Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Soyqırımın 32-ci ildönümündə Xocalıya ədalət tələb edirik. |
Şəhidlərin qəbri nurla dolsun!”, - A.Hacızadə qeyd edib. |
Vast media coverage, photo and video fact, as well as confessions from those responsible attest to the violence in #Khojaly. |
Unfortunately, perpetrators have not yet been brought to justice. |
On the 32nd anniversary of the genocide, we demand #JusticeForKhojaly. |
2023-cü ilin 19-20 sentyabr tarixlərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. |
Xocalı soyqırımının qisası alındı. |
Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı. |
İşğal dövrünün ən qaranlıq səhifələrindən biri olan, “Əsrin faciəsi” adını alan Xocalı soyqırımının 32-ci ili tamamlanır. |
Bu illər ərzində xalqımız erməni terrorçuları və onların havadarlarının törətdikləri vəhşiliklərin qurbanlarını dərin hüzn və ehtiramla anır. |
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:""Xocalı özü azaddır"Lakin bu il fərqlidir. |
Çünki artıq Xocalı özü azaddır. |
Soyqırımı qurbanlarının illərlə haray çəkərək ruhlarının sərgərdan dolaşdığı bu torpaqlar düşmən işğalından təmizlənib. |
Antiterror tədbirləri nəticəsində separatizm, terror yuvalarının məhv edilməsinə aparan yolda Xocalıda üçrəngli bayrağımızın dalğalanması bəlkə də bu əməliyyatların mənəvi cəhətdən kulminasiya nöqtəsi idi.Çünki Xocalı soyqırımını törədənlər illərlə bunu milli mübarizə ruhumuzun qırılma anı kimi təqdim edirdilər. |
Qisas döyüş meydanında alındı"Amma düşmən yaşlı, qadın, uşaq demədən qətlə yetirdiyi, bəşəri dəyərləri tapdalayaraq insanlıq cinayəti sayılan əməllərə yol verdiyi “Əsrin faciəsi” ilə istəyinə nail ola bilmədi. |
Əksinə, Xocalı soyqırımı başda olmaqla, qısa müddətdə ardıcıl faciələr yaşayan Azərbaycan xalqı bir olmağı, diri olmağı bacardı. |
“Qisas qiyamətə qalmaz” şüarı ilə səbirlə, təmkinlə hədəfə doğru addımladı. |
Nəhayət 2023-cü ilin 19-20 sentyabr tarixlərində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. |
Xocalı soyqırımının qisası alındı. |
Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı. |
Xocalı sakinləri öz evlərinə qayıdacaq"Bu il Xocalı soyqırımının qurbanlarını elə Xocalıda anacağıq. |
32 ildən sonra Xocalı sakinləri bu il öz doğma el-obalarına qayıdacaqlar. |
Bu müjdəli xəbəri ilk dəfə Prezident İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqa müraciətində verib. |
Lakin bu dəfə onları nə terror, nə də soyqırımı təhlükəsi gözləyir. |
Çünki Azərbaycan dövləti, ali rəhbərliyi, Silahlı Qüvvələrimiz illər öncə, xocalılıların yaşadıqları dəhşətlərin yenidən yaşanmasına əsla imkan verməyəcəklər. |
Səbirlə, təmkinlə çıxdığımız haqq yolunda əldə etdiyimiz tarixi zəfərlər ölkəmizdə separatizmin, terrorun kökünü birdəfəlik qurudub. |
Dünyanı ədalətə dəvət edirik"Doğrudur, Azərbaycan ədaləti özü təmin edib. |
İşğal faktına son qoyub, illərdir kağız parçası olmaqdan başqa bir işə yaramayan BMT qətnamələrinin müddəalarını öz gücünə yerinə yetirib. |
Lakin bu, dünyanın Xocalıda baş verənləri, yaşanan dəhşət və vəhşəti gözardı etməyinə əsas vermir. |
Bu gün erməni kartından istifadə edərək ölkəmizə müxtəlif təzyiqlər etməyə çalışanlar, ermənidən daha çox erməni olanlar öncə Xocalı soyqırımına ədalətli münasibət sərgiləməlidirlər. |
Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşib. |
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, ölkəmizin diplomatik səyləri nəticəsində hazırda onlarla ölkə “Əsrin faciəsi”ni soyqırımı kimi tanıyıb. |
Çexiya, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-nin bir çox ştatı bu istiqamətdə müvafiq qətnamələr qəbul edib. |
Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. |
Cinayət cəzasız qalmır "Bütün bu qeyd olunanlar Ermənistanın o vaxtkı rəhbərliyinin, suveren ərazilərimizdə separatizmin başında duran və Xocalı soyqırımının əmrini verənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. |
Hazırda xalqımıza qarşı bəşəri və hərbi cinayətlər törətmiş separatçıların rəhbərlərindən bir çoxu həbs edilib. |
Xocalı soyqırımının iştirakçıları olanların etirafları aparılan istintaq prosesi ilə sənədləşdirilir, aktlaşdırılır. |
Lakin məsuliyyətdən qaçıb canını qurtaranlar da var. |
Onların da tezliklə ədalət məhkəməsində törətdikləri dəhşətli cinayətlərə görə cavab verəcəyi gün uzaqda deyil. |
Xocalı soyqırımından 32 il ötür. |
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. |
Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. |
Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. |
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. |
1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. |
Səkkiz ailə bütünlüklə məhv edilib. |
25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. |
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi.Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. |
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. |
Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı. |
1994-cü ildə ozamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral - Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. |
Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. |
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb. |
Bildirək ki, Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. |
Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. |
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. |
Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü artıq başını dik tutaraq yad edir. |
2020-ci ilin sentyabrın 27-də başlanan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək zəfərə nail olub. |
Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alınıb. |
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qal... |
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həy... |
44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. |
Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. |
Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. |
Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. |
Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq. |
Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson Xocalı soyqırımına dair bəyannamə imzalayıb və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcək. |
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə o, ABŞ-nin Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Remember Khojaly” adlı tədbirdə deyib. |
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı və Komitnin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrin diplomatik nümayəndələri, yerli ictimaiyyətin tanınmış simaları, eləcə də ölkəmizə dost icmaların üzvləri iştir... |
Hyuston şəhərində təhsil alan gənc tələbə Leyla Tağıyevanın aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və ABŞ-nin dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. |
Sonra Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. |
Daha sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdiyi vandalizm aktları və hazırkı quruculuq işləri ilə bağlı qısametrajlı videoçarxlar nümayiş olunub. |
Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson çıxışında Azərbaycanda səfərdə olarkən onun inkişaf edən gözəl ölkə olmasına şahidi olduğunu diqqətə çatdırıb. |
X.Conson Xocalı soyqırımı qurbanlarının Azərbaycan tarixində önəmini anladığı üçün məyus olduğunu deyərək, dünyada sülh və əmin-amanlığın vacibliyini, bu istiqamətdə dostların bir-birinə dəstək verərək çətin vəziyyətdən çıxmasının zəruriliyini vurğulayıb. |
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova qeyd edib ki, 30 ildən çoxdur Azərbaycan xalqı dünyanın hər yerində “Xocalıya Ədalət” şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir. |
Azərbaycanın ABŞ-dəki səfirliyinin nümayəndəsi Nigar Şirəlizadə çıxışında soyqırımla bağlı beynəlxalq təşkilatlar tərərfindən verilmiş bəyanatlardan söz açıb və beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı məsələsində daha ədalətli olmağa çağırıb. |
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi Qarabağ və Xocalı soyqırımı haqqında siyasi-analitik məruzə ilə çıxış edib. |
Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova tədbir iştirakçılatına təşəkkür edərək, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il yad edildiyini, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını və məcburi köçkünlərin tezliklə öz evlərinə dönəcəyini qeyd e... |
Polşada dəmiryol vağzalında naməlum şəxslər Ukraynadan gətirilən 160 ton taxılı yerə töküblər. |
Bu barədə ölkənin icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə naziri Aleksandr Kubrakov məlumat verib. |
“Polşa qatar stansiyalarında dördüncü vandalizm hadisəsi. |
Dördüncü cəzasızlıq və məsuliyyətsizlik halı. |
Hökumət və Polşa polisi bu vandalizmin nə vaxta qədər davam etməsinə icazə verəcək?” – deyə o, özünün “X” hesabında yazıb. |
Onun sözlərinə görə, taxıl möhürlənmiş vaqonlarda Qdansk limanına, oradan isə başqa ölkələrə göndərilirmiş. |
Məmur öz yazısında Polşada məsul idarə və şəxslərə müraciət edərək onları qanunlara əməl etməyə çağırıb. |
“Dünənki yarışdan sonra motivasiya topladım və bu gün daha yaxşı çıxış etdim. |
Bunun nəticəsidir ki, gümüş medala layiq görüldüm”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı Dünya Kubokunda gümüş medal qazanan batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Adil Hacızadə deyib. |
Bu medalın onun böyüklər arasında əldə etdiyi ilk mükafat olduğunu vurğulayan gimnast bildirib:“Buna görə inanılmaz qürur hissi keçirirəm. |
Evdə yarışdığımız üçün ikiqat həyəcan və məsuliyyət var idi.Çıxış zamanı azarkeşlərin dəstəyini hiss edirdim. |
Qazandığım bu medal məndə özünəinam hissini daha da artıracaq və növbəti yarışlarda uğur qazanmağıma kömək edəcək. |
İlin ilk turnirində fərqləndiyimə görə çox şadam”. |
Qeyd edək ki, tamblinq üzrə Azərbaycan yığmasının digər üzvü Mixail Malkin qızıl medal qazanıb. |
Qubadlı rayonuna yeni prokuror təyin edilib. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb. |
Vəzifə Emil Kərimova həvalə olunub. |
Qeyd edək ki, Emil Kərimov bundan əvvəl Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində çalışıb. |
Baku TV-də “Duman” adlı sənədli film efirə gedib. |
Narkomaniya mövzusunda çəkilən filmdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatlardan bəhs olunub. |
Filmdə məşhur narkobaron və onun şəbəkəsi Baş Narkotiklərlə Mübarizə İdarəsinin apardığı əməliyyat nəticəsində ifşa edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.