Search is not available for this dataset
text
stringlengths
10
518k
Artıq mənzilin divarlarında çatlar da əmələ gəlib.
Hər an uçma təhlükəsi olan mənzilin sakinləri təhlükədədirlər.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Gəncədə işlək yol bərbad vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, yolun hər tərəfi qazılıb, lakin təmir olunmayıb.
Son zamanlar isə sözügedən küçədə kanalizasiya xəttində də problem yaranıb və bu da küçəni keçilməz hala salıb.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
ABŞ-nin Çikaqo şəhərində səyyar konsulluq xidməti təşkil olunacaq.
Səfirlik Çikaqo şəhəri və yaxın ərazilərdə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlara tələbləri ilə bağlı səfirliklə əlaqə saxlamaqla, görüş vaxtının təyin olunmasını xahiş edib.
Həmvətənlərimizə qəbul çərçivəsində pasportların rəsmiləşdirilməsi, notariat əməliyyatlarla bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-də səyyar konsulluq xidməti Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin səyləri nəticəsində 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilir.
Ötən müddət ərzində ABŞ-nin qərb, cənub şəhər və ştatlarında, Texasda, Bostonda, Nyu-Yorkda səyyar konsulluq xidmətləri keçirilib və bu fəaliyyətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.
Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Baku.ws xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib və qarşıdakı “Mercedes-Benz” markalı maşına çırpılıb.
Qəzadan sonra yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik:
İşğaldan azad olunan Laçın hava limanından möhtəşəm görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə kadrlar İTV-nin efirində yayımlanıb.
Dronla çəkilən kadrlarda Laçının hündürlükdən çəkilmiş eksklüziv görüntülərini görmək mümkündür.
Həmin görüntüləri təqdim edirik:
“Hazırda mütəxəssislər allergiya ilə bağlı fikirlərini dəyişiblər”.
Bu barədə rusiyalı uşaq qastroenteroloqu Yekaterina Yablokova danışıb.
O qeyd edib ki, əvvəllər həkimlər və valideynlər allergiyası olan uşaqları məhdudlaşdırmağa, onları demək olar ki, qapaq altında böyütməyə çalışırdılar.
İndi isə onlar uşağı hər bir allergenə alışdırmağa çalışırlar.
“Bunun üçün uyğun dövrlər var ki, həmin vaxt biz tədricən qidaları, o cümlədən allergenləri uşağın qida rasionuna əlavə edə bilərik və allergiyanın deyil, düzgün immun uyğunlaşmanın, tolerantlığın inkişaf edəcəyini gözləyə bilərik.
Uşağın orqanizmi bu qidanı noqmal qəbul edəcək.
Bu yolla bir çox allergiyanı aradan qaldırmaq olar”, - deyə ekspert qeyd edib.
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub.
Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıb.
Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Kubanın nüfuzlu mətbuat orqanlarından biri “Prensa Latina” xəbər agentliyinin rəsmi səhifəsində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin “Xocalı, insanlığa qarşı cinayət” (“Jodyalí, un crimen de lesa humanidad”) başlıqlı məqaləsi dərc olunub.
Azərbaycan Respublikasının Kubadakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçə gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan ordusu tərəfindən 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 nəfər mülki azərbaycanlıya qarşı törədilmiş amansız soyqırımının bu il 32-ci il...
Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağın əhalisinin fundamental hüquqlarını pozduğu vurğulanıb.
Yazıda, həmçinin Ermənistanın keçmiş müdafiə naziri və sabiq prezidenti Serj Sarqsyanın britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində səsləndirdiyi - “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır.
Biz bu stereotipi qırdıq” - fikirlərinə yer verilib.
Habelə, məqalədə Xocalı soyqırımı və Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi və insanlığa qarşı cinayətlər insan hüquqlarının və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması faktı olması oxucuların diqqətinə çatdırılıb.
Bu xüsusda, Ermənistanın törətdiyi əməllərin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konven...
Məqalədə, həmçinin, Xocalı soyqırımının Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təsisatlar və Latın Amerikasının bir sıra ölkələri də daxil olmaqla xarici dövlətlər tərəfindən tanındığı qeyd olunub.
Bir neçə gün sonra erməni vəhşiliyinin ən bariz nümunəsi olan Xocalı soyqırımının növbəti ildönümünü anacağıq.
30 ildən sonra faciə qurbanlarını elə Xocalının özündə yad edə biləcəyik.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov soyqırımının anım mərasiminin elə yerində anılmasının əhəmiyyətini Modern.az-a belə izah edib:""“Ermənilər tərəfindən Xocalıda törədilən soyqırımının 32-ci ildönümü Xocalıda yad ediləcək.
Bu il də respublikamızın hər bir guşəsində, təşkilatlarda, müəssisələrdə, xarici ölkələrdəki diplomatik korpuslarda, müxtəlif cəmiyyətlərdə Xocalı soyqırımı anılacaq.
Bu il ilk dəfə olaraq Xocalıdan olan müəyyən qrup soyqırımını qurbanlarını doğma torpaqlarda yad edəcək.
Bu da Azərbaycanın gücündən, onun suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından xəbər verir.
Anım gününü Xocalıda keçirmək şəhidlərimizin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır.
Bununla bağlı cənab Prezidentimizin rəhbərliyi ilə hələ çox işlər görüləcək.
Xocalıda, ermənilərin qırğınlar törətdikləri ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur.
Belə məzarlıqlar hələ çox yerlərdə aşkar olunacaq.
Bunlar erməni qəddarlığından, düşmənçiliyindən xəbər verir”.
E.Məmmədov Qarabağda Soyqırımı muzeyinin açılmasından da danışıb:""“Mən və xocalılar tərəfindən müəyyən təkliflər səsləndirilib.
Yəqin ki, cənab Prezidentin rəhbərliyi ilə məsələlərə xüsusi diqqət yetiriləcək.
Xocalıda soyqırımı abidəsi qoyulacaq, muzeyin yaradılması da məqsədəuyğundur.
Kütləvi qırğın olan ərazilərə xatirə lövhələrinin vurulması vacibdir.
Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələlərə xüsusi diqqət yetiriləcək”.
“Dəvətlər gəlir, amma hər seriala çəkilmək istəmirəm.
Bundan sonra yalnız mən seçim edəcəyəm, məni seçməyəcəklər.
Demək olar ki, sənətdə addımlayandan özüm seçim edirəm.
Səmimi deyim, “Bəyin oğurlanması” filmindən sonra nəyəsə çəkilməyə dəyərdi?
Arzum idi Rasim Balayevlə oynayım, şükür Allaha ki, bu arzumu da Allah yerinə yetirdi.
7-ci sinifdə oxuyanda bütün qızlar kimi onu mən də sevirdim.
Tələbə olanda da onunla birgə çəkilmişəm.
Rasim Balayev mənim o məktubumu saxlayıb, cırıb atmayıb”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib.
O, daha sonra efirlərə çıxmamağının səbəbindən danışıb.
“Efirlərə çıxmıram, məlum səbəb var.
Bilirsiniz ki, qardaşım dünyasını dəyişib, ili hələ çıxmayıb.
Sözün düzü, bu məsələni heç qabartmaq da istəmirəm.
Sadəcə çox sual verirlər, verilişlərə dəvət edirlər, amma getmirəm.
Həyatdır, bir üzümüz gülür, bir üzümüz ağlayır.
Qardaşımın ili çıxandan sonra verilişlərə çıxacağam.
Heç kimdən küsməmişəm, heç kim də məni küsdürməyib” deyə sənətkar bildirib.
Xalq artisti gənclərə hər zaman dəstək olduğunu bildirib.
“Teatra gələn yeni gənclərə çalışıram qayğı göstərim, dəstək olum.
Hər gəncə də demərəm, ehtiyacı olana yol göstərərəm.
Yol göstərmişəm, nəticəsini də görmüşəm.
Öz gəncliyimi gözümün qabağına gətirirəm.
Mən də gənc olanda çoxundan dəstək gözləyirdim.
Heç kim bilmir ki, Allah onun alnına nə yazıb?
O qədər istedadlı insanlar olub, amma hanı?
Şans da hər insana verilmir”, - deyə sənətkar bildirib.
Bakıda taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet” markalı avtomobilin sürücüsü qəza şəraiti yaradıb.
Oxu.Az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkədə paylaşılıb.
Sözügedən görüntü TIR sürücüsünün nəqliyyat vasitəsində olan videoqeydiyyatçısı tərəfindən qeydə alınıb.
Sürücünün sözlərinə görə, yolun hərəkət hissəsində, sağ zolaqla getdiyi halda “Chevrolet” markalı nəqliyyat vasitəsi onun qarşısına keçərək qəfil əyləcdən istifadə edib.
Qəza şəraiti yaradan “Chevrolet” markalı avtomobilin sürücüsünün davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən də qınanılıb.
Həmin görüntüləri təqdim edirik:
“Queens Park Rangers” klubunu təmsil edən Mərakeş millisinin yarımmüdafiəçisi İlyas Şair həbs cəzası alıb.
Məlumata görə, hadisə 2020-ci ildə futbolçunun böyüdüyü və karyeraya başladığı Antverpendə (Belçika) baş verib.
İ.Şair tətildə olarkən T.Nilslə münaqişəyə girib.
Mübahisədən sonra oyunçu Nilsin başına daşla zərbə endirib, bundan sonra zərərçəkmiş ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Həkimlər zərərçəkəni xilas edə biliblər.
Belçika Şəhər Məhkəməsi İ.Şairi bir il azadlıqdan məhrum edilib.
Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadənin doğum günüdür.
Oxu.Az xatırladır ki, publisist 1864-cü il fevralın 24-də Salyanda anadan olub.
Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir.
Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb.