Search is not available for this dataset
text
stringlengths
10
518k
Taczadə həbsxanadan yazdığı məktubda bildirir ki, o, İslam Respublikası liderlərinin “strateji uğursuzluqlarına” görə Üləmalar Şurasının seçkisində səs verməyəcək.
Siyasətçi habelə Xameneinin ölkədə yaratdığı şəraitdə seçki keçirilməsini mənasız adlandırıb.
1997-2005-ci illərdə islahatyönlü prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər nazirinin müavini olan Taczadə vurğulayıb ki, Xamenei İranda baş verən dəhşətli faktlara göz yumub və etiraz edən milyonlarla vətəndaşın istəklərini dinləməyib:“Amma burası da var ki, əksər iranlılar da liderin dediklərin...
Səs verməyin!” Bu məktub dərc olunmazdan az əvvəl Əli Xamenei vətəndaşlara müraciət edərək onları 1 mart seçkisində fəal iştirak etməyə çağırmışdı.
Beləliklə, bu qənaətə gəlmək olar ki, İran hakimiyyətinin daxilində bu seçkilərdə də dəyişiklik baş verməyəcək.
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
“Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur” , - müraciətdə qeyd olunub.
Belarusda seçkilər sakit və düzgün şəkildə keçirilir.
Bu barədə ölkədə seçkiləri müşahidə edən Azərbaycanın Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov jurnalistlərə məlumat verib.
Məlumata görə, bu gün səhər saatlarında azərbaycanlı müşahidəçi monitorinq aparılan iki seçki məntəqəsində olub.
“Ümumi təəssürat çox müsbətdir.
Qanunla müəyyən edilmiş bütün tələblər yerinə yetirilib.
Biz seçki məntəqəsində bütün namizədlər haqqında məlumatların əks olunduğu stendləri görürük, lakin bu məlumat Belarus qanunvericiliyinin tələb etdiyi kimi təşviqat elementlərini ehtiva etmir”, - MSK-nın üzvü vurğulayıb.
Eyni zamanda, Fuad Cavadov seçkilərin sakit ab-havada keçirildiyini əlavə edib:""“Ümumiyyətlə, seçkilər çox sakit və düzgün şəkildə keçirilir.
Onların hazırlığı və prosesin sakit ab-havası çox xoşuma gəldi”, - o bildirib.
Xatırladaq ki, Belarusda parlamentin aşağı palatasına və yerli şuralara seçkilər keçirilir.
Azərbaycanın İstanbuldakı baş konsulluğu Xocalı soyqırımına həsr olunmuş konfrans təşkil edib.
Türkiyənin “Haber Global” telekanalının məlumatına görə, faciənin 32-ci ildönümündə təşkil olunan mərasimdə çıxış edənlər 1992-ci ildə Xocalıda baş verənləri ötən əsrin ən qanlı hadisələrindən biri adlandırıblar.
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva bildirib ki, Xocalı hadisələrinin 17 ölkənin müvafiq orqanları tərəfindən soyqırım olaraq tanınmasına baxmayaraq onun baiskarları hələ də cəzalandırılmayıblar.
Tədbirdə vurğulanıb ki, Türkiyə - Azərbaycan əməkdaşlığı soyqırımı günahkarlarının yaxalanması və ədalət mühakiməsinə verilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Daha ətraflı “Haber Global”ın süjetində:
Oğuzda yaşlı qadına xəsarət yetirilib.
Hadisə rayonun Hallavar kəndində gecə saatlarında qeydə alınıb.
Belə ki, naməlum şəxs yaşlı qadına hücum edib.
Bizim.Media-nın məlumatına görə, 67 yaşlı Hallavar kənd sakini Fəridə Məmmədova ötən gecə Bakı şəhərindən evinə qayıdarkən həyətinə daxil olan zaman naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Naməlum şəxs qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə xəsarətlər yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yaşlı qadın hücuma məruz qalması faktı ilə bağlı ərazi polis orqanına müraciət edib.
Fəridə Məmmədova üçün müvafiq ekspertiza təyin olunub.
Hazırda qadına hücum çəkən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilir.
Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib.
Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filologiya fakültəsini, Bakı Ali Partiya Məktəbini, Moskvadakı İctimai Elmlər Akademiyasının Mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi kafedrasını bitirib, filologiya üzrə fəlsəfə doktorudur.
50 ildən çox idi ki, yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu.
Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir.
50 illik yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib.
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
“Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.
Sözlərinə dövrün böyük bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov mahnılar yazıb.
Həmin mahnıları da Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi sənətkarlar ifa edib.
Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb.
Gülhüseyn Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.
O, son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirirdi.
Burada “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru idi.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Vətən müharibəsində şəhid olan Asəf Nəsibovun doğum günü ilə bağlı paylaşım edib.
Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Vətən müharibəsinin şəhidi, həmkarımız Asəf Nəsibovun doğum günüdür.
Doğma torpaqlarımızın işğaldan azad olunması yolunda qəhrəmanlıqla döyüşmüş şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət eləsin!”, - deyə M.Cabbarov qeyd edib.
Bu gün #Vətənmüharibəsi şəhidi, həmkarımız Asəf Nəsibovun doğum günüdür.
Doğma torpaqlarımızın işğaldan azad olunması yolunda qəhrəmanlıqla döyüşmüş şəhidimizin əziz xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət eləsin!#ŞəhidlərÖlməzVətənBölünməz #QarabağAzərbaycandır pic.twitter.com/xPUJoayIwU
“Liverpul”u Almaniyanın baş məşqçisi Yulian Nagelsman çalışdıra bilər.
Mersisaydlılar onu “Bayer” Leverkuzenin baş məşqçisi Xabi Alonsoya alternativ hesab edirlər.
Məlumata görə, klub Portuqaliyanın “Sportinq”inə başçılıq edən ispan mütəxəssis Ruben Amorimi də nəzərdən keçirir.
Lakin Xabi Alonso prioritet seçim olaraq qalır.
Xatırladaq ki, yanvarın 26-da alman mütəxəssis Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlamışdı.
Nagelsmana gəlincə, onun rəhbərliyi altında Almaniya millisi bu il ölkədə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
Azərbaycanda gənclərin 20 faizi nə işləyir, nə də hansısa təhsil alıb.
Bu kateqoriyaya daxil olanlar daha çox kriminal aləm, radikal dini qruplaşmalar üçün asan hədəf hesab edilirlər.
Azərbaycanda NEET (Not in Education, Employment, or Training) göstəricisi açıqlanıb.
Bu göstərici 15-24 yaş arasında olan, heç bir yerdə təhsil almayan və işləməyən insanların sayını ifadə edir.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda bu göstərici 20%-ə bərabərdir.
Yəni ölkədəki 15-24 yaş arası insanların hər beş nəfərindən biri nə oxuyur, nə də işləyir.
Onların toplam sayı 270.640 nəfərdir.
Uşaqlar niyə təhsildən yayınır, iş həyatından, məsuliyyətdən nə üçün qaçır?
Qısa yolla pul qazanmaq arzusu onların psixoloji durumuna necə təsir edir?
Bu psixologiyadan necə qurtulmaq olar və özünüinkişafa yönəlmək üçün hansı tədbirlər görülməlidir?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Tiktok”er, bloqer olmaq eşqi gəncləri məhv edir”"Psixoloq Təranə Kazımlı deyir ki, ölkə qanunlarına görə 18 yaşa qədər hər kəs yeniyetmə sayılır:“Təhsildən yayınan, işsiz gənclərə sosial şəbəkələrin təsiri daha çoxdur.
“TikTok” və digər bu kimi platformalara meyillənib, asan yolla pul qazanmaq həvəsinə düşən gənclərin sayı artıb.
Bu gün 50 yaşında olan şəxs 15-24 yaşında olarkən bu tip platformalar yox idi.Ona görə də ailələrdə uşaqlar təhsilə yönləndirilirdi.
Postsovet məkanında çox az ailə tapılar ki, orada ali təhsilli şəxs olmasın.
Hər kəs təhsil alıb, iş-güc sahibi olurdu.
Düşünürəm ki, o dövr ilə bugünkü dövrü müqayisə etsək, vəziyyət dəyişib.
Artıq insanlar təhsil alıb müvafiq sahələrdə və ya qeyri-ixtisas sahələrində çalışmaq istəmirlər.
Gənclərdən tez-tez eşitdiyim bir fikir var:“TikTok”er, bloqer olacağam”.
Bu gün hər kəsin evində televizor var.
Uşaqlar televizorda belə “TikTok”a daxil ola bilirlər.
Uşaq rol olaraq nəyi görürsə, onu da özünə örnək alır”.
“İnsanlar ancaq pula köklənib”"Psixoloqun sözlərinə görə, platformalar üzərindən “fenomen” olanlar heç düşünmürlər ki, onların ödəniş qarşılığında etdiyi bir sıra reklamlar gələcək nəslin xəstə yetişməsinə səbəb ola bilər:""“Onlar düşünürlər ki, reklamımı edim, pulumu qazanım.
Saatlarla canlı yayım açıb monitor qarşısında otururlar.
Başları qarışır, günün çox hissəsini hərəkətsiz formada telefon qarşısında keçirdiklərinin fərqinə varmırlar.
Mən bu davranışların və bu cür təbliğatın əleyhinəyəm.
Hamı qısa yoldan varlanmaq, “az işləyim, çox qazanım” düşüncəsi ilə yaşayır.
Heç kim qazandığı pula qane olmur.
Əvvəl bir telefon alınırdı və biz onu illərlə işlədirdik, qiymətini bilirdik.
Amma bu gün bir telefon alınır, növbəti il onun yeni versiyası satışa çıxan kimi işlətdiyi gözdən düşür, dəyərsizləşir.
Valideynlər bu tövsiyələrə əməl etməlidir"Psixoloqun valideynlərə tövsiyələri də var:“Uşaqların yanında davranışlarınıza diqqət edin.
Valideynlər ən azından işdən fürsət olduqda bir kitab oxusunlar, qəzet vərəqləsinlər.
Bizim vaxtımızda böyüklər mütaliə edərdi, uşaqlar da maraqla onlara baxardı, soruşardı.
Sabah onlar da hansısa kitabı oxumağa başlayardı.
Bu gün isə evə gələn televizor, kompüter, telefon qarşısına qaçır.
Gənclərin özünütəsdiq etmək üçün müəyyən sektorlarda uzaqdan idarəedilməsi mümkün olan işlər, layihələr hazırlansın.
Bu məsələnin Milli Məclisdə müzakirə edilməsini də istəyərəm.