Search is not available for this dataset
text
stringlengths
10
518k
Şura sədri söyləyib ki, Türkiyə-Azərbaycan Universiteti bu il fəaliyyətə başlayacaq:""“Layihənin ən mühüm xüsusiyyəti Türkiyə və Azərbaycanın ən köklü və güclü universitetlərinin proqramlarını bir araya gətirməkdir.
Bu yeni modelə Türkiyənin köklü universitetlərinin Ali Təhsil Şurası tərəfindən təyin olunacaq önlisans (ali təhsilin ilkin mərhələsi), bakalavr və magistr proqramları daxil olacaq”.
E.Özvar bildirib ki, Azərbaycan alimləri ilə təkcə bakalavr təhsili sahəsində deyil, həm də layihələrdə, tədqiqatlarda və kitab nəşri sahələrində də birgə işləyəcəklər:""“Bakıda təhsil ilk növbədə səhiyyə, mühəndislik və informatika sahələrində veriləcək.
Qəyyumlar Şurası daha sonra hansı proqramların açılacağını müəyyənləşdirəcək.
Qəyyumlar Şurası Türkiyə və Azərbaycanın ali təhsil sahəsində çalışan ekspertlərindən ibarət olacaq.
Buraya təkcə azərbaycanlı tələbələr deyil, dünyanın hər yerindən maraqlananlar müraciət edə bilərlər.
Universitet modelində türk və ingilis proqramları açılacaq.
Verilən təhsilin keyfiyyəti və təminatı Türkiyə və Azərbaycan Ali Təhsilin Keyfiyyət şuraları tərəfindən təmin ediləcək”.
Şura sədri söyləyib ki, Türkiyə vətəndaşı olan tələbələr bu universitetə Ali Təhsil Qurumları İmtahanı (YKS) ilə daxil ola biləcəklər.
Digər ölkələrdən olan tələbələr də beynəlxalq tələbə qəbulu prinsiplərinə uyğun olaraq qəbul olunacaqlar.
Qeyd edək ki, fevralın 19-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” imzalan...
Sənədləri Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.
Corc Soros ABŞ hüquq sisteminə sağalmaz yara vurub.
Bunu prokurorlara “cinayətkarlara daha humanist yanaşma” yolu ilə maliyyə dəstəyi göstərməklə həyata keçirib.
Bu barədə “New York Post”un macarəsilli amerikalı investor və xeyriyyəçi Corc Sorosa həsr etdiyi məqalədə deyilir.
Materialda qeyd edilib ki, bu şəxs cəmi 40 milyon dollara ABŞ-nin hüquq sistemini yenidən qurmağa müvəffəq olub:“Soros və onunla əlaqəli təşkilatlar prokurorları dəstəkləyirlər, onlar isə qanunu və düzəni anarxiya və iğtişaşlara çevirməyə çalışırlar”.
Məlumata görə, Sorosun dəstəklədiyi 75 prokuror bu postları tuta bilib.
Nəticədə, hər beş amerikalıdan biri və ölkənin ən çox məskunlaşmanın olduğu şəhərlərin əhalisinin yarısı Soros tərəfindən dəstəklənən və ya onun ideologiyasını bölüşən bir dairə prokurorunun fəaliyyət göstərdiyi yerdə yaşayırdı.
Məqalədə bildirilib ki, bunun nəticəsində dəymiş ziyan ölçüyə gəlmir:“Mağazalardan oğurluq və narkotik istifadəsi cinayət sayılmadı, təkrar cinayət törədənlər girovsuz sərbəst buraxıldılar, Baltimor, Çikaqo, San-Fransisko, Nyu-York və digər şəhərlərdə qətllər, soyğunçuluq və s. Vəziyyət son vaxtlar dəyişməyə başlasa da...
BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib.
O vurğulayıb ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib:“Dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var.
Dövrlərlə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar.
Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”.
Qeyd edək ki, İstanbulda “Dekolonizasiya:İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçirilir.
Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə əvvəlcə qarlı-çovğunlu havalar və çətin keçiləbilən ərazilərdə şəxsi heyətin fəaliyyəti üçün lazım olan təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təminatı, həmçinin bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyəti yoxlanılıb.
Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə praktiki məşğələlər keçirilib.
Məşğələlər zamanı yüksək dağlıq ərazilərdə qrupun hərəkəti, himayəli irəliləmə, sərt yamaclarda hərəkət, xizəklə qrupun döyüş düzülüşləri, dağçılıq ləvazimatlarından istifadə etməklə sərt enişlərdə, sıldırım yamaclarda hərəkət qaydaları məşq etdirilib.
Hər zaman yüksək dözümlülük və bacarıq tələb edən əməliyyatlarda iştirak edən xüsusi təyinatlıların şiddətli soyuqlara orqanizmlərinin öyrəşdirilməsi üçün müxtəlif təlimlər keçirilib.
Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirərək şərti düşmən arxasında taktiki fəaliyyətləri icra edib.
Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın fəaliyyəti yerinə yetirilib.
Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib.
Soyuq havalarda ərazinin xüsusiyyətlərindən bacarıqla istifadə edərək döyüş əməliyyatlarının aparılması, yaralıların təxliyə edilməsi və qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizəksürmə vərdişlərinin təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Bu gün Xətai rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cavanşir küçəsi 21 və Babək prospektində ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon icra hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələri və mənzil kommunal təsərrüfatı birliyinin kollektivləri iştirak ediblər.
Aksiyada ümumilikdə 500-dən çox ağac əkilib.
Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Hindistanın Uttarakxand ştatında dəhşətli qəza baş verib.
Zəvvarları daşıyan qoşqulu traktor yol kənarındakı gölməçəyə aşıb.
Nəticədə səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb.
Bu barədə yerli administrasiyanın nümayəndəsi Radjiv Aqraval məlumat verib.
Hadisə Kascanq kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, traktorun sürücüsü əks istiqamətdə hərəkət edən avtomobillə toqquşmaqdan yayınmağa çalışıb, nəticədə yoldan çıxaraq qoşqu ilə birlikdə yol kənarındakı gölməçəyə yuvarlanıb.
“Mövcud məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır, 2 nəfər artıq evə buraxılıb.
Təxminən 10 nəfər yaralanıb”, - deyə Aqraval jurnalistlərə bildirib.
Məlumata görə, zəvvarlar yerli dini bayram münasibətilə Haridvar şəhərinə gedirmişlər.
Onlar hindular üçün müqəddəs sayılan Qanq çayının sularına girməyi planlaşdırıblar.
“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı onlarla ərazidə qazıntı aparılması planlaşdırılır”.
Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, builki plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə axtarış məqsədli qazıntılar davam etdiriləcək:""“Bu qazıntılar işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək.
Bizdə onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var.
Bu məlumatlar toplanaraq sistemləşdirilir”.
Prezident İlham Əliyev Akif Ağa Mehti oğlu Əli Zadənin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, A.Əli Zadə Azərbaycanda elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, akademik Akif Əli Zadənin sabah 90 yaşı tamam olur.
Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer” – “Maynz” oyunu maraqlı qol sevinci ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı açan Qranit Cakanın qolu qədər qol sevinci də gündəm olub.
Oyunda baxımlı qola imza atan futbolçu qol vurduqdan sonra özünü zədələnmiş kimi göstərib.
Ona bu “tamaşa”da komanda yoldaşları da kömək olublar.
Futbolçunun zədələndiyini düşünən baş məşqçi Xabi Alonso və həkimlər briqadası olduqca narahat olsalar da, həqiqəti öyrəndikdən sonra onların da simasında gülüş yaranıb.
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyevə gəlib.
Bu barədə Conson öz “X” hesabında paylaşım edib.
O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə çəkilmiş fotosunu da yayımlayıb.
Boris Conson qeyd edib ki, Rusiyanın başlatdığı müharibənin ikinci ildönümündə Ukraynanın yanında olmaq onun üçün böyük şərəfdir.
“Putinin işğalının bu ağır ikinci ildönümündə burada, Ukraynada olmaqdan şərəf duyuram.
Şübhə etmirəm ki, öz sarsılmaz cəsarətləri ilə ukraynalılar qalib gələcəklər və Putinin qüvvələrini qovacaqlar.
Bir şərtlə ki, biz onlara zəruri olan hərbi, siyasi və iqtisadi yardımı göstərəcəyik”, - deyə keçmiş nazir paylaşımda bildirib.
Qeyd edək ki, həmin gün Böyük Britaniya hökuməti 2025-ci il üçün zəruri olan sursatların alınması və mərmi istehsalı üçün tədarük zəncirlərinin təşkili üçün Ukraynaya 245 milyon funt-sterlinq (təxminən 311 milyon dollar) məbləğində yardım paketi ayrılacağını açıqlayıb.
Fevralın 22-də Şəkidə baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, bunun görüntüləri sosial şəbəkədə yayılıb.
Bildirilib ki, M.Ə.Rəsulzadə prospektindəki hadisədə “Mercedes” markalı avtomobil yolu keçən 23 yaşlı piyadanı vurub.
Qəza zamanı xəsarət alan rayonun Şorsu kənd sakini Dilşad Eldar qızı Şirinova Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həmin görüntüləri təqdim edirik:
Uzunömürlülük fenomeninin ABŞ-li tədqiqatçısı və sağlam qidalanmaya dair kitabların müəllifi Den Byuttner bildirib ki, pəhrizdə fermentləşdirilmiş qidalar və müxtəlif bitki mənşəli qidalar uzunömürlülüyün əldə olunmasına kömək edir.
Buettnerin fikrincə, uzunömürlülük əldə etməyin əsas şərti düzgün qidalanmadır.
Bu, pəhrizdə heyvan zülalının nisbətinin məhdudlaşdırılmasını və istehlak edilən paxlalıların və tərəvəzlərin miqdarının artırılmasını nəzərdə tutur.
Lobya, mərcimək, noxud zülal və liflə zəngindir - həzm olunmayan pəhriz lifi bağırsaqların işini yaxşılaşdırmağa kömək edir.
Bundan əlavə, paxlalı yeməklər hazırlamaq asandır.
“Uzun ömür üçün düzgün bəslənmənin digər mühüm prinsipi müxtəliflikdir.
Bəzi ölkələrdə (məsələn, Yaponiya) yüzlərlə çeşiddə göbələk, soğan, lobya, duza qoyulmuş xiyar və digər fermentləşdirilmiş qidalar var.
Aralıq dənizi regionunda (Fransa, Portuqaliya, İtaliya və İspaniyanın bir hissəsini əhatə edir) həm də fermentləşdirilmiş qidalar olan pendir və qatıq məşhurdur.
Bütün bunlar insan ömrünü uzadan qidalardır”, - deyə tədqiqatçı bildirib.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib.
Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb.
O, qətliamın törədildiyi yerdən dünya ictimaiyyətinə müraciət edib.
Ombudsman xocalılıların başına gətirilən müsibətləri elə həmin ərazilərdə əyani şəkildə ictimaiyyətə çatdırıb.
O, beynəlxalq təşkilatların Xocalı soyqırımı günahkarlarının məsuliyyətə cəlb edilməsinə dəstək göstərməsini istəyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilib, yerli əhaliyə qarşı soyqırımı törədilib, şəhər yerlə yeksan olunub.
Soyqırımı nəticəsində 63 uşaq, 106 qadın və 70 ahıl olmaqla, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
76 uşaq olmaqla, 487 nəfər ağır yaralanıb.
Qətlə yetirilmiş şəxslərdən 56 nəfəri xüsusi qəddarlıqlarla öldürülüb, diri-diri yandırılıb, başının dərisi soyulub, digər dəhşətli işgəncələrə məruz qalıb.
Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.
2022-ci il fevralın 24-də müharibə başlayandan indiyədək döyüşlərdə Rusiyanın 408 min hərbçisi öldürülüb.
Savaşın ikinci ildönümündə yeni statistikalar açıqlayan qurum rəsmisi ilk dövrlərlə müqayisədə hazırda müharibənin gedişində ciddi dönüşün olduğunu söyləyib:“İki il əvvəl bizim tərəfdaşlarımızdan heç biri Ukrayna xalqının Rusiyaya effektiv müqavimət göstərə biləcəyinə inanmırdı.
O vaxt Rusiya qoşunları Kiyevi 3 günə tutmağı planlaşdırırdılar.
İndi isə bunu heç yada da salmırlar.