Search is not available for this dataset
text
stringlengths
10
518k
Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını təmin edəcək və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək.
Elektron resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq.
Dərman vasitələrinin daim yenilənən reyestri isə ölkə miqyasında makroanaliz üçün əsas olacaq.
Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman vasitələrini kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq.
Bu, həm də dərman vasitələrinin satışı zamanı aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta və qeydiyyatsız məhsulların yayılmasının qarşısını alacaq.
- “Reseptim” mobil əlavəsini haradan yükləmək olar?
- Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən elektron resept sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan Sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan Pharma.az portallarında xüsusi link yaradılıb.
Linkdə pasiyentlər və həkimlər üçün elektron resept sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib.
Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə elektron reseptdən yararlanma qaydaları ilə tanış ola bilərlər.
Eyni zamanda, linkdə yerləşdirilən QR-kodlar vasitəsi ilə “Reseptim” mobil əlavəsini “ıOS” və “Android” tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür.
- Hansı dərman vasitələri elektron resept sistemində yer alacaq?
Bioloji fəallığa malik qida əlavələri də elektron reseptə daxil ediləcəkmi?
- Elektron resept sistemi, mövcud qanunvericiliyə əsasən, yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib.
- Dövlət qeydiyyatına alınmayan dərman vasitələrini elektron reseptə yazmaq mümkündürmü?
- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 12-1-ci maddəsinə (Dərman vasitələrinə reseptlərin yazılması) əsasən:""12-1.5.
Klinik protokollara əsasən, xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər.
Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir;"12-1.6.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) iki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır və nəticəsinə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir;"12-1.7.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən resept təsdiq olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi bu Qanunun 9.4-cü və 9.6-cı maddələrinə uyğun olaraq ölkəyə gətirilə bilər.
- Elektron resept sistemi ilə bağlı suallar yaranarsa, hara müraciət etmək lazımdır?
- Vətəndaşlarımız tərəfindən elektron resept sisteminin istifadəsi ilə bağlı hər hansı sual yaranarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Çağrı Mərkəzi ilə (tel:(012) 596-07-12) əlaqə saxlaya bilərlər.
Zabitlərin öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanması təklif edilir.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsman qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xidmət keçməmiş kadr zabitlərinə, dövlət tərəfindən onların təhsilinə çəkilən xərclərin müvafiq müddət üzrə hesablanaraq onlardan dövlət nəfinə ödənilməsi şərti ilə öz arzularına uyğun ehtiyata buraxılması qaydalarının hazırlanmasını məqsədəuyğun hesab edib.
Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.
Səudiyyə Ərəbistanı Liqasının Etika və İntizam Komitəsi “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldunu “Əş-Şabab” azarkeşlərinə qarşı nalayiq jest etdiyinə görə cəzalandırmaq qərarına gəlib.
Belə ki, Ronaldu bir oyunluq diskvalifikasiya olunacaq, bununla da Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hazma” ilə bu gün planlaşdırılan matçda oynamayacaq.
O, bundan əlavə 2,6 min dollar cərimə olunacaq.
Portuqaliyalı həm də “Əl-Şabab”a 5,3 min dollar ödəməli olacaq.
Xatırladaq ki, Ronaldu portuqaliyalıya “Messi!” şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 38 yaşlı portuqaliyalı 20 matça çıxıb, 22 qol vurub və doqquz məhsuldar ötürmə edib.
Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya yardımla bağlı fikir ayrılığı Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatları fonunda açıq düşmənçiliyə çevrilir.
Bu barədə “Politico” xəbər verib.
Nəşr Almaniya rəsmilərinə istinadən bildirib ki, Makron Ukrayna ilə bağlı “sərt danışmağa” hazırdır, lakin o, Berlinlə müqayisədə kifayət qədər addım atmayıb.
Həmçinin “Politico” Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarına istinadən qeyd edir ki, Almaniya Ukraynaya 17 milyard avrodan çox, Fransa isə cəmi 640 milyon avro yardım edib.
Yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin müvəqqəti olaraq köç edənlərin mənzillərində yaşamaqları təklif edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində qeyd olunub.
Ombudsman hazırda yataqxana və qəzalı binalarda yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların işğaldan azad edilmiş ərazilərə köçürülən keçmiş məcburi köçkünlər tərəfindən təhvil verilmiş xidməti mənzillərə müvəqqəti olaraq köçürülməsini məqsədəmüvafiq hesab edir.
Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
Fransa “Vətənpərvərlər” Partiyasının rəhbəri Florian Filippo hökuməti ölkə Prezidenti Emmanuel Makronun impiçment olunmasına çağırış edib.
Filippo bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Milli petisiya parlamentarilərin nəhayət hərəkətə keçməsini istəyir”, - deyə siyasətçi tələb edərək, partiyasının saytında dərc edilmiş petisiyaya keçid əlavə edib.
Onun sözlərinə görə, Makron Fransaya nifrət edir və onu üçüncü dünya müharibəsinə sürükləməyə çalışır.
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.
Ümidvaram ki, Braziliya və Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram.
Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaqdır.
Cənab Prezident, Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm.
Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm”.
Sağlamlıq haqqında tibbi arayışın tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif edilir.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, sağlamlıq haqqında tibbi arayış (digər tibbi arayışlar, işə girmədən əvvəl müayinə, təhsil müəssisələrinə daxil olma ilə bağlı müayinə (18 yaşdan yuxarı), sığorta ilə bağlı müayinə (18 yaşdan yuxarı), inzibati məqsədlərlə digər müayinələr (18 yaşdan yuxarı), 1 ay ərzində təkrar müraciət zamanı (18 yaşdan yuxarı)) tibbi xidmətlərinin Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən Xidmətlər Zərfinə əlavə edilməsi təklif olunur.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində dövlət sifarişli yerlərin sayının artırılması və tələbə yataqxanalarının tikilməsi təklif edilib.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd edilib ki, ehtiyaca uyğun olaraq, yeni tələbə yataqxanalarının inşa edilməsi istiqamətində aparılan işlərin davam etdirilməsi önəmlidir.
“Məhbus Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətindədir və buna heç kim təsir edə bilməz”.
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabaşvili Saakaşvilinin əfv olunmasının mümkünlüyü ilə bağlı fikir bildirərkən deyib.
“Mən bu məsələyə münasibət bildirmirəm.
Bu, mənim özümün verəcəyim və buna görə cavabdehlik daşıyacağım mənəvi bir qərardır.
Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, - deyə Zurabişvili bildirib.
O qeyd edib ki, ölkədə azad və ədalətli parlament seçkisinin keçirilməsi eks-prezidentin əfv olunub-olunmamasından asılı deyil.
Zurabişvilinin sözlərinə görə, Saakaşvili real səbəblərdən həbsdədir.
“Bu o demək deyil ki, biz humanitar perspektivi nəzərə almamalı və ona hörmət etməməliyik.
Mən həbsxanada onun başına gələnləri çox diqqətlə izləyirdim.
Bu məsələdə nə etməyin lazım olmasına gəlincə, razıyam ki, reputasiya baxımından onun hardasa başqa yerdə olması daha yaxşı olardı”, - deyə Gürcüstan prezidenti vurğulayıb.
Zurabişvili həmçinin bildirib ki, başqa ölkələrin istifadə etdiyi bir çox imkanlar var.
Söhbət ekstradisiyadan və ev dustaqlığından gedir.
O xatırladıb ki, Ukrayna Saakaşvilini ekstradisiya etməyə hazırdır.
“Deməli, imkanlar var”, - deyə Gürcüstan rəhbəri əlavə edib.
Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb.
Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.
Saakaşvili özü həbsini siyasi səbəblərlə əlaqələndirib və aclıq aksiyasına başlayıb.
Nəticədə eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında o, müayinə olunmaq üçün həbsxanadan paytaxt klinikasına köçürülüb.
Vəziyyətinə baxmayaraq, Saakaşvili dəfələrlə Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu bəyan edib.
“Vahid milli hərəkat” partiyası növbəti seçkilərdə qalib gələcəkləri təqdirdə siyasətçinin baş nazir postuna namizədliyini irəli sürəcəklərini istisna etməyib.
Dövlət hesabına verilən dərmanların siyahısının genişləndirilməsi təklif edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsi təklif edilir.
İxtisaslaşdırılmış tibb müəssisələrində narkotik asılılığından əziyyət çəkən yetkinlik yaşına çatmayan şəxslərin müalicəsinin təşkili məqsədilə müvafiq şöbənin yaradılması təklif edilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan Berlində sülh müqaviləsi layihəsini müzakirə etdilər.
Almaniyanın xarici işlər naziri Annalena Berbok görüşün vasitəçisi kimi Bayramovla Mirzoyanın müzakirələrini həm rəsmi, həm də qeyri-formal atmosferdə təşkil etdi.
Dövlətlərarası dərin münaqişələrin mərhələli həllini ehtiva edən üsullardan biri də tərəfləri işgüzar mühitdən uzaq tutub, onların səmimi təmaslarına şərait yaratmaqdır.
Almaniya diplomatiyası belə bir mənzərəni Bayramov-Mirzoyan danışıqlarının gedişində canlandırdı.
Hər halda, Azərbaycan və Ermənistan baş diplomatlarının Berbokun müşayiəti ilə villanın həyətində gəzintisi Berlinin “səmimi ortam” qura bilmək cəhdlərini qeyd edir.
İkigünlük görüşlərdən dərhal sonra Almaniyanın etibarlı broker ola biləcəyi qənaətini hasil etmək bir qədər tələsik fikir kimi nəzərə çarpa bilər.
Ancaq bu, indi üçün o qədər də əhəmiyyətli görünüşə malik deyil.
Cari situasiyada Almaniyanın Bakı-İrəvan arasındakı təmaslarda nəyi hədəflədiyini və Berlinə səhnə arxasından hansı çubuqların işarə verdiyini izah etməyə ehtiyac yaranır.
Almaniyanın vasitəçiliyinə uzunmüddətli perspektivdən baxsaq, rahatlıqla deyə bilərik:""- Berlin Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində həlledici rol almağa meyillənir, "- Bununla Cənubi Qafqaz doktrinasını format edilən beynəlxalq nizama uyğunlaşdırmaq siyasətini nümayiş etdirir.
Ona görə Almaniya Azərbaycan-Ermənistan əlaqələrinin inşa edilməsindəki missiyasını geosiyasi qütblərdə qarşılıqlı inamsızlıqları aradan qaldırmaq missiyası ilə yüklənib.
Almaniya üçün təyin edilmiş vəzifənin miqyasını üç bənd ilə belə təsvir etmək olar:""1.
Ukraynadakı müharibə səbəbilə Rusiya ilə NATO arasında sıxışan Almaniya təhlükəsizlik narahatlıqlarını böyük ölçüdə aradan qaldırmağı arzulayır;"2.
Almaniya strateji uyğunlaşdırmalarının istiqamətlərini NATO ilə Rusiya arasında kəskinləşən münasibətlərin fazasından dartıb çıxararaq geosiyasi genişlənməsini Cənubi Qafqaza daşıyır;"3.
Almaniya iqtisadi zehniyyətini ümumi genişlənmə dünyagörüşünün mərkəzində tutaraq region dövlətləri ilə əlaqələrini dərinləşdirməyi qarşıya məqsəd qoyur.
Bayramovla Mirzoyanın görüşünün keçirildiyi eyni gündə Azərbaycan Prezidenti İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi göstərdiyimiz istiqamət üzrə bir çox mətləbi aça bilər.