Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmçinin, siz “oxu29” promokodunu istifadə edərək martın 3-dək, “Umico Market”in müxtəlif kateqoriyalarında məhsullar aldıqda 5% keşbek qazana bilərsiniz! |
Endirimli notbuklar “Umico Market”də "Yaxşı iş notbuku axtarırsınızsa, “Acer Aspire 3” modelinə nəzər salın. |
Oyun oynamaq üçün vaxtınız varsa, “Lenovo IdeaPad 3” modelini əldə edin. |
Ələlxüsus da, son qiymətə bir baxın! |
“Umico Market”də endirimli smartfonlar. |
Endirimli smartfonlar “Umico Market”də"Çoxdandır ki, yeni smartfon arzusundasan? |
Kreditlə və ya taksitlə, evə və ya təhvil məntəqəsinə çatdırılma ilə - tam istədiyin kimi! |
Yüksək sürət və super performans sevirsən? |
Endirimli qiymət ilə yeni “Smartfon Apple iPhone 15 Pro”nu kəşf et! |
İri məişət texnikası endirimlə “Umico Market”də"Paltaryuyan və qabyuyan maşınlara, soyuduculara, kombi sistemlərinə və kondisionerlərə endirimlər hazırlamışıq. |
Məhz bu gün, fevralın 29-da daha çox endirimli məhsulları “Umico Market”də axtarın. |
Ev üçün kiçik məişət texnikası endirimlə “Umico Market”də"Bu texnika evinizi səliqəyə salmağa, təmizlik və rahatlıq yaratmağa kömək edəcəkdir. |
“Philips” ütüsü ilə paltarlarınıza qulluq etmək daha sürətli və asan olacaq. |
Buxar döşəmə təmizləyicisi ilə istənilən çətin əlçatan yerləri asanlıqla yuyub dezinfeksiya edə və xoşagəlməz qoxuları aradan qaldıra bilərsiniz. |
Gözəllik və Sağlamlıq bölməsi də sizə dekorativ kosmetika və ətirlərə endirim təkliflərini təqdim edir. |
Yüngül makiyaj və sevimli ətirdən bir damla hər kəsin əhvali-ruhiyyəsini yüksək saxlayacaq! |
“Umico Market” Azərbaycanın ən böyük marketpleysidir. |
“Umico Market”də uşaq oyuncaqlarından tutmuş avtomobil şinlərinə qədər, sizə lazım olan hər şeyi ala bilərsiniz, çünki bizdə 200 000-dən çox məhsul var. |
Sizi sərfəli alış-veriş üçün “Umico Market”də gözləyirik! |
Gəncə Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yusif Dadaşovun birinci instansiya məhkəməsinin çıxardığı qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. |
Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarı ləğv edilib, təqsirləndirilən şəxsin cinayət işi üzrə birinci instansiya məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilən apellyasiya şikayətinin Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina olunub. |
İttihama görə, hadisə 20219-cu il noyabrın 15-də Gəncə şəhəri Cavadbəy Şıxlinski küçəsində baş verib. |
Əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Yusif Dadaşov sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovla mübahisə edib. |
Mübahisə nəticəsində Yusif Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib. |
Mübariz Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. |
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Yusif Dadaşov saxlanılıb. |
İstintaq araşdırması zamanı baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. |
Oğul fəhlə, atası isə usta işləyirmiş. |
Mərhum evə içkili halda gələn oğluna “piyan”san, get yat, sabah işə gedəcəksən” deyib. |
Nəticədə ata ilə oğul arasında mübahisə baş verib. |
Bu zaman oğul bıçaqla Mübariz Dadaşova zərbə endirib. |
İstintaq orqanı tərəfindən Yusif Dadaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. |
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. |
Lakin məhkum həmin hökmdən apellyasiya şikayəti verməyib. |
Bir qədər sonra Yusif Dadaşov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququndan istifadə etmək əvəzinə, 4 sentyabr 2023-cü il tarixdə yenidən hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət verib. |
Gəncə Ağır Cinayətlər Məhkəməsi təkrar olaraq vəsatətə baxıb və 29 noyabr 2023-cü il tarixli qərarla vəsatəti rədd edib. |
Gəncə şəhərində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb. |
Bildirilib ki, şəhər sakini Şərif Şərifov özünə məxsus BMW markalı avtomobillə şəhər ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub, təhlükəli manevrlər edib. |
Sürücü barəsində toplanmış material aidiyyəti üzrə məhkəməyə göndərilib. |
Bundan başqa, monitorinqlər zamanı bir qrup gəncin müxtəlif markalı avtomobillərlə, qanunla qadağan edilməsinə baxmayaraq, səs siqnalından istifadə və avtomobilə konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. |
Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. |
Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb. |
ABŞ Prezidenti Co Bayden bir sıra xəstəliklərdən, o cümlədən yuxu apnesi (yuxuda nəfəs kəsilməsi - red. |
), hiperlipidemiya (qanda triqliseridlərin və xolesterinin həddindən artıq yüksək cəmləşməsi) və onurğa artritindən əziyyət çəkir. |
Bu barədə Ağ Evin həkimi, terapevt Kevin O`Konnor ABŞ liderinin illik müayinəsinin nəticələrinə əsasən bildirib. |
Qeyd edilib ki, bu xəstəliklərin bəziləri yaddaşın pozulmasına, iş qabiliyyətinin azalmasına və intellektin pisləşməsinə səbəb olur. |
“Həmçinin, Baydenin bədəninin bəzi hissələrində lentiqo və aktinik dəyişikliklər var (dəridə ləkələr - red. |
Bundan əlavə, Baydendə qastroezofagial reflüks xəstəliyi aşkarlanıb. |
Bu, mədə-bağırsaq traktının xəstəliklərindən biridir. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. |
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarası olduğu müəyyən edilib. |
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. |
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. |
Gəncə Futbol Akademiyasının açılış tarixi bəlli olub. |
Sabah AFFA İcraiyyə Komitəsinin Gəncədə iclası olacaq. |
Qurum rəsmiləri akademiyaya baxış keçirəcəklər. |
Qeyd edək ki, Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib. |
Açılış ilk olaraq yanvarın 11-nə planlaşdırılsa da, sonradan təxirə salınıb. |
28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. |
Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. |
Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. |
Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər. |
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib. |
13:41"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb. |
Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. |
The second day of negotiations between the Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun and Foreign Minister of Armenia @AraratMirzoyan on the draft peace agreement has just commenced in Villa Borsig. |
pic.twitter.com/TkHebQvvTY"Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb. |
09:58"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək. |
Oxu.Az xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb. |
Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. |
Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib. |
Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib. |
Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq. |
Baku.ws xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Nizami küçəsindəki ikimərtəbəli binalar plana düşüb. |
Pilot layihə nəticəsində istismar müddətini başa vurmuş binalar söküldükdən sonra yerində çoxmərtəbəli binalar inşa olunacaq. |
Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlar aparıblar. |
Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunub. |
Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 10-20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar. |
İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. |
Evlərinin kvadratından asılı olaraq sakinlər 250-350 manat arasında kirayə pulu alacaqlar. |
Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. |
Xatırladaq ki, bir müddət əvvəl paytaxtın Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binaların da plana düşdüyü ilə bağlı məlumat yayılmışdı. |
“AccessBank” müştərilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi, müştəri məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, habelə göstərilən xidmət çeşidlərinin genişləndirilməsi məqsədilə “Azərikard” Prosessinq Mərkəzinə keçid etdi. |
Müştərilərə daha keyfiyyətli xidmət göstərmək üçün “AccessBank”ın texnoloji imkanlarını davamlı olaraq təkmilləşdirmək strategiyasının tərkib hissəsi olan miqrasiya fevralın 22-də saat 10:00-dan 22:00-dək həyata keçirilib. |
Hər iki komandanın yüksək peşəkarlığı və dəqiq planlaşdırması sayəsində miqrasiya prosesi uğurla həyata keçirilmişdir. |
Prosessinq mərkəzinə miqrasiya nəticəsində “AccessBank” müştəriləri yeni imkanlardan yararlana biləcəklər. |
Bunların sırasına “Apple Pay”, “Google Pay” kimi qlobal alətlər, həmçinin “Azərikard”ın geniş texniki imkanları və digər üstünlüklərindən istifadə daxildir. |
İranın Kərəc şəhərinin Qızılhisar zindanında saxlanılan məhbus intihar edib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. |
Məlumata görə, yeddi ay öncə həbs edilən Hüseyn Cəlali adlı məhbus çoxlu sayda həb udaraq həyatına son qoyub. |
Qeyd olunur ki, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilən Hüseyn Cəlali həbsxananın pis şəraitinə və rəhbərliyin təzyiqlərinə görə özünü öldürüb. |
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə istintaqı tamamlanıb. |
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. |
Prokuror N.Şakirlinin sərxoş vəziyyətdə qəza törətməkdə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə altı il azadlıqdan məhrum edilməsini tələb edib. |
Çıxışda qeyd edilib ki, sərbəst mühakimə edilən bloqer məhkəmə zalında dərhal həbs edilməlidir. |
Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.