Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Buna görə, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. |
Maarifləndirmə işlərinə məhəl qoymayanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. |
Cinayət və İnzibati Xətalar Məcəllələrinə xüsusi maddələr əlavə edilməlidir”, - deyə o qeyd edib. |
“Qeyri-prosessual münasibətlər yolverilməzdir və bu hallar ölkədə məhkəməyə, istintaqa, dövlətin maraqlarına ziddir. |
Ona görə də, hər kəs öz işini qanun çərçivəsində qurmalıdır”. |
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. |
“Bizim əsas istəyimiz odur ki, vəkillərin göstərdiyi hüquqi yardıma görə qeyri-rəsmi ödənişlər olmasın, ödənişlər nağdsız qaydada aparılsın və tam şəffaflıq təmin olunsun. |
Bunun üçün əlimizdən gələni edirik. |
Görünən odur ki, bu işlər öz effektini verməkdədir. |
Çünki vəkillər barədə başladılan intizam işlərinin sayı azalmaqdadır”, - deyə sədr qeyd edib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb. |
Evin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Maltalı yeniyetmə İsak Kataniya De Covanni Fqura şəhərinin yerli şurasına seçkilərə hazırlaşır. |
Qeyd olunur ki, onun hazırda cəmi 15 yaşı var. |
O, yerli şura seçkisində iştirak edən ən gənc namizəddir. |
Yeniyetmə Respublika İşçi Partiyasından (PL) namizədliyini irəli sürür. |
Onun anası hazırkı PL deputatı Katya De Covanni, babası isə Fqura şəhərinin keçmiş meri Entoni De Covannidir. |
“Mən tez-tez anamla parlamentə gedirdim və yerli idarəetmə məsələləri ilə bağlı parlamentin katibi Alison Zerafa Çivelli ilə danışırdım. |
O, mənim seçkilərdə iştirak etmək istəyimi dəstəkləyib”, - oğlan siyasətə olan həvəsi haqqında deyib. |
Kataniya De Covanninin Fquranın meri postunu tutmaq şansına malik olduğu və bununla da Malta tarixinin ən gənc meri ola biləcəyi vurğulanır. |
Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb. |
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir:""“Hörmətli Forum iştirakçıları. |
İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. |
Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. |
Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. |
Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. |
Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. |
Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır. |
Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. |
Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir. |
Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir. |
Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. |
İki il bundan əvvəl - 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb. |
Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək. |
Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!” |
Azərbaycan Televiziyasının (AzTV) “Siyasətin kvazimodosu” adlanan sənədli filmində Parisdə yaşayan erməni jurnalist Leo Nikolyan Fransa prezidenti Emmanuel Makronun terror təşkilatı ilə əlaqələrindən danışıb. |
Erməni jurnalist Makronun onu erməni terror təşkilatlarının rəhbərlərilə hədələdiyini vurğulayıb. |
Leo Nikolyan küçədə gördüyü Fransa prezidentini tənqid etdiyi üçün təqib edildiyini, 52 saat təcridxanada olduqdan sonra bir müddət Fransanı tərk edib Dubayda və İstanbulda yaşadığını bildirib. |
Kolumbiyanın Medelin şəhərində göyərtəsində turistlərin olduğu qəzaya uğrayan helikopterin salonundan video ortaya çıxıb. |
Həmin görüntülər yerli mediada yayılıb. |
Videoda 36 yaşlı amerikalı Fransisko Salasın təcili yardım xidmətinə zəng edərək helikopterin qəzaya uğradığını dediyi görünür. |
O, həm yoldaşlarını, həm də xilasetmə prosesini lentə alıb. |
Salas deyib ki, o, hətta ailəsinə zəng edərək vidalaşıb. |
Lakin altı sərnişinin hamısı sağ qalıb. |
Qeyd olunur ki, pilotlar idarəetməni itirib və bu səbəbdən helikopter sürüşərək yırğalanmağa başlayıb. |
Nəticədə helikopter çoxmərtəbəli binanın divarına çırpılaraq orada ilişib qalıb. |
Xilasetmə əməliyyatında 70 nəfər iştirak edib. |
Bu gün aparıcı Alidə Mustafayeva ilə Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucovun toyudur. |
Oxu.Az yazır ki, Bakıdakı restoranlardan birində keçirilən toyda sənət adamları da iştirak edirlər. |
Toy mərasimindən aktyor Nicat Rəhimov paylaşımlar edib. |
O, aparıcı Tural Əsədov, müğənni Elçin Cəfərov, aktyorlar Elşən Orucov və İlkin Həsəni ilə əyləşdiyi masadan videonu sosial media hesabında paylaşıb. |
Həmin görüntüləri təqdim edirik: |
“Futbolçularımı təbrik edirəm. |
Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. |
İlk hissə bizim üçün asan olmadı. |
Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq”. |
Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turundan təxirə salınmış “Qəbələ” ilə görüşdən (4:0) sonra keçirilmiş mətbuat konfransında deyib. |
O, ardından jurnalistlərin suallarını da cavablandırıb. |
- “Neftçi” ilə matçda “Bayer”lə oyunun heyətini meydanda görə bilərik? |
“Neftçi” və “Bayer”lə oyuna kimi hamı bərpa olacaq. |
Amma böyük ehtimalla problem olacaq. |
- Kaxaber Sxadadzeni illər sonra görmək sizdə hansı təəssüratları yaratdı? |
- Onu görmək maraqlı və çox xoş oldu. |
Onun komandalarına qarşı hazırlaşmaq üçün həmişə çox vaxt sərf etmişəm. |
İlk hissədə göründü ki, o qədər də asan olmayacaq. |
- Nəriman Axundzadənin daha da inkişaf etməsi üçün onu Avropaya göndərmək olar? |
- Mənim təcrübəm onu deyir ki, gənc futbolçuların “Qarabağ”da oynaması onların inkişafını tezləşdirir. |
Başqa mentalitetdə olan futbolçulardır. |
Bu gün Avropaya getməkləri tezdir. |
Getsələr, onların inkişafı dayana bilər. |
2-3 il burada böyük oyunlarda iştirak edib Avropaya getsələr, daha yaxşı olar. |
- Mahir Emreli təcrübəsini nəzərdə tutursunuz? |
Çox futbolçu “Qarabağ”da daha çox inkişaf edir, nəinki Avropa klublarında. |
Legioner həyatı yaşamaq hər futbolçu üçün asan deyil. |
Onların tələblərinə, yaşam tərzinə uyğunlaşmaq çətindir. |
- Bəhlul Mustafazadənin yayda Avropaya gedəcəyi deyilir. |
Siz bu haqda nə deyə bilərsiniz? |
- Yazılar yazılır, mənim məlumatım yoxdur. |
Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. |
Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. |
Onların daim oynaması lazımdır. |
Futbolçular olub ki, “Qarabağ”da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar. |
Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. |
Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. |
Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar. |
- Sizcə, Premyer Liqadan düşmək ləğv olunmalıdır, yoxsa idman prinsipləri qorunmalıdır? |
- Komanda sayını artırmayacaqlarsa, qaydalara riayət etmək lazımdır. |
Əvvəllər mən İcraiyyə Komitəsinin üzvü olanda da bu məsələ müzakirə olunmuşdu. |
Mən o fikirdə qaldım ki, idman prinsipləri qorunmalıdır. |
Birdəfəlik sistem qurmaq lazımdır. |
Hamı bilməlidir ki, nə üçün mübarizə aparır. |
Aşağı liqanı da yaxşılaşdırmaq lazımdır. |
Bakıda “Malakan” bağı kimi tanınan ərazidə sakinlərin narahatlığına səbəb olan olay baş verib. |
Baku.ws xəbər verir ki, sakinlərin iddialarına görə, bağda ağacların ətrafına xüsusi dərman səpilib. |
Bu dərmanın tökülməsində məqsəd quşların tələf edilməsidir. |
Bağın ətrafına dərmanların tökülməsi azyaşlı uşaqlar və ev heyvanları ilə ora dincəlməyə gələn sakinləri qorxuya salıb. |
Əgər bu dərmanlar həqiqətən öldürücülük qabiliyyətinə malikdirsə, onda ətrafdakılar üçün real təhlükə yaradır. |
Məsələ ilə bağlı ərazidən məsul olan Bakı Abadlıq Mərkəzi ilə əlaqə saxladıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.