Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu cür lazımi təhlükəsizlik tədbirlərini görmək sosial şəbəkə istifadəçisini xoşagəlməz hallardan qoruyacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var.
Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb.
Nazirlikdənverilən məlumata görə, hadisə zamanı ondördmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzildə yanğına səbəb olan partlayış dalğasının təsirindən mənzilin pəncərə çərçivələri yerindən çıxaraq binanın həyətində park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub, mənzilin giriş qapısının yerin...
Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış ev sahibi, 2000-ci il təvəllüdlü F.Həsənzadə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 25 nəfər bina sakini təxliyə edilib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
00:41"Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verən partlayış nəticəsində mənzilin qapı və pəncərələri çərçivədən çıxaraq əraziyə atılıb və liftin şaxtası müəyyən qədər deformasiya olub.
Onun sözlərinə görə, yanğının ümumi sahəsi 40 kv.m olub.
“Mənzildə bir otağın 20 kv.m və dəhlizin 10 kv.m sahəsində yanğın olub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub”.
23:28"Bu gün saat 21:44-də Abşeron rayonu Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.
Oxu.Az xəbər verir ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub.
Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
22:16"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib...
Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
22:11"Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
“Qəbələ”də daha iki məşqçinin gedişi rəsmiləşib.
Prosport.Az-ın məlumatına görə, dünən baş məşqçi Elmar Baxşıyevlə yolları ayıran klub rəhbərliyi bu gün iclas keçirib.
İclasın yekununda E.Baxşıyevin məşqçilər korpusunda yer alan Xaqani Məmmədov və Rasim Ramaldanovla da yollar ayrılıb.
Klub hazırda II Liqada “Cəbrayıl” klubunu çalışdıran Cavid Hüseynovu və onun köməkçilərini komandaya gətirmək istəyir.
Klubun idman direktoru Səbuhi Səfiyarlı Cəbrayıldan olan öz həmyerlisi Hüseynovla artıq danışıqlara başlayıb.
Qeyd edək ki, köhnə məşqçilər korpusundan əslən qəbələli olan qapıçılar üzrə məşqçi Vüqar Məmmədov və yaxınlarda komandaya analitik məşqçi təyin edilmiş Rakif Əliyevlə türkiyəli fiziki hazırlıq üzrə məşqçi Çağlar Volqa işini davam etdirəcək.
Ukrayna və Kanada hökumətləri Rusiyanın bu ölkəyə qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatların ikinci ildönümündə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
“Kanadanın Baş naziri Castin Trüdo və mən Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzaladıq.
Sənəd Kanadanın 2024-cü ildə Ukraynaya makromaliyyə və müdafiə məqsədilə 3 milyard Kanada dollarından çox vəsait ayırmasını nəzərdə tutur” – deyə Ukrayna lideri vurğulayıb.
V.Zelenski əlavə edib ki, bu, vaxtında qəbul edilmiş qərardır və Ukraynanın dayanıqlığının gücləndirilməsinə mühüm töhfədir.
Bundan əlavə Kiyev bu gün İtaliya ilə də təhlükəsizlik müqaviləsi imzalayıb.
Sənədə Ukrayna prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Giorgia Meloni imza atıb.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə görüşlər hər zaman çox mühüm və əhəmiyyətli keçir.
“Bu gün mühüm nəticə ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu.
Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır” – deyə o vurğulayıb.
Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb"Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, veriliş Qərbi Azərbaycanın Loru mahalında yerləşən Cücəkəndə həsr olunub.
Bildirilir ki, kənd Qızıl Orda sərkərdəsi Cuci xanın şərəfinə salınıb.
Yazıçı-publisist Miraslan Bəkirli deyir ki, kənddə Qafqaz türkləri yaşayıblar:""“Orada qədim Alban kilsələri olub.
1950-ci illərdə kənd əhalisi Yerevana məktubla müraciət edərək Cücəkənddə yerləşən abidənin öyrənilməsini istəyib.
Bir müddət keçəndən sonra abidə sökülərək yerində tövlə tikilib.
1996-cı ildə risk edib kəndə getmişdim.
Kənddəki məscidin söküldüyünün şahidi oldum.
Sonradan onun yerində kilsə tikmişdilər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yaralı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.
Hadisənin təfərrüatı araşdırılır.
Sumqayıtda gənc dəm qazından boğularaq ölüb.
Belə ki, dəm qazından boğularaq ölən 2000-ci il təvəllüdlü Tarıverdiyev Rəhim Rəhman oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan gimnastı Rumıniyanın Ployeşti şəhərində keçirilən XXIII “İrina Deleanu Cup” turnirində uğurlu nəticə əldə edib.
Oxu.Az xəbər verir ki, beynəlxalq yarışda iştirak edən yığmanın üzvü İlona Zeynalova bürünc medal qazanıb.
O, çoxnövçülük proqramında bu nailiyyətə sevinib.
Türkiyə Super Liqasının 27-ci turunda keçirilən “Fənərbaxça” – “Kasımpaşa” matçından sonra (2:1) “Qalatasaray” klubu oyunun son saniyələrində “Fənərbaxça”nın lehinə verilən penaltiyə sərt reaksiya verib.
“Cim-bom” rəhbərliyi hesab edir ki, hakimlər “Fənərbaxça”nın 3 xal qazanması üçün əlindən gələni edib və sonda hakim tərəfindən çıxarılan penalti qərarı ədalətsiz olub.
“Qalatasaray” yaydığı son bəyanatda baş verənlərə görə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşini günahkar bilərək onun istefasını tələb edib.
“Tarixin ən pis TFF prezidenti Mehmet Büyükekşinin bütün idarə heyəti ilə birlikdə dərhal istefa verməsini gözləyirik”, - “Qalatasaray” ın yaydığı bəyanatda qeyd olunur.
Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi “Instagram” səhifəsindəki paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib.
Oxu.Az xəbər verir ki, söhbət Azərbaycanın dünyaca məşhur mahnısı olan “Cücələrim”dən gedir.
Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnının sədaları altında paylaşıb.
Xatırladaq ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer 04” - “Maynz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı açan Q.Cakanın qolu qədər qol sevinci də gündəm olub.
Oyunda baxımlı qola imza atan futbolçu qol vurduqdan sonra özünü zədələnmiş kimi göstərib.
Ona bu “tamaşa”da komanda yoldaşları da kömək olublar.
Futbolçunun zədələndiyini düşünən baş məşqçi Xabi Alonso və həkimlər briqadası olduqca narahat olsalar da, həqiqəti öyrəndikdən sonra onların da simasında gülüş yaranıb.
Публикация от Sky Sports (@skysports)
Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünərək gözəlləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında, gecə saat 21 radələrindən etibarən qar yağmağa başlayıb.
Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb və hazırda yağıntı davam edir.
Yenidən ağ örpəyə bürünən Laçından kadrları təqdim edirik.
ABŞ-ın Çikaqo şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub.
Qəbul çərçivəsində Çikaqo şəhəri və ətraf bölgələrdə yaşayan həmvətənlərimizə ümumvətəndaş (xarici) pasportlarının yenilənməsi, notariat əməliyyatlarla bağlı xidmətlər göstərilib.
Bu xidmət sayəsində bir çox həmvətənimiz uzun məsafələri qəth edib Vaşinqtonda yerləşən səfirliyin inzibati binasına gəlmədən, elə yerindəcə yenilənmiş pasportlarına sahib oldular.
Bununla yanaşı qəbul çərçivəsində İllinoys və ətraf ştatlardan olan vətəndaşlarımıza isə əsasən konsulluq qeydiyyatı ilə bağlı xidmətlər göstərilib”.
Konsul bildirib ki, görüş çərçivəsində azərbaycanlıları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
C.Novruzov qeyd edib ki, ötən müddət ərzində ABŞ-ın onlarla qərb, cənub şəhər və ştatlarında səyyar konsulluq xidmətləri həyata keçirilib və bu kimi fəaliyyətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir.
Prezident İlham Əliyev Ərdoğanı təbrik edib.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Hörmətli cənab Prezident,"Əziz Qardaşım.
Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram.
Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir.
Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz.
Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız.
Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır.
Bu gün Sizin müdrik rəhbərliyiniz altında Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur.
Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza atmağı arzulayırıq.
Əziz Qardaşım,"Siz Azərbaycan xalqının da əsl dostusunuz.
Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır.