Search is not available for this dataset
text
stringlengths
10
518k
Sürücülərin sözlərinə görə, şəhərin küçələrinə duz və qum səpilməyib.
Nəticədə belə problemlər yaranıb.
09:24"Qəbələdə yolların buz bağlaması avtomobillərin yolda qalmasına səbəb olub.
APA-nin Şirvan bürosu xəbər verir ki, gecə saatlarından yağan qar, eləcə də havanın şaxtalı olması yolların buz bağlamasına və yollarda böyük tıxaclar yaranmasına səbəb olub.
Hazırda Qəbələ-Şəki avtomobil yolunda və bu istiqamətdə kəndlərdən gələn avtomobillərin hərəkətində problemlər var.
Fevralın 28-də Bakı kəndlərinin birində 16 yaşlı qızın toy mərasiminin baş tutacağı barədə məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.
Belə ki, o qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da məlumat verilib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, yaxın bir qohumun məlumatı əsasında növbəti erkən nikahın qarşısı alınıb:""“Toy 28 fevralda Bakı kəndlərinin birində baş tutacaqdı.
Amma mərasim qızın 18 yaşı tamam olana qədər təxirə salındı.
Ata yalan məlumat verərək diqqəti yayındırmaq istəsə də, bu cəhdi alınmadı, öz qızının gələcəyini düşünməyən ata ikinci dəfə qanun pozuntusu etmiş oldu.
Məlumatı təqdim edən və onun araşdırılmasına köməklik göstərən Azərbaycan Uşaqlar Birliyinin sədrinə, operativ olaraq qarşısının alınmasını təmin edən Sabunçu Rayon İcra Hakimiyyətinə fakta həssaslıqla yanaşan hər kəsə təşəkkür edirik”.
Ucarda su arxında kişi meyiti aşkarlanıb.
APA xəbər verir ki, meyiti aşkarlanan şəxsin Lək kənd sakini Niyaməddin İsrayıl oğlu Mehdiyev olduğu bildirilib.
İlkin ehtimallara əsasən, N.Mehdiyev ürək çatışmazlığından dünyasını dəyişərək su arxına yıxılıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün pullu olması narazılıq yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir:""“Qiymətlər isə Tarif Şurası tərəfindən müəyyən edilib.
Şura ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edib.
Tariflər təsdiq edilərkən hər hansı güzəşt nəzərdə tutulmayıb”.
Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı videoçarx hazırlayıb.
Video səfirliyimizin “X” hesabında paylaşılıb.
Videoda qeyd olunur ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.""Paylaşımda xüsusi olaraq vurğulanır ki, soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
“Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri də birbaşa Ermənistanın keçmiş dövlət başçısı Serj Sarqsyan olub”, - deyə qeyd olunub.
#JusticeforKhojaly #KhojalyGenocide #NeverAgain pic.twitter.com/nRnvjaIrxy
Bakıda qadını avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, 1999-cu il təvəllüdlü Fərid Niyazi oğlu Quliyev idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə Suraxanı rayonu Əmircan qəsəbəsi ilə üzü Dədə Qorqud qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1967-ci il təvəllüdlü Asalayeva Amalya Nəcməddinovnanı vurub.
Piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmilərinin “Ana harayı” abidəsini ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xocalı soyqırımı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
13:42"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf Xocalı soyqırımı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
13:04"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Xocalı soyqırımı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
Eləcə də, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Xocalı soyqırımı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
12:51"Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
11:55"Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
11:35"Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
11:15"Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıb.
11:05"Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov və müavinləri Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
11:01"Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
10:55"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müavinləri Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
10:49"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Baş Prokuror Kamran Əliyev, hərbi prokuror Xanlar Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və dini icmaların üzvləri Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
10:35"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, f...
10:07"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndə...
A post shared by Oxu.Az (@oxuaz)""09:42"Səhər saatlarından Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri “Ana harayı” abidəsini ziyarət edirlər.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Xocalı soyqırımı abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.
Daha çox şəkil burada:PhotoStock.az"Nəzrin Vahid, İlhamə Əbülfət
“Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir.
Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edildi, o cümlədən Xocalı rayonu da separatçılardan təmizləndi.
Bu gün Xocalıda qürurla dalğalanan üçrəngli bayrağımız haqq-ədalətin təntənəsini, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bariz şəkildə nümayiş etdirir.
Xocalı soyqırımının 32-ci ildönümündə faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”, - deyə nazir qeyd edib.
Xocalı soyqırımı bəşər tarixində insanlıq əleyhinə ən ağır cinayətlərdəndir.
#Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun #antiterror tədbirləri… pic.twitter.com/IsmlcJIswY
Polşalı fermerlərin Ukrayna ilə sərhəddə aksiyaları getdikcə kəskinləşməyə başlayıb.
Bu dəfə onlar Rava-Russkaya-Qrebennoye keçid məntəqəsində yerə mismar və vintlər səpələyiblər.
Ehtimal ki, polyaklar bu yolla ukraynalı sürücülərin maşınlarını dayandırmaq istəyiblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və kommunal xidmət əməkdaşları yollanıblar.
Qeyd edək ki, polşalı fermerlər uzun müddətdir ki, Ukrayna ilə sərhəddə müxtəlif aksiyalar keçirirlər.
Almaniyanın Köln şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Köln Katedralının qarşısında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, Azərbaycana dost münasibəti bəsləyən icmaların nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra canlarını Vətən torpaqları uğrunda fəda edən şəhidlərin və Xocalıda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, mərkəzin idarə heyətinin üzvü Qəzənfər Kazımov, şəhid ailələrinin üzvləri və digər şəxslər çıxış edərək Xocalı soyqırımından 32 il ötməsinə baxmayaraq, xaricdə yaşayan azərbaycanlıların o dəhşətli günlərin ağrı-acısını unutmadığını, Xocalı soyq...
Xocalı soyqırımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət olduğu və bu faciənin tarixdə ermənilərin həyata keçirdiyi yeganə soyqırımı aktı olmadığı bildirilib, bu qətliamın soyqırım aktı kimi tanınması üçün alman və Azərbaycan dillərində şüarlar səsləndirilib.
Aksiyada tədbir iştirakçıları tərəfindən erməni vandalizmini əks etdirən informativ plakatlar nümayiş olunub, alman və ingilis dillərində nəşr olunmuş kitablar, fleyerlər, broşürlər şəhər sakinlərinə paylanıb.
Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən fotolardan ibarət fotosərgi yerli ictimaiyyətin marağına səbəb olub.
Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının dalğalandığı, 200-dən çox şəxsin iştirak etdiyi tədbir “Koroğlu” üvertürasının səslənməsi ilə başa çatıb.
“Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm.
Allah rəhmət eləsin!” - Fergus Auld qeyd edib.
Qəsdən sağlamlığa ağır zərər vurma və oğurluqda təqsirləndirilən İlkin Zülfüqarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası fevralın 27-nə təyin edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, 2003-cü il təvəllüdlü İlkin Zülfüqarov 25 dekabr 2021-ci il tarixində, saat 02:40 radələrində ticarət köşkünə gizlin daxil olaraq, oradan 3250 manatlıq oğurluq edib.
Onun digər cinayət əməli isə 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən Füzuli parkında qeydə alınıb.
Belə ki, İlkin Zülfüqarov 1999-cu il təvəllüdlü Rəvan Məmmədovu bıçaqlayıb.
Qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilən gənc dərhal əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, hadisə “PubG” oyunu üstündə baş verib.
Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar.
Rusiyanın Tümen şəhərində “Tur döyüşü” yarışı zamanı tramplin çöküb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
İnsident tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra baş verib.
Belə ki, iştirakçılar şəkil çəkdirmək üçün tramplinin üzərinə çıxıblar.
Ancaq konstruksiya ağırlığa tab gətirməyib.