Search is not available for this dataset
text
stringlengths
10
518k
Ömrü yarıda qalanların saatları, parça-parça olmuş məktəbli çantası, bədəni deşik-deşik edilən beş yaşlı qızın şəkli, güllə başlıqları, kimsənin yarasına çarə ola bilməyən tibb çantası...""Bütün bunlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyində qorunur.
Bu gün keçmişə, bizim üçün hər zaman dəhşət doğuran xatirələrə qayıdacağıq...""Oxu.Az Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Memorial Soyqırımı Muzeyindən hazırladığı reportajı təqdim edir:""Divarlardakı rəsmlər, fotolar sanki dil açıb, bütün həqiqətləri insanlara çatdırmaq istəyir...320 kvadratmetr sahəsi ola...
2014-cü il fevralın 24-də açılan muzeydə tarixi həqiqətləri əks etdirən sənədlər və əşyalar qorunur.
Burada ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünyada tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb edən fotofaktlar sərgilənir.
Muzeyin girişində ziyarətçiləri “Xocalı fəryadı” adlı rəsm əsəri qarşılayır.
Təsvir insanın ürəyini parçalayır, sanki soyqırımı qurbanlarının imdad səsləri rəsmdən hayqırır...""Bir qədər irəlidə, Soyqırımı bölməsində dinc sakinlərin amansızcasına qətlə yetirildikləri o dəhşətli faciənin yaşandığı ərazilərin maketi sərgilənir.
Bu, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıya hücumunu əks etdirən yeganə maketdir.
Fotoların hamısı dəhşət saçır, ancaq biri bilaixtiyar adamı ağladır.
Məsum bir körpənin dəlik-deşik edilmiş bədəni...Onun cəmi beş yaşı var idi...17 güllə ilə amansızlıqla qətlə yetirilən beş yaşlı xocalılı qızcığaz, görəsən, ermənilərə nə etmişdi?
Sadəcə, azərbaycanlı olmaq günahdırmı, qətl üçün bəhanədirmi?
Muzey xalqımıza qarşı törədilmiş soyqırımları, deportasiya, hərbi cinayətlər barədə azərbaycanlı və əcnəbi müəlliflərin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub.
Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb.
Həmçinin, muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi ilə 100 mindən çox insanın Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib.
Burada azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
Həmçinin, muzeydə ermənilərin ötən yüzillikdə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törətdikləri vəhşiliklər haqqında dolğun məlumatları ehtiva edən sənədlər, fotolar var.
Burada qəzaların əhalisi, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələrinin surətləri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhə...
Muzeyin bir digər guşəsində isə faktlar üzrə aparılan cinayət işlərinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarların törətdikləri vəhşilikləri sübut edən sənədlər, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrimizdə törə...
Stendlərin birində Meşəlidə baş verən qətliamın lal şahidləri saxlanılır.
Meşəlidə Novruzovlar ailəsinin beş üzvü vəhşicəsinə qətlə yetirilib.
Ermənilər kəndə hücum edərkən hərbçi olduğu üçün Novruz Novruzovun ailəsini ilk növbədə hədəf alırlar.
Ev sahibi ailəsini qorumaq üçün ermənilərə müqavimət göstərməyə çalışsa da, əzizlərini müdafiə edə bilmir, özü də şəhid olur, evinin içində yandırılır.
Onlardan geriyə qalan bir neçə geyim, qoparılmış hörük və bir evin, ocağın sönmüş çırağıdır...Fotoda gördüyünüz hörük Novruzovlar ailəsinin xanımına məxsusdur və öldürülən zaman vəhşicəsinə onun başından qopardılıb.
Burada, həmçinin, partlayıcı qurğular, güllə başlıqları və hadisə yerindən götürülmüş digər nümunələr də sərgilənir.
Muzeyin Repressiya bölməsində isə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli kimi repressiya qurbanı olan ədiblərimizin fotoları yer alır.
Bu vitrinlərdə saxlanılan sənədlər arasında Azərbaycanın yazıçı və şairlərinə, mədəniyyət xadimlərinə qarşı açılmış cinayət işlərindən çıxarışlar var.
Son olaraq qeyd edim ki, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı dünyada ən amansız qətliamlar sırasında yer alır.
O dəhşətli gecədən 32 il keçməsinə baxmayaraq, Xocalı yarası hələ də qəlbimizi göynədir.
Vəhşicəsinə qətlə yetirilən günahsız insanların ruhları isə ədalət yerini alanda, baiskarlar, qatillər layiqli cəzalarını alanda, bəlkə, rahatlıq tapa..."""Bütün şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramla.
Allah rəhmət eləsin...""Daha çox foto burada:PhotoStock.Az"Könül Cəfərli
Avropa İttifaqı 50 milyard avro məbləğində Aİ ölkələrinin yeni koordinasiyalı yardım proqramı çərçivəsində mart ayında Ukraynaya ilk 4,5 milyard avro dəyərində vəsait ödəyəcək.
Bu açıqlama ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen çıxış edib.
O, Ukraynanın Baş naziri Denis Şmıqalla 50 milyard avro dəyərində vəsaitin ödənilmə ardıcıllığını da müzakirə etdiklərini bildiriblər.
Tərəflər həmçinin Ukraynanın ixracı ilə bağlı problemin həlli yollarını, eləcə də quru sərhədindəki vəziyyəti müzakirə ediblər.
Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur.
Keçən il Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm məhsulları və s.bir daha müzakirə olunub.
Hesab edilir ki, turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi də turizm əlaqələrinə öz töhfəsini verə bilər.
Sadəcə, bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və birgə təbliğat işlərinin görülməsinə ehtiyac var.
Təəssüf ki, komissiyanın iclasından keçən müddət ərzində iki ölkə arasında ortaq turizm məhsullarının yaranmasında hələ ki hər hansı işıq ucu görünmür.
“Kaspi” qəzeti növbəti məqaləsində bu mövzuya toxunub:""Birgə Fəaliyyət Proqramı artıq təsdiq olunub "Dövlət Turizm Agentliyi məsələyə aydınlıq gətirərək bildirdi ki, komissiyanın iclasına əsasən 2024-cü il üçün birgə Fəaliyyət Proqramı artıq təsdiq olunub, o cümlədən iki ölkə arasında turizm sahəsində sazişin hazırlan...
Razılaşmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən Azərbaycanda müxtəlif istiqamətli turizm peşə təlimlərinin keçirilməsi nəzərdə tutulub”.
Kütləvi turizmin yaradılması üçün"Ümumiyyətlə, turizmçilər hesab edirlər ki, ölkələrimiz arasında ortaq turizm marşrutlarının olması ikitərəfli turist axınının çoxalmasına səbəb olur.
Bu isə hər iki ölkə arasında mədəni, turistik əlaqələri sıxlaşdırmaqla yanaşı, iqtisadiyyata da mühüm töhfə verər.
Faktdır ki, hazırda azərbaycanlılar Türkiyənin ayrı-ayrı bölgələrinə səyahət etməyi digər ölkələrdən daha çox xoşlayırlar.
Həm istirahət, həm təhsil turizmi ilə bizimkilər Türkiyə turizminə böyük töhfə verirlər.
Amma müqayisədə türkiyəli turistlər nə istirahət, nə də təhsil turizmi üçün Azərbaycanı seçirlər.
Hərçənd Türkiyənin Azərbaycandakı səfirinin turizm məsələləri üzrə müşaviri Muhittin Macit bu mövzuda danışmaq istəmədi:“Hələ ölkənizə yeni gəlmişəm”.
Daha çox azərbaycanlılar Türkiyəyə gedir"Ölkəmizdə Türkiyə turizmi üzrə fəaliyyət göstərən turizm şirkətinin baş meneceri Emin Uzun də təsdiqləyir ki, hazırda daha çox azərbaycanlılar Türkiyəyə gedir.
Türkiyə vətəndaşlarının turizm məqsədilə Azərbaycana gəlişi isə çox deyil:“Türkiyədən Azərbaycana daha çox biznes və işlə bağlı gəlirlər.
Turist kimi gələnlər təəssüf ki, çox azdır.
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ortalama 150 000 civarındadır”.
Turizmçi hesab edir ki, iki ölkə arasında tarixi abidələr, dağ və dəniz turizmi, qastronomik turizmin inkişafı ilə bağlı ortaq marşrutların qurulması qarşılıqlı turist mübadiləsinə yol açar:“Ölkələrin turizm rəhbərlikləri bir araya gələrək ortaq memorandumlar imzalamalı, dövlət dəstəyi ilə təbiət, mədəniyyət, tarix və ...
Kütləvi turizmin yaradıla bilməsi üçün turoperatorlar və hava yolları şirkətləri ilə ortaq şəkildə hərəkət edilməlidir”.
Bakı-Tbilisi-Qars marşrutu işə düşsə...""Azərbaycan-Türkiyə parlamentlərarası dostluq komissiyasının üzvü, millət vəkili Vüqar Bayramov ümumiyyətlə, regional turizm marşrutlarının yaradılmasını turizmin inkişafında əsas trendlərdən biri hesab edir:"""“Bir sıra qonşu ölkələr birgə turizm marşrutlarının yaradılması ilə b...
Xüsusən, Latın Amerikası, Avropa və bəzi Asiya ölkələrində belə trendlər daha çox müşahidə olunur.
Bu cür marşrutlar daha çox turistin cəlb edilməsinə imkan yaradır”.
Millət vəkilinin fikrincə, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə turizm marşrutları yaratması imkanları böyükdür.
Yəni bu istiqamətdə bir ideya Bakı-Tbilisi-Qars dəmiryolu xətti boyunca nəqliyyat turizm marşrutunun yaradılmasıdır.
Bununla bağlı müzakirələr də var.
Bu marşrut turistlərin hər üç ölkədə olmasına imkan yaradacaq.
Bu zaman həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstanda mədəni və digər turizm məhsulları təklif edən şəhərlərdə dayanacaqlar olacaq.
Nəticədə 1 və ya 2 həftəlik paketdən asılı olaraq, belə marşrutların təklif edilməsinə imkan yarana bilər.
Bu istiqamətdə əməkdaşlıq imkanları kifayət qədər böyükdür.
Bu layihə birmənalı şəkildə 3 ölkənin turizm gəlirlərinə müsbət təsir göstərəcək”.
Yeni marşrutlar nəzərdə tutmaq lazımdır"Turizmçi Ruslan Quliyevin fikrincə, Türkiyə ilə Azərbaycan arasında ortaq turizm marşrutlarının yaradılması və sistemli şəkildə inkişaf etdirilməsi çox əhəmiyyətlidir:"""“Pandemiyadan öncə Türk Dilində Danışan Ölkələr Şurası tərəfindən “Modern İpək Yolu Ortaq Tur Paketi” marşrutu...
Bu layihəyə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan daxil idi, sonradan Özbəkistan da qoşuldu.
12 gecə-13 günlük turlar çərçivəsində ortaq tarixlərin öyrənilməsi, tarixi, təbiət və mədəni abidələrin ziyarəti və s.nəzərdə tutulurdu.
2020-ci ilə qədər buradan 1 milyona yaxın turist axını gözlənirdi.
Əslində hədəflər artıq 2025-ci ilədir.
Bu həmçinin avropalıların Türkiyədən şərq istiqamətində, Asiyadan qərb istiqamətinə gedişini nəzərdə tuturdu.
Təbii ki, bu marşrut üzərində müxtəlif tanıtım fəaliyyətləri həyata keçirildi”.
Turizmçinin fikrincə, əsas problem mövcud olan marşrutların zaman-zaman yenilənməsi və dövlətin dəstəyinə, onun piar və marketinqinin düzgün aparılmasına ehtiyacın olmasıdır:“Təbii ki, yeni marşrutlar da nəzərdə tutmaq lazımdır.
Məsələn, sağlamlıq turizmi ilə bağlı Azərbaycan və Türkiyə Avropanın Tarixi və Termal Şəhərlər Assosiasiyasının marşrutunda uğurla iştirak edir.
Nədən Pamukkale-İzmir-Balçova, Qalalatı-Lənkəran kimi yerlərdə “Qardaşlaşmış termal şəhərlər” marşrutu təşkil olunmasın?
Bu, eyni zamanda, həmin məkanların beynəlxalq aləmdə reklamlarına və gələcəkdə turistlərin cəlbinə təkan verər”.
Yəmənin “Ənsar Allah” hərəkatlı tərəfindən Britaniyanın “Rubymar” yük gəmisinə hücumundan sonra Qırmızı dənizdə nəhəng neft ləkəsi əmələ gəlib.
Məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı yayıb.
“Fevralın 18-də husilər "Rubymar" yük gəmisinə hücum etdilər.
Husilərin səbəbsiz və ehtiyatsız hücumu gəmiyə ciddi ziyan vurdu və nəticədə 18 mil (təxminən 29 km) ərazidə neft ləkəsi əmələ gəldi”, - Komandanlığın məlumatında qeyd olunur.
Norveçdə şiddətli fırtına ilə bağlı reportaj hazırlayan meteoroloqun üzünə “uçan” balıq dəyib.
Qeyd olunu ki, hadisə zamanı meteoroloq-jurnalist David Yorqenvoq sahilyanı ərazidə hava proqramına aid veriliş hazırlayıb.
Zərbədən sonra jurnalist az qala suya yıxılsın.
Yalnız çəkiliş qrupunun köməyi ilə insidentin qarşısını almaq mümkün olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə rəsm...
Atəşin bu koordinatlarda (40° 05' 04” N; 45° 52' 28” E coğrafi koordinatlarda) yerləşən Ermənistan silahlı qüvvələrinin postundan açıldığı dəqiqliklə müvafiq müşahidə vasitələri ilə təsbit edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan bir müddət sonra Ermənistanın Müdafiə Nazirliyi törətdiyi silahlı təxribatı ört-basdır etmək məqsədilə guya atəşin bölmələrimiz tərəfindən açılması barədə məlumat yaymış və bu dezinformasiyanı inandırıcı etmək məqsədilə bölmələrimizin mövqelərinin koordinatlarını da qeyd edib.
Bildiririk ki, həmin istiqamətdən bölmələrimiz tərəfindən atəş açılmamış və şərti sərhəddə sabitliyin davamlılığını təmin etmək üçün qarşı tərəfin təxribatı ilə bağlı cavab tədbiri görülməyib.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu.
Xocalıda ermənilərin azərbaycanlı əsrlərə işgəncə verdiyi məkandan xüsusi reportaj.
İki ildir davam edən Rusiya-Ukrayna müharibəsinin gələcəyi necə görünür?
Hərbi ekspertlər və rəsmilər hazırkı vəziyyəti Baku TV-yə şərh etdi.
Əhalini dollar almağa nə vadar edir?
“Tik-tok”da səkkiz qadını şantaj etdi.
Saxta profillər açıb pul tələsi quran şəxs nə oyunlardan çıxdı?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında qan laxtalanmasından (tromb) vəfat edib Aleksey Navalnının nəşi anasına verilib.
Bu barədə siyasətçinin komandası “Telegram” kanalında məlumat yayıb.
Lakin hələlik siyasətçinin harada dəfn ediləcəyi ilə bağlı məlumat verilməyib.
Mənbə:“Mediazona” “Telegram” kanalı