Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Rusiya Ukrayna xalqının ruhunu, çoxsaylı könüllülərin ordu sıralarına qoşulacağını nəzərə almamışdı”. |
O deyib ki, 2022-ci ilin fevral-mart aylarında Ukrayna atıcı silahlarla, “Kalaşnikov” avtomatları və tank əleyhinə NLAV-lərlə müharibə aparırdı:“Bunu mən şəxsən Kiyevin müdafiəsinin iştirakçısı kimi deyə bilərəm. |
Bu gün isə artıq ən son silahlara, xüsusən “Patriot” hava hücumundan müdafiə sistemlərinə malikik və yaxın gələcəkdə “F16” təyyarələrinin və bir çox digər müasir silah növlərinin çatdırılmasını gözləyirik. |
Müharibədən əvvəl Ukraynanın 44 min kvadrat kilometr ərazisi Rusiya tərəfindən zəbt olunmuşdu. |
İndi ərazimizin daha 64 min 600 kvadrat kilometri işğal edilib. |
Ukrayna müdafiə qüvvələrinin əks-hücum əməliyyatları zamanı 40 min kvadrat kilometr ərazimiz azad olunub”. |
A.Kovalyovun sözlərinə görə, Rusiyaya məxsus ən son model 6530 tank vurulub. |
Bundan başqa, qarşı tərəfin 12500-dən çox zirehli döyüş maşını, 1000-dən çox raket zərbə sistemi və 680 zenit-raket müdafiə sistemi, ən əsası 340 döyüş təyyarəsi sıradan çıxarılıb. |
“Bu rəqəmlər durmadan artır, çünki Ukrayna Silahlı Qüvvələri hər gün Rusiyanın texnikasını vurur və şəxsi heyətini zərərsizləşdirir”, - sözçü bildirib. |
Onun iddiasına görə, Rusiyanın gündəlik canlı qüvvə itkisi minə yaxındır:“Krım yarımadasını işğaldan azad edilməsi əməliyyatını uğurla həyata keçiririk. |
Rusiya Qara Dəniz Donanmasının gəmiləri və sualtı qayıqları fəal şəkildə məhv edilir. |
İndiyədək qarşı tərəfin 25 gəmisini vurmuşuq”. |
Azərbaycan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinin Elektron İnformasiya Sistemləri Məktəbi və Tədris Mərkəzində olublar. |
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. |
Hərbçilər yaradılan şəraitlə tanış olublar. |
Onlara mövcud durum, həmçinin mərkəzdə görülən işlər barədə məlumat verilib. |
Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. |
Buna əsasən, Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək. |
Həmçinin yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. |
Papikyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regiondakı vəziyyətdən asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək. |
Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb. |
Süjetdə fransızlar ermənidən daha çox erməni adlandırılır. |
Eyni zamanda, Paris hökumətinin ermənipərəst addımlarından, Ermənistana dəstək göstərməsindən, bu ölkəni silahlandırmaq niyyətində olmasından danışılır. |
Ətraflı “Haber Global”ın süjetində: |
Ermənistanın baş naziri Nikol Paşinyan xüsusilə Münhen Təhlükəsizlik Konfransındakı görüşdən sonra Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirib. |
O qeyd edib ki, əslində Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında daha konstruktiv danışıqlar olub:""“Lakin N.Paşinyan son çıxışları ilə danışıqların üstündən xətt çəkməyə çalışır. |
Bu, o deməkdir ki, Paşinyan əslində Fransanın diktəsi ilə oturub-durur. |
Çünki o, məhz Fransada olarkən Azərbaycana qarşı fikirlər səsləndirib. |
Ermənistan baş nazirinin müsahibəsinə nəzər saldıqda Azərbaycanla yox, daha çox Rusiya ilə bağlı məqamların diqqət çəkdiyini görərik. |
Belə anlaşılır ki, Ermənistan bu dəfə Fransanın əlində alətə çevrilib və Rusiyanın dəstəyini rəsmi Parisin köməyi ilə əvəzləmək niyyətindədir”. |
Politoloq hesab edir ki, Ermənistan tərəfi növbəti dəfə vəziyyəti mürəkkəbləşdirir:""“Hər zaman olduğu kimi, Azərbaycan və Ermənistan arasında müsbət addımlar atılanda və ya buna zəmin yarananda Ermənistan tərəfi destruktiv mövqedən çıxış edir, prosesi pozmağa çalışır. |
Keçmiş illərdə bu cür təxribatçı fikirləri digər dairələr və ölkələrin istəklərini yerinə yetirmək məqsədilə səsləndirilirdi. |
İndi də açıq görünür ki, Paşinyanın Parisdəki görüşdən sonra belə bəyanatlarla çıxış etməsində Fransa rəhbərliyinin rolu danılmazdır”. |
Tarixdə ilk dəfə olaraq, Ermənistanın müdafiə nazirinin böyük heyətlə Fransaya getdiyini xatırladan İlqar Vəlizadənin fikrincə, bu o deməkdir ki, Fransa Ermənistana hərbi siyasi dəstək verir:""“Nikol Paşinyan bu dəstək vədinə dayanaraq, təxribatçı çıxışlar edir. |
Halbuki belə çıxışlar regionun stabilliyinə xələl gətirə bilər. |
Açıq sezilir ki, regionda geosiyasi rəqabət yaşanır. |
Ermənistan Fransanı regiona gətirir, Rusiyaya alternativ olaraq görür. |
Azərbaycana qarşı ittihamlar isə bu məsələdə bəhanədir. |
Guya ki, Ermənistana qarşı təhdidlər mövcuddur, Rusiya İrəvanı müdafiə etmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qorumur. |
Ona görə, Fransa regiona gəlir. |
Bu proses Fransa üçün də bəhanədir ki, Ermənistanın təhlükəsizliyini qorumaq adı ilə regiona gəlsin”. |
Bu görüntünün kənd teatrında nümayiş olunan bəsit tamaşaya oxşadığını vurğulayan ekspert Ermənistanın növbəti dəfə xarici ölkələrin əlində alətə çevrildiyini diqqətə çatdırıb. |
İ.Vəlizadə deyib ki, müstəqil siyasət yürütmək iqtidarında olmayan Ermənistan Rusiyanın əlində qonşu ölkələrə qarşı alət idi, hazırda isə Fransa tərəfindən Azərbaycana və Türkiyəyə təsir üçün istifadə edilir. |
Bu, Ermənistanın ənənəvi roludur. |
“Reparasiyalar və Ermənistanın addımlarına qarşı Azərbaycanın tədbirlərinə gəlincə, kifayət qədər çox addım atmaq mümkündür. |
Ermənistana qarşı reparasiya tələbinin qaldırılması belə məsələlərdən biridir. |
Amma təkcə bununla kifayətlənmək lazım deyil. |
İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Xocalıda davamlı yeni məzarlıqlar aşkar edilir. |
Bütün bunlar bəşəriyyətə qarşı törədilmiş cinayətlərdir. |
Həmin cinayətkarlar isə hələ də azaddırlar. |
Soyqırımların arxasında təkcə ayrı-ayrı şəxslər yox, Ermənistan dövləti, onun işğalçı siyasəti dayanır. |
Həmin məzarlıqlar, soyqırımları, kütləvi qırğınlarla bağlı da ayrıca məsələ qaldırılmalıdır, ciddi araşdırılmalıdır. |
Ermənistan dövlət olaraq bunlara görə də cavab verməlidir. |
Ermənilərin törətdikləri soyqırımlarının siyasi cavabları olmalıdır”. |
Xatırladaq ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib. |
Fevralın 21-dən 24-dək Dohada Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. |
Bununla bağlı Qətərdə bir sıra tədbirlər baş tutub. |
Tədbir çərçivəsində Oxu.Az rəsmi qonaqlarla söhbət edib. |
Kinoşünas və rejissor Ayaz Salayev saytımızla söhbətində Azərbaycan Mədəniyyəti Günlərinin onda böyük təəssürat yaratdığını etiraf edib. |
“Bu, 21-ci əsrin mədəniyyət tarixinin daha bir mərhələsidir - biz “dünyanın mərkəzi”nin Şərqə necə doğru getdiyinin şahidi oluruq. |
Təbii ki, amillərdən biri də ölkəmizin parlaq siyasətidir. |
Biz tarix yazırıq”, - deyə Ayaz Salayev bildirib. |
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da Mədəniyyət Günlərinin yüksək səviyyədə keçirildiyini qeyd edib. |
“Konsertlər əla keçir, ifaçılar və qruplar musiqimizi və rəqslərimizi çox peşəkarlıqla təqdim edir. |
Milli Kitabxanada da mühüm tədbirimiz oldu, orada ərəb dilində Nizami haqqında kitabın təqdimatı oldu, ərəb dilində Füzuli qəzəlləri səsləndirildi. |
Mən yerli tamaşaçıların bizim mədəniyyətimizə necə heyran olduğunu görürəm”, - deyə Kərim Tahirov qeyd edib. |
Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev də öz növbəsində mədəniyyət günlərinin Dohanı çox canlandırdığını vurğulayıb. |
“Konsertdə yanında əyləşdiyim Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani bizim musiqimizdən razı qaldı, o, Bakıda rəsmi səfərdə olub, lakin vaxtı az olduğundan iştirak edə bilməyib. |
O, Şuşaya gedəcəyini, orada kabab yeyəcəyini, çayın qırağında yaşıl çəmənlikdə oturacağını dedi. |
Mən ona “Qarabağ şikəstəsi”ndən bir-iki cümlə tərcümə etdim, dedi ki, Yer üzündə cənnət, belə çıxır ki, oradadır, nazir bizi torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik etdi”, – deyə səfir bildirib. |
M.Əliyev mədəni əməkdaşlığımızın bu Mədəniyyət Günləri ilə məhdudlaşmaması arzusunu bildirdi. |
“Mən istərdim ki, bizim mədəniyyət və incəsənət xadimlərimiz vaxtaşırı bura gəlsinlər, çünki Qətər ərəb dünyasının mədəniyyət mərkəzinə çevrilib”, - diplomat vurğulayıb. |
Paytaxtın müxtəlif ərazilərində sürücülər gecənin qaranlıq saatlarından istifadə edərək avtomobillərini velosiped zolaqlarında saxlayırlar. |
Baku TV-nin əməkdaşı sözügedən velosiped zolaqlarında avtomobil park edən sürücülərdən bir neçəsi ilə söhbət aparıb. |
Onların əksəriyyəti əməllərinin qanunla qadağan olunduğundan və cərimələnə biləcəklərindən xəbərdar olsalar da, avtomobillərini velosiped zolağında müvəqqəti saxladıqlarını deyərək özlərini müdafiə etməyə çalışıblar. |
“Bilirəm ki, burada avtomobil park etmək olmaz. |
Maşını elə saxlamışam ki, kamera çəkməsin”, - sürücü deyib. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmaların sədrləri və Azərbaycanın ərazi vahidləri üzrə nümayəndələrinin birinci toplantısı keçirilib. |
Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb. |
Keçirilən tədbirdə çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış uğrunda İcmanın ətrafında birləşən rayon və kənd icmalarının rəhbərlərinin toplantısının önəmini qeyd edib. |
Sədr bildirib ki, ötən əsrdə dörd dəfə doğma ata–baba yurdlarından deportasiya edilmiş qərbi azərbaycanlılar evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. |
Sonuncu - 1987-1991-ci illərdəki deportasiya zamanı Ermənistanın tamamilə monoetnik dövlətə çevrildiyini vurğulayan sədr qərbi azərbaycanlıların çıxarıldıqları yurd yerlərinin bu gün də boş və dağıdılmış, talan edilmiş halda olduğunu diqqətə çatdırıb. |
Əziz Ələkbərli qeyd edib ki, soydaşlarımızın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının təmin edilməsi istiqamətində hər bir qərbi azərbaycanlı səfərbər olmalı, haqq səsimizin daha geniş auditoriyaya çatdırılması istiqamətində əlindən gələni etməlidir. |
Bu məqsədlə Qərbi Azərbaycanın rayon və kənd icmalarının sədrlərinin üzərinə böyük mənəvi məsuliyyət düşür. |
Qərbi azərbaycanlıların nəinki indi, gələcəkdə qayıdışdan sonra da kompaktlığını təmin etmək, əlaqələrinin sıxlığının qorunub saxlanması kimi məsələlərdə bu şəxslərin rolu vacibdir. |
Görüş rayon və kənd icmalarının sədrlərinin və nümayəndələrinin sualları əsasında müzakirələrlə davam edib. |
Qeyd edək ki, Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin birinci toplantısının keçirilməsi icma sədrləri və nümayəndələrinin ilk birgə toplantısı olmaqla onların ictimai əsaslarla vəzifə səlahiyyətləri, tutduqları vəzifələrin icrasına yö... |
Klinik neyropsixologiya mütəxəssisi Tomas Miklebust qeyd edir ki, adekvat istirahət və keyfiyyətli yuxu beyin fəaliyyətinə faydalı təsir göstərir. |
Yuxusuzluq gün ərzində xeyli işlə mübarizə aparan, istirahət etmək üçün vaxt çatışmazlığı ilə üzləşən bir çox insan üçün ümumi problemə çevrilib. |
Miklebusta görə, müasir insanlar çox vaxt yuxuya az fikir verirlər, yatmazdan əvvəl televizora baxmağa və ya sosial şəbəkələrdə zaman keçirməyə üstünlük verirlər. |
Bu, beyin və bədən sağlamlığı üçün lazım olan yuxunun keyfiyyətinə və miqdarına təsir göstərir. |
Mütəxəssis izah edir ki, müasir insanlar qaranlıq düşən kimi yatmağa gedən əcdadlarından fərqli olaraq yatmazdan əvvəl çox iş görürlər. |
Bu, beynin və bədənin yuxu zamanı bərpa proseslərinə başlamasının qarşısını alır. |
Yuxunun azlığı yaddaşsızlıq da gətirə bilər. |
Terapevt Tonye Oord vurğulayır ki, keyfiyyətli yuxu təkcə sağlamlığı yaxşılaşdırmır, həm də emosional rifah, yaradıcılıq, konsentrasiya və problemləri həll etmək qabiliyyətinə müsbət təsir göstərir. |
Ancaq bir çox insan stress, daimi düşüncələr və ya həyat hadisələri səbəbindən yuxusuzluq problemi ilə qarşılaşır. |
Mütəxəssislər qeyd edirlər ki, gənclər üçün kifayət qədər yatmaq xüsusilə vacibdir, çünki böyümə və inkişaf dövründə bədənin düzgün işləməsi üçün istirahət lazımdır. |
Bununla belə, statistika göstərir ki, yeniyetmələr çox vaxt sağlamlıq və işləmək üçün tövsiyə ediləndən az yatırlar. |
Keyfiyyətli yuxunun əhəmiyyətini və onun sağlamlığa təsirini başa düşmək sizə hər gün gənc beyin və həyat sevincini qorumağa kömək edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.