Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu bədən növünə ayaq və omba üçün məşqlər, orta kardio məşqləri və karbohidrat qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Düzbucaqlı tip (baldır, bel və çiyinlər arasında kiçik fərq)"Bu bədən tipinə malik insanlarda omba, bel və çiyinlər arasında az fərq var.
Lazımi nisbətləri yaratmaq üçün məşqlər, birləşmiş güc və lardio məşqləri, həmçinin balanslaşdırılmış pəhriz məsləhət görülür.
Bütün bədən növləri üçün arıqlama prosesində vacib aspektlər arasında düzgün qidalanma (bədənin ehtiyaclarını nəzərə alan balanslaşdırılmış pəhriz), fiziki fəaliyyət (müntəzəm məşq, o cümlədən kardio və güc məşqləri), hidrotasiya (metabolizmi sürətləndirmək üçün kifayət qədər su içmək), istirahət və yuxu (yuxunun olmam...
Hər bir orqanizmin unikal olduğunu xatırlamaq vacibdir və arıqlamaq üçün tövsiyələr sizin xüsusi ehtiyaclarınıza uyğunlaşdırılmalıdır.
Səmədova Şirinxanım Vaqif qızı Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru təyin olunub.
Qeyd edək ki, tibb müəssisəsinin əvvəlki direktoru Ramil Qasımov idi.
ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda ADA Universitetində tələbələrlə görüşüb.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oyn...
İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, COP29-un məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oynayacağı mühüm roldan danışıb.
İngiltərə yığmasının futbolçusu Trent Aleksandr-Arnold onunla yaxınlıq etmək istəyən xanım azarkeşdən qorunmaq üçün özünə mühafizəçi tutub.
Məlumata görə, idmançı son bir ildə naməlum qadın tərəfindən izləmədədir.
O, Trentin evinə, “qırmızılar”ın bazasına, həmçinin oyunçunun ziyarət etdiyi yerlərə gedib, onu narahat edir.
Həmin xanım azarkeşin niyyəti Alexander-Arnold ilə yaxınlıq etmək olub.
Futbolçu fanatdan təkbaşına xilas olmağa çalışıb, evinə videomüşahidə sistemi quraşdırıb, telefon nömrəsini və elektron poçtunu dəyişib, lakin qadın onu təqib etməkdə davam edib.
Qeyd edək ki, Alexander-Arnold bu mövsüm İngiltərə Premyer Liqasında 21 oyun keçirib.
O, iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Zığ qəsəbəsində qeydə alınıb.
R.Hacıyeva özünü yaşadığı ünvanın yaxınlığındakı Zığ gölünə ataraq intihar edib.
Mərhumun psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Belə ki, 2005-ci il təvəllüdlü Simran Kamran oğlu Rufullayevə məxsus “Mercedes-Benz G180” markalı minik avtomobilinin mühərrik hissəsi anidən alışıb.
Hadisə yerinə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.
Yanğının avtomobilin digər hissələrinnə keçməsinin qarşısı alınıb.
ABŞ-nin bəzi “tərəfdaş” ölkələrdə yaratdığı müxtəlif biolaboratoriyalar hər zaman müzakirə mövzusudur.
Amma deyəsən, Ermənistan bu məsələdə hər kəsi qabaqlayıb.
Bu ölkədə ötən illər ərzində 12 belə laboratoriya fəaliyyət göstərib.
Təkcə yaxın dövr ərzində birdən-birə üç laboratoriya işə salınıb.
Onlardan biri İrəvanda, biri Gümrüdə, digəri isə İcevanda açılıb.
Onlar Pentaqon tərəfindən maliyyələşdirilir.
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:""Erməni hökumətinin qazancı"Qeyd etmək yerinə düşər ki, referens-laboratoriya qurmaq üçün Ermənistanın Kənd Təsərrüfatı Nazirliyinə 4.1 milyon dollar, Səhiyyə Nazirliyinə isə 9.1 milyon dollar ödənilib.
17 milyon dollar isə bu nazirliklərin balansında yaradılan mərkəzlərin mebel və təchizatı üçün ayrılıb.
Bu yaxınlarda məlum olub ki, ABŞ-nin sayca 13-cü biolaboratoriyası Gümrü şəhərində qurulacaq.
Ermənistanın müdafiə naziri Suren Papikyan yanvar ayında Pentaqonla bu məsələ ilə bağlı müqavilə imzalayıb.
Yeni laboratoriyanın Gümrü şəhərində, Rusiyanın 102-ci hərbi bazası yaxınlığında qurulması planlaşdırılır.
Baş nazir hər nə qədər “bu laboratoriyalar ABŞ-nin dəstəyi ilə qurulsa da, Ermənistanın əmlakı sayılır” desə də, reallıq başqadır.
Təhlükə riskləri"Bu laboratoriyaların açılış məqsədi müxtəlif təhlükəli patogenlərə qarşı təhlükəsizliyi təmin etmək, onlardan qorunmaq üçün vaksinlər istehsal etməkdir.
Nəzərə almaq lazımdır ki, bu tip müəssisələr patogen faktorlarla çalışır və müxtəlif virusların, xəstəliklərin yaradılması, ətrafa yayılması riski həddən artıq çoxdur.
Qapalı rejimdə gizli fəaliyyət"Laboratoriyalar qapalı rejimdə fəaliyyət göstərir.
Personal sırf amerikalılardan ibarətdir.
Yerli səhiyyə təşkilatlarının nümayəndələrinin müəssisə ərazisinə daxil olmağa icazəsi yoxdur.
Bir müəssisədə 50-250 nəfər arası personal çalışa bilər.
Maraqlıdır ki, Gümrüdə fəaliyyət göstərən biolaboratoriyalardan biri sırf məktəbin yanında inşa edilib.
Bu isə bir çox məsələlərdən xəbər verir.
Laboratoriyalarda erməni ictimaiyyətindən gizlədilmiş iş aparılır.
Medalyonun digər üzü"Ermənistandakı ABŞ səfirliyinin əməkdaşları laboratoriyalar mövzusunda bildirirlər ki, bu, geosiyasi məsələlərlə bağlı deyil.
Ermənistan miqrasiyanın yüksək olduğu regionda yerləşir və müxtəlif yoluxucu xəstəliklər riski böyükdür.
Beynəlxalq öhdəliklərə görə, rəsmi İrəvan bu riskləri vaxtından əvvəl aşkar etməli, onun ölkə daxilində və sərhədlərdən kənarda yayılmasının qarşısını almalıdır.
Laboratoriyalar da sırf təcrübə xarakteri daşıyır və bu problemi həll etmək üçün nəzərdə tutulub.
Təbii ki, bu, medalyonun görünən üzüdür.
Daha doğrusu, amerikalı kəşfiyyatçılar tərəfindən gözə üfürülən küldür.
Birincisi, Ermənistanda yayılma riski olan viruslarla bu ölkənin Səhiyyə Nazirliyi əvəzinə niyə Pentaqon məşğul olmalıdır?
İkincisi, bir sıra erməni təşkilatları bu laboratoriyaların əleyhinə müntəzəm olaraq aksiyalar keçirir, onların qapadılmasını tələb edirlər.
Məsələn, ictimai təşkilat sədri Babken Pipoyan bildirir ki, bu tip laboratoriyaların fəaliyyəti müxtəlif problem və təhdidlərə yol açır.
Çünki onların qurulması zamanı virus kolleksiyalarında saxlanılan bütün ştammların ABŞ tərəfinə təhvil verilməsi lazımdır.
Nəzarət isə sırf Birləşmiş Ştatların hərbçiləri tərəfindən həyata keçirilir.
Bu qurum vasitəsilə rəsmi Vaşinqton ölkə ərazisində yaxın qonşuların ərazisində bioloji vəziyyəti nəzarətində saxlayır.
ABŞ-nin hədəfi Rusiyadır"Rusiya Ermənistanın faktiki olaraq strateji müttəfiqidir.
Təbii ki, ABŞ laboratoriyalarının Ermənistan ərazisində, özü də 102-ci bazanın yanında qurulması Kremlin xoşuna gəlməyəcək.
Rəsmi Vaşinqtonun maliyyələşdirdiyi qlobal laboratoriya şəbəkəsinin Rusiya sərhədləri yaxınlığında olması bir sıra strateji tapşırıqların öhdəsindən gəlməyə şərait yaradır.
Məsələn, müxtəlif patogenlər barədə məlumat toplamaq, onlarla mübarizə üsullarını araşdırmaq, bu məlumatlardan bioloji silah istehsalında istifadə etmək kimi faktorlar var.
Bir faktı da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın Rusiyaya rəsmi səfərlərinin birində ortaq bəyanat imzalanıb və maddələrdən biri biotəhlükəsizlik sahəsinə aiddir.
Bu maddəyə görə, İrəvan və Moskva Ermənistan və ya Rusiyanın maraqlarına zidd olan bioloji təhlükəsizlik sahəsində fəaliyyət üçün öz ərazilərini üçüncü ölkələrə verməyəcəklər.
ABŞ Ermənistanı koloniyasına çevirir"Qeyd etmək yerinə düşər ki, hansısa ölkənin ərazisində ABŞ tərəfindən bu sayda biolaboratoriyanın qurulması de-fakto onun koloniyaya çevrilməsi deməkdir.
Əgər hakim komanda Vaşinqtonun maraqlarını təmin etməsə, ölkədə qəflətən epidemioloji vəziyyət pisləşə bilər.
Laboratoriyalar ölkələri müstəmləkə kimi saxlamağa kömək etməklə yanaşı, həm də hərbi məqsəd daşıyır.
Bu laboratoriyaların yerləşdiyi yerlər xüsusi olaraq müəyyən geosiyasi məqsədlər üçün seçilib.
Ermənistanda isə bu müəssisələr İranla müharibə ehtimalına qarşı qurulmaqla yanaşı, Rusiyanın iqtisadiyyatına və təhlükəsizliyinə təsir məqsədi də daşıyır.
Göründüyü kimi, Paşinyan hökuməti ölkəsini amerikalılar üçün təcrübə meydançasına çevirib.
Pentaqonun ayırdığı bir neçə milyon dollar müqabilində regionun hansı dərəcədə fəlakətə sürükləndiyi göz önündədir.
Ermənistan əhalisi isə təcrübə dovşanı rolunu oynayır.
Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi uğurlu çıxış edib.
Oxu.Az-ın məlumatına görə, yığma yarışda gümüş medal əldə edib.
Komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş Ağdam rayon sakini, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın qəsdən öldürülməsi müəyyən edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Belə ki, Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il...
Toplanmış sübutlar əsasında Şikar Nəcəfov və Ramilə Nəcəfova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrlə i...
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
İtkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması istiqamətində prokurorluq orqanları tərəfindən mütəmadi olaraq aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Türkiyənin “Haber Global” televiziya kanalında Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfəri təhlil edilib.
Verilişin qonağı olan ekspertlər N.Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşünü, həmçinin Fransada səfərdə olan Ermənistanın Baş naziri N.Paşinyanın növbəti dəfə anti-Azərbaycan bəyanatlarına münasibət bildiriblər.
Verilişdə xüsusən Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə Azərbaycana qarşı yenidən səsləndirdiyi əsassız iddialar və bunun sülh prosesinə növbəti zərbə kimi qiymətləndirib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.
Üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər sakin şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur qalıb.
Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub.
Keçmiş döyüşçü - Mehman Kərimov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 32 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb.
Biz Ağdamdakı könüllülər Xocalını mühasirədən çıxarmaq, xocalılılara kömək etmək üçün hazır idik.
Bir də eşitdik ki, artıq Xocalı işğal olunub, ermənilər camaatı qırıblar.
Xocalılıların xilas edilməsi üçün Şelli kəndi istiqamətində sonuncu postumuz olan yerə getdik.
Biz Qara qayaya çatanda gördük ki, “Qarabağ Şahinləri” batalyonunun könüllüləri buradakı erməni postunu götürüblər.
Qara qayanın yaxınlığında dəhşətli mənzərənin şahidi olduq.
Ermənilər Xocalıdan qaçan sakinlərin qarşısını kəsərək qətliam törətmişdilər.
Hər tərəf meyit və yaralı ilə dolu idi.O zaman bütün Ağdam – həm könüllü döyüşçülər, həm də mülki sakinlər xocalılıların çıxarılmasında, yaralıların xəstəxanaya, meyitlərin Cümə məscidinə aparılmasında səfərbər olmuşdu.
Çox çətin, dəhşətli günlər idi.Dinc insanları işgəncə ilə öldürmüşdülər.
Bir cəsədin əli məftillə bağlanmışdı.
Qoca qadının ayağını bağlayıb sürütləmişdilər...Belə faciə, belə dəhşət dünyada görünməyib”, - deyən Mehman Kərimov Xocalı faciəsi zamanı törədilən vəhşilikləri unuda bilmədiyini söyləyib.