Search is not available for this dataset
text
stringlengths
10
518k
Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan ana babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb.
1875-1885-ci ildə Tiflis gimnaziyasında təhsil alıb.
Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olub.
Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub.
XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olub.
1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib.
Burada dövrün məşhur elm xadimləri - Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, “xalqçılar” hərəkatına rəğbət bəsləyib.
Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb.
Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gedib və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.
1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib.
Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib.
O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunub.
Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edib, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.
Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb.
Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır.
Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayıb.
Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana “ağırbaşlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdıb.
Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb.
XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb.
Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur.
“Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir.
Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.
“Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazıb:""“Bizə fədai lazımdır!
Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanl...
Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir.
Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
TƏBİB-in “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru vəzifəsindən azad edilib.
TƏBİB sədri Vüqar Qurbanov 2023-cü il noyabr ayının 23-də Qusar xəstəxanasına direktor təyin etdiyi Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında - fevralın 23-də xitam verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, yeni baş direktor sınaq müddətində özünü doğrulda bilməyib.
Qusar Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən fakt təsdiqlənib.
Bildirilib ki, TƏBİB-dən Pərviz Məhsimovun müqaviləsinə xitam verilməsi barədə məktub daxil olub.
Çinin şərqindəki Tszyansu əyalətinin Nankin şəhərində yanğın baş verib.
Məlumata görə, hadisə nəticəsində 15 nəfər ölüb, 44 nəfər yaralanıb.
İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.
Hacıqabulda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan şəxs saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif küçələrdə olan rabitə dirəklərindən ümumi dəyəri 10 000 manat olan 1750 metr TPP tipli kabel oğurlayan rayon sakini, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə mə...
Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb və əldə etdiyi pulla özünə narkotik vasitə alıb.
Kabellərin bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Bundan əlavə, saxlanılan zaman keçirilən şəxsi axtarış zamanı ondan narkotik maddə - heroin də aşkarlanıb.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
İnsan yaşla bağlı təqaüdə çıxanda onun sosial vəziyyəti, cəmiyyətdə, ailədəki rolu dəyişir.
Bu qeyri-müəyyənlik çox vaxt yaşlıların psixoloji vəziyyətlərinə mənfi təsir göstərir.
Ona görə də, onları bu durumdan çıxarmaq üçün müxtəlif layihələr icra olunur.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Dünyada yaşlı insanların sayı getdikcə artır.
İnsan yaşla bağlı təqaüdə çıxanda onun sosial vəziyyəti, cəmiyyətdə, ailədəki rolu dəyişir.
Bu qeyri-müəyyənlik çox vaxt yaşlı insanların psixoloji vəziyyətlərinə mənfi təsir göstərir.
Onlar hiss edirlər ki, həyat təcrübələrinə, biliklərinə, istedadlarına daha əvvəlki kimi tələbat yoxdur.
Bu durumlarda onlara təcili olaraq ünsiyyət, faydalılıq hissi və bəzi işlərdə iştirak lazımdır.
Təbii ki, yaşlı bir insana xəstəlik və maddi çətinliklərə baxmayaraq, yaşamaq və gündəlik problemləri həll etmək, sürətlə dəyişən dünyada öz yerini tapmaq və yeni sosial münasibətləri idarə etmək üçün güc qazanmasına kömək etmək asan məsələ deyil.
Psixoloqlar və həkimlər də qeyd edirlər ki, ünsiyyətdən məhrum olan yaşlı insanlar aktiv sosial həyat tərzi keçirən təqaüdçülərlə müqayisədə depressiyadan, psixi pozğunluqdan və erkən qocalmadan daha çox əziyyət çəkirlər.
Sağlam həyat tərzinin təşviqi"Dünyanın əksər ölkələrində yaşlı insanlara yönələn, sağlam həyat tərzini təşviq edən layihələr icra olunur.
Məsələn, onların psixososial problemlərinin həllinə kömək etmək üçün ünsiyyət klubları şəbəkəsi, dərnəklər və s.yaradılır.
Yaşlı insanlar üçün maraq klubları həmçinin pensiyaçıları sağlamlıq ekskursiyaları, oyunlar, əyləncələr, rəqslər, müalicəvi və profilaktik məşqlərdə iştirak etməyə dəvət edir.
Qocalar krossvord həll etməyi, radio dinləməyi, qəzet-jurnal, kitab oxumağı sevirlər.
Stolüstü oyunlar isə təqaüdçülərin ən sevimli məşğuliyyətlərindən biridir.
Bu cür fəaliyyətlər sayəsində fərdlər bir komandada birləşir, təkliklərini unudur, öz aralarında ünsiyyət qururlar.
Hətta xarici təcrübədə sevib ailə quran qocalar da olur.
Demensiyadan əziyyət çəkənlər üçün"İngiltərənin Exeter Universitetinin alimlərinin bu istiqamətdə tədqiqatları da maraqlıdır.
Onlar piano çalmağın və xorda oxumağın gözlənilməz sağlamlıq təsirlərini qocalar üzərində üzə çıxarıblar.
Alimlər qocaların beyin sağlamlığını, o cümlədən planlaşdırma, konsentrasiya, yadda saxlama vərdişlərinə kömək edən zehni prosesləri də araşdırıblar:“Hər hansı musiqi alətində ifa etmək yaddaşı yaxşılaşdırmağa kömək edir.
Xüsusən, demensiyadan əziyyət çəkən yaşlı insanlar üçün musiqi qruplarının faydalarına dair əhəmiyyətli sübutlar var”.
Bu baxımdan İngiltərədəki qocalar evlərinin hər biri musiqi alətləri ilə təchiz olunub, ahıllar üçün mütəmadi küçə konsertləri və musiqili layihələr həyata keçirilir.
“Uzunömürlülük” layihəsi"“Moskva uzunömürlülük” layihəsində iştirak edən pensiyaçıların ümumi sayı isə 5 il ərzində yarım milyon nəfəri keçib.
Layihənin əsasını 65-75 yaşlı sakinlər təşkil edirlər ki, onların 85 faizi qadınlardır.
Qocalar layihə ilə həyatlarının necə müsbət dəyişdiyini, ruhlarının necə cavanlaşdığını həyəcanla danışırlar.
Rəqs bu layihə iştirakçılarının üstünlük verdiyi populyar sahələrdən biridir.
Maraqlısı odur ki, sevimli istiqamətlərin vektoru dəyişir, əgər əvvəllər nordic gəzintisi (çubuqlarla gəzinti) lider idisə, indi yaşlı insanlar bədən və ağıl üçün bədən tərbiyəsini seçirlər.
Keçən yay layihənin ən populyar istiqaməti “Gəzinti” və “Mühazirə zalı” olub.
Gümüş yaşda olan insanlar fiziki və əqli hazırlıqla məşğulluğa üstünlük verirlər.
Mütəxəssislər qocalarla bağlı kəndlərdə vəziyyətin daha çətin olduğunu bildirirlər.
Belə ki, kənd mədəniyyət ocaqlarının işi ilk növbədə gənclərə yönəlib.
Beynəlxalq təcrübənin öyrənilməsi"Bizim ölkəmizdə də yaşlı insanların istirahəti, asudə vaxtlarının təşkili üçün hansı işlərin həyata keçirildiyi ilə maraqlandıq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sorğumuza verilən cavabda bildirilir ki, son illər ölkədə sosial müdafiə sahəsinin təkmilləşdirilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dövlət dəstəyinin əhatəliliyinin və əlçatanlığının artırılması yönündə davamlı addımlar atılır, proqramlar icra olunur:“Həyata keçi...
ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mütəmadi olaraq imtiyazlı şəxslərin sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilməsi də təmin edilir.
Belə ki, agentliyin bütün ölkəni əhatə edən filial və müəssisələri ilə bütün yaş kateqoriyalarından olan əhaliyə səyyar, stasionar və yarımstasionar xidmətlər göstərilir:“Tədbirlər Planında 2024-2026-cı illərdə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı müvafiq tədbirlərin görül...
Artıq qocalarımız da dəyişib"“Üçüncü Bahar” İctimai Birliyinin həmtəsisçisi Natəvan Yusifova təşkilatın Bakı, Şamaxı və Mingəçevir şəhərlərindəki mərkəzlərinin 60 yaşdan yuxarı 6 minə yaxın ahıl insanı birləşdirdiyini deyir:“Hər gün mərkəzlərdə müxtəlif mövzularda dərnəklər təşkil olunur.
Toxuculuq, qurama, əl işləri, poeziya, idman və yoqa dərsləri beynin daha uzun müddətə fəaliyyətdə qalmasını təmin edir, müəyyən qədər demensiyanın qarşısını alır.
Ahıl insanların hər biri öz marağına uyğun olaraq dərnəklərə yazılırlar.
Onların psixoloqlarla da görüşləri keçirilir.
Bizim qocalar təqaüdə çıxandan sonra bir çox hallarda passiv həyat tərzi keçirirlər.
Hətta çoxu oturub ölümünü gözləyir.
Ancaq ahıllar bu mərkəzlərdə vaxtlarını səmərəli keçirirlər.
İndiki yeniliklərə adaptasiya olur və fəal həyat tərzini davam etdirməyə başlayırlar.
Regionlarda onların mərkəzlərə cəlbi də uğurla həyata keçirilir.
Düzdür, Şamaxıda bu istiqamətdə bir qədər maneələrlə qarşılaşdıq.
“Qadınlar evdə oturmalıdır”, ya da “kişilər ayrı, qadınlar ayrı gəlməlidir” kimi tələblər vardı.
Ancaq bir həftədən sonra məsələ həllini tapdı”.
Həmtəsisçi hesab edir ki, qocalara yönələn bu tip layihələrin genişləndirilməsinə və bütün regionları əhatə etməsinə ehtiyac var:“Artıq qocalarımız da dəyişib.
Ona görə də, ahıl insanlara yönələn layihələrin miqyası genişlənməlidir”.
Böyük Britaniya gələn il ərzində Ukraynaya sursat almaq və onun istehsalı üçün tədarük zəncirlərini artırmaq üçün 245 milyon funt-sterlinq (təxminən 311 milyon dollar) məbləğində yardım paketi ayıracaq.
Bu barədə Britaniya Müdafiə Nazirliyinin İngiltərə hökumətinin saytında dərc olunmuş bəyanatında məlumat verilib.
“Böyük Britaniya gələn il ərzində Ukrayna üçün son dərəcə ehtiyac duyulan artilleriya sursatlarının alınması və tədarük zəncirlərinin gücləndirilməsi üçün 245 milyon funt-sterlinq xərcləyəcək”, - deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, yeni maliyyə paketi Kiyevin artilleriya sursatları ehtiyatlarını artıracaq.
Tanınmış şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi Abdulla Şaiqin doğum günüdür.