Search is not available for this dataset
text
stringlengths
10
518k
Çünki əvvəl insanlar peşələrə yönəlirdilərsə, artıq buna riayət edən yoxdur.
Hər kəs sosial şəbəkə platformalarında pul qazanmağın mümkün olduğunu görür və özünə əziyyət vermir”.
İnsanlar problemin fərqində deyillər "Sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, insanlar altı yaşa qədər xüsusi təlim-tərbiyə ilə böyüdülməlidirlər:“Ömrün uğurlu bünövrəsi” başlıqlı kitab hazırlamışdım.
Düşünürdüm ki bu kitab nəşr edildikdə çox böyük diqqət çəkəcək, lakin gözlədiyim kimi olmadı.
Çünki insanlar bu ciddi problemin hələ də fərqində deyillər.
Baxın, altı yaşa qədər uşaqlar valideyn himayəsində təlim-tərbiyə görür, bir baza formalaşır.
Daha sonra məktəbə gedirlər və orada bu baza daha da təkmilləşdirilir.
Lakin bu, hər ailədə belə olmur.
Məktəbdə əvvəllər 11 il uşaqlar həm danlanırdı, həm döyülürdü.
Son dövrlərdə döyülmək məsələləri yığışdırılır.
Lakin düşünün, 11 il üzü danlanan şagirddə nə xanımlıq, nə kişilik qalır?
Bu, onların psixologiyasına necə mənfi təsir edir, bir nəfər bunu düşünürmü?” ""Xüsusi fəaliyyət proqramı hazırlanmalıdır"Ekspert bildirir ki, doqquzuncu sinifdə şagirdlərin bir qismi, 11-ci sinifdə isə digər qismi məktəblərdən ayrılır.
Bu uşaqlar təhsilə yönləndirilmədiyi üçün bəziləri dini qruplaşmalara, kriminal aləmə meyillənirlər:“Azərbaycanda hər rayonda “Gənclər evi” tikilib, niyə bu uşaqlarla maraqlanmırlar?
“Gənclər evi”nin potensialından nə üçün maksimum istifadə edilmir?
Gənclər üçün xüsusi fəaliyyət proqramı hazırlanmalıdır ki, onların gələcəyi xilas edilsin.
Azərbaycan gəncinin 24 yaşa qədər yox, 30 yaşa qədər hissəsi müşahidə edilməlidir.
Aidiyyəti qurumlar birgə layihələr həyata keçirməklə bu problem üçün əsaslı çıxış yolu tapılmalıdır”.
2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər vurğulayıblar ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir.
Qeyd olunub ki, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.
Bildirilib ki, təlim toplanışında qarşıya qoyulmuş fəaliyyətlər uğurla yerinə yetirilib.
Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub, hərbi vəzifəlilər aidiyyəti dövlət onlara ayrılmış xüsusi nəqliyyat vasitələri ilə yaşayış yerlərinə yola salınıblar.
Moskvada gəzintiyə çıxmaq istəyən 10 yaşlı uşaq dördüncü mərtəbədən yıxılıb.
Məlumata görə, 44 yaşlı Metroqorodok sakini olan ana həmin vaxt mağazada olub.
O, uşağı evdə qardaşı və xəstə babası ilə birgə qoyub.
Azyaşlı qapı bağlı olduğundan çölə eyvandan çıxmağa çalışıb, lakin özünü saxlaya bilməyərək yıxılıb.
Bildirilir ki, uşaq qar yığınına düşüb və yıxıldıqdan sonra qalxaraq mənzilə qayıdıb və anasına zəng edə bilib.
Uşaq qabırğalarının sınığı və qarın divarının əzilməsi diaqnozu ilə xəstəxanaya aparılıb.
Polis əməkdaşları ailə ilə söhbət etməyi planlaşdırırlar.
Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd PQ-2 qumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkisində iştirak edəcəyini açıqlayıb.
Bu barədə Belarus lideri parlament seçkilərində səs verdikdən sonra danışıb.
Xatırladaq ki, bu gün Belarusda parlamentə və yerli şuralara seçkilər keçirilir.
Ölkədə prezident seçkisi isə 2025-ci ildə baş tutacaq.
Bu günlərdə Qarabağı könüllü olaraq tərk etmiş bir qrup erməni açıq məktubla dünya ictimaiyyətinə müraciət edib.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.
Məlumata görə, məktubda ermənilər “Azərbaycanın tərkibində yaşamağın dəhşətlərini” təsvir edərək dünya ictimaiyyətindən 100 milyard dollar tələb ediblər.
Onlar qeyd ediblər ki, bu məbləğ Qarabağ ermənilərinin itkilərinin cəmi on faizinə bərabərdir.
“Belə çıxır ki, Qarabağ ermənilərinin itkiləri nə az, nə çox - 1 trilyon dollara bərabərdir.
Çünki Qarabağ öz təbii ehtiyatlarına görə ikinci İsveçrədir”, - videomaterialda vurğulanır.
Daha ətraflı “Caliber”in yeni süjetində:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Biləsuvar rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin artdığı müşahidə olunur.
Belə ki, fermerlərin müraciəti əsasında cari il ərzində 1 325 hektar sahə üçün müvafiq kimyəvi preparat (sink-fosfid) onlara təhvil verilib.
Daha çox gəmiricilər taxıl və yonca sahələrində müşahidə olunur.
Kimyəvi mübarizə tədbirləri ardıcıl və kütləvi aparılmalıdır ki, daha effektiv olsun.
Həmçinin vurğulanıb ki, ötən il və cari ilin bu günə qədər əkin sahələrində çəyirtkə müşahidə olunmayıb.
Bu il gəmiricilərin çoxalmasına səbəb suvarmada olan bəzi çətinliklərdir.
Bu problem onların artmasına şərait yaradıb.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan dağılan deyil”.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Paşinyana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib.
Dövlət başçısı Ermənistan baş nazirinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı bəyanatını şərh edib.
Onun sözlərinə görə, Minsk Ermənistanın blokdan çıxması ilə bağlı heç bir bəyanat almayıb və hesab edir ki, bu ölkə təşkilata üzv kimi qalmalıdır.
“Əgər KTMT-də olmaq istəmirlərsə, olmasınlar.
Ermənistansız təşkilat dağılan deyil.
Ancaq İrəvandakı siyasətçilər ayılmalıdılar ki, sahib olduqlarını da itirməsinlər.
Ümid edirəm ki, məndən inciməzlər.
Zaman çox dəyişir və ümumən dünyada vəziyyət dəyişəcək.
Buna görə də, kompakt dövlətlərə lüzumsuz hərəkətlər etmək lazım deyil.
Mənə elə gəlir ki, Nikol emosional açıqlama verib”, - Belarus prezidenti jurnalistlərlə söhbətində deyib.
İtalya televiziyasında Baydeni təqlid edən məzəli səhnəcik nümayiş olunub.
Burada ABŞ dövlət başçısı cəfəng fikirlər səsləndirən və nüvə düyməsini basmağa hazır olan bir şəxs kimi təqdim olunub.
“Nove TV”nin şənbə günü axşam proqramında efirə gedən kadrlar sosial şəbəkələrdə izləyicilərin böyük marağına səbəb olub.
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, məsələ ilə bağlı məlumatlıdırlar, artıq ötən həftədən etibarən qurum tərəfindən araşdırma başlanılıb.
“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib.
Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq”, - açıqlamada deyilir.
“Mançester Siti”nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero ürəyində yaranan problemlər səbəbindən 2021-ci ildə başa vurduğu futbolçu karyerasını qısa müddətə bərpa edə bilər.
Məlumata görə, Argentinanın “İndependyente” klubu 35 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Biildirilir ki, Aquero canlı efirdə kardioloqa zəng edərək meydanda 10-20 dəqiqə keçirə bilib-bilməyəcəyini soruşub.
Mütəxəssis eks-futbolçuya cavab verib ki, əgər fiziki cəhətdən hazırlaşırsa, səhhətində heç bir problem olmamalıdır.
Odur ki, Aquero “İndependyente” ilə bir neçə yoldaşlıq oyunu keçirə və nəhayət, futbolçu karyerasını bitirə bilər.
Xatırladaq ki, argentinalı 2003-2006-cı illərdə məhz adıçəkilən klubda çıxış edib və onun yetirməsidir.
Rusiyaya endirilən zərbələr Ukrayna istehsalı dronlarla həyata keçirilir.
“Rusiya Federasiyasının strateji obyektlərinə zərbələr Ukrayna istehsalı olan dronlarla həyata keçirilir”, - nazir söyləyib.
Siyasətçi əlavə edib ki, bu il ukraynalılar milli yerüstü robot sistemləri haqqında daha çox eşidəcəklər:“Keçən il böyük miqyasda havada, dənizdə dronlar gördük.
Bu il onları yerdə gördüyümüz il olacaq”.
Qeyd edək ki, daha öncə Ukraynanın müdafiə naziri Rustem Umerov eyni tədbirdə ölkəsinin cari il üçün nəticə verəcək güclü planı olduğunu açıqlayıb.
Yaponiyanın paytaxt prefekturasının hakimiyyət orqanları dünyanın ən böyük işıq şousuna start veriblər.
Açılışda Tokio administrasiyasının rekord üçün müraciətini qəbul edən Ginnesin Rekordlar Kitabının nümayəndələri də iştirak ediblər.
Tədbir Tokionun turistləri cəlb edən ərazilərində binaların üzərinə xüsusi rəsmlərin proyeksiyasını nəzərdə tutur.
İşıq şousu bu silsilədən olan tədbirlər çərçivəsində birinci olub.
Layihə “Tokio Gecəsi və İşığı” adlanır.
Paytaxt administrasiyasından xəbər verildiyi kimi, tamaşaçılar üçün pulsuz olan şou hər gün axşam saatlarında təşkil olunacaq.
Ağdam rayonunun Ergi kəndi və qəsəbəsinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Qəsəbə sakinlərinin sözlərinə görə, Ergi kəndinə qədər olan yeddi kilometrlik məsafə bərbad vəziyyətdədir.
Məhz buna görə sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri problemə çevrilib.