Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmçinin bu sənədlər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, çünki beynəlxalq ictimaiyyət 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.
Bundan başqa, Ermənistan Azərbaycan kəndlərini hələ də işğal altında saxlayır və Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə şikayətlə müraciət edib”.
E.Əmirbəyov müsahibədə Ermənistan tərəfinin Azərbaycanın Ermənistan ərazilərinə iddialı olması kimi cəfəng fikirlərinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan sülh müqaviləsinin müsbət nəticəsi kimi bütün nəqliyyat yollarının açılmasının tərəfdarıdır:""“Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı saxlayan, qışda Gürc...
Azərbaycan rəsmisi sonda bildirib ki, sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qazanar.
Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiya vasitəsilə birləşməsi Orta Dəhlizin inkişafına və Çindən Avropa ölkələrinə yüklərin daşınmasına təkan verə bilər.
E.Əmirbəyov bu məsələnin iqtisadi və kommersiya aspektlərinin Ermənistan üçün də maraqlı olacağına əminliyini bildirib.
Müsahibədə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada görülən işlərdən, keçmiş məcburi köçkünlərin tədricən öz torpaqlarına qayıdışından bəhs olunub, o cümlədən 2026-cı ilədək 140 min insanın öz dədə-baba yurduna geri dönüşünün təmin ediləcəyi vurğulanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, bugünlərdə Zelenskinin səfərinə hazırlıq işləri aparılır, lakin səfərin yekun tarixləri hələ təsdiqlənməyib.
Məlumata görə, səfərin vaxtı ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır.
Qeyd olunub ki, Ukrayna Prezidentinin İrəvana səfəri mart ayında gözlənilir.
Qubanın Yalavanc kənd sakini İldırım Məmmədov evinin və təsərrüfatının işıqlı gələcəyi üçün alternativ yol tapıb.
O, günəş panellərindən istifadə etməklə ailə büdcəsinə xeyli qənaət etdiyini açıqlayıb.
Əvvəllər ay ərzində elektrik xərclərinə 100 manat ödəyən kənd sakini, dörd ildir həmin məbləğin 50 faiz azaldığını bildirib.
Ətraflı “AzTV Xəbər”in süjetində:
AZƏRTAC xəbər verir ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub.
Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.
“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm.
O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi.
Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür”, - deyə o bildirib.
Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya kimi öz üzərinə götürüb.
Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur.
Həmçinin “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” “Le Monde”, “Newsweek”, “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da ə...
Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərili...
Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus dillərində olmaqla, dörd dildə hazırlanıb.
Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.
Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.
Sadə bir əşya olan kibrit elə də qədim tarixə malik deyil, təxminən 150 il əvvəl icad olunub.
İlk dəfə Avropada kəşf edilən kibrit 50 il müddətində təkmilləşmə yolu keçib.
Qəribə görünsə də, alışqanlar kibritdən əvvəl ixtira edilib.
İlk kibriti 1805-ci ildə fransalı Jan Lui Şansel icad edib.
Xırda taxta çöplərinin üstünə bertolet duzu ilə şəkər tozunun qarışığı çəkilib.
Sonra həmin çöpləri kükürd turşusuna batırarkən kimyəvi reaksiya gedib və alov əmələ gəlib.
Amma hər kəsin özü ilə güclü təsirə malik olan kükürd turşusunu gəzdirməsi çox təhlükəli idi.""1830-cu ildə Fransa və Almaniyada indi istifadə etdiyimizə bənzər kibrit istehsal etməyə başladılar.
Bu kibritlər ağ fosfordan düzəldilirdi.
Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olması ilə bərabər, həm də zəhərli idi.
Bu da insan səhhətinə çox pis təsir göstərirdi.
Ağ fosfor çox tez alışma qabiliyyətinə malik olduğundan elə qutudaca bir-birinə sürtünməklə alışırdı.
Kibritin icadında son sözü isveçlilər deyiblər.
Professor Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu təsirsiz qırmızı fosforla əvəz edib.
Bundan əlavə, o, kibrit çöplərini alışdırmaq üçün qutunun üzərinə də fosfor çəkilməsi ideyasını verib.
Hazırda məişətdə istifadə etdiyimiz müasir kibritlərin “müəllifi” isə İsveç mühəndisi Yuhan Lundstrem hesab edilir.
İndiki təhlükəsiz kibritləri ilk dəfə o, öz fabrikində istehsal etdirib.
Bu səbəbdən də məişətdə istifadə etdiyimiz kibrit “İsveç kibriti” adlandırılır.
Sumqayıt şəhərində (Bakı-Quba avtomobil yolunun 38-ci kilometrliyi) yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində bir nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından iki il keçir.
Oxu.Az xatırladır ki, inişil başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.
Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.
Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb.
Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.
Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.
Rusiya Kiyev, Sum, Çerniqovu işğal etsə də, orada möhkəmlənə bilməyib və qoşunlarını bu regionlardan geri çəkib.
Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib.
Lakin Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini elan edib.
Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir.
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, yarışdan öncə rəsmi açılış mərasimi baş tutub.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, ölkəmizdə avarçəkmə idmanı son illərdə yeni inkişaf dövrü yaşayır.
Gənclər arasında sevilən bu idman növünə cəlb edilən yeniyetmə və gənclərin sayı hər il daha da artır.
Bu da gələcəkdə peşəkar və güclü komandanın formalaşmasında mühüm rol oynayacaq.
Açılış mərasimindən sonra yarışlara start verilib.
Qeyd edək ki, Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci il təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparır.
Bu isə son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstəricidir.
Turnirə sabah, fevralın 24-ündə yekun vurulacaq.
Qaliblər diplom və medallarla mükafatlandırılmaqla yanaşı mayda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığma komandanın heyətinə cəlb ediləcəklər.
“France 24” saytında, müəlliflərin fikrincə Azərbaycanı və onun Fransaya qarşı siyasətini “ifşa” etməli olan məqalə dərc olunub.
Bu barədə “Caliber”in “YouTube” kanalından yayımlanan yeni süjetdə bildirilib.
“Burada seçki mövzusu, təbii ki, başlanğıc nöqtəsi kimi istifadə edilir.
Bildirilib ki, fevralın yeddisində Azərbaycanda Prezident İlham Əliyev 92% səslə beşinci müddətə prezident seçilib və seçki Fransa-Azərbaycan münasibətlərinin pisləşməsi fonunda baş tutub.
Daha sonra məqalə müəllifləri Fransadan müşahidəçilərin seçkiyə dəvət edilməməsindən şikayətləniblər.
Bir vaxtlar biz fransızları bu iş üçün dəvət etmişik.
Bu, şübhəsiz ki, Bakının hədsiz tolerantlığının sübutudur.
Lakin Parisdə bəzilərinin təhqiredici fəndlərindən sonra Bakının belə müşahidəçilərə dözməməsi tamamilə təbiidir”, - deyə videomaterialda qeyd edilib.
12 yaşlı qıza xəsarət yetirməkdə şübhəli bilinən atası saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis əməkdaşları hadisə yerinə gəliblər:""“Aparılan tədbirlər nəticəsində 12 yaşlı qıza xəsarət yetirməkdə şübhəli bilinən atası İlham İsrafilov saxlanılıb.
23:34"Gəncədə ailədaxili mübahisə qanla bitib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.
Belə ki, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilovla mübahisə edib.
Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.
Hadisə nəticəsində 2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Avropa ölkələri Ukrayna Silahlı Qüvvələrinin silah-sursat çatışmazlığı fonunda üçüncü ölkələrdən artilleriya mərmilərinin təhvil verilməsi üçün Ukraynaya təcili maliyyə yardımı məqsədi ilə 1,5 milyard dollar toplamağa çalışır.
Qeyd olunub ki, bu sxem Ukraynaya döyüş sursatının tədarükündə, ABŞ Konqresi və Avropa fabriklərində mərmi istehsal tempinin zəyif olması ilə bağlı mübahisələr səbəbindən yaranmış gecikmələri kompensasiya etmək istəyən Çexiya tərəfindən irəli sürülüb.
Çexiyanın bu təşəbbüsünə Danimarka və Niderland da qoşulub.
Ottava mərmilərin alınmasına 30 milyon Kanada dolları xərcləməyə hazır olduğunu bildirib.
Kanadanın müdafiə naziri Bill Bler bununla bağlı Çexiya tərəfi ilə danışıqların aparıldığını təsdiqləyib.
Çexiya təşəbbüsünün həyata keçirilməsi fevralın 26-sı Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə keçiriləcək Ukraynaya Yardım Sammitində müzakirə olunacaq.
Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.