Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İdarəyə əməliyyatın həyata keçirilməsində məxfi əməkdaş kömək edib. |
Onun apardığı müşahidələr əsasında narkotik şəbəkəsi daha tez ələ keçirilib. |
Tükiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıb. |
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşkil olunan yürüşə qardaş ölkənin İstanbul, Antalya, Qars, Ağrı, Elazığ, İğdır bölgələrindən gələn aralarında peşəkar, həvəskar alpinistlər olmaqla 40 nəfər, eləcə də 10 ... |
Çətin relyefdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi və mövcud risklərin idarə olunması məqsədilə aidiyyəti dövlət qurumlarının əməkdaşları da aksiyaya cəlb ediliblər. |
İştirakçılar tərəfindən 2 415 metr yüksəklikdə - Haçadağın zirvəsində Xocalı faciəsi qurbanları və 44 günlük Vətən Müharibəsinin şəhidləri yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunaraq Azərbaycan-Türkiyə qardaşlığı və Xocalı soyqrımına aid şüarlar səsləndirilib. |
Yürüş başa çatdıqdan sonra alpinistlərə təşəkkürnamə təqdim olunub. |
Qeyd edək ki, alpinist qrupu üçgünlük səfər proqramı çərçivəsində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin, eləcə də Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidələrini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. |
Bundan əlavə, qonaqlar muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına baş çəkiblər. |
ABŞ-nin Pensilvaniya Dövlət Universitetinin bir qrup alimi zoğalın faydalı xüsusiyyətini kəşf edib. |
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Nutrition” jurnalında dərc olunub. |
Alimlərin araşdırmasına görə, zoğal gündəlik istifadə edildikdə ölüm riskini 31 % azaldır ki, bu da ömrü orta hesabla 16 il uzadır. |
Elmi işin müəllifləri səkkiz il ərzində 37 min insanın sağlamlıq vəziyyəti ilə bağlı məlumatları təhlil ediblər. |
Onlar tədqiqat iştirakçılarının qida rasionu və onun insanların orqanizminə təsiri haqqında məlumat toplayıblar. |
Xüsusilə, alimlər giləmeyvənin tərkibində olan flavonoidlərlə maraqlanıblar. |
Onlar geniş farmakoloji fəaliyyət spektri ilə seçilirlər. |
Giləmeyvələr xoleretik, bakterisid, spazmolitik, kardiotonik təsirlərə malikdir, qan damarlarının kövrəkliyini və keçiriciliyini azaldır, radionuklidləri bədəndən çıxarmağa qadirdir, həmçinin xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyi sübut edilib. |
Məlum olub ki, ölüm riskini ən çox zoğal (31%), qaragilə (21%) və çiyələk (14%) azaldır. |
Müəlliflərin fikrincə, ən yaxşı təzə giləmeyvə yeməkdir, lakin mövsümdənkənar dövrdə mürəbbə, kompotlar və ya tərkibində çoxlu şəkər olan digər yeməklər istisna olmaqla, istənilən formada giləmeyvə yemək məqsədəuyğundur. |
Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri 31 min ukraynalı əsgər ölüb. |
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında deyib. |
Qeyd olunur ki, o, ilk dəfə olaraq Ukrayna tərəfinin münaqişədə itkilərini rəsmən açıqlayıb. |
“Bu, 31 min ukraynalıdır”, - deyə o, jurnalistin ölənlərlə bağlı sualını cavablandırıb. |
Ukrayna prezidenti yaralıların və itkinlərin sayını açıqlamaqdan imtina edib. |
“Bağışlayın, mən sizə bu məlumatı deməyəcəyəm (yaralılar və itkin düşənlər haqqında). |
Ukraynada hələ də itkin düşənlər var, lakin bu rəqəm hələ açıqlanmayacaq”, - deyə Zelenski əlavə edib. |
O, həmçinin aydınlaşdırıb ki, Rusiya ilə keçmiş məhbus mübadilələri zamanı bir neçə itkin düşmüş ukraynalı hərbçinin sağ-salamat ölkəyə qayıtdığı məlum olub. |
“Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq”. |
“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. |
Azərbaycan suveren hüququn, sülhün tərəfdarıdır. |
“Digər tərəfdən təbii ki imkanları daxilində Azərbaycanı sülh formulunda da iştirakından məmnun olardıq”- o, qeyd edib. |
Prezident Ukraynanın yeni dostları ilə bağlı gözləntilərindən də danışıb:“Söhbət qlobal cənubdan gedir. |
Onların sülh gəmisində olması bizim üçün çox vacibdir. |
Bu, sülh və sülh sammitinin formuludur. |
Bilirsiniz ki, hələ də tarazlıqda olan, bir az şübhəli olan dövlətlər var:Bu, Latın Amerikasında, həm də Afrikada olan ölkələrdir. |
Biz isə çalışırıq ki, onlar sülh tərəfini seçsinlər”, - Zelenski əlavə edib. |
Sabirabad rayonunun Qalağayın kəndinin bir hissəsində içməli su problemi yaşanır. |
Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri deyirlər ki, əvvəllər onların su təminatında problem olmayıb. |
Ancaq xeyli müddətdir ki, suyu ya maşınlarla alırlar, ya da artezian quyusundan çıxan sudan istifadə edirlər. |
Lakin bu suyun keyfiyyəti onları qane etmir. |
Kənd sakinlərinin sözlərinə görə, bir müddət öncə mənzillərinə sayğac quraşdırılıb. |
Amma su olmadığından həmin sayğaclarda da texniki nasazlıq yaranmağa başlayıb. |
Məsələ ilə bağlı “Azərsu” ASC-nin 4 Saylı Regional Sukanal İdarəsindən bildirilib ki, Qalağayın kəndində 128 abonentin su təminatında problemlər yaşanır. |
Bunun da səbəbi həmin ərazini su ilə təmin edən boruların 1970-72-ci illərdə çəkilmiş olmasıdır ki, artıq həmin borular istismar müddətini başa vurub. |
İdarədən o da bildirilib ki, həmin boruların dəyişdirilməsi və ərazinin yeni su xətləri ilə təmin olunması üçün layihə hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. |
Layihə təsdiq edildikdən sonra ərazidə yeni su borularının çəkilişinə başlanılacaq. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər Baku TV-də yayımlanıb. |
Kadrlardan bəyaza bürünən Laçın şəhərinin heyranedici mənzərəsini görmək mümkündür. |
Həmin görüntüləri təqdim edirik: |
Son bir neçə ildir ki, Xəzər dənizinin suyunun azalması cənub rayonlarında da müşahidə olunur. |
Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib. |
Bu səbəbdən də rayonun park-bulvar kompleksinin ərazisində bulvarla dəniz arasında quru sahə yaranıb. |
Dəniz geri çəkildiyinindən bu ərazilərdə illər öncə subasma nəticəsində məhv olmuş bəzi bitki növlərinin yenidən əmələ gəldiyi müşahidə edilir. |
Yerli sakinlərin sözlərinə görə, Astara Dənizkənarı Bulvarı tikilməmişdən əvvəl burada xüsusi qurğular və daşlar quraşdırılmışdı ki, bulvar hazır olandan sonra su bu hissəyə daxil olmasın. |
İndi isə həmin istehkamlara ehtiyac qalmayıb və Xəzər dənizi geri çəkilib. |
Mütəxəssislər bunun yaxşı hal olmadığını qeyd edir. |
O da bildirilib ki, mövcud vəziyyət Xəzərin dib relyefinin seysmikliyi ilə sıx bağlıdır. |
Müxtəlif illərdə müşahidə olunan kəskin azalmalar sonradan dənizdə suyun səviyyəsinin artması ilə əvəzlənib. |
Dəniznin bu qədər çəkilməsi də müvəqqəti xarakter daşıya bilər. |
“Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”"Oxu.Az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb. |
“Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. |
Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib. |
Bu dəhşətli hadisə qəlbimizi dərindən sarsıdarkən, bu hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”, - təşkilat vurğulayıb. |
Today, we commemorate the 32nd anniversary of the #KhojalyGenocide, a tragic event in the history of #Azerbaijan. |
On the night of 25-26 February 1992, Armenian armed forces attacked Azerbaijani civilians in the town of #Khojaly. |
As the memories of this horrific event continue to… pic.twitter.com/8Le8fAqOI7 |
Xankəndidə azərbaycanlı və erməni tanışlar təsadüfi görüşüb. |
Bu barədə görüntülər “İTV Xəbər Yekun”da yayımlanıb. |
Bildirilib ki, onlar bir-birini düz 40 il əvvəl görüblər. |
Zakir Həsənov aptekdə əczaçı işləyərkən Mişa Qriqoryan tez-tez ondan dərman alıb. |
Sonra ermənilərin təcavüzü nəticəsində Xankəndinin azərbaycanlı sakinləri yurdlarından uzaq düşüblər. |
İllər sonra Xankəndiyə qovuşan azərbaycanlılar öz evlərini, iş yerlərini axtarırlar. |
Bu səfərlər zamanı həm də erməni tanışlarla təsadüfi görüş yaşanır. |
Həmin görüntüləri təqdim edirik: |
2001-ci ildə baş vermiş cinayətin təfərrüatı məlum olub. |
Belə ki, martın 21-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti Xankişi Ələsgərovun evinə quldurcasına basqın edilib, o və ruhi xəstə olan oğlu Yaşar Ələsgərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. |
Dəhşətli cinayətin təfərrüatı İTV-nin “İstintaq davam edir” verilişində: |
İşğaldan azad olunmuş Xocalı rayonundan yeni görüntülər yayılıb. |
Oxu.Az xəbər verir ki, bu barədə kadrlar “İTV Xəbər”in efirində yayımlanıb. |
Kadrlarda ermənilər tərəfindən dağıdılmış Xocalı məktəbinin yerinə tikilən konserv zavodunu görmək mümkündür. |
Həmin görüntüləri təqdim edirik: |
Futbol üzrə İspaniya çempionatının 26-cı turu çərçivəsində keçirilən “Betis” – “Atletik” matçında işləyən köməkçi hakim Quadalupe Porras televiziya kamerası ilə toqquşaraq üz nahiyəsində zərbə alıb və meydanı xərəkdə tərk edib. |
Qeyd olunur ki, insident matçın 13-cü dəqiqəsində baş verib. |
“Betis”in oyunçusunun qolundan sonra köməkçi hakim meydançanın kənarında yerləşən kamera ilə toqquşub. |
Həkimlər briqadası ona meydançada tibbi yardım göstərib. |
Qadını ehtiyat hakim Nestor Olgeras əvəzləyib. |
Zaqatalada dördotaqlı fərdi yaşayış evində yanğın olub. |
Bu barədə Fövqaladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, yanğın rayonun Aşağı Tala kəndində, kənd sakini Kənan Hacıməhəmməd oğlu Rəcəbova məxsus, ümumi sahəsi 100 kvadratmetr olan kürsülü birmərtəbəli dördotaqdan ibarət fərdi yaşayış evində baş verib. |
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. |
Yanğın nəticəsində 40 kvadratmetr olan bir otağın yanar konstruksiyası əşyaları ilə birlikdə və daş örtüyünün 10 kvadratmetrlik sahəsi yanıb. |
Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. |
Yanğın zamanı xəsarət alan olmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımından 32 il ötür. |
Oxu.Az xəbər verir ki, bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır. |
İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar. |
Onlardan biri də 32 il öncə, doqquz yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Ləfxanım Mahmudovadır. |
Onunla Milli Qəhrəman Çingiz Mustafayevin söhbətindən fraqmentlər əks olunan videoçarxı təqdim edirik: |
Fransanın Overn bölgəsində qar uçqunu nəticəsində azı dörd nəfər ölüb, yerli hakimiyyət orqanları bildiriblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.