Search is not available for this dataset
text
stringlengths
10
518k
Əliyev Almaniyanın aparıcı şirkət rəhbərləri ilə görüşündə Fransanın, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin regionda məxfi geosiyasi məqsədlər güdən orbitdə olduqlarını bəyan etdi.
Berlində nazirlərin görüşü, Bakıda Əliyevin bəyanatları - bu, Almaniyanı Avropa İttifaqının təməl daşı kimi gizli gündəliklərə qarşı hərəkət trayektoriyasına salmağa yardımçı olmalıdır.
Bu, Əliyevin Almaniyanın danışıqlardakı moderatorluq səylərinə hansı şərtlə razılıq verdiyinin əlamətlərini göstərir.
Yəni:""- Almaniya geoiqtisadi güc kimi özünün imkanlarını Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə sərf etməlidir,"- Bu, avtomatik olaraq Avropa İttifaqının digər gücü Fransanın qaranlıq gündəliyini neytrallaşdırmalıdır,"- Almaniya görəcəyi işlərin müqabilində Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqların inkişafına sərmayə qoymalıdır.
Almaniyanın bu müstəvidə hansı şücaətlər göstərəcəyi zamana və qlobal proseslərdəki hadisələrə bağlı məsələdir və onun gələcəkdə Rusiya ilə münasibətlərinə də təsir imkanına malikdir.
Hərçənd ki, Almaniyanın regiondakı iştirakını Rusiyaya qarşı hədsiz böyüyəcək “Qərb məhsuldarlığı” kimi şərh etmək də olmaz.
Çünki Almaniyanın, Fransadan fərqli olaraq, Ermənistanda nə hərbi baza yerləşdirmək, nə də regionu Rusiyanın geosiyasi niyyətindən uzaqlaşdırmaq üçün imkanları mövcuddur.
Məntiq etibarı ilə, Azərbaycan və Ermənistan danışıqlarının Brüssel formatı ABŞ və Fransa tərəfindən zədələndiyindən onun Berlin üsulu ilə əvəzlənməsi təbii proses idi.Amma bu prosesin Rusiya tərəfindən dərin niyyətlərdə qısqanclıqla qarşılanacağı indi üçün real səslənmir.
NƏTİCƏ"I"Almaniyanın Bakı-İrəvan proqramında yerini müəyyən etməsi onun hansı vektorlar vasitəsilə təsirlərini artırmaq məramını açır.
Bu, Berlinin geoiqtisadi alətləri vasitəsilə diplomatiyadakı rolunu qüvvətləndirməyə xidmət edir.
II"Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində yeni sənədin və ya bəyanatın ərsəyə gəlməsinə çalışır.
Çünki bu amil Ukraynadakı müharibədən dolayı narahat vəziyyətdə olan Almaniyaya bir qədər rahatlıq verə bilər.
III"Azərbaycan Berlin formatının gələcəkdə geosiyasi qütbləşməni dərinləşdirəcək, Ermənistanı silahlandıracaq çətir altında olmaması üçün Almaniyadan zəmanət tələb edir.
IV"Berlin üsulu ilə danışıqlar Bakının xeyrinə nəticə versə, Almaniya üzləşdiyi mürəkkəb dilemmalara yeni genişlənmə siyasəti ilə cavab tapa bilər.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-cI tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir.
Tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə, Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbula namizədlər boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 23 yaşı 15 sentyabr 2024-cü ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər mart ayının 1-dən aprel ayının 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan:Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir.
Abituriyentlər aşağıda qeyd edilmiş telefon və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini bildirməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasına əlavə təhsilin “Təkrar ali təhsili” növü üzrə sənəd qəbulu prosesinə start veriləcəkdir.
Müraciət etmək istəyənlər Elm və Təhsil Nazirliyinin müvafiq elanından sonra portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Əlaqə telefonları:(012) 512-41-61; (012) 512-41-20.
Baş Dövlət Yol Polisi İdarəsi yuxulu və yorğun sürücülərə müraciət edib.
Oxu.Az həmin müraciəti təqdim edir:""“Taksi fəaliyyəti gəlir əldə etməkdən öncə xidmətdir.
Təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
Son günlər, xüsusilə taksi fəaliyyəti göstərən sürücülər arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, ələlxüsus taksi fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır”, - deyə BDYPİ-dən bildirilib.
Qədim və müasir memarlığın ahəngini özündə birləşdirən Bakının son illər dəyişməsi, müasir görkəmi ən çox müzakirə olunan, narahatçılıq doğuran mövzulardandır.
Daha çox yeni tikililərin şəhərin arxitekturasına uyğun gəlməməsi, paytaxtın mühitini formalaşdıran tikililərin yoxa çıxmasını bir çoxları faciə kimi qəbul edir.
İnqilabdan əvvəl, yəni ilk neft bumu zamanı inşa edilmiş binaların tarixi dəyəri var.
Odur ki, bir çox insan onların məhv olmasını qəbuledilməz hesab edir, çünki bu, Bakının keçmiş gözəlliyinin tamamilə məhvi ilə nəticələnə bilər.
- Mənə elə gəlir ki, bu sahədə araşdırmalar kifayət qədər deyil.
Bir sıra əsas götürülə biləcək işlər var.
Məsəl üçün, Şamil Fətullayevin, Rəna Əfəndizadənin işlərini misal gətirmək olar.
Mənə elə gəlir ki, Bakının neft bumu zamanı yaranan arxitekturası hələ də öz araşdırmaçısını gözləyir.
Amma bu məsələni təkcə arxitektura ilə məhdudlaşdırmaq olmaz.
Bunu daha geniş formatda götürmək lazımdır.
Bu məsələyə tarixi, mədəni, insan kontekstində yanaşmaq lazımdır.
Şəxsən mənim üçün hər bir maraqlı arxitekturası olan evin arxasında bir insan gizlənir.
Hər hansı bir binanı onun sahibinin, orada yaşayan insanların prizmasından nəzərdən keçirəndə, o, başqa cür görünür.
“Bakı milyonçuları modern, qotika, barokkonun nə olduğunu bilmirdilər”"- Ümumilikdə inqilabdan əvvəl Bakı arxitekturasını hansı üsluba aid etmək olar?
- Bakıdakı binaları konkret olaraq bir üslubda nəzərdən keçirmək çətindir.
Kimsə bunu çatışmazlıq kimi qiymətləndirə bilər, mən isə buna bir üstünlük kimi baxıram.
Biz neft bumu zamanı tikilən binaları deyəndə bir sıra memarlar, xüsusilə də Polşadan olanlar, tikinti şirkətləri, xüsusən də Qasımovlar qardaşlarının şirkəti, mühəndislər, daş ustaları yada düşür.
Amma mənim üçün əsas onu sifariş verəndir.
Onların isə mütləq əksəriyyəti yenicə zəngin olmuş insanlar idi.
Bunlar təbii ki, Tağıyev, Nağıyev, Muxtarov, Əsədullayev idi.Onların bir çoxunun ümumiyyətlə savadı yox idi.
Onlar modern, qotika, barokkonun nə olduğunu bilmirdilər.
Amma bu zənginlər ağıllı insan idilər və “çörəyi ver çörəkçiyə, birini də üstəlik” prinsipi ilə iş görürdülər.
Zənginlər anlayırdılar ki, yaxşı ev istəyirsənsə, yaxşı da memara müraciət etməlisən.
Milyonçular peşəkar memarları dəvət edirdilər.
Şəmsi Əsədullayev öz puluna ilk diplomlu azərbaycanlı memar olan Sankt-Peterburq Mülki Mühəndislik İnstitutunun məzunu Zivərbəy Əhmədbəyovu oxutdurmuşdu.
Memarlara sifariş təxminən belə səslənirdi – giriş qapısı Tağıyevdə, pəncərə Dadaşovda, günbəz Muxtarovda, balkon Mitrofanovda olduğu kimi və bir az da özündən nəsə təzə bir şey əlavə et.
Və məhz “bir az da özündən əlavə elə” ifadəsi həmin evlərə sahiblərinin xüsusiyyətlərinə görə orijinallıq gətirirdi.
Bakı memarlığının gözəlliyi də məhz bundadır.
XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı arxitekturası eklektikdir.
Amma bununla belə Bakı və Abşeronun daş ustalarının özünəməxsus işləri bu eklektikanı konkretləşdirirdi və şəhər üslubu yaradırdı.
Maraqlıdır ki, binalar onun sahibinin obrazına da oxşayır.
Misal üçün, Hacınskinin binasından onun sahibinin zadəganlığı görünür, Səadət sarayı Muxtarovun nəhəng fiquru ilə tam harmoniyadadır, Mitrofanovun fotosuna baxsanız Axundov bağının yanında evinin necə də onun əzəmətinə uyğun olduğunu görərsiniz.
- Digər şəhərlərdə arxitektura tarixi haqqında danışanda bir çox hallarda olub ki, hər hansı bir arxitektor özünün ideyasını həyata keçirmək üçün pullu insana müraciət edib, onu öz ideyası ilə şirnikləndirib, layihəsini reallaşdırıb.
Bakıda belə hallar olubmu ki, milyonçu arxitektora yox, məhz arxitektor öz layihəsini həyata keçirmək üçün milyonçuya bina tikilməsini təklif etsin?
- Belə halların olmasını istisna etmirəm.
Amma belə bir fakt mənə məlum deyil.
Məncə, əgər Bakını götürsək, burada əsas rolda sifarişçilər özləri olublar.
Arxitektorlar üçün sifarişlər kifayət qədər idi.Mən deyərdim ki, onlara olan tələb o qədər çox idi ki, iş yükünün öhdəsindən çətinliklə gəlirdilər.
Belə olan halda hər hansı bir ideya üçün pullu adam axtarmağa ehtiyacları yox idi."""“Bakı öz tarixi boyu iki məsələni uyğunlaşdıra bilməyib – planlı və keyfiyyətli tikinti”"- Bəs üslubları özündə birləşdirən hər hansı bir ümumi xətt var idimi?
- Üslublar memarlardan asılı idi.Təbii ki, hər birinin öz üslubu var idi.Amma onlar yerli ənənələri, daş ustalarının iş qabiliyyətini də nəzərə alırdılar və bununla da yerli üslub yaranırdı.
Belə ki, İosif Qoslavski neoklassizm cərəyanına meyil edirdi.
İosif Ploşko isə modernizm üslubunun ustadı sayılırdı.
Yeri gəlmişkən, Sovet İttifaqı dönəmində Konstantin İvanoviç Sençixini konstruktivist üslubda maraqlı işlərinə görə “Bakının Le Korbuzye”si adlandırırdılar.
Mikayıl Hüseynov və Sadıq Dadaşovun memarlıqdakı rolunu isə gənc nəslin çox istedadlı nümayəndəsi Rasim Əliyev klassik Azərbaycan musiqisində Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin rolu ilə müqayisə edirdi.
- Tikilən binalar bir-biri ilə ziddiyyət təşkil etmirdi ki, daha doğrusu bir bina digərlərinin fonunu korlayırdımı?
- Məsələ də ondadır ki, tikinti bir çox hallarda xaotik aparılırdı.
Hər hansı bir ümumi plan yox idi.
Bu binalar bir-birinə uyğun gəlməyə bilirdi.
Belə hallar çox olurdu ki, yöndəmsiz tikililər məhəlləsində birdən möhtəşəm bir mülk əmələ gələ bilərdi.
Etiraf etmək lazımdır ki, neft bumu dövründə binalar öz möhtəşəmliyi və individuallığı ilə bərabər, həm də plansız idi.
Planlı tikinti daha çox sovet dövründə yarandı.
Bəli, sovet dövründə planlı tikinti oldu, amma bu zaman tikinti və arxitektura keyfiyyəti aşağı düşdü.
Bakı öz tarixi boyu iki məsələni uyğunlaşdıra bilməyib – planlı və keyfiyyətli tikinti.
- Oktyabr çevrilişindən əvvəl tikilən və tarixi əhəmiyyət daşıyan binaların neçə faizi qorunub və günümüzə qədər gəlib çatıb?
- Rəqəmlərlə demək çətindir və məndə ümumiyyətlə belə rəqəmlər yoxdur.
Deyə bilərəm ki, qədim binaların əksəriyyəti saxlanılıb.
Amma rəqəmlərdən qaçıb, nə dərəcədə mühitin qorunub saxlanılması barədə danışmaq lazımdır.
Yəni tarixi əhəmiyyətli binanı saxlayıb, ətrafında az əhəmiyyətli olan tikililəri söküb, onun yerində göz oxşamayan çoxmərtəbəli bina tikilə bilər.
Belə də faktoloji olaraq tarixi bina saxlanılır, amma onun mühiti korlanır.
Bu mənada qorunan arxitektura mühitindən danışmaq lazımdır və belə də mən yerinə düşən yeni binaların tikintisinin əleyhinə deyiləm.
Əlbəttə ki, əgər həmin bina tikildiyi yerin mühitinə uyğun gəlirsə.
Mənim üçün bu mənada maraqlı bir nümunə kimi İçərişəhər gəlir.
Orada hündürlük barədə məhdudiyyətlərə əməl edilir, fasadın görünüşü ilə bağlı tələblər var.
Bu, müasir, amma arxitektura mühitinə uyğun gələn binaların tikilməsinə mane olmur.
Əgər biz bu prinsipi qala divarlarından kənarda da tətbiq etsək, arxitektura mühiti kifayət qədər sağlam olar.
“Dinlə mübarizə dalğası Bakıya əsaslı zərbə vurub”"- Məlumdur ki, inqilabdan sonra Çar dövründən qalma bir çox şeylərlə, xüsusilə tikililərlə mübarizə var idi.Rusiya və digər ərazilərdə kilsələr, digər tarixi-memarlıq əhəmiyyəti daşıyan tikililər köhnənin qalığı kimi sökülürdü.
Bakı bu baxımdan zərər görübmü?