Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Təşkilatçıların sözlərinə görə, xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb. |
Ləfxanım...Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda söhbət etdiyi doqquz yaşlı qızcığaz...Ləfxanım ilk müsahibəsini də elə uşaq ikən vermişdi. |
Onu artıq bütün Azərbaycan tanıyır...""Moderator.az-a illər sonra müsahibə verən Ləfxanım Mahmudova bildirib ki, Xocalı faciəsindən 32 il keçməsinə baxmayaraq, hələ də o illəri dünən olmuş kimi xatırlayır. |
“Bu mənim boynumun borcudur ki, hər dəfə o illər, o ağır, əzab-əziyyətli günlərimdən danışım. |
26 fevral mənim üçün ən ağır günlərimdən biridir. |
Xocalıda öz isti yuvamızdan, evimizdən pərən-pərən düşdüyümüz gündür. |
O gün Xocalı sakinlərinin başına gəlməyən müsibətlər qalmadı. |
Tək bizim yox, ümumi xocalıdan olanların..25-i gecəsi evdə oturmuşduq. |
Atam həyətimizdə sığınacaq düzətdirmişdi. |
Sayımız çox olduğu üçün həmişə atışma olanda ora gedirdik, sakitləşəndən sonra evə qayıdırdıq. |
1 saat orada qalmışıq, heç bir atışmadan xəbərimiz olmayıb. |
Həmin sığınacağın üstü o qədər möhkəm örtülmüşdü ki, səs gəlmirdi. |
Bizə bir qadın gəlib dedi ki, “evlərimizi yandırıblar, girov götürəni götürüblər, mən də güc-bəla ilə qaçıb gəlmişəm”. |
Bacım məndən böyük idi.Atam ona dedi ki, “bacın Ləfxanımın əlindən tut, kəndin ortasına qaç”. |
Mən o ağrını üstündən 32 il keçməsinə baxmayaraq, bu gün də unutmamışam. |
Orada olmazın müsibətlər gördük, meşələrdə həftələrlə gəzdik, yollar tapa bilmədik..Sonda erməni əsirliyinə düşdük. |
“Ən ağır günlərimiz də orada başladı” deyə keçmiş əsir bildirib. |
Ləfxanım əsir düşdüyü günü belə xatırlayır. |
“9-cu gün qardaşımın hamilə həyat yoldaşı şəhid oldu. |
Bibim yeriyə bilmirdi, ona görə də güllələndi. |
Sonra elə oldu ki, yolu, izi itirdik. |
Uzaqdan Ağdam görünürdü, amma yol tapıb gedə bilmirdik. |
Yol açıldı, elə bildik ki, Ağdama çatırıq, sən demə erməni postuna girmişdik. |
Hamısı saçlı, saqqallı dığalar idi.Əllərimi o qədər don vurmuşdu ki, hiss etmirdim. |
Əsir düşəndə dedilər ki, əllərini yuxarı qaldır. |
Qaldıra bilməyəndə avtomatın qundağı ilə əllərimə o qədər vurdular ki..Atam onlara yalvardı ki, məni aparın, nə qədər işgəncə verirsiniz verin, amma qızlara dəyməyin. |
Ac-susuz idik, yemək, su istəyəndə bizi ölümlə hədələyirdilər. |
Qardaşım ağacın qabığını əzib mənə verirdi ki, yeyim. |
Bizdən başqa təxminən 70 nəfər də orada idi.Bir həftə ərzində o qədər işgəncələr verildi ki, kişilərin dişlərini çəkirdilər, gözlərini çıxardırdılar, qulaqlarını kəsirdilər. |
Allah heç bir kişini, atanı, qardaşı qadın qarşısında aciz qoymasın. |
Bax o zaman kişilər aciz idilər. |
Atamın gözünün altına vurmuşdular, dişlərini çəkmişdilər, qabırğalarını sındırmışdılar. |
Onu bizdən ayırıb Əsgərana aparmışdılar. |
Mən və qardaşım dəfələrlə atamın yanından keçmişdik, amma bilməmişdik ki, o kişi atamdır. |
İşgəncələrin əlamətləri üzündə idi.Elə bir işgəncə növü yox idi ki, insanların gözü qarşısında onu etməsinlər. |
Bir həftədən sonra dəyişdirildik. |
Milli Qəhrəman Allahverdi Bağırov bizi xilas etdi. |
Anam dedi ki, atan yoxdursa, mən də ora gedirəm, neynirəm onsuz azadlığı?! |
Allahverdi Bağırov atamın adını və soyadını öyrənib onu da əsirlikdən azad etdi. |
Əsirlikdən qayıtdığımız vaxt Ağdamda vaqonlarda xəstəxanalar yaratmışdılar. |
Həmin gün Çingiz Mustafayev bizdən müsahibə götürdü. |
Mən uşaq idim, amma Çingizi bir vətənpərvər, qəhrəman övlad kimi yadımda saxlamışam. |
Kaş o sağ olardı, məndən yenidən müsahibə götürərdi. |
Ailəmizdə beş nəfərin ayağı donvurmadan pəncə hissəsindən kəsilib. |
Hələ də düşmənin bizə vurduğu ziyanın ağrısını çəkirik”, - deyə o bildirib. |
Ləfxanım Mahmudova qeyd edib ki, artıq işğaldan azad olunmuş Xocalıya gedib:""“Məni Xocalıya apardılar. |
O evdən bizə bir çaydan, bir də qaz sobası qalıb. |
Həmin o meşələrdə gəzdiyim vaxtlar, ayaqlarımın donvurma anı, erməninin əsirliyində olduğum günlərin hamısı bir kino lenti kimi gözümün önündən gəlib keçdi. |
Oradan qayıdıb gələndən sonra həftələrlə özümə gələ bilmirdim. |
Hazırda Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayıram. |
Elə bilirəm ki, biz həmin meşələrdə gəzirik. |
Xocalı faciəsindən sonra qar mənim üçün qırmızı yağır. |
Yenə də, elə bilirəm ki, o faciənin içindəyəm. |
Qızım universitetdə oxuyur, oğlumun biri hərbi xidmətdədir, digəri isə aprel ayında hərbi xidmətə yollanacaq. |
Özümün yaşamadığım uşaqlığımı balalarıma arzulayıram”. |
“Bu gün də erməni saxtakarlığı var”. |
Oxu.Az xəbər verir ki, bu sözləri Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib. |
“Bu o deməkdir ki, biz onlara cavab verməliyik və mübarizəmizi davam edəcəyik. |
Şəhidlərimizin qanı yerdə qalmadı. |
Bütün dünyaya göstərdik ki, biz böyük xalqıq. |
Milli mənəvi dəyərlər keçmişimizdir. |
Bu gün də istər-istəməz erməni saxtakarlığı var. |
Bunlar cavabsız qalmamalıdır”, - deyə K.İmanov bildirib. |
Onun sözlərinə görə, hər bir erməni yalanı ifşa olunmalıdır. |
“Xocalı canilərinin bəziləri tutularaq ölkəmizə gətirilib. |
Amma mən Vitali Balasanyanı gözləyirəm. |
Allaha yalvarıram ki, onu diri-diri tutub Azərbaycana gətirsinlər. |
O necə ki, gülərək, bizi sorğu-sual edirdi, mənim də ona suallarım var. |
Onlar burada çay içir, sivil qaydada həmin cinayətkarlarla davranırlar, amma kamerada qalanda bizə heyvan kimi münasibət göstərirdilər. |
Üzümüzə tüpürürdülər, ayaqqabını ağzımıza soxurdular, təhqir edib, zülm edirdilər, zəncirləyirdilər. |
Baxmayaraq ki, ağır xəstəyəm, bu gün xərçəngəm, amma danışmağı özümə borc bilirəm. |
Düzdür, efirlərə getmək mənim üçün ağırdır, amma telefon vasitəsilə məndən müsahibə alırlar, jurnalistləri evimə dəvət edirəm. |
Gücüm qalmayıb, amma yenə də danışmaq mənim borcumdur”. |
Bunu Moderator.az-a açıqlamasında 8 gün erməni əsirliyində qalan qadın Dürdanə Ağayeva deyib. |
O daha sonra həmin illəri xatırlayıb. |
“Xocalı mənim anamın vətəni idi, atam Ağdamdan idi.Amma mən Xocalıda dünyaya gəlmişdim, orada yaşamışdım, orada işləyirdim. |
Evin böyük qızı, 3 qardaşın tək bacısı idim. |
Uşaqlıqdan telefonçu olmaq istəyirdim. |
“Telefonçu qız” filminə baxıb öz gələcəyimi düşünürdüm. |
Nə biləydim ki, bir gün əsir düşəcəyəm və əsirlikdə də daha çox əzab-əziyyət, zülm görməyimin başlıca səbəbi də telefonçu olmağım olacaq?! |
1992-ci ilin fevral ayında artıq Xocalının bütün yüksəklikləri tutulmuşdu. |
Kənddə heç bir hərbi maşın yox idi.Rabitəçi olduğum üçün bütün danışıqları eşidirdim. |
Erməni deyirdi ki, sizə qan udduracağıq. |
Bir dəfə Milli Qəhrəman Əlif Hacıyevə zəng edib bunu dedim. |
Dedi ki, “erməni qandan qorxan millətdir, o bizə necə divan tuta bilər?” Əlbəttə ki, onlar təkbaşına deyildi, dəstək olan qüvvələr var idi.Gecə saat 11 radələrində Xocalı ağır artilleriya atəşinə tutuldu. |
Bizim heç nədən xəbərimiz yox idi.Qonşu qadın qaçaraq gəlib dedi ki, oturmayın qaçın, qonşu kənddə ahıska türklərini öldürürlər, indi bizim kəndə gəlirlər. |
Ermənilər artıq kəndimizdə idi. |
Onlar evlərimizi yandırırdılar. |
O evlər yanırdı, işığı yola düşürdü. |
Biz Qarqar çayına tərəf gəlirdik. |
Təsəvvür edin, çay donub, qar sinəmizə qədər qalxıb. |
İnsanlar bir-birinin üstünə yıxılırdılar. |
Qardaşım Elşad qabaqda idi, məndən arxada da Valeh və onun hamilə yoldaşı var idi.Bir də gördüm ki, Valeh qışqırır. |
Ermənilər onun hamilə yoldaşını öldürdülər. |
Ən ağrılı günlərim ondan sonra başladı. |
Bizi yolboyu təhqir edə-edə Əsgəran Rayon Polis İdarəsinə gətirdilər. |
Təsəvvür edin, 20 yaşım var, axı o söyüşlərdən, təhqirlərdən utanıram. |
Anam məni axı əsir düşmək üçün dünyaya gətirməmişdi! |
Mənim də digər qızlar kimi gənclik arzularım var idi. |
Monte Melkonyan, Vitali Balasanyan, Karo mənə o qədər zülmlər verirdilər ki...Qadınları ayrı kameraya salmışdılar, kişiləri də ayrı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.