Search is not available for this dataset
text
stringlengths
10
518k
Onlar bildiriblər ki, magistrala tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib:""“22 ildir bu zülmü çəkirik.
Xəstəmizi həkimə apara bilmirik.
Yasımız düşür, heç bir qohum gəlmir.
Yol pis vəziyyətdə olduğuna görə hamı bu kənddən qaçır”.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Ergi qəsəbəsi üzrə avtomobil yolunun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Lerikdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var.
Belə ki, Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi pikap tipli minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb.
Sürücü - Xalid Eyvazov və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.
Ölən şəxsin Lerikdə usta kimi çalışdığı bildirilir.
Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.
Oxu.Az xəbər verir ki, ikiqat dünya və Avropa çempionu Milli Gimnastika Arenasında təşkil edilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qızıl medalını qazanıb.
Azərbaycan millisinin digər üzvü, komanda hesabında dünya çempionu olan Adil Hacızadə (tamblinq) isə gümüş mükafata yiyələnib.
Bir çoxlarımız bəzən istifadə etdiyimiz internetin sürətindən, yaxud davamlılığından şikayət edirik.
Ekspertlər bildirirlər ki, bu məsələdə problem yaradan əsas məqamlardan biri də “Wi-Fi” qurğularıdır.
Bazara gətirilən sertifikatsız “Wi-Fi” qurğuları zəif və dayanıqsız yayım siqnalları ötürür, bu da keyfiyyətsiz internet xidmətinə gətirib çıxarır.
Bu fikirlər İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) açıqlamasında yer alıb.
İKTA vətəndaşları istifadə etdikləri avadanlıqların keyfiyyətindən əmin olmağa və sertifikatı olmayan modemlər ilə bağlı tənzimləyici quruma məlumat verməyə çağırıb.
Bəs vətəndaşlar şəbəkə qurğuları alarkən əldə etdiyi avadanlığın keyfiyyətli olduğuna necə əmin ola bilər?
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
“Ucuz və keyfiyyətsiz qurğular satılır”"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, internetin keyfiyyətinə və sürətin azlığına təsir göstərən bir çox məqamlar mövcuddur:“Bunlardan ən va...
Onların keyfiyyətli olması internetin sürətində çox əhəmiyyətli yer tutur.
Təəssüflər olsun ki, Azərbaycanda ucuz və keyfiyyətsiz olan bəzi qurğular satılır.
Onlar internetin sürətində problemlər yaradır.
Modem seçərkən diqqətli olmaq lazımdır.
Ölkəyə keyfiyyətli aparatların gətirilməsi böyük əhəmiyyət daşıyır.
Nə qədər sürətli internet alsanız da, aparat keyfiyyətsiz olduğu halda daha zəif internet paylayacaq”.
20-30 manatlıq avadanlıqdan gözləntilərimiz"İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, qiyməti orta olan məhsullar daha keyfiyyətli hesab edilir:“Bazarda satılan avadanlıqlara diqqət yetirsək, görərik ki, tanınmış istehsalçıların və bir də az tanıdığımız, adını ilk dəfə eşitdiyimiz şi...
Mağazalarda bir neçə istehsalçının 20-30 manatdan 200-250 manata qədər evdə istifadə etdiyimiz internet paylayıcı qurğuları satılır.
Amma ucuz olanlar zirzəmi şəraitində keyfiyyətsiz ehtiyat hissələrindən hazırlanır.
Bəzi işbazlar da belə avadanlıqları sifariş verirlər.
Bizə tanış olan şirkətlərin məhsulları isə özünü daha yaxşı göstərir.
Qiyməti orta seqmentdə olduqda cihaz daha keyfiyyətli ehtiyat hissələrindən hazırlanır və performansı yüksək olur.
20-30 manatlıq avadanlıqdan gözləntilərimiz elə də böyük olmamalıdır.
Çünki bizi gec-tez məyus edəcək”.
Sertifikatsız məhsul aldıqda...""F.Mirəliyevin fikrincə, mütləq şəkildə bu avadanlıqların sertifikatı olmalıdır:“Azərbaycanda məhsul satmaq istəyən istehsalçılar avadanlıqlardan nümunələr təqdim edib məhsulları üçün uyğunluq sertifikatı almalıdırlar.
Bu sertifikatın mahiyyəti ondan ibarətdir ki, dövlət orqanları səviyyəsində həmin avadanlıqlar test laboratoriyalarında yoxlanışdan keçəcək və onların bütün tələblərə cavab verməsi təsdiq olunacaq.
Amma belə görünür ki, hazırda bazarda müxtəlif mənşəli avadanlıqlar satılır.
Yekunda isə vətəndaşlar narazı qalırlar.
Uyğunluq sertifikatı almış avadanlıqlar daha yüksək keyfiyyətli hesab edilir.
Bir çox hallarda internet zəifliyinə görə vətəndaş müvafiq orqanlara şikayət ünvanlayır.
Araşdırmalardan sonra məlum olur ki, səbəb avadanlıq imiş.
Sertifikatsız məhsul aldıqda istehlakçı bütün məsuliyyəti öz üzərinə götürür və keyfiyyətsiz xidmətlə bağlı hər hansı bir irad bildirə bilməz”.
Ağıllı texnologiyalara keyfiyyətli paylayıcı lazımdır"Müsahibimiz internet paketlərinin də nəzərə alınmalı olduğunu bildirdi:“Paylayıcı qurğuların internetin sürətində rolu böyükdür.
Amma internet paketini də diqqətə almaq lazımdır.
Hər bir abunəçi internet provayderi ilə müəyyən tarif çərçivəsində müqavilə bağlayır.
Məsələn, 30-100 megabit sürətli internet paketi seçir.
Elə provayderlər var ki, vətəndaşı aparatla da təmin edirlər.
Amma eləsi də var ki, istifadəçi özü avadanlıq almalı olur.
Bəzən də vətəndaş provayderin verdiyi avadanlığı bəyənmir və özü daha yaxşısını quraşdırır.
Yüksək sürətli internet paketi seçib, ucuz və keyfiyyətsiz paylayıcı istifadə etsəniz, keyfiyyətli internet ala bilməyəcəksiniz.
Evdə istifadəçi sayı çoxaldıqca sürət daha da zəifləyəcək.
Yaxud yüksək sürət tələb edən yerlərə daxil olduqda problemlər yaşayacaqsınız”.
Hansısa avadanlığı seçmişiksə, bunları da bilməliyik"Ekspert qeyd etdi ki, aparat seçərkən bir neçə məqama diqqət etməliyik:“Hər avadanlığı qiymətinə görə dəyərləndirmək olmaz.
Hansısa avadanlığı seçmişiksə, ilk növbədə istehsalçı ilə tanış olmalıyıq.
Baxmalıyıq ki, bu aparatın öz ölkəsində dövlət standartlarına uyğunluğu varmı.
Yaxud bizim dövlət orqanlarından sertifikat əldə edə bilibmi?
Avadanlığın bütün texniki parametrləri araşdırılmalıdır.
Texnologiya inkişaf edir, internetin sürəti artırılır.
Yeni texnologiyalarla təchiz olunmuş aparatlar daha yüksək sürətlə çalışır.
İstehsalçı öz məhsulunu neçə il dəstəkləyəcək?
Yəni həmin avadanlıqda funksionallıq artırılacaq, yenilənmələr gələcək və paylayıcı daim aktiv olacaqmı?”"Qiymətinin fərqi yoxdur?
Şəbəkə qurğularının satışı ilə məşğul olan Müşfiq Rüstəmov isə dedi ki, alıcılar da sertifikat tələb etmir, aparatlarda da olmur:“Aldığınız məhsul tanınmış marka olduqda keyfiyyətli məhsul sayılır.
Şəhərdə ən çox satılan 1-2 marka var.
Onlar da kifayət qədər etibarlıdır.
Aparatların üzərində sertifikat yoxdur.
İnsanlar da bunu tələb etmirlər.
Ucluqlarının sayı nə qədər çox olarsa, aparatın əhatə dairəsi o qədər genişlənir.
Məsələn, 100 kvadratmetrlik evlərə bir ötürücü kifayət edir.
Ucluq sayı artdıqca keyfiyyət daha güclü olur.
Qiymət yüksəldikcə yalnız imkanları genişlənir, menyusu artır.
Daha bahalı avadanlıqları əsasən ofislərdə, şirkətlərdə quraşdırırlar.
Ev üçün isə 20 manatlıq da, 200 manatlıqla eyni keyfiyyəti verir”.
Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus digər bir avtobusla toqquşub.
Nəticədə “Mercedes Vito”da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.
Faktla bağlı araşdırma aparılır.
Ailə üzvlərini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun atası ilə birgə görüntüləri yayılıb.
Onlar ailəvi məclisdə əyləşərkən bu anları qeydə alıblar.
Oxu.Az həmin görüntünü təqdim edir:""Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sumqayıtda intihara cəhdin qarşısı alınıb.
Cəhdin qarşısı qonşusu, 1992-ci il təvəllüdlü Novruz Arif oğlu Məmmədov tərəfindən alınıb.
O dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İsrailin Tel-Əviv şəhərində fəaliyyət göstərən Yəhudi Xalqları Muzeyində (Diaspor Muzeyi) Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman (Yana Salman) 613 günahsız insanın erməni işğalçıları tərəfindən qətlə yetirilməsi haqqında məlumat veri...
Daha sonra tədbir iştirakçıları Yerusəlim yaxınlığındakı Prezident Parkında 2014-cü ildə Azərbaycan-İsrail (“Azİz”) Beynəlxalq Assosiasiyası tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsinə əkilmiş ağacların olduğu meşə ərazisini ziyarət ediblər.
Yeganə Salman və Azərbaycanın istiqlal şairi Əhməd Cavadın Aşkelon şəhərində yaşayan nəvəsi Yaqut Abdullayeva çıxış edərək, xalqların taleyində baş verən bu kimi kədərli hadisələrin həmişə xatırlanmalı və heç vaxt unudulmamalı olduğunu vurğulayıblar.
Qeyd ediblər ki, Azərbaycan 30 illik işğaldan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazilərini erməni qəsbkarlarından azad edib, əzəli Azərbaycan ərazilərini geri qaytarıb və bununla da Qafqazda tarixi ədaləti bərpa edib.
Tədbirin sonunda Azərbaycanın İsraildəki səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və “Azİz” Beynəlxalq Assosiasiyası adından “Xocalı 613” məlumat lövhəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, İsraildəki Azərbaycan icması artıq uzun illərdir Azərbaycan tarixinin bu qaranlıq səhifəsi ilə mümkün qədər çox İsrail vətəndaşını tanış etmək məqsədilə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə həsr olunmuş fotosərgilər, elmi konfranslar və kitab təqdimatları təşkil edir.