Search is not available for this dataset
text
stringlengths
10
518k
Ya ölüm, ya azadlıq!”, - deyə siyasi məhbuslara dəstək üçün hazırlanan bannerlərdə yazılıb.
“32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq”.
Bu sözləri Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar özünün “X” hesabında yazıb.
“Can Azərbaycanın kədəri kədərimizdir.
Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - M.Çavuşoğlu qeyd edib.
32 yıl önce dünyanın gözü önünde Hocalı’da işlenen insanlık suçunu unutmadık, unutmayacağız.
#Hocalı şehitlerimizi bir kez daha rahmetle anıyoruz.
Can #Azerbaycan’ın acısı acımızdır.
🇹🇷🇦🇿 #TekMilletİkiDevlet pic.twitter.com/AwlHKM76fC
Xocalıda Azərbaycan xalqının tarixi keçmişini əks etdirən və erməni işğalı zamanı ağır zərbələrə məruz qalmış abidələr eramızdan əvvəl II minilliyin ikinci yarıcı - I minilliyin əvvəllərində bu ərazinin böyük yaşayış məskəni olmasından xəbər verir.
Əsasən “Böyük Kurqan” çölündə yerləşən Xocalı nekropolunun sahəsi 200 hektardır.
İki zirvəsi olan “Haçatəpə kurqanı”nın diametri 300 metrdir.
Qədim yaddaşı silmək məqsədilə ermənilərin dağıdıb gizlətməyə cəhd etdikləri abidələrin tədqiqi və bərpası tarix elmində yeni səhifə açacaq.
Xocalının üç min ildən artıq bir dövrü əhatə edən abidələr kompleksi təkcə Azərbaycanın deyil, Qafqazın və türk dünyasının maddi-mədəni irsinin araşdırılması baxımından da əhəmiyyətlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə ilkin tədqiqat işlərinə başlayıblar.
Əraziyə baxış keçirilib, arxeoloji abidələrin mövcud durumu öyrənilib.
Mütəxəssislərin fikrincə, yeni araşdırmalar Qarabağın tarixinə dair qiymətli tarixi faktları aşkara çıxaracaq.
Xocalıda “Bakı Abadlıq Xidməti”nin tikinti-quruculuq işləri zamanı, ərazidə olan kurqan tipli qəbir abidələrin tanıdılması və ictimailəşdirilməsi də nəzərdə tutulub.
Müasir şəhər kimi dirçələcək Xocalıda unikal arxeoloji parkın təşkili turizmin inkişafına xidmət edəcək.
Qədim abidələri ziyarət edən turistlər həm də yeni tarixin amansız faktı olan Xocalı soyqırımı barədə məlumat alacaqlar.
Açıq hava altında muzey kimi fəaliyyət göstərəcək Xocalı arxeoloji parkı yeni formatda təqdim ediləcək, eyni zamanda, Qarabağın zəngin tarixi keçmişinin, maddi-mədəni irsinin təbliği və tanıdılması işində ən böyük layihə olacaq.
Arxeoloji park sübut edəcək ki, Xocalı təkcə yeni inzibati ərazi deyil, tarixi min illərə söykənən qədim yaşayış məskənidir.
Yakutiyada oğurluqda təqsirləndirilən şəxs öz etirafı olan dindirmə protokolunun bir hissəsini yeyib.
Ötən ilin payızında Megino-Kanqalasski rayonunun 36 yaşlı sakini oğurluqda ittiham olunaraq istintaq təcridxanasına göndərilib.
Oktyabrın sonunda o, cinayət işinin materialları ilə tanış olmaq üçün istintaq idarəsinə çağırılıb.
Proses zamanı həmin şəxs imkan tapıb, dindirmə protokolunun üzərində etiraf imzası olan hissəni cıraraq udub.
Oğurluqda təqsirləndirilən şəxs ədalət mühakiməsinə mane olma maddəsi ilə mühakimə olunub və 320 saat icbari əmək cəzasına məhkum edilib.
Türkiyənin Mersin şəhərində nikah mərasimi zamanı yanğın baş verib.
Hadisə şadlıq sarayında olanlar arasında böyük təşvişə səbəb olub.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
İlkin ehtimallara görə, yanğın soba borusundan başlayıb, nəticədə şadlıq sarayının tavanı yanıb.
Ancaq xoşbəxtlikdən faciə yaşanmadan yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmadığı vurğulanıb.
Xatırladaq ki, İraqda toy mərasimində analoji hadisə zamanı 120 nəfər həlak olmuş, 200-dən artıq insan yaralanmışdı.
Bununla əlaqədar ölkədə üç günlük matəm elan edilmişdi.
Rusiya hərbçilərinin Ukraynanın Xerson vilayətinə hücumunun ilk günü müşahidə kameralarına əks olunmuş videogörüntülər yayılıb.
Kadrlarda “Kaxovskaya” Su Elektrik Stansiyasına gedən yol əks olunub.
Həmin yoldan əvvəlcə “Msta-B” haubitsaları ilə Ukrayna Silahlı Qüvvələrinin kolonu keçir, bir neçə dəqiqə sonra isə onun arxasınca öz zirehli texnikaları ilə Rusiya hərbi qüvvələrinin kolonu hərəkət edir.
Onlara doğru Ukrayna Silahlı Qüvvələrinin bir neçə maşını gəlir.
Lakin tərəflərdən heç biri bir-birinə qarşı hər hansı düşmənçilik nümayiş etdirmir.
Ehtimal olunur ki, Rusiya qüvvələri diqqətlərini başqa heç nəyə yayındırmadan obyektləri ələ keçirməyə cəhd ediblər.
Ukrayna Silahlı Qüvvələrində isə həmin vaxt xaos hökm sürüb.
Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində ağacların dibinin asfaltlanması ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olmuş şikayət xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.
"12:20"Suraxanı rayonu, Əmircan qəsəbəsində abadlıq-quruculuq işləri çərçivəsində ağacların dibinə kimi asfalt çəkilib.
Oxu.az xəbər verir ki, bu mənzərəni özündə əks etdirən şəkillər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi “Facebook” səhifəsində paylaşılıb.
Qurumun rəsmi məlumatında qeyd olunub ki, asfaltlanma işləri qəsəbənin Hasil Bayramov küçəsində aparılıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a bildirildi ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.
Fotoları təqdim edirik:"""""Əzizə İsmayılova
“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik”.
ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar sözləri səfirliyin “X” hesabından paylaşılıb.
O, ölkəsinin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşdüyünü vurğulayıb.
“Bu gün biz azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik.
Mən ABŞ-ın adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm.… pic.twitter.com/GPaDKaY20X
“Nə edirsən, et, soyqırımını unutma.
Çünki unudulan soyqırımı təkrarlanacaq”, - deyən bosniyalı siyasətçi Aliya İzzetbeqoviçin məşhur sözlərini, yəqin ki, ən yaxşı dərk edən məhz Azərbaycan xalqı olub.
32 il Xocalı faciəsinin yaraları ilk günkü kimi xatırlanıb, gələcək nəsillər olan bizə aşılanıb.
Bu tərbiyənin nəticəsidir ki, adını, sadəcə, ailədə böyüklərimizdən eşitdiyimiz, dərsliklərdə oxuduğumuz, indi düşmən tapdağından azad edilən o torpaqlara gedərkən cismən və ruhən rahatlıq tapırıq.
2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra 30 illik yara sağaldı və bütövləşdik.
Bununla tarixi ədalətsizliklə olan haqq-hesabımızı da bitirdik.
Artıq Xankəndidə, Ağdərədə, Xocalıda və azad edilən digər ərazilərdə üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır.
Dünya bəşər tarixinin ən dəhşətli qırğınlarından birinə oyananda təqvim 1992-ci il fevralın 26-nı göstərirdi.
Xocalı sakinləri həmin hadisələri bu gün də dəhşətli yuxu kimi xatırlayırlar.
Fevralın 25-dən 26-na keçən gecə"İnsanlıq tarixinin qara ləkəsi olan Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində faciənin qurbanlarını qalib və məğrur xalq kimi anırıq.
Yəqin ki, erməni vəhşiliyinin qurbanına çevrilmiş minlərlə azərbaycanlının ruhu da artıq rahatlıq tapıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə bətnində dördaylıq körpəsi ilə erməni zülmündən sağ qurtulan Zənurə Səlimova ilə düz 32 il sonra Xocalıya - kədərin paytaxtına elə onun dərin kədəri ilə üzləşmək üçün gedirik.
Yolumuz uzun, söhbətimiz isə olduqca genişdir.
Zənurə xanımla ilk söhbətimiz həmin dəhşətli gecə barədə deyil.
O, Xocalının gözəl təbiəti, torpağının münbitliyi, məhsuldar meyvə bağları, torpağın ildə üç dəfə əkilib-becərilməsindən bəhs edir.
Bir də Bakıda yediyi meyvə-tərəvəzlərdən gileylənir, heç birindən Xocalıda yediklərinin ətrini, dadını ala bilmədiyini deyir.
Bu an başa düşürəm ki, mən faciə xaricində Xocalı barədə o qədər də çox şey bilmirəm.
Qəribədir, bu illər ərzində Xocalı deyəndə, sadəcə, soyqırımı, 613 nəfərin faciəvi ölümü, uşaqların, qadınların və yaşlı insanların düçar olduğu əzab-əziyyəti xatırlamışam.
Orada yadımda qalan Qarqarçay, Kətik meşəsi, Qaraqaya kimi coğrafi yerlərin adlarını da məhz bu faciə ilə əlaqədar bilirəm.
Ona görə düşünürəm ki, 25 fevral gecəsi baş verən dəhşətlərlə bağlı söhbət açmağa tələsməməliyəm...""Əsgərana yaxınlaşanda Zənurə xanımın çöhrəsində keçirdiyi iztirabların izləri görünməyə başlayır.
Erməni əsirliyində olarkən vəhşicəsinə qətlə yetirilən dayısının yadına düşdüyünü deyir:""“Dayım hündürboy, kifayət qədər sağlam adam idi, lakin elə zülmlər görüb ki, əsirlikdən sağ qayıda bilməyib.
Altı qızıl dişini kəlbətinlə onun özünə çəkdiriblər.
Daha sonra iki qolunu “KamAZ”a bağlayıb yerdə sürüyüblər, hələ də sağ olduğunu görüb işgəncələrə davam etmək üçün onu yenidən təcridxanaya aparıblar.
Burada avtomatın qundağı ilə can verənə qədər onu döyüblər.
Dəmir linglə ilə vurulan son zərbədən sonra isə dayım oradaca keçinib”.
Ölülərlə dirilərin görüş yeri"O gecə faciədən qurtulmağı bacaranların bir hissəsi Ağdama sığınaraq oradakı məsciddə yaxınlarının ölüsünü, yaxud dirisini tapmaq ümidi ilə gözləyirdilər.
Ağdam məscidi sanki Xocalıdan olan ölülərlə dirilərin görüş yerinə çevrilmişdi.
Meyitlər, əsasən, işgəncədən tanınmaz halda olurdu, insanlar isə onların bədənlərindəki hansısa cizgidən tanınma ehtimalına sarılaraq hər günü gözlənti içində keçirirdilər.
Zənurə xanımın ara-sıra yanağından süzülən gözyaşı hönkürtüyə çevrilir və bir qədər fasilədən sonra sözünə davam edə bilir:""“Dayımın nəşini beş gün sonra Ağdam məscidinə gətirdilər.
Anam cəsədlər arasından öz qardaşı Hüseyn Əzizovu axtarmaq üçün məscidə girdi və üzü tanınmaz halda olduğu üçün əlinin üzərindəki döymədən onu tanıdı.
Dayımın gözləri zərbələrin təsirindən alnına qalxmışdı, kəllə sümüyü qırılmışdı, beyni isə ümumiyyətlə yox idi.Ermənilər təkcə əsirlərimizə yox, ölülərimizə də zülm ediblər”.
Eşitdiklərimiz bizi sükuta qərq edir, bu səssizliyin özü də, əslində, böyük hayqırışdır.
Nəhayət, tarix və taleyin astanasında, yüzlərlə əliyalın insanın həyatını dəyişən dönüş nöqtəsində - Xocalıdayıq.
Azad olunmuş ərazilərdə mina təhlükəsi hələ sovuşmadığından Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Rasim İbrahimov da bizi müşayiət etmək üçün buradadır.
Lakin mənim əsas diqqətim hələ də Zənurə xanımdadır, keçirdiyi hiss-həyəcanı izləyir, səhhətində hər şeyin qaydasında olub-olmadığını özlüyümdə təyin etməyə çalışıram...""Yolumuz Zənurə xanımın evinədir, məqsəd 1992-ci ilin 25 fevral gecəsindən 26-na açıla bilməyən səhərə yenidən səfər etmək və o gecə baş verən dəhşəti...
Ən azı Zənurə xanım qədər həyəcanlıyam.
Çünki həmin dəhşəti yaşayan insanın 32 il sonra faciənin episentrində acı xatirələrlə üzləşməsinin nə qədər çətin olacağının fərqindəyəm.
İlk sözü:“İlahi, Xocalını nə günə qoyublar...” - olur.
Sonra ata evini, eyni zamanda, qonşularının evlərinin qalıqlarını bizə göstərərək onların adlarını sadalamağa başlayır.
- Bütün yolları, cığırları, Xocalı ilə bağlı hər şeyi xatırlayıram.
- Xocalıda iki məktəb var idi.1 və 2 saylı.
Mənim təhsil aldığım məktəb 1 saylı idi, ermənilər onu konserv zavoduna çevirmişdilər.
Çörək ətri, yanan çıraq, cehizlik stəkan...""Zənurə xanımgilin evinin qarşısındayıq.
Xoşbəxtlikdən, ev dağılmayıb, lakin köhnə, yaşayış üçün yararsız olduğundan dövlət hesabına təmir edilir.
Ev yağmalandığı üçün quru divar və dağılmış döşəmədən başqa heç nə qalmayıb.