Search is not available for this dataset
text
stringlengths
10
518k
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunda yüksək sürətlə idarə olunan “Range Rover” markalı maşının dövlət qeydiyyat nişanı satışa çıxarılıb.
“Qaynarinfo” xəbər verir ki, söhbət ötən həftə Axundzadə Əsmər Roman qızının saatda 200 km sürətlə idarə etdiyi 77 ES 777 dövlət qeydiyyat nişanlı avtomobildən gedir.
Qeydiyyat nişanı hazırda elan saytlarının birində satışdadır.
Elan ötən ilin avqust ayında yerləşdirilib.
Qeydiyyat nişanına 18 000 AZN qiymət qoyulub.
Qeyd edək ki, sosial şəbəkədə “Esma Nur” adı ilə tanınan Axundzadə Əsmər Roman qızı idarə etdiyi 77-ES-777 qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobillə videoçəkiliş aparmaqla kobud qayda pozuntularına yol verdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Xəbərə görə, aktiv sosial şəbəkə istifadəçisi olan xanım sürücü araşdırma zamanı çoxsaylı izləyici toplamaq məqsədilə inzibati qayda pozuntusu törətdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Törətdiyi əməlin mahiyyəti və doğurduğu mənfi nəticələr barədə sürücü ilə izahedici söhbətlər aparılmaqla, barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.
Bu gün Təbriz şəhərində milli fəallar “Qarabağ” futbol komandasının “Braqa” komandası üzərində qalibiyyətindən sonra dəstək vərəqələri paylayıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, milli fəallar “Birləşək” başlıqlı vərəqələrdə “Təbriz səni alqışlayır Qarabağ!” şüarlarını yazıblar.
Türkiyənin “Haber Global” televiziya kanalı İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya:İntibahın oyanışı” (“Decolonization:Awakening of the Renaissance”) adlı beynəlxalq konfrans barədə süjet yayımlayıb.
Süjetdə qeyd olunur ki, beynəlxalq konfransda 13 ölkə və dörd beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib.
Qeyd olunub ki, tədbir çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinin bir regionlara verdiyi zərər müzakirə olunub.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turu çərçivəsində bu gün keçirilmiş “Turan Tovuz” - “Neftçi” matçının yekununda gərgin anlar yaşanıb.
Sportinfo.Az xəbər verir ki, oyundan sonra tovuzlu azarkeşlər “Neftçi”nin futbolçularını fitə basıb.
Tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb.
Plastik qab Qara Qarayevin başına dəyib.
Məlum hadisə qonaqlara xoş gəlmədiyindən bəzi oyunçular nalayiq ifadələrə yol veriblər.
Buna görə iki komandanın nümayəndələri arasında kiçik münaqişə yaranıb.
Baş məşqçilər Miodraq Bojoviçlə Ayxan Abbasov məsələyə aydınlıq gətirmək istəyəndə, baş hakim onların mübahisə etdiyini düşünərək hər ikisinə sarı vərəqə göstərib.
Klub və komanda nümayəndələrinin müdaxiləsindən sonra kiçik insidentin qarşısı alınıb.
Azarkeşlər isə polislər tərəfindən stadiondan uzaqlaşdırılıb.
İki əsr bundan əvvəl köhnə Bakını hamamsız təsəvvür etmək olmazdı.
Hətta hamam cəhətdən Bakını Romanın xələfi də saymaq olar.
Bakıdakı ilk hamam 14-cü əsrdə Nardaranda mövcud olsa da, hamama getmək adəti daha çox 18-19-cu əsrlərdə yayılmışdı.
Bakılılar hər dəfə fərqli hamamlara getməzdi, hər bakılının daim getdiyi bir hamam olardı.
Ağa Mikayılın, Hacı Qaibin, Qasım Bəyin hamamları 19-cu əsrin məşhur hamamları idi.Hamam insanların həm də əyləncə yeri idi.Eyni zamanda hamamlarda bərbərlər də fəaliyyət göstərirdilər.
Bakıda hamam binası əsasən iki hissədən ibarət idi:bayır və içəri hissələr.
Bayır hissə soyunub-geyinmək üçün, içəri hissə isə çimməkdən ötrü idi.Hamamın suyu odun, ya da neftlə isidilirdi.
İçəridə iliq su ilə dolu hovuz olardı.
Kisələnəndən sonra insanlar bu hovuza girib yaxalanardılar.
Müasir hamamlardakı VİP kabinələr kimi, əvvəllər hamamda xəlvəti hovuzlar olurdu.
Orada təkcə şəhərin varlı şəxsləri çimərdi.
Hamamlarda çılpaq yuyunmaq qadağan idi.Soyunandan sonra cumadar adlandırılan hamam xidmətçisi hərəyə bir fitə verərdi.
Yalnız fitəyə büründükdən sonra çimməyə icazə verilərdi.
Cumadarlar varlılara ipək, kasıblara isə iplikdən tikilmiş fitə verərdi.
Köhnə Bakıda mövcud olan və indi də qalan adətlərdən biri toy hamamı anlayışıdır.
Toydan bir gün qabaq bəy öz dostlarını hamama dəvət edər və hamam pulunu özü ödəyərdi.
Bu adət “O olmasın, bu olsun” filmində də göstərilir.
Həmin filmin hamam səhnəsi “Ağa Mikayıl” hamamında çəkilmişdi.
İndiyədək insanlar “Ağa Mikayıl” hamamına “Məşədi İbad” hamamı deyirlər.
Kişilərin və qadınların hamam günləri ayrı idi.Kişilərə nisbətən qadınların hamam günü daha səs-küylü keçərdi.
Çünki qadınlar öz uşaqlarını da hamama gətirərdilər.
Arvad yengələri bütün günü hamamda düşüb qalardılar.
Onlar övladlarına qız axtaran adamların pulu ilə çimərdilər.
Peşələri gizli-gizli qızlara göz qoymaq idi.Cavan gəlinlər öz paltarlarını nümayiş etdirmək üçün zərbaftalı don geyinib bəzənərdilər, ən bahalı qızıllarını taxıb nümayiş etdirərdilər.
Bütün bunlar “Qanun naminə” filminin hamam səhnəsində göstərilir.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:
Minskdə plastik cərrahlar pasiyentin əlində böyüdülən burnu xəstəyə köçürüblər.
Qeyd olunur ki, həkimlər ağır zədədən sonra xəstənin üzünü sözün əsl mənasında yenidən yığmalı olublar.
Bildirilir ki, burun transplantasiyası əməliyyatı 12 saat davam edib.
Əməliyyata rəhbərlik edən cərrah Dmitri Ladutko qeyd edib ki, bundan sonra bir il ərzində xəstənin göz qapaqları, dodaqları və dişləri düzəldiləcək.
Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında məşhur fransız teatr və kino aktyoru, dünya kinosunun əfsanəsi Alen Delondan bəhs olunub.
Qeyd olunub ki, onun populyarlığının zirvəsi 20-ci əsrin 60-80-ci illərində başlayıb.
Gənc aktyora əsl məşhurluq Rene Klemanın 1960-cı ildə çəkdiyi "Parlaq günəşdə" detektiv filminin premyerasından sonra gəlib.
“Parlaq günəşdə” filmindən sonra Delon Fransadan kənarda məşhurlaşdı:onu məşhur italyan rejissoru Luçino Viskonti gördü.
1960-cı ildə Alen Viskontinin “Rokko və onun qardaşları” filmində baş rolu – sadəlövh və xoş xasiyyətli yaraşıqlı “Rokko” rolunu oynadı.
Bu roluna görə onun istedadını yüksək qiymətləndirdilər.
1965-ci ildə Delon Hollivuda gəldi, lakin onun iştirakı ilə Amerikada çəkilən filmlər o qədər də uğurlu alınmadı.
Ancaq vətəni Fransaya qayıtdıqdan sonra aktyorun filmoqrafiyasında bir neçə görkəmli əsər meydana çıxdı.
1970-ci ildə “Borsalino” qanqster dramında onun rəqibi Jan-Pol Belmondo ilə parlaq duetləri oldu.
1975-ci ildə o, eyniadlı filmdə “Zorro” maskasını geyindi:cəsur və cazibədar cinayətkar və ya əksinə, həqiqət uğrunda döyüşçü rolu onun kino karyerasında ən böyük uğurlarından biri oldu.
Aktyor rəsmi olaraq üç dəfə evlənib, daha iki qadın onun həyatında mühüm rol oynayıb.
Delon 1958-ci ildə avstriyalı aktrisa Romi Şnayderlə “Kristina” filminin çəkiliş meydançasında tanış olur, onlar bir-birinə aşiq olurlar.
1962-ci ildə alman müğənni Niko Delonun qeyri-qanuni oğlunu dünyaya gətirdiyini açıqladı, lakin Alen bu faktı təkzib etdi.
Niko narkotik aludəçisi olduğu üçün yaxşı ana ola bilmədi.
Niko ilə münasibət Delonun yeganə xəyanəti deyildi.
R.Şnayder uzun müddət sevgilisinin xəyanətlərinə göz yumdu, amma sonda daimi alçaldılmaya dözə bilmədi.
6 il nişanlı olmalarına baxmayaraq, onlar ayrılırlar.
1963-cü ildə o, aktrisa Klaudia Kardinaleni cəlb etməyə çalışır.
Onlar birlikdə “Bəbir” filmində rol alırlar.
İtalyan gözəli fransızın cazibəsinə müqavimət göstərən bir neçə qadından biri olur.
O öyrənir ki, Delon və Viskonti onun üstündə mərc ediblər.
Buna baxmayaraq, Alen və Klaudia uzun illər isti və mehriban münasibətlərini saxlayırlar.
Aktyor ilk dəfə 1964-cü ildə ailə həyatı qurub.
Xoşbəxt gəlin fransız aktrisa Natali idi.Onların toyları gizli olub və bir neçə ay sonra oğulları Entoni dünyaya gəlib.
Delon bir neçə müsahibəsində bildirib ki, bundan sonra onun üçün yalnız ailəsi birinci yerdədir.
3 il davam edən ailənin mübahisələri başlayır.
Buna səbəb Natalinin kinoya qayıtmaq istəyi olub.
Ailəyə yaxın mənbələr isə Natalinin bütün bu illər ərzində Delona xəyanət etdiyini bildirib.
Buna görə də 1968-ci ilin payızında Delonun dostu, cangüdəni, dublyoru və Natalinin sevgilisi Stefan Markoviç öldürüləndə polis kino ulduzunu qısqanclıq zəminində qətl törətməkdə şübhəli bilirdi.
Aktyor haqqında səs-küy 18 ay davam etdi.
O, Natali ilə beş dəfə dindirilməyə çağırıldı, lakin sonda qətlin siyasi versiyası üstünlük təşkil etdi.
Markoviçin yüksək vəzifəli siyasətçilərin oyununun qurbanı olduğu məlum oldu.
Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.
Oxu.Az xəbər verir ki, idmançı yarışda qızıl medala layiq görülüb.
N.Simonov halqalarla hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “AKINCI C” pilotsuz uçuş aparatı ilk uçuş sınaqlarını uğurla başa vurub.
Pilotsuz uçuş aparatı bu gün AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində ilk uçuşunu həyata keçirib.
Qeyd olunur ki, həyata keçirilən sınaq fəaliyyətində “Bayraktar AKINCI C” 1 saatdan çox havada qalıb.
Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.
Azərbaycanda “Instagram” və “Facebook” hesablarının oğurlanması halları artıb.
Xezerxeber.az xəbər verir ki, son zamanlarda həm məşhurların, həm şirkətlərin, həm də sıravi insanların hesabları ələ keçirilir.
Rəqəmsal marketinq meneceri, sosial şəbəkələr üzrə ekspert Nəcmin Məmmədli deyir ki, dələduzlar hesabları ələ keçirmək üçün müxtəlif yollara əl atırlar.
Hazırda ən çox istifadə olunan üsul istifadəçiyə spam linkin göndərilməsidir.
Bəzən isə sosial şəbəkə hesabları güclü şifrəsi olmadığı üçün oğurlanır.
Həmçinin, şifrənin başqa istifadəçi ilə paylaşılması da hesabın itirilməsi ilə nəticələnə bilər.
Mütəxəssis deyir ki, sosial şəbəkə hesablarını qorumaq üçün tanınmayan şəxslərdən gələn linkləri açmamaq, hesaba güclü şifrə təyin etmək, qeydiyyatdan keçilən elektron poçt ünvanı və mobil nömrəni unutmamaq tövsiyə olunur.