsiz təsəvvür etmək mümkün deyil.
“Bulvarda ciddi ekoloji işlər aparılmalıdır”"- Bəs Dənizkənarı bulvarın genişlənməsinə necə yanaşırsınız?
Belə bir genişlənmə insanlara göstərir ki, Bakı həqiqətən də möhtəşəm, geniş şəhərdir.
Bulvarda qayıqla üzgüçülük klubları, idman infrastrukturu yaradılsa, daha da möhtəşəm olar.
Amma bununla bərabər bulvarda çox ciddi ekoloji işlər aparılmalıdır.
Biz çirkab suların buxtaya axıdılması praktikasına son qoymalıyıq.
Buna çoxlu vəsait lazımdır, amma düşünürəm ki, bulvarın genişlənməsi gec-tez ekoloji məsələlərin həllini labüd edəcək.
Yada salmaq lazımdır ki, vaxtilə Bakı buxtası çimmək üçün yararlı bir yer idi və 60-cı illərə qədər burada insanlar çimirdi.
Yəni bu genişləndirmə işini belə bitirmək lazımdır.
Qeyd etmək lazımdır ki, son illər hansı işdən yapışırlarsa, onu sona çatdırırlar.
Ümid edirəm ki, biz Bakı buxtasında insanların çimdiyini görəcəyik.
Kənardan heç bir yardım olmadan Qarabağ kimi mürəkkəb bir problemi həll edən ölkə, bu cür işlərin öhdəsindən layiqincə gələ bilər.
“Tramvay və trolleybuslar Bakıya qaytarılmalıdır”"- Əgər sizi Bakının Baş planının formalaşmasında iştiraka dəvət etsəydilər, hansı təşəbbüslərlə çıxış edərdiniz?
- Etiraf edim ki, bu sahədə mütəxəssis deyiləm.
Amma məni cəlb etsəydilər, tarixi memarlıq mühitinin saxlanılması ilə yanaşı, ekoloji təmiz nəqliyyatın bərpa edilməsində israr edərdim.
Tramvay, trolleybus Bakıya qayıtmalıdır.
Bu ilin fevralında Bakı tramvayının 100 yaşı tamam oldu, amma indi biz onun haqqında keçmiş zamanda danışırıq.
Biz onun haqqında müasir zamanda danışmalıyıq və onlar ultramüasir olmalıdırlar.
Bir çoxları deyir ki, təəssüf ki, tramvayı məhv etdilər.
Amma etiraf etmək lazımdır ki, həmin an başqa çarə də yox idi.
Tramvay şəbəkəsini o zaman ya tam dəyişmək lazım idi, amma buna o zaman vəsait yox idi, ya da məhv edilməli idi.Mən tramvay infrastrukturunu məhv edənləri tənqid etmirəm.
Yeri gəlmişkən, Avropanın bir çox şəhərləri bu prosesdən keçiblər.
Amma onlar bu nəqliyyat növünü bərpa ediblər.
Yeni tramvaylar hər biri 200-250 nəfəri tuta biləcək 5-6 vaqondan ibarət olmalıdırlar.
Şəhərin əsasən mərkəz hissəsində tramvaylar böyük bir insan kütləsini daşımalıdır.
Bakıda trolleybus 1941-ci il dekabrın 18-də xəttə buraxılıb.
Təsəvvür edə bilərsinizmi, müharibənin ən dəhşətli vaxtlarında bu olub.
Mənim arzumdur ki, nə vaxtsa Bakı metropoliteni “İçərişəhər” stansiyasından o biri tərəfə genişlənsin.
Paytaxtda 1967-ci ildə metro açıblar.
Bir tərəfə 32 stansiya tikiblər, amma o biri tərəfə heç nə.
“İçərişəhər” stansiyası dalana dirənib qalıb.
Metro Bayıl, Bibiheybətə tərəf getməlidir.
- Bir sıra şəhərlərin xüsusi günləri qeyd olunur.
Bir çoxları sentyabrın 15-nin Bakı günü kimi qeyd olunmasını təklif edirlər.
Bakı gününü nə vaxt qeyd etmək lazımdır?
- Mən belə bir şeyin siyasiləşdirilməsinin əleyhinəyəm.