Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında Xocalı faciəsini əks etdirən fotobannerlərin quraşdırılması prosesi həyata keçirilib. |
Bununla yanaşı, anım günü ilə bağlı ziyarətçilərin gediş-gəlişini rahat təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri görülüb. |
Pənah İmanovun sözlərinə görə, hər il fevralın 26-da minlərlə insan - vətəndaşlarımız, eləcə də xarici qonaqlar və diplomatik korpusun nümayəndələri “Ana fəryadı” abidəsini ziyarət edirlər. |
Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. |
Belarusdakı seçki kampaniyası qüsursuz təşkil edilib. |
Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi, MDB Parlamentlərarası Assambleyası Baş katibinin müavini Aydın Cəfərov bildirib. |
“10-a yaxın seçki məntəqəsində monitorinq aparılıb. |
Bütün seçki məntəqələri vaxtında açılıb, seçki komissiyalarının üzvləri yerində idilər. |
Bu, xoş bir kəşf idi - seçki məntəqələri Belarus himni ilə işə başladılar”, – deputat qeyd edib. |
Onun sözlərinə görə, Belarusda seçkilərin özəlliyi erkən səsvermənin keçirilməsidir:""“Vətəndaşların əvvəlcədən səs verməsi rahatdır. |
Dünən və srağagün seçki prosesində fəal iştirak var idi.Fikrimizcə, Mərkəzi Seçki Komissiyası seçkiləri çox aydın təşkil edib. |
Təşkilatçılıq baxımından hər şey qüsursuzdur. |
Ziyarət etdiyim bütün seçki məntəqələrində qayda-qanun və təmizliyi qeyd etməliyəm”. |
Aydın Cəfərov vurğulayıb ki, çiskin hava seçicilərin iştirakına təsir etməyib. |
Qeyd edək ki, Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb. |
Xatırladaq ki, azərbaycanlı deputatlar Belarusda keçirilən seçkiləri müşahidə edirlər. |
“Bir Allahım, bir də özüm bildim ki, nə əziyyət çəkdim. |
Hələ də o əziyyətləri yaşayıram. |
Allah uzaq eləsin, insanlar bir-birinə qarğış edib deyirlər ki, “Görüm sənin evin dağılsın”. |
Dünyada evin dağılmasından dəhşətli bir şey yoxdur. |
Ən çox da uşaqlar zərbə alırlar”. |
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli verilişlərin birində deyib. |
O, yaşadıqlarını sınaq adlandırıb:""“Həmişə bununla rahatlayıram, deyirəm ki, Allahın bir imtahanıdır. |
Bu dünyada elə bir insan yoxdur ki, onu Allah imtahana çəkməsin. |
Ancaq səbr göstərməlisən, çünki səbr edənləri Allah mükafatlandırır. |
Deyirəm ki, mən çəkildim geri, sən özün idarə et, yoluna qoy. |
Görürəm ki, hər şey yavaş-yavaş öz yoluna düşür”. |
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim keçmiş gəlini Canana ilə bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. |
Onlar arasındakı söz-söhbət illərdir bitmək bilmir. |
Bu gün, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından 32 il ötür. |
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatında yer alıb. |
Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan ərazilərinin işğalı zamanı Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və s.daxil olmaqla yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. |
Bu qəbildən ən dəhşətli qətliamlardan biri Xocalı şəhərinin sakinlərinə qarşı törədilib. |
1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilmiş, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan a... |
İşğal nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. |
Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum olaraq qalır", XİN-in bəyanatında vurğulanır. |
Heç bir hərbi zərurət olmadan dinc azərbaycanlıların yaşadığı Xocalı şəhərinə ağır hərbi texnikanın tətbiqi, mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərə dair istintaq materialları, şahidlərin ifadələri, habelə Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan öncə az... |
Biz bu stereotipi sındırdıq” etirafı, törədilmiş qətliamın təsadüfi olaraq deyil, məhz soyqırımı cinayəti kimi Ermənistan tərəfindən öncədən planlaşdırılaraq bu ölkənin tabeliyində olan qüvvələr tərəfindən icra olunduğuna dair heç bir şübhə doğurmur. |
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi digər insanlıq əleyhinə cinayətlər kimi Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçal... |
Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxard... |
Bu bir daha soyqırımı kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb olunmamasının ağır nəticələrini göstərir" , -nazirlik vurğulayıb. |
Bu baxımdan, cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. |
Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli bayrağımız dalğalanır. |
Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur. |
Bununla yanaşı, Azərbaycan tərəfi inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmə... |
Faciənin 32-ci ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik. |
18:16"“Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi idi”. |
Oxu.Az-ın xəbərinə görə, bu, Xarici İşlər Naziliyinin (XİN) Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı X platformasında paylaşımında qeyd edilib. |
XİN Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafiki də paylaşıb. |
Xarici işlər naziri Ceyhun Bayramov isə paylaşımında qeyd edib ki, bu kütləvi qətli törədənlər cavab verməlidirlər. |
How it happened?#Khojaly genocide was a part of Armenia's systematic ethnic cleansing & genocide policy. |
Timeline graphic that outlines sequence of events led to Khojaly genocide.#NeverAgain pic.twitter.com/gZg9m9c1pn" "32 years pass since the largest massacre committed by Armenia during the aggression against Azerbaijan in #Khojaly. |
We honor all our Martyrs who were brutally killed during these atrocities. |
The perpetrators of this mass murder must be held accountable!#NeverAgain pic.twitter.com/kBoxApanwP |
Biləsuvar və Balakən rayonlarına yeni prokurorlar təyin edilib. |
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. |
Əmrə əsasən Ramin Nağdəliyevə Biləsuvarın, Camal Bağırova isə Baləkənin prokuroru vəzifəsi həvalə edilib. |
Qeyd edək ki, Ramin Nağdəliyev bundan əvvəl Binəqədi rayon prokurorunun müavini olub. |
Camal Bağırov isə əvvəl Biləsuvarın prokuroru vəzifəsində çalışıb. |
ABŞ-nin hazırkı prezidentinin qəribə yerişi və görünməz dostları artıq amerikalılar arasında məsxərə obyektinə çevrilib. |
Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı videolar yayılıb. |
Donald Tramp da bu “qeyri-adiliklərdən” keçə bilməyib və Baydenin “divara girmək” cəhdlərini xatırladıb. |
“Baxın, budur bizim prezidentimiz”, - deyə Tramp vurğulayıb. |
Xatırladaq ki, Co Bayden ABŞ tarixinin ən yaşlı prezidenti olub - bu yaxınlarda o, dəfələrlə büdrəyərək yerə yıxılıb, hava ilə salamlaşıb və ya səhnədə özünü itirib. |
“Tutaq ki, şagirdin biri hiperaktivdir və dərsə qulaq asmır, dinləmir. |
Müəllim anlamalıdır ki, bu uşaq “tərbiyəsiz” deyil, sadəcə, özündən asılı deyil və bunun diaqnozu var. |
Həqiqi müəllim o şəxsdir ki, bu fərqlilikləri başa düşür və onlara pozitiv yanaşır”. |
“Kaspi” qəzetinin müsahibi xüsusi təhsil ehtiyacı olan uşaqları dəstəkləməyi hədəfləyən pedaqoq, Böyük Britaniyada Edinburq Universitetinin magistrantı, “George Heriot's School”da müəllim işləyən azərbaycanlı Rəvanə Şıxəlidir. |
Onun sirri hamıya mümkünsüz görünən xəyallarına inanıb, ardınca getməsidir. |
Çünki onun üçün uzaq, mümkün olmayan heç nə yoxdur. |
Elə bu əzmi onu Şirvandan Birləşmiş Krallığa qədər aparıb. |
Şirvanda üçuşaqlı ailənin ortancıl övladı olaraq dünyaya gəlib. |
Atası ingilis dili müəllimi olduğu üçün övladlarına bu dili kiçik yaşlardan öyrətməyə başlayıb. |
Rəvanə uşaqlıqdan fəallığı ilə seçilib, müəllimlərinin sevimlisi olub. |
Özünü şanslı şagird adlandırır və karyerasını ilk müəllimi olan atasına və digər müəllimlərinə borclu olduğunu deyir. |
Məktəbi bitirdikdən sonra yüksək balla Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinə, ingilis dili müəllimliyi ixtisasına qəbul olub. |
İkinci kursdan isə təhsilini SABAH qruplarında davam etdirib. |
Azərbaycanda özəl məktəblərdən birində müəllim işləyib, təcrübə qazandıqdan sonra Dövlət Proqramı ilə Böyük Britaniyanın Edinburq Universitetində İnklüziv təhsil üzrə təhsilini davam etdirir. |
Rəvanə həm də Böyük Britaniyada ölkə üzrə ən böyük məktəblərdən biri olan “George Heriot's School”da müəllim işləyir. |
Deyir ki, burada öz sahəsində müəllim işləyən yeganə xarici vətəndaşdır. |
“Bütün səhvləri pozitiv qarşılayan müəllim öyrətməyi bacarır”"- Rəvanə xanım, valideynləriniz sizi mübariz və maksimalist adlandırır. |
Sizcə, maksimalist olmağınız ortancıl uşaq sindromundan irəli gəlib? |
- Bəli, ortancıl uşaq olmağımın üstün cəhəti maksimalist olmaq, ən yaxşısını etməyə çalışmaqdır. |
Adətən, ortancıl uşaqlar düşünürlər ki, onlar ailələri tərəfindən çox sevilmirlər. |
Buna görə də daha çox mübariz olur və özlərini ailələrinə daim sübut etməyə çalışırlar. |
Bu, məndə də var idi.Valideynlərim məni nə qədər çox istəsə də, hər dəfə çalışırdım ki, fərqlilik edim, seçilim. |
Dərslərdə “5” alır, hekayələr yazıb valideynlərimə oxuyur, şeir müsabiqələrinə qatılır, tədbirlərdə aparıcılıq edirdim. |
Dünyada da ortancıl uşaq sindromuna görə, valideynlərinin ona kifayət qədər diqqət yetirmədiyini düşünən uşaq, özünü onlara göstərmək üçün həddindən artıq hərəkətlər edə bilir. |
Bu sindrom məndə də pozitiv mənada maksimalist olaraq özünü göstərdi. |
- Özünüzü yaxşı müəllimlərin əhatəsində olduğunuz üçün şanslı hesab edirsiniz. |
Yaxşı müəllimlərlə əhatələnən şagirdin üstünlükləri nədir? |
İkisinin də ingilis dili öyrənməyə ehtiyacı var. |
Biri kursa gedir və tərifli müəllimlə hazırlaşır. |
Bu müəllim standart dərs keçir, sərt olur, şagirdin uğurlarını deyil, əksinə, səhvlərini qabardır. |
Həmin şagird bu fənnə nifrət edir. |
Çünki səhərdən axşama qədər çalışmağına, bütün qrammatik qaydaları bilməyinə baxmayaraq, ingiliscə danışa bilmədiyinə görə, özünü bacarıqsız hiss edir və dili sevmir. |
Çünki müəllim onun aktiv dinləmə, danışma bacarıqlarını inkişaf etdirmir və ən əsası, neqativdir. |
Şanslı şagird isə tam fərqli inkişaf edir. |
Sadə müəllim yanında gedir, amma müəllim motivatordur. |
Uşağın dil səviyyəsinin sıfır olmasına baxmayaraq, bu dili sevdirir və sevərək mənimsətdirir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.