Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həqiqətən bağın ətrafına dərman səpilməsini, bunun təhlükəli olub-olmamasını aydınlaşdırmağa çalışdıq. |
Məsələ ilə bağlı Bakı Abadlıq Mərkəzindən bildirilib ki, iddialar həqiqəti əks etdirmir:""“Bağ ərafına səpilən dərmanın adı “Nitroammofos”dur. |
Bu dərman həm qazon, həm də bitkilərə qış aylarında verilir ki, daha çox vitamin olsun. |
Əvvəlki illərdə peyin verilirdi. |
Lakin bizim qurum artıq bu dərmandan istifadə edir. |
Çünki şəhərin mərkəzində iy gəlir. |
“Nitroammofos” bütün bitkilərə və torpağa gücləndirici mineral kimi verilir. |
Bu dərmanın quşlara heç bir ziyanı yoxdur. |
Həmin dərmanın üzərinə su düşən kimi torpağa qarışır”. |
Həmin görüntüləri təqdim edirik: |
Bəzən səhərlər yuxudan oyananda yorğun, halsız olursunuz. |
Çox vaxt isə işə getmək belə istəmirsiniz. |
Gecə nə qədər tez yatsanız da, səhər bu hal keçmir. |
Oxu.Az xəbər verir ki, buna səbəb yeyib-içdiklərinizdir. |
Bu məlhəm özünü yorğun, əzgin hiss edən, stress keçirənlər üçün əsl çıxış yoludur. |
Şüşə bankaya tozağacı tumurcuqlarından yığıb, üzərinə araq və ya spirt tökün. |
14 gün qaranlıq otaqda saxlayın. |
Gündə üç dəfə yeməkdən yarım saat əvvəl bu məlhəmdən bir çay qaşığı içmək adamı gümrah saxlayır, stresdən uzaq tutur. |
Bu məlhəm həm də ürək ağrılarını aradan qaldırır. |
İşğal müddətində ərazilərimizlə yanaşı Qarabağda yerləşən dini abidələr də vandalizmə məruz qalıb. |
Xaçlanıb, cızılıb və qaraldılıb. |
Hadrut, Tuğ, Laçın və digər ərazilərimizdə yerləşən alban məbədləri ermənilərin saxtakarlığının daha bir sübutudur. |
Ətraflı “İTV Xəbər”in süjetində: |
Almaniyanın “Hesse” freqatı Qırmızı dənizdə səhvən NATO müttəfiqi ABŞ-nin PUA-sına hücum edib. |
Qeyd olunur ki, MQ-9 dronu dost və ya düşməni müəyyən etmək üçün transponder olmadan hərəkət edirmiş, üstəlik, onun hərəkəti barədə ABŞ-nin müttəfiq ölkələrinin nümayəndələrinə məlumat verilməyib. |
Hadisə, Almaniya freqatının Qırmızı dənizdə əməliyyatlar başlayandan bəri ilk dəfə husilərin hücumunu dəf etməsindən və qrupun iki pilotsuz təyyarəsini vurmasından sonra baş verib. |
ABŞ-nin Aydaho ştatında 73 yaşlı manyakı 40 il əvvəl hökmün çıxarılmasına baxmayaraq, yenə edam etmək mümkün olmayıb. |
Hökmə görə, Tomas Yucin Kriç öldürücü inyeksiya ilə öldürülməlidir. |
Hökmün icrası fevralın 28-i səhərə təyin edilib. |
Həkimlər Kriçin damarına düşmək üçün bir saat çalışıblar, lakin prosedur üçün ayrılmış vaxtda bunu edə bilməyiblər. |
Zəhərli inyeksiyanı yeritmək mümkün olmadığından edam dayandırılıb və cinayətkar öz kamerasına qaytarılıb. |
İndi dövlət rəhbərliyi bundan sonra nə edəcəyinə qərar verəcək. |
Qeyd edək ki, Kriç qəribə reputasiyaya malik manyak adlanır, çünki onun cinayətlərinin sayını heç kim dəqiq deyə bilmir. |
Onun özü müxtəlif vaxtlarda qurbanlarının sayının 26-dan 42-yə qədər olduğunu bildirib, rəsmi olaraq isə beş qurbanın olduğu hesab edilir. |
Türkiyədə Sakarya bölgəsinin Akyazı rayonunda Atatürk heykəlini çəkiclə zədələməkdə şübhəli bilinən şəxs saxlanılıb. |
Qeyd olunur ki, rayonun Ömercikler səmtinin Necati Temel küçəsində naməlum şəxsin Atatürk heykəlini çəkiclə vurduğunu görənlər polisə məlumat veriblər. |
Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini nəzarətə götürüblər. |
Zədələnən heykələ baxış keçirilib. |
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Xankəndi - Bakı ultramarafonu ilə bağlı fikirlərini bildirib. |
Nazirlik rəsmisi tarixi an yaşandığını bildirib:“Hamımız bir yerdə tarixi hadisəni yaşayırıq. |
Təşkilatçılara, yarış iştirakçılarına, media nümayəndələrinə təşəkkürümüzü bildiririk. |
Ultramarafonun iştirakçılarını martın 4-də finişdə qarşılayacağıq”. |
Elnur Məmmədov ultramarafonun “İdman həftəsi” çərçivəsində həyata keçirildiyini söyləyib:""“Dünən artıq bir neçə tədbir baş tutdu. |
Martın 5-nə qədər bu tədbirlər davam edəcək. |
Şəhidlərin və qazilərin övladları üçün xüsusi tədbir olacaq, qanvermə aksiyası baş tutacaq”. |
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. |
Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. |
Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar. |
Salyan rayonunda yanğın hadisəsi baş verib. |
Oxu.Az-ın məlumatına görə, hadisə Yenikənd kəndində olub. |
Baş vermiş hadisə nəticəsində fərdi yaşayış evi tamamilə yanıb. |
Hadisə zamanı ev sahibi Svetlana Zeynalovanın yanmış meyiti aşkar edilib. |
Faktla bağlı araşdırma aparılır. |
Bakının Nərimanov rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. |
APA xəbər verir ki, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb. |
Hadisədə “Ford”, “Toyota Prius” və KIA markalı minik avtomobilləri toqquşub. |
Əraziyə polis əməkdaşları cəlb ediliblər. |
Hadisənin təfərrüatı araşdırılır. |
Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Əli Ömərov idarə etdiyi “Khazar” markalı avtomobil ilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. |
Yol polisi əməkdaşları tərəfindən sürücü saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. |
Məhkəmənin də qərarı ilə Ə.Ömərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 15 sutka inzibati həbs olunub. |
Paytaxt sakini Cəlilabadda 12 kiloqram narkotik vasitə ilə saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Fərzili kəndi ərazisində keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Məmməd Əhmədov saxlanılıb. |
Həmin şəxsə məxsus idman çantasından hazır bükümlərdə qablaşdırılmış 4,5 kiloqram heroin, 7,5 kiloqram marixuana aşkarlanaraq götürülüb. |
Araşdırma zamanı onun İrandan qanunsuz yolla ölkə ərazisinə göndərilən həmin narkotik vasitələri paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. |
M.Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib. |
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. |
Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda arvadını öldürməkdə, tanışını isə öldürməyə cəhddə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. |
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. |
Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. |
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. |
Qeyd:rəsmi məlumata əsasən, 2023-cü il iyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Nəsirəddin qızı Əliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-cı il Rüfət İlyaszadəyə müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. |
Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Anar Məhəbbət oğlu Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. |
Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. |
Cinayət materiallarında qeyd edilib ki, Anar Əliyev tanışı Rüfət İlyaszadənin onun rəsmi nikah münasibətlərində olduğu arvadı Könül Əliyeva ilə sevgi münasibətlərində olmasından şübhələnib. |
O, qısqanclıq zəminində qisas almaq niyyəti ilə Rüfəti qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə hərəkət edərək həmin şəxsin işlədiyi Ucar şəhəri, 20 yanvar küçəsində yerləşən avtoyuma məntəqəsinə gedib. |
Məntəqənin istirahət otağından əldə etdiyi bıçaqla Rüfətin üzərinə hücum çəkib, arvadı ilə münasibətinin olmasını etiraf etməsini deyərək onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə yetirib. |
Sonra Anar avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes-Benz C220” markalı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək ərazidən uzaqlaşıb. |
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. |
Daha sonra Anar Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinə gəlib Könül Əliyevanın istirahət etdiyi otağa daxil olub. |
O, həmin bıçaqla qadının üstünə hücum çəkib azyaşlı övladlarının gözləri qarşısında arvadına ümumilikdə 33 zərbə endirərək onu xüsusi amansızlıqla öldürüb. |
Payızda Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparacaq. |
Norveç Nobel İnstitutundan verilən açıqlamaya görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub. |
Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord göstərici 2016-cı ildə - 376 qeydə alınıb. |
Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər. |
Buna baxmayaraq, hər il müəyyən namizədlərin irəli sürülməsi ilə bağlı mətbuatda namizədlik hüququ olan təşkilatlardan və ya şəxslərdən məlumatlar sona çatır. |
Onların arasında Norveç Nobel Komitəsinin keçmiş və indiki üzvləri və onun məsləhətçiləri, əvvəlki Sülh Mükafatı laureatları, milli parlamentlərin üzvləri, tarix, fəlsəfə, hüquq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var. |
“Cambrilearn-Azərbaycan” ilk ingilisdilli onlayn məktəbidir. |
Burada bütün dərslər beynəlxalq professor və mütəxəssislər tərəfindən tədris edilir. |
“Cambrilearn-Azərbaycan”ın əsas məqsədi məktəbliləri xarici ölkələrdə ali təhsil almağa hazırlamaqdır. |
Təhsil müəssisəsinin əsas vəzifəsi şagirdlərin təhsil istiqamətini tapmalarına kömək etməkdir. |
Onlayn məktəbin sertifikatı dünyanın istənilən universiteti tərəfindən tanınır. |
Qeyd edək ki, bu məktəbdə təhsilə başlamaq üçün tədris ilinin başlamasını gözləmək lazım deyil. |
Dərslərə sadəcə müvafiq imtahanlardan keçməklə qoşulmaq mümkündür. |
Əsas tələb ingilis dilini müəyyən səviyyədə bilməkdir. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Fevralın son günündə Azərbaycanın ən böyük marketpleysi sizin üçün böyük endirimlər təşkil edir! |
Belə ki, siz də unikal gün olan 29 fevralı çox sərfəli alış-verişlə xatırlaya bilərsiniz! |
70%-dək endirimli bir çox məhsul sizi “Umico Market”də gözləyir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.