Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır. |
Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. |
Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. |
Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm. |
Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir. |
Həyatınızın bu sevincli günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə daim yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram”. |
Belarusda parlamentin aşağı palatası və yerli şuralara seçkilər keçirilir. |
Ölkə tarixindəki ilk vahid səsvermə günündə demək olar ki, 5500 seçki məntəqəsi fəaliyyət göstərir. |
Vahid səsvermə günü 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun olaraq keçirilir. |
Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası təşkil olunub. |
İndi isə parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcəklər. |
Milli Assambleyanın Nümayəndələr Palatasında 110 yer uğrunda 263 namizəd, yerli şuralarda isə 12514 yer uğrunda 18802 namizəd mübarizə aparır. |
Qeyd edək ki, Belarusda 6,9 milyondan çox insanın səsvermə hüququ var. |
Belarusun xarici ölkələrdəki nümayəndəliklərində seçkilərin keçirilməsi nəzərdə tutulmur. |
Abşeron rayonunda yanğın hadisəsi baş verib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Qeyd olunub ki, rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. |
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub. |
Oxu.Az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub. |
Qeyd edək ki, nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifə boş idi. |
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. |
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. |
“Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub”, - hərbi... |
Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və ixracının üç dəfə artacağını gözləyir. |
Bu barədə respublikanın müdafiə naziri Racanath Sinqh bildirib. |
Sinqhin sözlərinə görə, 2022-2023-cü maliyyə ilində (1 apreldən hesablanır) Hindistanın hərbi-sənaye kompleksi istehsalının həcmi ölkə tarixində ilk dəfə olaraq 12 milyard dollardan çox olub. |
O xatırladıb ki, növbəti maliyyə ilinin büdcəsində bir il əvvəlki 71,5 milyard dollarla müqayisədə xərclərin 74,8 milyard dollara qədər artırılması nəzərdə tutulur. |
Büdcədən ən böyük payı isə Müdafiə Nazirliyi alıb. |
Dünən Dohada Azərbaycan Dövlət Rəqs Ansamblının alovlandırıcı konserti olub. |
Oxu.Az-ın məlumatına görə, konsert Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub. |
Çoxsaylı tamaşaçıların marağına səbəb olan konsertdə “Köhnə qazağı”, “Toy rəqsi” və digər xalq rəqsləri təqdim olunub. |
Onlardan bəziləri yeni quruluşda ifa edilib. |
Hər bir ifa səhnədə baş verənləri heyranlıqla izləyən tamaşaçıların gurultulu alqışları ilə başa çatıb. |
Ansamblın bədii rəhbəri, Xalq Artisti Rüfət Xəlilzadə Oxu.Az-la söhbətində qeyd edib ki, belə bir heyətlə - ölkənin ən yaxşı kollektivlərindən bir ilə səfər çox sevindirici haldır. |
“Azərbaycanı Qətərdə təmsil etmək bizim üçün şərəfdir. |
Bu günlər ərzində hər bir solistimiz Doha tamaşaçısının Azərbaycan mədəniyyətini hər zaman xatırlaması üçün əlindən gələni etdi. |
Axı xalqın tarixini, adət-ənənəsini, mədəniyyətini çatdıran sənətdir” , - deyə o bildirib. |
Qeyd edək ki, fevralın 21-dən 24-dək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dohanın müxtəlif məkanlarında müxtəlif tədbirlər keçirilib. |
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub. |
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, polkovnik Zaur Faiq oğlu Kərimov Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi vəzifəsinə təyin olunub. |
Qeyd edək ki, Z.Kərimov bundan öncə həmin idarənin rəis müavini vəzifəsində çalışıb. |
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. |
Hadisənin təfərrüatı araşdırılır. |
“Bayer” Leverkuzenin baş məşqçisi Xabi Alonso klubdan ayrılmaya bilər. |
Məlumata görə, ispaniyalı mütəxəssis daha bir-iki il komandanın düşərgəsində qala bilər. |
Alonsoya əsas iddiaçılar hesab edilən “Liverpul” və “Bavariya” məşqçiyə görə komandasına təzminat ödəməməyə çalışır. |
Bu baxımdan Xabi yalnız “Bayer” güzəştə getdiyi halda bu klublara keçə bilər. |
Belə şəraitdə, mütəxəssisin Leverkuzendə qalmaq şansı artır. |
Qeyd edək ki, Alonso 2022-ci ildən “Bayer”in baş məşqçisidir. |
Tərəflər arasında əmək müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir. |
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. |
APA-nın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. |
Hərəkətdə olan avtomobil yoldan çıxaraq dirəyə dəyib. |
Qəza zamanı 1994-cü il təvəllüdlü Cahan Cabbarov və 1995-ci il təvəllüdlü Əhməd İsayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. |
Faktla bağlı araşdırma aparılır. |
Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. |
Sabirabad Rayon Prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predm... |
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub. |
İranda seçki öncəsi vəziyyət dünyanın diqqətindədir. |
Mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparıb. |
Filtrdən keçməyənlər arasında Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunan İranın keçmiş prezidenti Həsən Ruhani də var. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
İranda martın 1-də parlament seçkiləri ilə eyni gündə əsas funksiyası ölkənin ali liderini seçmək olan hökumət orqanına - Dini Ekspertlər Şurasına kritik seçkilər keçiriləcək. |
Parlament seçkiləri ilə yanaşı, əsas diqqət səkkiz ildən bir keçirilən Ekspertlər Şurasına seçkilərə yönəlib. |
Məclise-Şuraye-Xübreqan adlanan bu qurum ölkənin ali rəhbərini seçir. |
İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir, ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub. |
Seçkiöncəsi vəziyyətə gəldikdə, İran rəhbərliyi rəy sorğularının təfərrüatlı nəticələrinin dərcinə qadağa qoyub. |
Çünki fəallıq səviyyəsinin son dərəcə aşağı olacağı gözlənilir. |
Siyasi sahədə total təmizləmə"Digər məsələ də ondan ibarətdir ki, mühafizəkar qanad siyasi sahədə total təmizləmə aparıb. |
Rəsmi məlumatlara görə, İranın bütün əyalətlərindən ümumilikdə 500 iddiaçı namizəd olmaq üçün ərizə təqdim edib. |
Bununla belə, tənzimləyici orqan olan Konstitusiyanın Mühafizəçiləri Şurası yalnız 144 namizədin seçkiyə qatılmasına icazə verib. |
Filtrdən keçməyənlər arasında Qərblə məhdud əməkdaşlıq konsepsiyasının tərəfdarı hesab olunan İranın keçmiş prezidenti Həsən Ruhani də var. |
Onun seçkiyə buraxılmaması İran dövlətinin kəskin anti-Qərb xəttini davam etdirəcəyini göstərir. |
Ruhaninin ofisi qərarı şərh etmədən qısa bəyanat yayıb. |
2013-2021-ci illər arasında prezident olan Ruhani 2000-ci ildən davamlı olaraq Ekspertlər Şurasının üzvü olub. |
Eks-prezident uzun müddətdir ki, onu İranın milli maraqlarına məhəl qoymayaraq Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdlərində ittiham edən sərt xətt tərəfdarlarının tənqid hədəfinə çevrilib. |
Ruhani şantaj edilir"Ruhani ilə bağlı qərar sərt xətt tərəfdarı, mühafizəkar millət vəkili Nasrulla Pejmanfərin onun ABŞ-yə münasibətini yenidən tənqid etməsindən bir gün sonra verilib. |
O, ətraflı məlumat vermədən keçmiş prezidentin “qaranlıq sənədləri”ni ifşa edəcəyi ilə də hədələyib. |
2020-ci ildən bəri ardıcıl üçüncü ümummilli seçkilərdə seçici fəallığının aşağı olmasından narahat olan Ruhani hakimiyyəti müxtəlif namizədlərin seçkilərdə iştirakına icazə verməklə, fəallığın artmasına yardım etməyə çağırmışdı. |
Ruhani aylardır seçicilərə laqeydlik barədə xəbərdarlıq edir. |
O, bunu ictimaiyyət arasında məyusluq və aşağı fəallığı təmin etmək üçün hakimiyyətdəki sərt xətt tərəfdarlarının düşünülmüş strategiyası ilə əlaqələndirir. |
Mühafizəkar düşərgə üçün test"Beləliklə, əvvəlki seçkilərdə mandatların əksəriyyətini almış mühafizəkar düşərgə üçün bu seçkilər 2022-2023-cü illərin izdihamlı etiraz hərəkatından sonra ilk dəfə güc sınağı olacaq. |
İranda seçicilərin səsvermə hüququ 18 yaşdan başlayır. |
Namizədin yaşı isə 30-75 arasında olmalıdır. |
54 milyon 915 min seçicinin səsverməsi üçün 53 min seçki məntəqəsi fəaliyyət göstərəcək. |
Qeyd etdiyimiz kimi, hakimiyyət orqanlarının ən böyük narahatlığı seçkilərdə iştirakla bağlıdır. |
“Amwaj media”nın yazdığına görə, Tehran rejimi seçicilərin laqeydliyinə işıq sala biləcək rəy sorğularının nəticələrinin dərcinə mane olmağa çalışır. |
İranlı Tələbələr üçün Sosioloji Mərkəz (ISPA) tərəfindən aparılan sorğunun nəticəsinə görə, respondentlərin 28%-dən azının seçkilərə getməyə hazır olduqlarına əmin olduqları müəyyən edilib. |
Seçkilərdə alternativ düşərgədən əhəmiyyətli namizəd olmayacaq. |
Düzdür, ISPA analitikləri dekabrda hesabatdan yalnız çıxarışlar təqdim ediblər. |
Bu, çox güman ki, mühafizəkar dairələri qorxudub, çünki bu ilin yanvarında “Fars” agentliyi adı açıqlanmayan araşdırmalara istinadən xəbər vermişdi ki, martın 1-də seçici fəallığı ən azı 40% olacaq. |
Gənc qadın Məhsa Əmininin öldürülməsindən sonra ölkədə 2022-2023-cü illərdə etiraz hərəkatı başlamışdı. |
Polis tərəfindən döyüldüyü iddia edilən 22 yaşlı qızın öldürülməsi hökumət əleyhinə hərəkata səbəb olub. |
Molla rejimində qorxu yaradan məktub"İranda hazırda Tehran həbsxanasında olan tanınmış islahatyönlü siyasətçi Mustafa Taczadənin çıxışı da şok yaradıb. |
Ölkənin ali rəhbəri ayətullah Əli Xameneini kəskin tənqid edərək deyib ki, ölkənin “qüsurlu siyasi strukturuna” görə məsuliyyəti o daşıyır. |
Evin həbsxanasında beşillik cəza çəkən Taczadə 2022-ci ildə “milli təhlükəsizliyə təhdid yaratmaqda” və “hökumətə qarşı təbliğatda” ittiham olunaraq məhkum edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.