Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Bu evə gəlin köçmüşdüm və sadəcə dörd aylıq xoşbəxtlik qismətim olmuşdu. |
Evdən çıxanda bu otaqda (öz otağını göstərir) çırağım da yanılı qalmışdı. |
Həmin gün bişirdiyim çörəklərin ətri hələ də burnumdadır. |
O çörəkləri bişirərkən gecənin bu qədər dəhşətli olacağını təsəvvür də etmirdim. |
Cehiz kimi gətirdiyim bir stəkanı belə işlətmək qismət olmadı”, - deyən Zənurə xanımı yenidən qəhər boğur və susur..."""Daha sonra ondan faciə gecəsini təsvir etməsini xahiş edirik. |
Deyir ki, Xocalı mühasirədə olduğu üçün kişilər gecələr növbəli şəkildə qarovul çəkirdilər:""“Həmin gecə də həyat yoldaşımın növbəsi idi.Birdən evin arxa pəncərəsindən səs gəldi. |
Həyat yoldaşım “ay Faiq” deyə qardaşını haraylayırdı. |
Dedilər, artıq ermənilər dörd bir tərəfdən kəndə hücuma keçiblər. |
Qayınanam və mən də onların arxasınca həyətə çıxdıq. |
Qayınanam xəstə olduğu üçün yoldaşım və qaynım onu kürəklərinə aldılar. |
Beşmərtəbəli binanın zirzəmisinə doğru qaçdıq. |
Erməni silahlı dəstələri atəş aça-aça kəndə girmişdilər. |
Mərmilərdən çıxan alovlar qaranlıq səmanı aydınladırdı. |
Getməli olduğumuz zirzəmi uzaqda deyildi, lakin güclü yağan qar bizi ləngidirdi. |
Qayınanam isə bizi ləngitdiyini deyərək onu burada qoymağımızı istəyirdi. |
Biz isə ona qulaq asmadan yolumuza davam edirdik. |
İnsan öz anasını necə ata bilər?! |
O an qadınların, uşaqların ah-naləsi hələ də qulaqlarımda uğuldayır...Faciədən 32 il keçməsinə baxmayaraq, hər dəfə bununla bağlı xatirələri danışanda həmin anları sanki yenidən yaşayıram. |
Mən bu evə gəlin gələndə burada ağbirçək bir ana vardı, evdən də onunla çıxdım. |
Lakin bu gün bu ocağa onsuz və hələ bətnimdəykən aldığı travma nəticəsində, doğulsa da, üç ay sonra ölən övladım olmadan qayıtmışam. |
Həmin körpə bətnimdə olanda mən Qarqarçayı, Kətik meşəsini, Qaraqayanı ayaqla keçmişəm”. |
Bir qədər sonra Xocalı sakinlərinin gizləndiyi həmin zirzəmiyə getmək üçün yola düzəlirik. |
Havanın qatı dumanlı olması işimizi bir qədər çətinləşdirsə də, həmin gecəni gözümün qarşısında canlandırmağa kömək edir...""Ölümdən qaçanların ilk sığındıqları yer - zirzəmi"Binanın qarşısındayıq, pilləkənlərin apardığı dəmir qapı təxminən beş kiçik otaqdan ibarət zirzəmiyə açılır. |
Zirzəmiyə daxil olarkən Zənurə xanımın danışdıqlarının təsirindən buradakı kəskin qoxu zehnimdə yaşanan acı və qorxunc xatirələri canlandırır. |
Sağ qala bilmək üçün bu kiçik yerə, görəsən, neçə nəfər sığınıb? |
Zənurə xanım danışır, mənsə onun səsini özüm üçün qeydə alıram. |
Çünki nə etsəm də, burada fikrimi cəmləməyim və danışılanları sonradan xatırlamağım mümkün görünmür. |
İnsanlar həmin gecə Qarqarçayı keçərək Kətik meşəsinə doğru irəliləyə, oradan Qaraqayanı keçib Ağdama çata bilmələri üçün təxminən bir saat burada gizləniblər. |
“Bir saatdan sonra çöldə qarovul çəkən Elşad xəbər etdi ki, Qarqarçaya tərəf gedə bilərik. |
Qayınanam getmək istəmirdi, lakin biz israrla onu aparırdıq. |
Bu zirzəmi mənim üçün gözdağıdır. |
Çünki həmin gecə burada mənimlə olan insanların heç biri indi həyatda deyil. |
Açılan atəşdən, donvurmadan və digər səbəblərdən həlak olubar”, - Z.Səlimova sözlərinə davam edir. |
Quduzlaşmış ermənilər Qarqarçay istiqamətində, “Donuzçuluq ferması” adlanan yerdə dinc əhaliyə qarşı əsl soyqırımı həyata keçiriblər. |
Xocalı faciəsi qurbanlarının bir qisminin də sahilində basdırıldığı Qarqarçaya yaxınlaşırıq. |
Çayın üzərindəki körpünü keçib Zənurə xanımla birgə onun sağ sahilinə enirik. |
“Bu ailə artıq yoxdur, onlardan Xocalıdakı evlərinin qapısını açan olmayacaq”"Zənurə xanım yenidən dəhşətli fevral gecəsinə qayıdır:""“Havanın şaxtalı olmasına baxmayaraq, hər birimiz Qarqarçayı keçib Kətik meşəsinə doğru irəliləmək üçün suya girdik. |
Geriyə baxanda qaçanlardan çox az hissəsinin - təxminən 50 nəfərin çayı keçə bildiyini gördüm. |
Lakin bu, hələ faciənin sonu deyildi. |
Çayı birtəhər keçib Kətik meşəsinə doğru irəliləyəndə balaca bir təpəciyin üzərində müəlliməm Afilə xanımın qışqırtısını eşitdim. |
Həyat yoldaşı Vaqif bəy ürəktutmasından can verirdi. |
Afilə müəllimə camaatdan kömək istəyirdi, lakin istəsək də, o halda kiməsə kömək etməyimiz mümkün deyildi. |
Vaqif bəyin xırıltılı səsi hələ də qulağımdadır. |
Üç uşağı və Afilə müəllimə həyat yoldaşının başına toplaşmışdılar. |
Nə qədər desək də, bizimlə meşəyə gəlmədilər. |
Bu gün həmin ailə artıq yoxdur. |
Xocalıya böyük qayıdış zamanı bu ailədən evin qapısını açan olmayacaq...”""Qarqarçayın sahilindən Kətik meşəsinə doğru boylanırıq. |
Dumanlar altında gizlənmiş Kətik meşəsi Xocalı faciəsinin ən böyük şahidlərindən biridir. |
Zənurə xanım Kətik meşəsindən keçərkən yaşadıqlarını dəhşətli və qorxulu bir yuxu kimi xatırlayır:""“Gecə elə qar yağırdı ki, gözümüzü açmaq və yolu tapmaq imkansız görünürdü. |
Çətin hava şəraiti, sıx meşə qaçmağımızı daha da çətinləşdirirdi. |
Əl-üzümüz, ayaqlarımız qan içində idi.Meşədə dəfələrlə azdıq. |
Xoşbəxtlikdən, Milli Qəhrəman Əlif Hacıyev gəlib bizi meşədə tapdı və o, 50 nəfərə yaxın adama bələdçilik edərək Qaraqayadan keçirərkən UAZ markalı maşınla yoldan ötən ermənilər bizi gördülər. |
Bu zaman Əlif qışqırdı ki, bu ərazini tez keçmək lazımdır. |
Keçən ermənilər mütləq digərlərinə xəbər verərək bizi pusquya sala bilərlər. |
Qaraqayanı keçərkən arxaya baxanda sadəcə 10-15 nəfərin qaça bildiyini, digərlərinin erməni cəlladlarının qurbanına çevrildiyini gördüm. |
Yaralanan insanların çığırtıları qulaq batırırdı. |
Biz Xocalı sakinləri Qaraqayanı “Qanlıqaya” adlandırırıq və 1992-ci ilin 26 fevralına açılan səhəri əsla unutmayacağıq”. |
Çingiz Mustafayevin şəhid olduğu yer"Baş verən faciə barədə Azərbaycan əhalisi bir neçə gün xəbərsiz oldu. |
İnsanların çoxu hadisə yerindən gənc jurnalist Çingiz Mustafayevin çəkdiyi videokadrlar televiziyada nümayiş etdirildikdən sonra Xocalı faciəsi barədə məlumat aldı. |
Onun çəkdiyi kadrlar Ermənistanın reputasiyasına bütün dünyada ciddi zərbə vurdu və bu gün də həmin kadrlar televiziyanın “Qızıl fondu”nda törədilmiş qırğının sübutu kimi saxlanılır. |
O özü də faciədən təxminən dörd ay sonra, həmin əraziyə yaxın yerdə həlak oldu. |
Elə biz də indi ən böyük qırğınlardan birinin baş verdiyi Naxçıvanlı kəndinin ərazisinə, 15 iyun 1992-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin də şəhid olduğu kənddə yollanırıq. |
Qarqarçay boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanlı kəndi yaxınlığında erməni silahlı dəstələri ilə qarşılaşıb. |
Bu zaman uşaq, qadın, qoca, əlil demədən, hər kəs xüsusi amansızlıqla qətlə yetirilib. |
Beləliklə, Qarqarçay və Kətik meşəsinin kəsişməsində bir gecənin içində ermənilər tərəfindən insanlıq tarixinin ən böyük cinayətləri törədilib. |
Naxçıvanlıya gedərkən yolun sol hissəsində vaxtilə atların saxlandığı tövlə gözə dəyir. |
Azərbaycanlı əsirlərin bu tövləyə gətirilərək erməni quldurları tərəfindən işgəncələrə məruz qaldığını eşitmişdim. |
Tövləyə baş çəkmək üçün dayanırıq. |
Məhz burada əsir saxlanılan, lakin daha sonra erməni əsirlərlə dəyişdirilən azərbaycanlılar gördükləri işgəncələrdən dəfələrlə danışıblar. |
Qəribədir ki, tövlə hələ də salamat qalıb, dağıdılmayıb. |
Axırıncı dayanacağımıza - Çingiz Mustafayevin son nəfəsini verdiyi Naxçıvanlı kəndinə çatırıq. |
Təxminən 100-150 metr yeridikdən sonra Çingizin kamerasının obyektivinin sonuncu dəfə tuşlandığı ərazidəyik. |
Milli Qəhrəmanımız, həmçinin yüzlərlə Xocalı sakini burada erməni vəhşətinin qurbanı olub. |
Türkiyənin Samsun vilayətində Regional Həvəskarlar Liqasının (BAL) “Çarşambaspor” və “Safranboluspor” futbol klublarının oyunu zamanı bədbəxt hadisə yaşanıb. |
Samsundakı şəhər stadionunda keçirilən qarşılaşmanın 81-ci dəqiqəsində “Safranboluspor”un futbolçusu Fehmi Fırat Aksoy yıxılıb və dili qatlanıb. |
Hakim dərhal oyunu dayandırıb və həkim briqadasını meydana çağırıb. |
Futbolçu ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. |
Hazırda onun səhhətinin yaxşı olduğu bildirilir. |
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda müəyyən fasilə baş verib. |
Amma sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir”. |
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. |
Onun sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsinə qərar verilib:""“Yaxın günlərdə sülh müqaviləsi üçün Ermənistanın nümayəndə heyəti ilə fiziki olaraq danışıqları... |
“Xocalı ağrısını qəlbimizin dərinliyində hiss edirik”. |
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib. |
O qeyd edib ki, Xocalı qəlblərdə dərin iz buraxıb:""“Bir tərəfdən bu hüznü yaşayanda, digər tərəfdən də Qarabağın azad edilməsindən qürur duyuruq. |
Lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olunub. |
Xocalıda qətlə yetirilən insanların qisası alındı. |
Bayrağımız Şuşada, Cəbrayılda, Zəngilanda sonra Xocalı və Xankəndidə dalğalanır”. |
A post shared by Oxu.Az (@oxuaz)"Nəzrin Vahid |
Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir. |
Xocalı faciəsinin dəhşətlərini yaşayanlardan biri də Goranboyda məskunlaşan keçmiş məcburi köçkün Qaryağdı Quliyevdir. |
79 yaşlı Xocalı sakininin həmin dəhşətli gecədə doğmaları şəhid olublar. |
“Beş övladım var idi.Onların üçünü və həyat yoldaşımı şəhid verdim. |
Ermənilər heç birinin nəşini vermədilər. |
32 ildir hələ də bir xəbər yoxdur, şəkillərlə təskinlik tapıram”, - Q.Quliyev deyib. |
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: |
“Son beş ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla şərti sərhəddə sülh və sakitlik mövcud idi”. |
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. |
Onun sözlərinə görə, beş aya yaxın müddətə nəzər saldıqda bəzi çevrələrin bundan narahat olduğu görülür:""“Onlar əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun. |
Hər bir Azərbaycan vətəndaşı bunun şahidi olub”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.