Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Nəticədə dünya ictimaiyyəti bu regionlarda baş verənlərdən, fransız müstəmləkəçilik siyasətinin ağır fəsadlarından xəbərdar olur. |
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi komitəsinin müstəqil eksperti Carlyle G.Corbin bildirib ki, Fransa müstəmləkəçilik siyasətini aktiv şəkildə 1960-cı illərə qədər davam etdirib, dekolonizasiya prosesi müstəmləkələrə, tam müstəqillik və suverenliyin verilməsini, müxtəlif mədəniyyətlər ara... |
Odur ki, proses 1990-cı illərə qədər aktiv şəkildə davam etsə də, 90-cı illərin sonlarına doğru səngiyib. |
Ekspert bu prosesi yenidən aktivləşdirdiyi üçün Azərbaycana və bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib:“Müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. |
Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. |
Müəyyən mərhələlərdə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar. |
Hazırda dünya üzrə BMT prinsiplərindən kənarda qalan 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”. |
Tədbirdə Bakı Təşəbbüs Qrupunun gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. |
Beynəlxalq tədbir Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, intibah dövrünün dekolonizasiyası, etnik və mədəni ayrı-seçkilik, siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, sosial və iqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf müh... |
Ardınca acıq müzakirələr və sual-cavab sessiyası olacaq. |
Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək. |
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb. |
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razıl... |
Bakı Təşəbbüs Qrupu hazırda İstanbulda keçirilən beynəlxalq konfrans da daxil indiyədək dünyada 6 belə konfrans təşkil edib. |
12:30"Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya:İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans başlayıb. |
Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir. |
Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasəti... |
Panellərdə Fransa hökuməti tərəfindən yaradılan süni hüquqi maneələr, o cümlədən, sərhəd, təhlükəsizlik və müdafiə məsələləri, milli resurs və mülkiyyət, beynəlxalq tanınma (insan hüquqları və ədalət), vətəndaşlıq, milliyyət, qanunvericilik və qaydalar, həmçinin iqtisadi islahatlar müzakirə ediləcək. |
Ardınca açıq müzakirələr və sual-cavab sessiyası olacaq. |
Bundan sonra Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov yekun nitqlə çıxış edəcək. |
Fevralın 25-də keçiriləcək panel etnik və mədəni ayrı-seçkiliyə həsr olunacaq. |
Paneldə siyasi qeyri-sabitlik və münaqişələr, repressiya/əsassız həbslər, siyasi tarix, sosial və iqtisadi problemlər, müstəqil medianın təqibi, təhlükəsizlik problemləri (insan, sağlamlıq, ətraf mühit, kiber təhlükəsizlik), immiqrasiya və emiqrasiya, əcnəbilər mövzularına toxunulacaq. |
Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb. |
Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razıl... |
Bakı Təşəbbüs Qrupu indiyədək dünyada 6 belə konfrans təşkil edib. |
Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. |
Bir müddət əvvəl yayılan bu xəbər bəzi sualları gündəmə gətirib. |
Bəs süni mayalanma yolu ilə uşaq sahibi olan valideynlər boşanma qərarı verərsə, ana övladının bioloji atası olmayan kişidən aliment tələb edə bilərmi? |
Hüquqşünas Akif Əlizadə məsələ ilə bağlı bildirib ki, qanunvericiliyə görə, süni mayalanma ilə doğulan uşağın doğum şəhadətnaməsində ata kimi qeyd olunan şəxs aliment ödəməlidir. |
A.Əlizadə onu da bildirib ki, alimentin ləğv olunması yalnız bir halda mümkündür:""“Əgər şəxsin atalıq faktı bioloji olaraq sübut olunmazsa, bu, məhkəmə prosesində həll olunur. |
Bundan sonra şəxsin atalıq öhdəliyi qalmır”. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Yarımmüdafiəçi Federiko Redondo “İnter Mayami”nin yeni futbolçusu olub. |
Futbolçu ABŞ komandasına “Argentinos Juniors”dan qoşulub. |
Holdinqin yarımmüdafiəçisinin müqaviləsi 2027-ci ilə qədərdir və daha bir il uzadılması mümkündür. |
Federiko Redondo 2022-ci ildə Argentina çempionatında debüt edib. |
Bu müddət ərzində ölkə çempionatında 58 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. |
Qeyd edək ki, Federiko Redondo “Real Madrid” və Argentina millisinin sabiq yarımmüdafiəçisi Fernando Redondonun oğludur. |
Belçika, İtaliya və Kanadanın baş nazirləri Aleksander de Kroo, Corciya Meloni və Castin Tryudo, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kiyevə səfər ediblər. |
Səfərdə məqsəd müharibənin başlanmasının ikinci ildönümü münasibətilə həmrəylik nümayiş etidirilməsi olub. |
Qərb liderinin gün ərzində Ukrayna rəhbərliyi ilə görüşləri planlaşdırılıb. |
Eyni zamanda Danimarka Baş Naziri Mette Frederiksen və ABŞ Senatında çoxluq lideri Çak Şumer də Kiyevə gəliblər. |
Qeyd edək ki, 24 fevral tarixində İtaliyanın sədrliyi ilə “Yeddilik” ölkələri liderlərinin onlayn rejimdə görüşü keçiriləcək. |
İtaliya baş nazirinin mətbuat xidmətindən verilən məlumata görə, videokonfrans Meloni, Tryudo və Fon der Lyayenin iştirakı ilə Kiyevdə təşkil olunacaq. |
Konfransda Ukrayna Prezidenti Volodimir Zelenskinin də çıxışı planlaşdırılır. |
Cari ilin döyüş hazırlığı planına əsasən, “N” hərbi hissəsində bir qrup hərbi vəzifəlinin iştirakı ilə təlim toplanışı keçirilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Plana uyğun olaraq hərbi vəzifəlilərlə atəş hazırlığı üzrə məşğələlər keçirilib, onlara müxtəlif çaplı atıcı silah və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri çatdırılıb. |
Təhlükəsizlik qaydaları izah olunduqdan sonra peyda olan hədəflərə atəş mövqeyini dəyişməklə müxtəlif vəziyyətlərdən atəşin aparılması üzrə tapşırıqlar icra olunub. |
Döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən toplanışda fəaliyyətlər uğurla yerinə yetirilib. |
Nizami Kino Mərkəzində Xocalı soyqırımı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmin premyerası keçirilib. |
Bundan əvvəl Mübariz Əsgərovun müəllifi olduğu “İşgəncələr məbədi - Şuşa həbsxanası” adlı sənədli film, “Coğrafiya müəllimi” qısametrajlı filmi ictimaiyyətə təqdim olunub. |
“13” adlı bədii-sənədli filmin təqdimatında Xocalı itkinlərinin yaxınları da iştirak ediblər. |
Ekran əsərinin təqdimat mərasimində jurnalistlərin suallarını cavablandıran filmin rejissoru Elçin Elxanlı böyük fədakarlığa görə yaradıcı heyətə təşəkkür edib:“Film böyük zəhmət hesabına ərsəyə gəlib. |
“13”ü göz yaşları içində çəkdik. |
Hələ də təsirindən çıxa bilməmişəm. |
Ona görə də deməliyəm ki, bu film mənim karyeramda mühüm yer tutur”. |
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə söyləyib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində işlər aparılır:“Təkcə Xocalı yox, digər qətliamlar haqqında beynəlxalq ictimaiyyətə məlumat verilməlidir. |
Bir neçə gün öncə Xocalıda kütləvi məzarlıq aşkarlandı. |
Bu, Xocalı faciəsinin növbəti ildönümündə, bəlkə də, ilahi ədalət idi”. |
A.Əliyeva qeyd edib ki, film Müdafiə Nazirliyini dəstəyi ilə hərbi hissələr də nümayiş olunacaq. |
Tədbirdə çıxış edən Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, işğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb. |
O bildirib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur:“Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. |
İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. |
Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. |
Bütün itkinlərimizin taleyi aydınlaşacaq". |
E.Səmədov söyləyib ki, itkin düşənlərin ailələrinə və ictimaiyyətə itkinlərin taleyi barədə yaxın günlərdə yenidən məlumat veriləcək. |
Qeyd edək ki, filmdə haqqında bəhs edilən 13 nəfər gənc qətliam günü Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhalinin arasından seçilərək aparılıb və onların taleyindən indiyədək xəbər yoxdur. |
Türkiyə hərbçiləri qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 5 nəfəri ələ keçiriblər. |
Saxlanılanlardan 3-nün “Fətullahçı” Terror Təşkilatının (FETÖ) üzvü olduqları məlum olub. |
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib. |
“Terrorla mübarizəmiz davam edir. |
Sərhəd qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 5 nəfəri saxlayıb. |
Araşdırmalar nəticəsində tutulanlardan 3-nün FETÖ üzvləri olduqları müəyyən edilib”, - deyə nazirlikdən verilən açıqlamada qeyd edilib. |
Videosu ilə “Tiktok” sosial şəbəkəsində trend olan "Qarabağ”ın balaca azarkeşi Ümid Xəlilzadə klubun futbolçuları ilə bir araya gəlib. |
Futbolçular Nəriman Axundzadə və Toral Bayramov Ümidlə görüşüblər. |
Görüşdən sonra 9 yaşlı Ümid təəssüratlarını Azxəbər.com-la bölüşüb. |
“Videomu anam çəkib, nənəmə göndərmişdi. |
Mən də, anam da bilməzdik ki, video "tiktok”a düşəcək. |
Videonu bir tanışımız sosial şəbəkəyə yerləşdirib ki, komandanın və oyunçuların diqqətini çəksin. |
Sonra bizə klubdan Asif Əsgərov zəng etdi və məni görüşə dəvət etdilər. |
Daha sonra Ümid Nəriman və Toralla görüşündən danışıb:""“Kluba çatanda bizi çox gözəl qarşıladılar. |
Nəriman və Toral məni artıq foyedə gözləyirdi. |
Mən onları görəndə yenə ağladım. |
Söhbət etdik, daha sonra mənə imzalı top hədiyyə etdilər. |
Bu, mənim həyatımda unuda bilməyəcəyim ən gözəl günlərdən biri idi, çünki arzum həyata keçmişdi”. |
Parisdə hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən fransalı fermerlər polis səddini yarıb Prezident Emmanuel Makronun olduğu kənd təsərrüfatı sərgisinin keçirildiyi məkana daxil olublar. |
Ötən gecə yüzlərlə narazı vətəndaş həmin sərginin keçirildiyi binanın yaxınlığında qurulmuş çadır şəhərciyində gecələyib. |
Bəzi fermerlər traktorlarla Fransa paytaxtına gəliblər. |
Məlumata görə, səhər saatlarında etirazçılar “Port de Versalın” girişinə toplaşıblar. |
Onlar fit çalıb, hay-küy salıblar. |
Daha sonra yüzlərlə fermer mərkəzin girişini bağlayan hüquq-mühafizə orqanlarının qurduğu səddi yararaq içəri girə bilib. |
Nəticədə mərkəzin ərazisində narazı vətəndaşlarla polis əməkdaşları arasında toqquşma yaranıb. |
Hüquq-mühafizə orqanlarının əməkdaşları binaya soxulan insanları küçəyə çıxarmağa çalışıblar. |
Makron həmin an binanın ikinci mərtəbəsində olub. |
O, fermerlər və həmkarlar ittifaqları ilə danışmaq istəyib. |
Lakin kənd təsərrüfatı sənayesinin yalnız bəzi nümayəndələri dövlət başçısı ilə görüşmək istəyiblər. |
Bir çox fermerlər onun salonda olmasından narazı qalıb, fitə basıblar. |
“Bu il ərzində işlər tamamlanacağı təqdirdə Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbuluna başlanılacaq”. |
O, Azərbaycanda beynəlxalq əməkdaşlığı daha yüksək səviyyəyə daşıyacaq bir ali təhsil müəssisəsi modeli qurulacağını deyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.