Search is not available for this dataset
text
stringlengths
10
518k
Bundan əlavə, azı üç nəfər yaralanıb.
Səlahiyyətlilərin məlumatına görə, qar uçqunu altında ölənlər xizək sürənlər olub.
Qar uçqunu Pyui-de-Dom bölgəsindəki Val d'Enfer vadisindəki Mon-Dor kəndi yaxınlığında 1600 metr yüksəklikdə baş verib.
Rəsmilərin sözlərinə görə, xilasetmə əməliyyatında 50-yə yaxın adam iştirak edib.
Qarabağ hökumdarı Pənahəli xanın göstərişi ilə inşa edilən Əsgəran qalası Azərbaycan memarlığının ən parlaq nümunələrindəndir.
Ermənilərin mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələrin tarixini təhrif etmə cəhdləri Əsgəran qalasından da yan keçməyib.
Baku TV Qarabağ xanlığının şərq qapısı sayılan Əsgəran qalasından yeni görüntüləri təqdim edir:
“Bu oyuna köklənmək bir az çətin idi.Amma onlar bunu bacardılar.
Hər birində yaxşı konsentrasiya var idi.Heyətdə xeyli dəyişiklik etmişdik.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XXIV turunda qələbə qazanan “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis “Sumayıt”la qarşılaşmada ikinci hissədə daha yaxşı oynadıqlarını bildirib:“İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi.
Yaxşı, sürətli hücumlar gördük.
Bu həftə oyun olmasaydı, daha yaxşı olardı.
Bundan əvvəl də bizə lazım idi, yəni “Braqa” ilə oyundan sonra.
Amma biz yenə də müraciət etmişdik ki, bu oyunu təxirə salsınlar.
Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər.
Başqa çıxış yolumuz yoxdur, “Qəbələ” ilə oyuna gedəcəyik.
İstirahət olsaydı, daha yaxşı idi.Çünki “Braqa” ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi.Ehtiyatlanırdıq.
Futbolçular tam bərpa olunmamışdılar.
Başqa qərar qəbul olunubsa, gedib “Qəbələ” ilə oynamalıyıq”.
“Qarabağ” baş məşqçisi “Neftçi” və “Qəbələ” ilə oyunların təxirə salınmasının mümkün olmadığını vurğulayıb.
Qurban Qurbanov köməkçisi Zaur Tağızadə barədə danışıb.
O, Zaurun mətbuata qapalı olmasına aydınlıq gətirib:“Zaur həqiqətən də “qızıl oğlan”dır.
Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm.
Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür).
Onlar da öz işləri ilə məşğul olsun.
Məncə, yox deməz, problem olmaz”.
Qeyd edək ki, “Qarabağ” növbəti qələbəsini qazanaraq, lider mövqeyini bir az da möhkəmləndirib.
Ehtiyatda bir oyunu olan Ağdam klubu ən yaxın izləyicisini 18 xal qabaqlayır.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, paylaşımda “Xocalıya ədalət” şüarı yer alıb.
A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
“Qarabağ”ı həm bu, həm də bundan qabaqkı avrokuboklardakı möhtəşəm qələbə münasibətilə təbrik edirəm.
Danışılası bir şey yoxdur, uduzduq.
Uduzduğumuz komandanın gücü bəllidir.
Udmaq üçün nəsə etməyə çalışdıq.
Acı reallıq olsa da belə, “Qarabağ”ın gücü var.
“Qarabağ”a uduzanda belə, futbolçuların üstünə çox getmək olmur.
Növbəti matçlara hazırlaşacağıq.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunun “Qarabağ”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- İkinci pillədə olsanız da, top fərqində mənfi göstəriciyə sahibsiz.
- Bu sualdan əvvəl analiz edib, götür-qoy etsəniz, görəcəksiz ki, müdafiədə o qədər də pis deyilik.
Amma bu dediyiniz mənfi göstəricilər “Qarabağ”la oyunlara bağlıdır.
Açıq deyim, “Qarabağ”a qarşı oynaya bilmirik.
İstədiyimizi meydanda qoymağı bacarmırıq.
Futbolçulardan istədiyim o idi ki, hesab nə olursa-olsun, öz dəst-xəttimizi qoruyub-saxlayaq.
Bu oyun da böyük hesabla bitə bilərdi.
Belə oyunlarla, səhv edə-edə inkişaf edirsən.
Oyunumuzun çox hissəsi alınmadı.
Məşqdə etdiklərimizi meydanda təkrarlaya bilmədik.
“Sabah”a 1:3 hesabı ilə uduzmuşduq.
Bu oyuna kimi deyəsən, 1 qol buraxmışdıq.
Bizim əsas üstün cəhətimiz də odur.
Amma udmaq üçün də nəsə etməliyik.
- “Qarabağ” əsas heyətlə oynasaydı, böyükhesablı məğlubiyyətiniz qeydə alınardı?
- Əsas heyət deyəndə ki, gəlin, bunun üzərində durmayaq.
Adama Diakabinin maaşı mənim futbolçularımın hamısının maaşından üstündür.
Əsas heyət deyilsə, Diakabini bizə versinlər.
Mənim ehtiyat skamyamda əvəzedici heyətdən gələn oyunçular var.
“Qarabağ”da əsas heyət hansıdır, hansı əsas heyət deyil?
“Qarabağ”ın ikinci heyəti deyirsizsə, onlar hər bir komandanı udmağa qadirdir və bunu etməlidir.
Ən azından aldıqları maaşa görə.
- Nə zaman “Qarabağ”a qarşı oynayacaq komanda ortaya çıxacaq?
“Sumqayıt” nə vaxt “Qarabağ”ı udacaq potensiala gələcək?
- Yersiz suallardır desəm, məndən inciyəcəksiz.
Verilən cavab da yersiz olacaq.
“Qarabağ”a rəqib olmaq üçün işi düz qurmalısan.
“Qarabağ” bir ilin komandası deyil.
Futbol 11 nəfərin 11 nəfərə qarşı oynadığı oyun deyil, struktura qarşı oynanılan oyundur.
“Qarabağ” “Səbail” və “Araz-Naxçıvan”a da uduzub.
Mövsüm ərzində belə şeylər ola bilər.
Çünki ən azından məsləhətim odur ki, Azərbaycan klubları Avropa komandalarına deyil, elə “Qarabağ”a baxıb dərs çıxarsınlar.
Ümumi klubun görəcəyi iş necə olur.
“Qarabağ”a yaxın büdcən, futbolçuların olmursa, yaxın 10 ildə mən tərəfdən belə şey gözləməyin.
- Qorxmursuz ki, bu məğlubiyyətlə mövqeyinizi itirəsiz?
Çünki mövsümün əvvəlində məqsədimiz var ki, çempionatda qalaq.
3-4 tura çempionatda qalmağı həll edərik.
Bu yerimizi itirməkdən qorxmağa gəlincə, çalışacağıq ki, buralarda olaq.
Çünki əziyyətlə gəlib çıxmışıq.
Komandanın qarşısına qoyulan məqsəd nə idisə, onu yerinə yetirməyə çalışacağıq.
Ən əsas məqsəd də, yaxşı komanda qurmaqdır.
- İlk üçlükdə tamamlasaz, büdcə böyüyəcək?
Azərbaycan futboludur da, sabah necə olacağını bilmirsən.
Bu vaxta qədər gördüyümüz işin uğursuz olduğunu düşünmürəm.
Uduzmuşuq və bundan nəticə çıxarmağa çalışacağıq.
- İkinci yer uğrunda gərgin mübarizə gedir.
“Qarabağ” kuboku da götürsə, Avropa Liqasına ikinci pillədəki komanda gedəcək.
- Mənim problemim odur ki, digərlərindən fərqli olaraq problemləri həmişə dilə gətirirəm.
Bu skameyka, bu oyunçu sayı ilə həm kubokda, həm də çempionatda mübarizə aparmaq çətin olardı.
Ya ikisini də yarımcanlı oynamalısan, ya da birində canını qoymalısan.
Kubokda hər şeyimizi qoysaydıq, növbəti matçda yaxşı nəticə qazanmağımzı mümkünsüzə yaxın idi.Amma hər bir halda, çıxdığımız matçda qələbə qazanmaq istəyirik.
Avrokubok zonasında olmağı çox istəyirik.
Bu mövsüm oyunumuzla buna yaxınıq.
“Sumqayıt”dan bu gün pis danışan yoxdur.
Dirənəcəyimiz yer “Qarabağ”dır, onların da gücü bəllidir.
Digər komandalarla 1 xal üçün oynamırıq, qələbə üçün meydana çıxırıq.
Mövsümün sonunda tutacağımız mövqeyimiz bizi üzməli deyil.
Biz ilin əvvəlində qoyduğumuz planlar nədirsə, ona doğru getmək istəyirik.
Mərhələ-mərhələ irəliləmək niyyətindəyik.