Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dilimizin lüğət tərkibinə alınma sözlər gətirməklə nitqi ağırlaşdırmağa ehtiyac yoxdur. |
Elə dialektlər, ümumişlək sözlər seçə bilərik ki, onlar aktiv şəkildə dilimizin lüğət tərkibinə daxil olsunlar. |
Belə olduqda, bizim dilimiz daha da zənginləşər. |
Bu, dilin daha gözəl, anlaşıqlı olmasına zəmin yaratmış olar”. |
Sevinc Əliyeva Azərbaycan dilinin zənginləşməsi, nitqin formalaşmasında media nümayəndələrinin ən ciddi təbliğat vasitəsi olduğunu vurğulayıb:"“Bizim bəzi media nümayəndələrimiz özünəməxsus, qəbul edilməyən, Azərbaycan dilinin qrammatik qanunauyğunluqlarına, dilimizin lüğət tərkibinə uyğun olmayan sözlər gətirirlər. |
Bu sözlərin televiziya, radio ekranlarında eşidilməsi, saytlarda yayımlanması bizim çox gözəl olan dilimizi zənginləşdirmək əvəzinə, eybəcərləşdirir. |
Onların fərdi üslubları hesabına, yerli-yersiz alınmalardan istifadə olunması dilimizin leksik normalarına, lüğət tərkibinə uyğun olmayan yad sözlərlə Azərbaycan dilini kasadlaşdırır. |
Azərbaycan dilinin ehtiyatı məsələsinə özləri də bilmədən və ya bilərək xələl gətirirlər. |
Bu barədə mütəmadi olaraq tövsiyə və təkliflərimizi veririk. |
Media nümayəndələrinin də təkliflərinə açığıq. |
Mart ayından biz təlimlərə başlayacağıq. |
Təlimlərdən sonra bu hal yenə müşahidə olunarsa, monitorinqlərimizin nəticələrindən sonra cərimələrin tətbiq olunması üçün vəsatət qaldıracağıq”. |
Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədli hadisə ilə bağlı açıqlama verib. |
“Unikal”ın məlumatına görə, A.Əsədli bildirib ki, həyat yoldaşı İbrahim Əsədlini onun iş yerində sevgilisi ilə birlikdə tutub:""“Ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onun o qadınla intim münasibətdə olduğunu gördüm. |
Qadın 1978-ci il təvəllüdlü, Quba rayon sakinidir. |
Bu qadından yoldaşım canını qurtara bilmir. |
Ona yoldaşım elə bizim məhəlləyə, bizim evə yaxın bir ev tutub. |
İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. |
Bu zaman qadın yumruqla üstümə gəldi. |
Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu”. |
Qeyd edək ki, ilkin məlumata görə, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib. |
Belə ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. |
Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib. |
Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib. |
Artıq iş üzrə ekspertiza təyin olunub. |
ABŞ-nin İllinoys ştatının məhkəməsi keçmiş prezident Donald Trampı ştatda Respublikaçılar Partiyasının ilkin seçkilərindən kənarlaşdırmaq qərarına gəlib. |
Bu barədə İllinoys ştatının məhkəməsindən məlumat verilib. |
Dairə hakimi ştatın seçki komissiyasına Trampın martın 19-da keçiriləcək praymerizdən (ilkin seçkilərdən) kənarlaşdırılması barədə göstəriş verib. |
Eyni zamanda bildirilib ki, qərarın icrası mümkün apellyasiya şikayəti ilə bağlı martın 1-nə qədər dayandırılıb. |
Ermənistan İstintaq Komitəsi Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində azmış azərbaycanlı hərbçi Ruslan Pənahov barəsində cinayət işi açıb. |
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. |
Bildirilib ki, o, Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək və s.ilə ittiham olunur. |
“Hazırda işin halları aydınlaşdırılır”, - deyə məlumatda vurğulanıb. |
Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. |
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb. |
Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb. |
Azərbaycanlı funksioner UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərindəki “Stadium Graz Liebenau” stadionunda keçiriləcək “Şturm” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq. |
Qeyd edək ki, 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. |
Belə ki, Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb. |
Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. |
Azərbaycanda əsgərlərə 20 günlük məzuniyyətin verilməsi təklif edilir. |
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. |
Belə ki, Ombudsman tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına bir dəfə verilən qısamüddətli 10 günlük məzuniyyətin, hər birinin müddətinin 10 gün olmaqla 2 dəfə verilməsi təklif edilir. |
Azərbaycandan kənarda sülhməramlı əməliyyatlarda həlak olan hərbçilərə şəhid statusunun verilməsi təklif olunur. |
Məruzədə Azərbaycanın sülhməramlı kontingentinin tərkibində onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak edərkən həlak olan və ya ölmüş elan edilən hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi təklif olunub. |
Azərbaycanda “Alternativ xidmət haqqında” qanunun hazırlanması təklif edilir. |
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. |
Belə ki, Ombudsman tərəfindən “Alternativ xidmət haqqında” qanunun hazırlanması və qəbul edilməsi təklif olunur. |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu göndərib. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. |
Macarıstan Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşıdır. |
Qarşılıqlı inam və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. |
Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişlənməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. |
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Macarıstan arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi naminə birgə səylər göstərəcəyik. |
Sizə ən xoş arzularımı çatdırır, dost Macarıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”. |
Keçən il beş nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb. |
Qeyd olunub ki, həmin müddət ərzində məhkumların əmək hüquqlarının təmini ilə bağlı Ombudsmanın təklifləri nəzərə alınaraq, ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı 2,7% artmış və bununla da 4.802 nəfər təşkil etmiş, eyni zamanda penitensiar müəssisələrdə 40 yeni iş yeri yaradılıb. |
Bildirilib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məsələlər üzrə Ombudsmanın əvvəlki illərdə olduğu kimi, ötən il də təklifləri nəzərə alınaraq, 4204 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 72 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 5 nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb. |
Həmçinin, ötən il alternativ qətimkan tədbirləri tətbiq edilərək, 1500-dən çox həbs edilmiş şəxs barəsində qətimkan tədbiri digər qətimkan tədbirləri ilə əvəz edilib və ya qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslarla həbsdən azad ediliblər. |
Çadın keçid dövrü prezidenti fransapərəst Mahamat İdriss Debi İtno həbs olunub, onun əsas rəqibi - Sərhədsiz Sosialist Partiyası (SSP) lideri Yəhya Diallo isə öldürülüb. |
Bu barədə yerli mətbuatda xəbər yayılıb. |
Ehtimal olunur ki, dünən qarışıqlığın yaşandığı Çadda artıq çevriliş baş verib. |
Çadın yeni ehtimal lideri haqqında məlumat Debinin həbsini kimin sifariş etdiyi üzə çıxdıqdan sonra aydınlaşacaq. |
Qeyd edək ki, bir gün əvvəl Çad Milli Təhlükəsizlik Agentliyinin Ncamenadakı ofisinə hücum edilib. |
Səlahiyyətlilər hadisədə SSP-ni günahlandırıb və hökumət partiyanın bütün tərəfdarlarının həbs olunması barədə qərar verib. |
ABŞ, Fransa və Rusiyanın Çaddakı səfirləri axşam saatlarında vəziyyətin Mahamat Debinin nəzarətində olduğunu bildiriblər. |
Lakin gecə yarısı yerli mənbələr Debinin həbsini xəbər veriblər. |
Ölkədə çevrilişə cəhd Çadda prezident seçkisinin mayın 6-da elan edilməsindən bir gün sonra baş verib. |
Mənbə:“Svejesti” “Telegram” kanalı |
İcbari tibbi sığortanın tətbiqi sahəsində vahid tibbi elektron bazanın yaradılması təklif olunur. |
Bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. |
Qeyd olunub ki, icbari tibbi sığortanın tətbiqi sahəsində operativliyin və əlaqələndirmənin, həmçinin, tabeliyindən asılı olmayaraq, bütün tibb müəssisələrində göstərilən tibbi xidmətlər barədə məlumatlılığın və həmin xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində səmərəliliyin artırılması məqsədilə vahid tibbi elektron bazanın yaradılması təklif edilir. |
İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib. |
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. |
Məruzədə qeyd olunub ki, penitensiar müəssisələrdə müəyyən edilən əsas problemlərdən biri də sıxlıqla bağlı olub. |
Belə ki, 2 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. |
Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1 050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1 400 nəfərin saxlandığı, 1 200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1 411 məhkumun cəza çəkdiyi müəyyən edilib. |
Bildirilib ki, penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. |
Bununla belə, əksər hallarda həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və bir qayda olaraq, həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur. |
“Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif olunur. |
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. |
Qeyd olunub ki, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləğinin artırılması təklif edilir. |
Xatırladaq ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. |
Ermənistanın bir sıra yaşayış yerlərinə vurduğu ziyanın aradan qaldırılması üçün əlavə maliyyə vəsaitinin ayrılması təklif edilir. |
Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. |
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən respublikanın bir sıra yaşayış məntəqələrinin, xüsusilə mülki əhalinin sıx məskunlaşdığı yerlərin, o cümlədən şəhər və rayon mərkəzlərinin raket atəşinə tutulması nəticəsində fərdi yaşayış evlərinə və mənzillərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması təklif olunur. |
“Elektron resept sisteminin tətbiqi daha əvvəl qeyd etdiyim üstünlüklərlə yanaşı, bütün sektorun şəffaflığının artırılması nəticəsində əlavə iqtisadi effekt yaradacaq”. |
Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev qurumun rəsmi saytına müsahibəsində deyib. |
Müsahibəni təqdim edirik:""- Səid müəllim, öncə bilmək istərdik ki, elektron resept sistemi nədir? |
- Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. |
Bu sistem Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. |
Eyni zamanda, elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək. |
- Bu sistem vasitəsilə reseptdə yazılan dərman vasitələrini vətəndaşlar necə əldə edə bilərlər? |
- Həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. |
Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR-kodu əczaçıya təqdim etmək lazımdır. |
Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər. |
Həmçinin, vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcəklər. |
- Elektron resept sisteminin hansı üstünlükləri var? |
- Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. |
Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.