Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bakıda qadın dəm qazından boğularaq ölüb. |
Belə ki, Zülfiyyə Zülfüqarova yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğularaq vəfat edib. |
Ölkəmizdə bu il təkrəqəmli inflyasiya proqnozlaşdırılır. |
İstər beynəlxalq reytinq agentliklərinin, istərsə də müvafiq yerli qurumların bu sahədəki gözləntiləri üst-üstə düşür. |
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik. |
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. |
Bildirilib ki, 2024-cü ildə inflyasiya 4,5 faizə qədər azalacaq. |
Uzun müddətdir ikirəqəmli inflyasiya fonunda bu il birrəqəmli proqnozlar özünü doğruldacaqmı? |
Əhalinin və büdcənin pulunu “yeyən” təhlükə"İqtisadçı ekspert Elman Sadıqov “Kaspi” qəzetinə açıqlamasında dedi ki, yüksək inflyasiya iqtisadiyyat üçün zərərlidir:“İnflyasiya əhalinin pulunu yeyir, büdcənin gəlirlərinin və xərclərinin artmasını zəruri edir. |
Hər ölkənin iqtisadiyyatı üçün optimal inflyasiya hədləri var. |
4-6 faiz ətrafında inflyasiyanın olması Azərbaycan iqtisadiyyatı üçün normaldır. |
Amma inflyasiyanın 10 faiz və yuxarı olması, iqtisadiyyat, büdcə, əhalinin gəlirləri, rifahı üçün ciddi təhlükədir”. |
Hansı halda inflyasiya səngiyə bilər? |
E.Sadıqovun sözlərinə görə, inflyasiyanın səngiməsi bir çox amillərdən asılıdır:“4,5 faizlik proqnoz Mərkəzi Bankın verdiyi proqnozu təsdiq edir. |
İnflyasiyanın səngiməsi o şərtlər daxilində gerçəkləşə biləcək ki, hökumət Tarif Şurası tərəfindən tənzimlənən zəruri xərcləri artırmayacaq, çünki onlar təsiredici amillərdir. |
Digər səbəblərdən biri idxal inflyasiyasıdır. |
Hazırda bütün dünyada qiymətlər aşağı düşüb. |
Hətta bir çox əmtəə qiymətləri Rusiya-Ukrayna müharibəsindən öncəki həddə qayıdıb. |
Yəni inflyasiya ilə bağlı bütün dünyada cilovlanma gedir. |
Amma Azərbaycan üçün idxal inflyasiyası yenə də aktual olaraq qalır. |
Bunun aradan qaldırılmasında tariflər, gömrük rüsumları rol oynayır. |
Əgər mövcud şərait davam edərsə, hər hansı böhran, pandemiya, ciddi müharibələr və yaxud gərginliklər baş verməzsə, dünya bazarında əmtəələrin qiymətləri artmazsa və ölkə daxilində də Tarif Şurası tərəfindən tənzimlənən məhsullarda qiymət artımları olmazsa, bu proqnoz realdır”. |
Artan maaşlar inflyasiya riski yaratmır"Müsahibimizin fikrincə, ölkədəki pul dövriyyəsi fonunda artan maaşlar ciddi inflyasiya riski yaratmır. |
Çünki ölkədə doymuş pul kütləsi yoxdur:“Proqnozların doğrulması, inflyasiya rəqəmlərinin enməsi üçün rəqabət mühiti daha da təkmilləşməlidir. |
Artıq Rəqabət Məcəlləsi də qəbul edildi. |
Digər tərəfdən, istehsalın, emalın artması çox önəmlidir. |
Rəqabət nə qədər çox olarsa, daha aşağı qiymətdə daha keyfiyyətli məhsul almış olarıq”. |
E.Sadıqov bildirdi ki, hər il yanvar, fevral aylarında idxal artır. |
Buna müvafiq dollara tələb də yüksək olur:“Dollara tələbin artması ciddi psixoloji vəziyyət yaradır. |
Əhali arasında maariflənmənin düzgün qurulmasına ehtiyac var. |
İnsanlar inflyasiya gözləyirlərsə, qiymətlər daha sürətlə artmağa başlayır. |
Çünki insanlar daha çox istehlaka baş vurur. |
Çünki hazırda neftin qiymətləri, tədiyyə balansındakı vəziyyət və s.devalvasiya üçün müəyyən zəmin yaratmır. |
Amma “üzən məzənnə” üçün müəyyən iqtisadi şərait və şərtlərin yerinə yetirilməsi vacibdir. |
Düşünürəm ki, hələlik bu da tezdir”. |
İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü, iqtisadçı Elçin Rəşidovun sözlərinə görə, son vaxtlar insanlar manatlarını daha çox dollara çevirirlər:“İnsanların daha çox dollar alıb yığması iqtisadiyyatda dollar çatışmazlığı, manat artıqlığını əmələ gətirir və bu, manatı dəyərdən salır. |
Hesab edirəm ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması bununla əlaqədardır. |
Mərkəzi Bank əvvəllər manatı müstəqil valyuta kimi götürüb, faiz dərəcəsini artırıb-azaltmaqla inflyasiyaya təsir etməyi düşünürdü. |
İndi də faiz dərəcəsini artırmaqla inflyasiyanı azaltmağa çalışmalıdır. |
Çünki manat artıqlığı həm də devalvasiya riski yaradır. |
Devalvasiya riskini yaradan başqa amil büdcə öhdəlikləri və neft gəlirlərinin aşağı düşməsidir. |
Artan yeni büdcə öhdəliklərini qarşılamaq üçün devalvasiya mümkündür. |
Devalvasiya da gözləniləndən yüksək inflyasiya ilə müşayiət olunacaq. |
Bu riskə görə, insanlar manatdan imtina edib, dollara keçirlər”. |
Tədbirlər əks-təsir göstərir"E.Rəşidov qeyd etdi ki, banklara tətbiq olunan sərt siyasət bu il də davam edərsə, inflyasiyada azalma olmayacaq:“Devalvasiya olarsa, dörd faiz ətrafında hədəflənən inflyasiyaya nail ola bilməyəcəyik. |
Devalvasiya baş verməzsə də, Mərkəzi Bankın inflyasiya hədəflərinə çatması çətin görünür. |
İnflyasiyanı yaradan mövcud siyasətdir”. |
Milli valyutamız müstəqil deyil"Ekspertin fikrincə, manatın inflyasiyasını təyin edən əsas amil dolların dünya bazarındakı qiymətidir:“İnflyasiya yüksək olduqca, manat xarici valyutalara nisbətən daha çox dəyərdən düşür. |
Manatın məzənnəsi son 7-8 ildə sabitdir. |
Amma bu fonda manat dollara nisbətən bir neçə faiz dəyər itirir. |
Belə ki, Azərbaycanda olan inflyasiya ABŞ-də olan inflyasiyadan hər il bir neçə faiz yüksəkdir. |
Bu o deməkdir ki, xarici sektor Azərbaycana nisbətən daha rəqabət qabiliyyətlidir. |
Milli valyutamız müstəqil deyil, onun qiymətini dollar müəyyən edir. |
Belə bir fonda inflyasiyanı hədəfləmək düzgün deyil. |
Bunun üçün iqtisadiyyatı böyüdən və daha çox məşğulluq yaradan siyasət lazımdır. |
Məşğulluğun özü də iqtisadi artıma töhfəsini verir”. |
Fevralın 24-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Marvud Vaqifzadənin Ədliyyə Nazirliyi tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib. |
Ədliyyə Nazirliyi Mətbuat Xidmətindən verilən xəbərə görə, belə ki, 2021-ci ildə “World Telecom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələr... |
Həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər əsasında razılıq əldə olunub. |
O, Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar Xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. |
Qeyd edək ki, bundan əvvəl cari ildə beynəlxalq axtarışda olan üç nəfər Kolumbiya, Macarıstan və Polşadan gətirilib. |
Bakıda avtomobil qadını vuraraq öldürüb. |
APA xəbər verir ki, Asim Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən piyada Sevda Sultanovanı vurub. |
Nəticədə piyada hadisə yerində ölüb. |
Faktla bağlı cinayət işi başlanılıb. |
Bakıda gözəllik salonundan oğurluq olub. |
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakıxanov qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Bekineyev saxlanılıb. |
Faktla bağlı araşdırma aparılır. |
Naxçıvan polisi sosial şəbəkədə başqasının adına saxta profillər açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb. |
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bir neçə qadın “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəs... |
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb. |
Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir. |
Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb. |
Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib. |
Qeyd olunub ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur:""“Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər g... |
“Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayının artması səbəbindən bir daha piyadalara səslənirik. |
Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlər üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləy... |
Ukraynada fəaliyyət göstərən Lvov Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə adıçəkilən şəhərdə Xocalı soyqırımının ildönümünə həsr olunan "Onlar əbədi bizim yaddaşımızdadırlar" adlı anım mərasimi keçirilib. |
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov Xocalı qırğını barədə təqdimatla çıxış edib. |
O, təmsilçisi olduğu təşkilatın Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdə aparılan "Xocalıya ədalət" kampaniyasında və bu kimi tədbirlərdə yaxından iştirak etdiyini bildirib və gələcəkdə də bunun davam etdiriiləcəyini söyləyib. |
Azərbaycan səfirliyinin ikinci katibi Vilayət Şükürzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayı ilə birgə Xocalı şəhərinin yerlə-yeksan etdiyini diqqətə çatdırıb. |
O bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. |
1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. |
25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. |
Ötən əsrin 80-ci illərin sonunda sovet ordusunun tərkibində Azərbaycanda xidmət etmiş ehtiyatda olan general-polkovnik İvan Poloxotnyuk xatirələrini bölüşüb. |
O, erməni silahlılarının azərbaycanlılara necə qənim kəsildiyinin şahidi olduğunu vurğulayıb. |
Azərbaycanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edən general-polkovnik Ukraynanın da öz ərazi bütövlüyü uğrunda qələbəsinə əmin olduğunu bildirib. |
İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov isə Xocalı soyqırımı və Azərbaycan həqiqətləri ilə bağlı Ukrayna ictimaiyyətinin yaxından tanış olduğunu vurğulayıb. |
Hazırda Ukraynada gedən genişmiqyaslı müharibə fonunda Ukrayna xalqının Azərbaycanın yaxın tarixində baş vermiş hadisələrə maraq göstərdiyini söyləyib. |
Lvovda Xocalı soyqırımı ilə bağlı sərgi də keçirilib. |
Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı Səfirliyi fevralın 22-də Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib. |
Səfirlikdən Oxu.Az-a verilən xəbərə görə, tədbirdə faciəni əks etdirən foto-sərgi nümayiş etdirilib. |
Xocalı soyqırımına dair alman dilində səfirliyin hazırladığı qısa filmin nümayişi ilə başlayan tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ilk öncə tədbir iştirakçılarını Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anmağa dəvət edib. |
Səfir çıxışında Xocalı soyqırımının Soyuq müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. |
O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını qeyd edib. |
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi ilə tarixi ədalətin bərqərar olduğunu qeyd edən səfir, Xocalının da işğalına son qoyulduğunu, tezliklə Xocalı sakinlərinin öz ana yurdlarına dönməyə başlayacaqların... |
Sonra Xocalı soyqırımının canlı şahidi, yazıçı-publisist Səriyyə Müslümqızına söz verilib. |
S.Müslümqızı öz çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələrin 20-ci əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib, onun haqlı olaraq soyqırımı adlandırıldığını vurğulayıb. |
Soyqırımı nəticəsində 600-dən çox Xocalı sakinin qəddarcasına qətlə yetirildiyi, 150 nəfərdən çox şəxsin itkin düşdüyü və onların taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.