Search is not available for this dataset
text
stringlengths
10
518k
Əməkdar artist Elnarə Abdullayeva açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi verilişlərin birində qonaq olarkən sosial şəbəkələrdə ona yazılan bəzi şərhlərdən söz açıb:""“Məni kobud adlandırırlar, deyirlər ki, özünü xanım kimi apar.
Mən camaatdan razıyam, hamını çox istəyirəm.
Bilmirəm, o sözləri kimlər deyir.
Sizə incə xanım kimi özümü göstərim camaatın cibinə girim?
Təbii ki, o sözü yazan xanımlardır.
Sevirsən bax, sevmirsən, niyə baxırsan?
Sənə nə güc düşüb ki, orada yazırsan?!
Dedi ki, gəlinin çay gətirməyi olmaz, onu söydülər.
Gətirməlidir deyəni də söydülər.
Deyirlər, buna bax, üzünə botoks vurur.
Dəlinin yadına daş salırlar, gedib etdirəcəyəm.
Onlar niyə olmayanı yazmaqla özlərini günaha batırırlar.
Məni, ya da başqasını sevmirsənsə, gördün, keç”.
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Türkiyə terrora qarşı uğurla mübarizə aparır.
Artıq Türkiyə daxilində terror təşkilatı qalmayıb.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.
“Türkiyə bütün çətinliklərə rəğmən, hər qarışı şəhid qanı ilə sulanan bu cənnət torpağı imperialistlərə, işğalçılara, satqınlara, terrorçulara təslim etmədi.
Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyini də qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:""“Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan-Küveyt dövlətlərarası əlaqələrinin daha da inkişafı, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən yeni tikilən idman sarayının damında qeydə alınıb.
Belə ki, idman sarayının damında tüstülənmə baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisə vaxtı üç nəfər zəhərlənib.
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, tamblinq üzrə yarışda Azərbaycan millisinin iki üzvü finala vəsiqə qazanıb.
Bunlar Mixail Malkin və Adil Hacızadədir.
Bu növdə yığmanın digər idmançıları - Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova yarımfinalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, Dünya Kubokunda fevralın 25-də yekun vurulacaq.
“Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar:""“BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır.
Bu, onu deməyə əsas verir ki, bu qurum artıq işlək deyil”.
“Beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar.
Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz.
Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər”, - deyə Ərdoğan qeyd edib.
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
“Qafqazinfo” xəbər verir ki, imzalanmış müvafiq əmrlə Nərimanov Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.
O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımov isə müvafiq əmrlə Göygölün polis rəisi təyin olunub.
Britaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Londonda Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq haqqında məlumat xarakterli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan və Britaniyadan olan iş adamları, iqlim dəyişikliyi ilə bağlı müxtəlif qurumlarda çalışan ekspertlər iştirak ediblər.
Baronessa Emma Nikolson Azərbaycanın COP29-a ev sahibliyi etməyindən böyük məmnuniyyət duyduğunu bildirib.
O qeyd edib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi çox vacibdir.
Exeter Universitetində Biznes məşğulluğu və innovasiyalar üzrə prorektor müavini Stuart Brokılhörst gələcək qlobal iqlim risklərindən danışıb, iqlim dəyişikliyinə təsir edən əsas dönüm nöqtələri haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, Azərbaycan indiyəcən çoxsaylı böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Səfir Azərbaycanın COP29-un tələblərinə çox əminliklə cavab verə biləcəyini deyib.
Tədbirdə daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov çıxış edib.
52 ildən sonra Ay səthinə enən ABŞ kosmik gəmisi “qəzaya uğrayıb”.
Bu barədə gəminin Aya missiyasını həyata keçirən “Intuitive Machines” şirkətindən məlumat verilib.
Eniş aparatının hazırlanması və idarə edilməsi üzrə şirkətin CEO-su Stiven Altemusun sözlərinə görə, “Odysseus” adlanan kosmik cihaz Ayın qeyri-hamar səthinə eniş edərkən yıxılıb və böyrü üstə qalıb, bir ucu daşa ilişib.
Lakin gəminin işlək vəziyyətdə olduğu bildirilib.
Qeyd edək ki, bu gəmi Ayın səthinə enən ilk şəxsi obyektdir və 1972-ci ildən bəri ABŞ-dən Aya uçan ilk kosmik gəmidir.
Şirkət rəsmiləri bildiriblər ki, “Odysseus” kosmosa uçarkən zədəli olmayıb.
Həmçinin qeyd edilir ki, pilotsuz robot kosmik gəmi Aya yaxınlaşarkən naviqasiya sistemində problem yaranıb və fəlakətli təcili enişin qarşısını almaq üçün yerdəki uçuş nəzarətçiləri sınaqdan keçirilməmiş bir həll yolundan istifadə etməli olublar.
Stiven Altemusun sözlərinə görə, NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzində şirkət mühəndisləri cihazı kosmosa buraxmazdan əvvəl təhlükəsizlik açarının kilidini aça bilməyiblər və bu səbəbdən də ilkin lazer məsafəölçənləri işlək vəziyyətdə olmayıb.
Problem yalnız bir həftə sonra, Ayın orbitində, enişdən bir neçə saat əvvəl təsadüfən aşkar edilib.
Azərbaycanlı idmançı Gürcüstan Tayboksinq və Kikboksinq Milli Federasiyasının Kvemo Kartli bölgəsi üzrə baş məşqçisi təyin edilib.
Qeyd edək ki, İ.Əliyev 2015-ci ildən federasiyada həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərir.
Astronomlar Neptun və Uran planetləri ətrafında yeni peyklər tapıblar.
Günəş sistemində əvvəllər məlum olmayan peyklər Havay və Çilidəki teleskoplar vasitəsilə aşkar edilib.
Astronomlar Neptunun ətrafında fırlanan 2 peykdən başqa Uranın ətrafında da kiçik bir peykin olduğunu müəyyən ediblər.
Beynəlxalq Astronomiya Birliyi yeni kəşflərdən sonra Neptunun peyklərinin sayının 16-ya, Uranın isə 28-ə çatdığını açıqlayıb.
Vaşinqtondakı Karnegi Elm İnstitutundan astronom Skott Şeppard hələ kəşf edilməmiş çox sayda kiçik peyklərin ola biləcəyini bildirib.
Həmçinin qeyd edilib ki, Uran ətrafında fırlanan və diametri təxminən 8 kilometr olan yeni peyk, ehtimal ki, planetin peykləri arasında ən kiçiyidir.
Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsinin yenilənmiş şərtləri barədə razılıq əldə olunub.
Bu addımdan sonra tərəflər mübadilə ediləcək şəxslərin sayı və konkret siyahısının müzakirəsinə keçə bilərlər.
İsrail dövlətinin nümayəndə heyəti Parisdə keçirilən görüşlərin nəticələrinə əsasən hökumətlə məsləhətləşmələr aparmaq üçün İsrailə gedib.
Misir, İsrail, Qətər və ABŞ nümayəndələrinin iştirak etdiyi danışıqlarda “200-300 fələstinli məhbus müqabilində radikal qruplar tərəfindən Qəzzada saxlanılan 40 girovun azad edilməsi məsələsi müzakirə olunub.
Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub.
Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
Ölkə başçısının sərəncamı ilə regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ U...
Elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisasın tədris olunacağını bildirib:""“Növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq.
Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur.
Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır.
Universitetin bir neçə tədris korpusu olacaq.
İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar.
Eləcə də Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq”.
Bəs sözügedən 20 ixtisas hansılardır və ilkin mərhələdə konkret hansı ixtisaslar üzrə qəbul elan ediləcək?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması çox böyük hadisədir.
Ekspertin sözlərinə görə, təhsil dövlətçilik siyasətinin əsas vuran qolu olduğundan bu məsələnin bir neçə rakursdan faydaları var:"""“Əvvəla, dövlətçiliyə dəstək baxımından, ikincisi, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, üçüncüsü isə tədrisin keyfiyyəti rakursundan.
Qarabağ Universiteti, bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq.
Nazir Qarabağ Universiteti barədə açıqlamaları tibbi təhsil konfransında verdiyinə görə orada yalnız tibb təhsili barəsində danışıb.
Amma həmin universitetdə dövrün əsas tələbatlarından olan İT istiqaməti üzrə ixtisaslar, mühəndislik və s.də tədris olunacaq.
Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq.
Bu brendin özəllikləri kimi tələbə mərkəzli universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən ali məktəb, təhsilin əsas keyfiyyət amili sayılan hər bir təhsilalanın “təhsil izi”, XXI əsrin vərdiş, bacarıq və kompetensiyalarının formalaşmasına zəman...
Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet; dünyada öndə olan ali məktəblərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti; rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi; xətti-funksional idarəetməni proseslərin idarəedilmə...
Mən əminəm ki, Qarabağ Universiteti güclü bir brend olacaq”.
Təhsil eksperti düşünür ki, bu universitetdə ilk növbədə Qarabağ regionunun inkişafına töhfə verə biləcək kadrlar yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir:""“Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir.
Həmçinin, düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdırlar.
İşğaldan azad edilmiş ərazilərin quruculuğunda təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir.
Çünki təhsil insanların həmin ərazilərdə sürətlə məskunlaşması deməkdir.