Search is not available for this dataset
text
stringlengths
10
518k
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb.
Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib.
N.Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
“Çəkildiyim bütün filmləri, serialları başa vurmuşam.
Düzdür, Stanislavski deyib ki, rolun böyüyü-kiçiyi yoxdur, amma mənim üçün böyüyü də var, kiçiyi də.
Mən burada kiçik bir rolda oynadım, 3-4 seriyada varam.
Əlixan Rəcəbovla bu rola bir çalar verə bildik.
Komediyada öz obrazımın faciəsini də göstərə bildim.
Cəfər Cabbarlıdan qaynaqlanıb bir ssenari yazıblar, Almaz yəni “Vətəndaş-A”.
Bu serialın da hazırda montaj işləri gedir.
Burada da mən məktəb direktoru rolunu oynayıram.
Bu rolumdan, mən yaşda adamın gənc rejissorla mübahisələrindən danışmaq istəyirəm.
O nəticədə mənim oyun tərzimi dəyişdirə bildi, buna nail oldu.
Qışqıra-qışqıra, xətrimə dəyə-dəyə buna nail oldu.
Bu gənc rejissor Elvin Rüstəmzadə idi.Çox xoşuma gəldi ki, o adımdan, sanımdan qorxmayaraq, vuruşa-vuruşa məni yolumdan döndərə bildi.
Əgər rejissor aktyoru əzizi kimi çox istəmirsə, onda heç nə alınmır.
Bu Elvinlə mənim 3-cü işim idi. Mən ona oğlum deyirəm, o mənə dədə deyir.
Sonuncu işimizdən çox xoşum gəldi”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şamil Süleymanlı deyib.
O, gənclərə dəstək olduğunu bildirib:""“Gəncləri pisləməyin adı yoxdur.
Hikmət Rəhimov, Azər Aydəmir, Qorqud Cəfər, Fərhad Səmimi kimi aktyorları necə pisləyə bilərəm?
Böyük məmnuniyyətlə mən Hikmət Rəhimovun çəkdiyi “Apatiya” filminə baxardım.
Biri də var ki, deyir ki, “hamı çəkilir, qoy mən də çəkilim, həvəsim var”.
Bax biz bunların əlində qalmışıq.
Bunlar elə bilirlər ki, prodüserlik “baboçka” taxıb sonda səhnəyə çıxmaqdır!
Onlar ulduz xəstəliyinə tutulublar.
Elə bilirlər ki, oxumasalar da, aktyordurlar.
Filmlərə baxıb özlərini kiməsə oxşatmaqla aktyor olmurlar”.
Xalq artisti Şuşaya gedib-gəldiyini də bildirib.
“Doğma diyarım Şuşaya gedib-gəlirəm.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev hər zaman qaçqınlarla ağıllı və savadlı iş aparır.
Onun qaçqınlarla birlikdə ərsəyə gətirdiyi bir sexi var.
Onun birini də mənə bağışlayıb...Şuşanın darvazaları da oradadır, üstünə Şuşa yazılıb və üzüyün qaşı da Cıdır düzünün torpağındandır.
O üzüyü barmağıma taxanda kövrəlirəm”, - deyə sənətkar bildirib.
Xalq artisti açıq-saçıq filmlərdən də danışıb:""“18+” vəziyyətdən çıxış yolu deyil.
O səhnələr təqribən qadın hamamında gedib film çəkməkdir.
Kişilər söhbət edəndə belə mövzulardan danışa-danışa edirlər.
Yaxşı kişilər heç söyüş də söymürlər”.
Bakıda evdən 12 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, fevralın 25-də Binəqədi qəsəbəsində evlərin birindən cibində 12 000 manat pul olan gödəkcə, Görədil bağlar sahəsində isə iki evdən təmir alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş İntiqam Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bir müddət öncə “Əli Ədaləti” adlı haker qrupu tərəfindən İran parlamentinin elektron sisteminin sındırılmasından sonra əldə edilən məxfi sənədlər bəzi məlumatları ortaya çıxarıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
Sənədlər göstərib ki, Tehran iqtisadi basqılara, daha çox sanksiyalara və SEPAH-ın Qərb ölkələri tərəfindən terror təşkilatları siyahısına salınmasına hazırlaşır.
Məlumata görə, 2023-cü il dekabrın 2-də İran parlamentinin Nəzarət və İdarəetmə Hesabatı adlı sənədində bununla bağlı yazılıb.
“İndi SEPAH-ın adının terror təşkilatları siyahısına salınması müzakirə edilir.
ABŞ beynəlxalq səviyyədə Qərb ölkələrinin razılığı ilə bu addımı həyata keçirməyə çalışır”, - deyə sənəddə qeyd edilib.
İngiltərə Kubokunun 1/8 finalında “Çelsi” ilə (3:2) matçı zamanı “Lids”in azarkeşi “Stemford Bric” tribunasından yıxılaraq xəstəxanaya aparılıb.
Məlumata görə, “Lids” azarkeşi komandasının ilk qolunu qeyd edərkən “Stemford Bric”də tribunanın yuxarı hissəsindən aşağı pillədəki azarkeşlərin üzərinə yıxılaraq xəsarət alıb.
Qeyd edək ki, hadisə matçın səkkizinci dəqiqəsində baş verib.
Tibb işçiləri və polislər dərhal zərərçəkmişə yardım ediblər.
Xatırladaq ki, “Çelsi” “Lids”lə görüşdəki qələbə sayəsində İngiltərə kubokunun 1/4 finalına yüksəlib.
Yarımfinalda London klubu “Lester”lə qarşılaşacaq.
23 fevral tarixində Bakıda yapon mühəndisliyinin mükəmməlliyinin nümunəsi kimi dünya miqyasında tanınan “Suzuki” avtomobil brendinin rəsmi dileri tərəfindən yeni salonunun təntənəli açılış mərasimi baş tutdu.
Uzun illər ərzində qorunan zəngin irsi ilə “Suzuki” müstəsna sənətkarlığı, üstün performansı və davamlı keyfiyyəti ilə güvən qazanaraq avtomobil sektorunda dizayn və texnologiyanın sərhədlərini daim yeni səviyyələrə gətirmişdir.
Yığcam şəhər avtomobillərindən tutmuş yolsuzluq maşınlarına qədər “Suzuki” modelləri bütün dünya üzrə sürücülərin müxtəlif ehtiyaclarını ödəmək üçün hazırlanmış avtomobillərin geniş çeşidini əhatə edir.
“Suzuki”nin fəlsəfəsinin mərkəzində təkcə performans baxımından üstün olmaq deyil, həm də brendin əsas dəyərləri - səmərəlilik, davamlılıq və innovasiyanı özündə əks etdirən avtomobillər təqdim etmək üçün irəli gələn mükəmməllik axtarışı dayanır.
Texnologiyaları, o cümlədən qabaqcıl təhlükəsizlik xüsusiyyətləri, yanacağa qənaət edən mühərriklər və intuitiv məlumat-əyləncə sistemləri sürücülük təcrübəsini yüksəltmək və müştərilərin gözləntilərini aşmaq üçün diqqətlə işlənilib.
“Suzuki” ətraf mühitin davamlılığına sadiq qalaraq gələcək nəsillər üçün daha yaşıl və dayanıqlı gələcəyi təmin edərək karbon emissiyalarını minimuma endirmək üçün ekoloji cəhətdən təmiz təşəbbüslərə üstünlük verib və alternativ yanacaq texnologiyaları hazırlayıb.
“Aral Auto” şirkətinin avtomobil portfelinə yeni əlavə olan “Suzuki” özü ilə mükəmməllik mirası və müştərilərə misilsiz həllər, müstəsna xidmətlər təqdim etmək üçün özü ilə birgə uzun müddət təcrübəyə sahib əməkdaşlar gətirir.
“Aral Auto” və “Suzuki” arasında tərəfdaşlıq ümumi dəyərlərin toqquşması və müştəri təcrübəsinin hər aspektində mükəmməlliyi təmin etmək öhdəliyini əks etdirir.
Bakı şəhəri, Babək prospekti 61C ünvanında yerləşən yeni “Suzuki” avtosalonunun istifadəyə verilməsi ilə müştərilər “Aral Auto”nun təcrübəsi və müştəri məmnuniyyətinə sadiqliyi ilə dəstəklənən zərif şəhər avtomobillərindən tutmuş universal yolsuzluq avtomobillərinə qədər “Suzuki”nin innovativ seriyasını birbaşa real təcrübədən keçirtmək şansı əldə edəcəklər.
Azərbaycanda funksional avtomobil həlləri üçün etibarlı tərəfdaşınız olan “Aral Auto”nun “Suzuki” avtosalonunda misilsiz performans, etibarlılıq və innovasiyasını kəşf edin.
Təqdim olunan mövcud modellər və onların servis xidmətləri haqqında ətraflı məlumat üçün rəsmi diler ilə aşağıdakı nömrədən əlaqə saxlaya bilərsiniz:""+994 12 570 89 89 "Ünvan:Babək prospekti 61C
Dünya əhalisi müxtəlif dillərdə danışaraq bir-biri ilə ünsiyyət qurur.
Hansı dilin daha zəngin, daha güclü dil olması hər zaman müzakirə mövzusu olub.
Burada nəzərdən keçirilən kriteriyalardan biri də dilin lüğət tərkibidir.
Yəni ümumi qəbul edilən fikir belədir ki, bir dilin söz ehtiyatı nə qədər çoxdursa, o dil zəngin hesab oluna bilər.
Dilimizin lüğətində nə qədər söz var və onu zənginləşdirmək üçün nələr etmək lazımdır?
Modern.az-a açıqlama verən Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, dilçi-alim Möhsün Nağısoylu bildirib ki, əsas problem Azərbaycan dilinin etimologiya lüğətinin olmaması ilə bağlıdır.
“Azərbaycan dilinin etimologiya lüğəti indiyə kimi hazırlanmayıb.
Halbuki digər xalqların çoxu etimologiya lüğətini hazırlayıb.
Tatarlar, yakutlar, başqırdlar, qazaxlar, Türkiyə türklərin özü, ancaq bizdə yoxdur.
Azərbaycan dilinin izahlı lüğətinin birinci cildi 1966-cı ildə 4 cilddən ibarət çap olunub.
Sonuncu isə 1987-ci ildə çap edilib.
Bu müddət ərzində bizim dilimizə nə qədər söz daxil olub.
Azərbaycan dilinin izahlı lüğətdə 40 minə yaxın söz var.
Orfoqrafiya lüğətində isə 2013-cü ildə 100 min idi, ancaq məlum oldu ki, orada təkrarlanan, qondarma sözlər var.
Ona görə sonuncu, 2021-ci ildə lüğətdə 90 min söz müəyyən edilib.
2021-ci il orfoqrafiya lüğətinin son versiyasına 2013-cü ildən sonra dilimizə daxil olan və əvvəlki lüğətdə unudulan 4000-ə yaxın söz daxil edilib.
Lüğətə ümumişlək sözlərin demək olar ki, hamısı daxil edilib.
Ola bilər ki, daxil edilməyən, unudulmuş sözlər olsun.
Lüğət elə bir şeydir ki, sözlər unudula bilər.
Ancaq gündəlik istifadə olunan sözlər maksimum daxil edilib.
Qeyd edim ki, 40 faizdən çox söz alınmadır.
Dilimizə hər il daxil olan sözləri demək çətindir”.
Başqa türk dillərindən alınma sözlər köməyimizə gələ bilər...""Dilçi-alim hesab edir ki, Azərbaycan dilinin zənginləşməsi daxili imkanlar hesabına baş tutmalıdır:""“Əcnəbi sözlərin də dilə əlavə olunması qaçılmazdır.
Bəzi şəxslər dilə o qədər əcnəbi sözlər gətiriblər ki, yerli-yersiz istifadə olunur.
Problem ondadır ki, biz sözləri başqa dillərdən olduğu kimi götürürük.
Halbuki dilin öz daxili imkanları hesabına söz yaratmaq olar.
Dilin zənginləşməsi mənbələrindən biri dialektlərdir.
Dialektlərdə qədim sözlərimiz öz varlığını qoruyub saxlayıblar.
Məsələn, türkcə belədir, sözün qarşılığını tapıb işlədirlər.
Azərbaycan dilini zənginləşdirməyin digər yolu, başqa türk dillərindən alınma sözlər hesabına ola bilər.
Müasir dövrdə türk dövlətlərinin bir-birinə yaxınlaşması proses gedir.
Belə olan halda niyə dildə də bu özünü göstərməsin?”"Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva isə Azərbaycan dilinin zəngin olduğunu düşünür.
“Azərbaycan dili zəngin dildir.
Nitqimizin zənginləşməsinə ehtiyac var.
Dialektlər hesabına dilimizin lüğət tərkibi genişləndirə bilərik.