Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
S.Müslümqızı bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bu gün, Qarabağın digər bölgələrində olduğu kimi, Xocalı şəhərində də bərpa-quruculuq işləri sürətlə aparılır və ən yaxın zamanda ilk Xocalı ailələri öz şəhərlərinə geri dönəcəklər. |
Bildirilib ki, 32 illik ayrılıqdan sonra Xocalı sakinlərinin buraya qayıtması və şəhərdə yenidən uşaq səslərinin eşidilməsi xalqımızın tarixinə əbədi yazılacaq. |
Daha sonra Xocalı soyqırımına həsr edilmiş “Geriyə baxma” sənədli filminin və S.Müslümqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatı keçirilib. |
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib. |
Məşhur türkiyəli müğənni Murat Dalkılıç martın 7-də Londonda keçirilməsi planlaşdırılan konsert də daxil olmaqla, bir sıra tədbirlərini ləğv etməli olduğunu açıqlayıb. |
40 yaşlı müğənni burnundakı problem səbəbindən doqquzuncu dəfə bıçaq altına girir. |
Murat Dalkılıç 2019-cu ilin dekabr ayında qonaq olaraq qatıldığı bir proqramda burnundakı sümüklərin xaricə istiqamətlənməsi ilə bağlı anadangəlmə problemi olduğunu açıqlamışdı. |
İbtidai məktəb illərindən bəri yaşadığı bu sağlamlıq problemindən bəhs edən Murat Dalkılıç səkkizinci burun əməliyyatından 3 ay sonra yenidən əməliyyat olunacağını açıqlayıb. |
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib və sağalana qədər bütün konsertlərini ləğv etməli olduğunu bildirib, bilet alan hər kəsdən üzr istəyib. |
Bir qrup QHT ABŞ-nin və Avropa ölkələrinin Azərbaycandakı diplomatik missiyalarına müraciət ünvanlayıb. |
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:""“Biz - Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bəyan edirik ki, müharibədən məğlub çıxmış, iqtisadi böhran yaşayan Ermənistanın son dövrlər ixracatında baş verən fantastik artımlar Ukrayna xalqına xəyanətin, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarını ... |
Rusiya Ermənistan vasitəsilə sanksiya altında olan bütün məhsulları rahatlıqla əldə edir. |
Son vaxtlar Ermənistanın Rusiyaya ixracatı 430% artıb. |
Beynəlxalq Valyuta Fondunun sabiq baş iqtisadçısı Robin Bruks “X” hesabında bu barədə faktları ictimailəşdirib. |
Niyə heç kim sual etmir ki, bu qədər mallar Ermənistana necə daxil olur və necə çıxarılır? |
Qərb mediası niyə bu barədə susur? |
Ermənistan vasitəsilə daşınan bu mallar işğalçıya güc-qüvvət verməklə, Ukrayna xalqına yeni faciələr vəd edir. |
Biz bunun ağır fəsadlarını öz taleyimizdə yaşamışıq. |
Bu günlərdə 32 illiyi qeyd olunan Xocalı soyqırımı, geridə qalan Qarabağ müharibələri məhz işğalçıya verilən dəstəyin nəticəsi idi.""Avropa İttifaqı binokllarını Azərbaycana tuşlamaqdan Ermənistanda baş verən bu böyüklükdə hadisəni ya görmür, ya da bilərəkdən görmək istəmir. |
Biz ABŞ-yə və Avropa ölkələrinə müraciət edərək, bu mühüm faktları araşdırmağa dəvət edirik”. |
İmzalar:Ceyran Əzizova - “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Sultan Əzimzadə - “20 Yanvar” İctimai Birliyinin sədri Roza Əliqızı - “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Vüqa... |
Şirvanda oğurluq edən iki nəfər saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Kamal Göyüşov və Zaur Pənahov sa... |
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq faktını etiraf ediblər. |
Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı Z.Pənahovun törətdiyi digər oğurluq faktlarının üstü də açılıb. |
Belə ki, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs ötən ilin dekabr və cari ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 mana... |
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. |
Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi regiona lazımi vergi gəlirləri daxil olmasa, neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib. |
Torres bu barədə sosial şəbəkə hesabında yazıb. |
“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. |
Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. |
Sona qədər Çubut xalqını müdafiə edəcəyəm. |
Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. |
Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, - deyə o bildirib. |
Fevralın 24-də general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində növbəti xidməti müşavirə keçirilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. |
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. |
Müdafiə naziri yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra andiçmə mərasimində, eləcə də qardaş ölkəyə rəsmi səfəri zamanı fevralın 19-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən səsləndirilən f... |
General-polkovnik Z.Həsənov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda hərbi təhsil, silahlanma, təminat-təchizat və digər istiqamətlərdə aparılan uğurlu islahatların gedişatından danışıb və bu işlərin bundan sonra da mərhələli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib. |
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, qoşun xidmətinin təşkili və aparılması geniş təhlil edilib, məruzələr dinlənilib. |
2024-cü ildə Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilməsi planlaşdırılan birgə təlimlərin şəxsi heyətin təcrübə mübadiləsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsinə müsbət təsir edəcəyi xüsusi vurğulanıb. |
Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiya prosesinə həssaslıqla yanaşılması, xidmət dövründə şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığ... |
General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanılmasının və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vaci... |
Nazir tərbiyəvi və ideoloji işin planlı şəkildə aparılması, mənəvi-psixoloji təminatın daha da gücləndirilməsi, həmçinin hərbi intizamın daim yüksək səviyyədə saxlanılması ilə bağlı tələblərini komandir heyətinin diqqətinə çatdırıb. |
Sonda bölmələrin döyüş hazırlığının və şəxsi heyətin fərdi peşəkarlığının daha da artırılmasına xüsusi diqqətin yetirilməsi, eləcə də 2024-cü ildə qarşıda duran digər vəzifələrin yüksək keyfiyyətlə icrası ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə göstərişlər verilib. |
Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidə kompleksini ildönümü ilə əlaqədar yüzminlərlə insan ziyarət edir. |
Soyqırımının 32-ci ildönümü ilə bağlı abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda aparılan abadlaşma işləri yekunlaşıb. |
Görülən işlər çərçivəsində Xocalı prospektində abadlıq, təmizlik işləri həyata keçirilib, yeni ağac və gül kolları əkilib. |
Parkın ərazisinin 15 000 kvadratmetrdən artıq qazon örtüyü yenilənib, bütün park boyu xüsusi dizaynla 30 000-dən artıq mövsümi güllər əkilib, yararsız hala düşmüş hissələrdə aqlay daşlarla üzlənmə işləri aparılıb, işıq sistemləri yoxlanılıb və çatışmazlıqlar aradan qaldırılıb, günlüklər, skamyalar və parkı əhatə edən m... |
Xocalı prospekti boyunca yerləşən binaların fasadları təmizlənib, səkilər yuyulub. |
Prospektdə, eləcə də Yusif Səfərov küçəsində gül kolları əkilib, həmçinin rəngarəng çiçəklər əkilmiş dekorativ dibçəklər yerləşdirilib. |
Qeyd edək ki, Xocalı soyqırımını təcəssüm etdirən “Ana fəryadı” abidə kompleksi 1993-cü ildə ucaldılıb. |
Sonralar isə həm abidə kompleksinin özündə, həm də park-xiyabanda əsaslı yenidənqurma işləri aparılıb. |
Bu işlər çərçivəsində abidənin postamenti hündürləşdirilib, “Ana fəryadı” heykəlinin mövzusu saxlanılmaqla forması yenilənib. |
Faciə zamanı qətlə yetirilmiş 613 şəhidin adları qranit lövhələr üzərinə həkk olunub. |
Park-xiyaban və abidə kompleksi xüsusi işıqlandırma sistemi ilə təchiz olunub. |
Günlüklər, oturacaqlar quraşdırılıb. |
İnsanların həm abidəni ziyarət etməsi, həm də parkda istirahət etməsi ilə əlaqədar olaraq, parkdakı səliqə-sahman ilboyu diqqətdə saxlanılır. |
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, həmin şəxsdən 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib. |
Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədilə əldə etdiyini bildirib. |
İ.Kərimli barəsində araşdırmalar davam etdirilir. |
Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin 63-cü Milli Günü və 33-cü Azadlıq Gününün ildönümü münasibətilə tədbir keçirib. |
Oxu.Az-ın məlumatına əsasən, Küveytin səfiri Abdullah Mohamed Abdullah Almauidi deyib ki, ölkəsi ilə Azərbaycan beynəlxalq arenada bir çox məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. |
Səfir Azərbaycanla Küveyt arasındakı parlamentlər səviyyəsindəki əlaqələrdən də danışıb. |
“Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif parlament təsisatlarında onlar arasında davamlı əlaqə mövcuddur”, - deyə səfir əlavə edib. |
Səfir Azərbaycanla Küveyt arasındakı turizm əlaqələrindən də bəhs edib. |
O bildirib ki, Küveytdən Azərbaycana turist axını artıb. |
“2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı keçən ilə nisbətən artaraq 30 min nəfərə yaxın olub. |
Bu artımda ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var”, - deyə səfir qeyd edib. |
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. |
Nazir müavini Azərbaycan-Küveyt dostluğunun tarixi və mədəni köklərə söykəndiyini bildirib. |
“Azərbaycan və Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli sahədə əməkdaşlıq var. |
Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimizi uğurla davam etdiririk”, - deyə Yalçın Rəfiyev əlavə edib. |
ABŞ-li iş adamı İlon Mask “Google”u “Gemini” neyron şəbəkəsini proqramlaşdırarkən irqçiliyə yol verdiklərinə görə ittiham edib. |
O, fikirlərini sosial şəbəkə hesabında paylaşıb. |
“Google” süni intellekt imicinin yaradılmasında həddini aşıb. |
Bununla o, onların axmaq, irqçi, sivilizasiyaya qarşı yönəlmiş proqramlarını hamıya aşkar edib”. |
Daha sonra Mask “Google”un böyük meneceri ilə telefonda danışdığını bildirib. |
Maskın dediyinə görə, danışıq bir saat davam edib. |
“Google”un əməkdaşı irqi və gender qərəzliliyini düzəltmək üçün təcili tədbirlər gördüyünə əmin edib. |
Göyçayda avtomobil “Dörd yol” adlanan ərazidə dairəyə çırpılıb. |
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə nəticəsində “Skoda” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, dairəyə çırpılıb. |
İlkin məlumata əsasən, hadisə nəticəsində avtomobildə olan şəxslərin xəsarət aldığı və rayon mərkəzi xəstəxanasına aparıldığı bildirilir. |
Hazırda polis əməkdaşları ərazidədirlər. |
Faktla bağlı araşdırma aparılır. |
Ermənistan Konstitusiya İslahatları Komissiyası və Şurasının üzvləri martın 1-də baş nazir Nikol Paşinyanla görüşərək Ermənistanın yeni konstitusiyasının yazılması məsələsini müzakirə edəcəklər. |
Bu barədə Ermənistan KİV-də məqalə dərc edilib. |
“Paşinyan bu biabırçı işi kimə həvalə edəcək? |
Yeni konstitusiyanın yazılmasını hazırkı kadrlara tapşıracaq, yoxsa yeni müsabiqə elan edəcək? |
Mənbələrimiz əmindirlər ki, Paşinyan şura və komissiyanın formalaşdırılması üçün yeni müsabiqə elan etməyəcək. |
Birincisi, vaxt azlığı səbəbindən, ikincisi, çox az adam bu prosesdə iştiraka razılıq verər. |
Hətta indiki idarə heyətində, komissiyada belə insanlar var ki, bu damğanı alınlarında daşımaq istəyində deyillər. |
Ötən sessiyada bu məsələ intensiv müzakirə edilib. |
Təbii ki, onlar məsələyə fərqli çalar verdilər ki, mövcud orqanlar yeni konstitusiya yaza bilməz, onların belə bir mandatı yoxdur, onlar dəyişikliklərin hazırlanması işinə baxırlar. |
Üstəlik, bəzi müstəqil qurumların nümayəndələri də siyasi problemi həll edə bilmirlər”, - deyə yazıda qeyd edilib. |
“İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb”. |
O bildirib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur:“Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.