Search is not available for this dataset
text
stringlengths
10
518k
İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb.
Sonuncu itkini aşkar edənə qədər çalışacağıq.
Bütün itkinlərimizin taleyi aydınlaşacaq”.
E.Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək.
Qeyd edək ki, fevralın 23-də Xocalı rayonunda kütləvi məzarlıq aşkarlanıb.
Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.
Xocalıda doğulub və orada yaşayan Mehriban Əliyeva ermənilərin törətdikləri soyqırımında həyat yoldaşı ilə yanaşı, onlarca əzizini itirib, bu səbəbdən 6 övladını tənha böyütməyə məcbur olub.
Xocalıda hər kəs bir-birinə qohum olduğu üçün oradakı şəhidlərin çoxu onun yaxınları idi.Qanlı faciədən 30 ildən çox vaxt keçsə də, baş verən hadisələr hər zaman onun yaddaşında vahiməli bir mənzərə canlandırır.
Ermənilərin Xocalıda törətdiyi müsibətləri, gördüyü dəhşətləri AZƏRTAC-la bölüşən M.Əliyeva qanlı fevral gecəsini belə xatırlayır:“Çətin coğrafi relyefdə yerləşən Xocalı hər tərəfdən dağlarla əhatə olunub.
Əhalidə isə silah-sursatın olmaması rayona nəzarəti və müdafiəni çətinləşdirirdi.
Ermənilər hücumdan əvvəl kəndin işığını, suyunu kəsmiş, bütün təchizatı kanallarını məhv etmişdilər.
Fevralın 25-dən 26-a keçən gecə saat 23:00-dən başlayaraq düşmən xəbərsiz, qəfildən dörd tərəfdən Xocalıya hücum etdi.
Xocalı sakinləri də əlacsız vəziyyətdə Kətik dağı istiqamətində getməyə başladılar.
Dağın ətəyindən keçən Qarqar çayı dərin və gursulu idi.Fevral ayı olduğu üçün həmin gecə dəhşətli bir qış axşamı hökm sürürdü, qar yağırdı, göz gözü görmürdü.
Evlərindən tələsik qaçmağa məcbur olan insanlar isə məcburiyyətdən ayaqyalın, başıaçıq Qarqar çayından keçib Kətik meşəsinə girdilər.
Ermənilər bizi aldatmışdılar ki, Əsgəran istiqamətindən şərait yaradacaqlar, oradan təhlükəsiz keçə bilərik.
Biz qarşımızdakı Qaraqayada ermənilərin mövqe tutduqlarını bilmirdik.
Erməni cəlladları dediklərinin əksinə olaraq Əsgəran qalasının yanında Xocalı sakinlərinin qarşısını kəsib onları vəhşicəsinə qətlə yetirdilər, sonra torpağı qazıb yaralıları və sağ qalanları diri-diri basdırdılar”.
Mehriban xala bildirir ki, 613 nəfər şəhiddən əlavə, xeyli itkinləri də olub.
“Ermənilər o qədər qəddar millətdir ki, insanların gözlərini çıxarır, uşaqları, qocaları, qadınları, xəstələri qəddarcasına öldürürdülər.
Hətta insanları diri-diri doğrayırdılar.
Onlar azərbaycanlılara qarşı dünyada misli görünməmiş soyqırımı törətdilər.
Ermənilər Xocalını yandırmaqla rahatlaşmadı, rayonu qarət də etdilər.
Düşmən meyitlərə işgəncələr verib, onların qulaqlarını kəsib, gözlərini çıxarırdı, dərilərini soyurdu”, - deyə o əlavə edib.
M.Əliyeva artıq Xocalının işğaldan azad olunduğunu, orada Azərbaycanın Dövlət Bayrağının dalğalandığını qürurla seyr etdiyini vurğulayaraq qeyd edib:“Biz 30 il ərzində ümidimizi itirmədik və Xocalının azad olunacağına inandıq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna güvəndik.
Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.
Onların sayəsində torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub, 30 illik həsrət sona çatıb.
Yaşadığımız ağrı-acıları artıq qazandığımız tarixi Zəfərin sevinci əvəz edib.
Bu gün sevinc içərisindəyik, çünki torpaqlarımızın işğaldan azad edilməsi ilə bərabər, həm də qürurumuz bərpa olundu, haqq-ədalət yerini tapdı”.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal...
Şahid Şirin Şükürov bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib:""“Keçirilən yoxlamalar zamanı 2017-2021-ci illərdəki təftiş dövründə 1 milyon 600 min manatdan çox çatışmazlıq aşkar olunmuşdu.
Təqsirləndirilən şəxslərdən birbaşa tapşırıq almamışam.
Ümumi məbləğdən 600 min manatı mənə qalıb, 33 min manatını dövlət büdcəsinə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm”.
O qeyd edib ki, bir təftişdə 140 min manata yaxın çatışmazlıq aşkar olunub.
yoxlamaya gələnlərə veriləcək məbləğin göstərişini korpusun maliyyə xidmət rəisi Ceyhun Musayevdən alıb.
“Kimə nə qədər verilməsini biz müəyyən etmirdik, standartlar belə idi.Müxtəlif vaxtlarda təftişə Azər və Teymur müəllim gəlirdi.
Pulları onlara vermişəm”, - o deyib.
Şahid Tərlan Əliyev bildirib ki, həmin dövrdə hərbi akademiyada maliyyə xidmət rəisi işləyib.
Yoxlamalar zamanı 1 milyon manata yaxın çatışmazlıq aşkar olunub.
Həmin pullardan 500 min manatı ona qalıb.
Dövlətə dəyən ziyanı tam ödəyib.
“Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafael Xələfova hər dəfə təxmini 30-35 min manat olmaqla 4 dəfə pul vermişəm, amma o, istintaq zamanı üzləşəndə bunu inkar edib”, - şahid bildirib.
O, həmçinin əlavə edib ki, qohumlarının adına kart hesabları açdırıb, onların əksəriyyəti hərbçi olmayıb.
Rafael Xələfov istintaqa verdiyi ifadədə Tərlan Əliyevdən cəmi 60 min manat pul alaraq Nizami Məmmədova verdiyini bildirib.
Müttəhim Nizami Məmmədov etiraz edib:""“Rafael Xələfov istintaq zamanı qaranlıq məqamlarda deyirdi ki, pulları mənə verib, lakin mənim bununla bağlı xüsusi tapşırığım olmayıb”.
Şahid Fariz Nəbiyev bildirib ki, həmin vaxt Hərbi Hava Qüvvələrinin hərbi hissəsində maliyyə xidmət rəisinin köməkçisi işləyib, istintaq materiallarında 90 min manata yaxın çatışmazlıq aşkar olunduğu qeyd olunub.
Bu məbləğin 20-25 min manatı ilə razı deyil.
Mənimsənilən pullardan 33 min manatı ona qalıb.
Həmin puldan 6500 manatını ödəyib, qalanını da yaxın vaxtda ödəyəcək.
Nizami Məmmədov bildirib ki, Fariz Nəbiyev pul məsələsi ilə bağlı işdən çıxmaq istəyib:""“Ona çatan pulla razı deyildi.
Rafael və Cəlalla aralarında pul məsələsi var idi.Mənə ev almaq istədiyini bildirdi.
Mən də Rafael Xələfovla Cəlal Kazımovu yanıma çağırıb məsələni yoluna qoydum”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalma...
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsi təkcə coğrafi cəhətdən deyil, ölkənin siyasi həyatında da böyük hadisədir.
O bildirib ki, belə ciddi konfransa ev sahibliyi ancaq dünyanın nüfuzlu dövlətlərinə, etimadı doğrulda biləcək ölkələrə həvalə olunur:""“Azərbaycan da dünyanın nüfuzlu dövlətlərindən biridir.
Ölkəmiz iqlim dəyişikliyi ilə bağlı COP29-a qədər də uğurlu addımlar atıb.
Eyni zamanda, gələcəkdə də iqlimlə bağlı insanların xeyrinə nələr etmək olarsa, mənbələr və təcrübələr əsasında dünyaya çatdırmaq əzmindədir.
2024-cü ilin noyabrında iki həftə ərzində 100 mindən çox insanın Azərbaycana gəlişi, tədbirlərdə iştirakı, COP29-la bağlı bölgələrə səfərləri gözlənilir.
Bu, çox şərəfli, məsuliyyətli və ciddi məsələdir.
Azərbaycan təbii ki, bu ev sahibliyinin də öhdəsindən uğurla gələcək”.
COP29-un təşkilat komitəsinin tərkibində gender bərabərliyinin təmin edilməsinə gəlincə, deputat vurğulayıb ki, Azərbaycan demokratik, dünyəvi, gender bərabərliyinin qorunmasına diqqət edən dövlətdir:""“Ona görə COP29-un Təşkilat Komitəsində də kifayət qədər qadınlar iştirak edirlər.
Həmin qadınlar bu sahənin mütəxəssisi kimi fəaliyyət göstərəcəklər.
COP29, onun gender bərabərliyi əsasında formalaşdırılmış Təşkilat Komitəsi, konfransın fəaliyyəti göstərir ki, Azərbaycanın yolu demokratik, düşüncəmiz demokratik düşüncədir.
Dövlətimiz dünyada sülh, əmin-amanlıq, ekoloji təhlükəsizliyin təmin olunması üçün mümkün olan addımları atmağa hazırdır”.
Mərmərə dənizində batan Türkiyənin “Batuhan A” yük gəmisindən yeni görüntülər yayılıb.
Gəmidə itkin düşən 4 dənizçinin axtarış-xilasetmə işləri davam edir.
Dalğıcların yük gəmisinin qalıqları arasında axtarış əməliyyatı zamanı növbəti kadrlar yayımlanıb.
Xatırladaq ki, Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb.
Gəminin itkin düşən heyət üzvlərindən ikisinin meyiti aşkarlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
2024-cü ilin 24 fevral tarixində İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya:İntibahın oyanışı” (“Decolonization:Awakening of the Renaissance”) adlı beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda 13 ölkə və 4 beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib.
Bunlar arasında Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqı (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) xüsus...
Konfransda Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samantha Françoise Cyriaque, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mickael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Corbin, Martinik Assambleyasının deputatı Luc...
Tədbir müzakirələr formatında davam etdirilib.
Tədbirin sonunda iştirakçılar Fransa Prezidentinə açıq məktub ünvanladılar.
Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmdən əziyyət çəkdiyi vurğulanır.
Məktubda sözügedən adalar qrupunda Fransa hökuməti tərəfindən törədilən müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən mane törədilməsi, yerli əhalilərin pestisidlərlə zəhərləndirilməsi və əhalinin bu zəhərlənmənin fəsadlarından əziyyət çə...
Tədbir iştirakçıları E.Makrondan Fransız hökumətinin bu qanunsuzluqlarını dayandırmasını tələb etmiş, ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün YUNESKO missiyasının həmin ərazilərə göndərilməsinin əhəmiyyətini vurğulamış, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əha...
Eyni zamanda tədbirin sonunda elan edilmişdir ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilmişdir.
Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.
Xatırladaq ki, bu artıq Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.
6 iyul 2023-cü il “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru”, Bakı"22 sentyabr 2023-cü il “Müstəmləkəçiliyə son qoyulması:Sakit inqilab”, Nyu York, BMTnin qərargahı"20 oktyabr 2023-cü il, “Neokolonializm:İnsan hüquqlarının pozulması və ədalətsizlik”, Bakı"21 noyabr 2023-cü il, "Dekolonizasiya:Qadınların g...
Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir və onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bəyan edir.
15:15"İstanbulda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya:İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans keçirilir.
Bildirilib ki, bu tədbirlərin əsas məqsədi müstəmləkəçilikdən zərər çəkən bölgələrdə yaşayanların səslərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Bakı Təşəbbüs Qrupu buna nail olub və müstəmləkə zülmündən əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə etirazlarını beynəlxalq aləmə çatdırırlar.