Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, 100 min barelə çatacaq”, - Ərdoğan qeyd edib. |
Qubada dələduzluq edən şəxs saxlanılıb. |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhərində qeydiyyatda olmaqla Qubada müvəqqəti kirayə mənzildə yaşayan Şaiq Həşimov saxlanılıb. |
O, şəhid ailələrinə, qazilərə və fiziki məhdudiyyəti olan şəxslərə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara ümumilikdə 20 100 manat ziyan vurub. |
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Şaiq Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib. |
Qeyd edək ki, Ş.Həşimov Əməkdar artist Aybəniz Həşimovanın qardaşıdır. |
Azərbaycanın yunan-Roma güləşi millisi növbəti təlim-məşq toplanışına başlayıb. |
Güləş Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yığma bu gündən Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesinə start verib. |
Martın altısınadək davam edəcək toplanışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (82 kq), Murad Əhmədiyev, Murat Lok... |
Zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçilər Kamran Məmmədov və Elvin Mürsəliyevin nəzarəti altında Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçirlər. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Şərti sərhəddə Ermənistan tərəfindən mövqelərimiz yenidən atəşə tutuldu. |
Ordumuz niyə cavab tədbirləri görmədi? |
Xocalıda əl və ayaqları bağlı qadın və uşaqların basdırıldığı kütləvi məzarlıq aşkarlandı. |
Rusiya Amerika Birləşmiş Ştatlarına nota verdi. |
İki ölkə arasında gərginlik artır. |
Deputatdan yaşı 70-i keçən məmurlarla bağlı təklif. |
Süni mayalanma yolu ilə övlad sahibi olanların diqqətinə. |
Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Ermənistanda sərhədi saxta sənədlə keçmək istəyən Türkiyənin iki vətəndaşı həbs edilib. |
Bu barədə Ermənistan mediası məlumat yayıb. |
Bildirilib ki, Türkiyə vətəndaşları Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər. |
Saxta sənədləri hazırlamaqda onlara Ermənistan vətəndaşı yardım edib. |
Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb. |
Ermənistan vətəndaşı barəsində polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib. |
ABŞ-nin Bombardmançı Əməliyyat Qrupuna məxsus iki “B-1B Lancer” təyyarəsi İsveçin şimalındakı Luleo-Kallaks aerodromuna eniş edib. |
Bu barədə krallığın silahlı qüvvələrinin press-relizində bildirilib. |
Məlumata görə, bombardmançı təyyarələr Norrbotten əyalətində “F-21” hava qanadının bir hissəsi olacaq. |
“Bu keşməkeşli vaxtlarda, NATO-ya üzv olmaq ərəfəsində, sadiq tərəfdaşlara malik olmaq çox vacibdir. |
Biz dəfələrlə Bombardmançı Əməliyyat Qrupu ilə birgə təlimlərdə iştirak etmişik. |
Burada bütün hərəkətlər zəncirini - müşayiət və qarşılıqlı fəaliyyətə qədər təcrübədən keçirmişik. |
“B-1B Lancer”i birgə təlimlər üçün yenidən İsveçdə yerləşdirərək əməkdaşlığımızı davam etdiririk”, - İsveç Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Yunas Vikman mətbuata açıqlamasında deyib. |
Paytaxt yollarında sürücülərin hərəkətinə mane olan şəxs peyda olub. |
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. |
Belə ki, Həsən Seyidbəyli və Mirzağa Əliyev küçələrində sürücülər, geyimləri qəribə olan bu şəxslə qarşılaşdıqlarını bildiriblər. |
O, həm də, sürücülərin hərəkətinə mane olub. |
Oxu.az-ın əldə etdiyi məlumata görə, ruhi əsəb dispanserində qeydiyyatda olan 1962-ci il təvəllüdlü qadın paytaxtın Səbail rayonunda polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. |
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub. |
Xəzər dənizində zəlzələ qeydə alınıb. |
Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib. |
Məlumata görə, yerli vaxtla saat 18:51-də Xəzər dənizində 65 km dərinlikdə maqnitudası üç olan zəlzələ qeydə alınıb. |
Azərbaycan Prezidentinin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev səlahiyyətli nümayəndəyə silahlanmada olan və silahlanmaya yeni daxil olunmuş silah və texnikanı təqdim edilərək onların taktiki texniki xüsusiyyətləri haqqında qısa məlumat verib. |
F.Nəcəfli hərbi hissənin şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsində, praktiki vərdişlərinin təkmilləşdirilməsində, silah və texnikanın bacarıqla idarə olunmasının öyrədilməsində istifadə olunan təlim maddi baza ilə tanış olub, birləşmə və hissələrin idarəetmə məntəqələrinin işini təmin edən rabitə avadanlıql... |
Səlahiyyətli nümayəndəyə Hərbi Hava Qüvvələrinin təyyarə, helikopter və pilotsuz uçuş aparatları haqqında, eləcə də onların qorunub saxlanılması və istismarı barədə də ətraflı məlumat verilib. |
Daha sonra səlahiyyətli nümayəndə hərbi hissənin texniki-istismar hissəsində olaraq texnikaya göstərilən qulluqla maraqlanıb, texniki və xidməti otaqların təyinatı ilə tanış olub. |
Şəxsi heyətin qidalanma şəraiti və hərbi hissənin qərargahında yaradılmış şəraitlə tanış olan F.Nəcəfli hərbi hissənin kollektivinə xidmətlərində uğurlar arzulayıb. |
İşğaldan azad olunmuş Kəlbəcər rayonundan yeni görüntülər yayılıb. |
Bu barədə kadrlar İTV-nin efirində yayımlanıb. |
Belə ki, görüntülərdə Kəlbəcərin İstisu qəsəbəsi, qarlı yolları əks olunub. |
Həmin görüntüləri təqdim edirik: |
Kraliça Kamilla və Şahzadə Uilyam Şahzadə Harrini III Çarlzın vəsiyyətindən kənarlaşdırmaq istəyirlər. |
Bildirilib ki, Şahzadə Uilyam saraya çatdıqda Kraliça Kamilla ilə onların aralarında münaqişə yaranıb. |
Kraliça Kamilla şahzadə Harrini ikiüzlülükdə ittiham edib və onu öz ambisiyaları üçün kral ailəsindən istifadə etməyi dayandırmağa çağırıb. |
“Onlar Harrinin titullarından məhrum edilməsini, varislik xəttindən çıxarılmasını və III Çarlzın iki milyard dollarlıq vəsiyyətindən çıxarılmasını istəyirlər. |
Şahzadə Harri artıq saraydan kənar adama çevrilib. |
Onlar bunu rəsmi şəkildə etmək istəyirlər”, - deyə məşhur insayder bildirib. |
Qeyd edilib ki, Kraliça Kamilla illərlə onu nə ögey anası, nə də yeni kraliça kimi qəbul etməyən Harrinin düşmənçiliyinə dözüb:""“Susseks hersoqu Kamilla Parker Boulz ilə uzun müddət gərgin münasibətdə olub. |
Şahzadə Harri dəfələrlə ögey anası haqqında mənfi fikirlər səsləndirib. |
O, III Çarlzın həyat yoldaşının jurnalistlərə kral ailəsinin həyatı haqqında məlumatlar yaydığını bildirib. |
Bundan əlavə, Şahzadə Harri etiraf edib ki, o və qardaşı Şahzadə Uilyam atalarına Kamilla ilə evlənməmək üçün yalvarıblar”. |
“Son ana qədər ümid edirdim ki, rəqibimiz “Slaviya” (Çexiya) olacaq. |
Ancaq “Bayer Leverkuzen”lə qarşılaşacağıq”. |
Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl püşkatmanın nəticəsini dəyərləndirərkən deyib. |
O bildirib ki, rəqib çox güclüdür, buna baxmayaraq, “Qarabağ” ən yüksək səviyyədə oyun nümayiş etdirib Avropanı və UEFA-nı yenidən təəccübləndirəcək:""“Bayer” çox güclü bir rəqibdir. |
Rekordlar qıran yenilməz komandadır. |
Xüsusilə də bu mövsüm ən üst səviyyədə oyun nümayiş etdirirlər. |
Amma ən azından biz onları tanıyırıq və təcrübəmiz var. |
“Qarabağ”ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb. |
Güman edirəm ki, ən yüksək səviyyədə oynayacağıq. |
Çalışacağıq ki, Avropanı, UEFA-nı təəccübləndirək”. |
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib. |
Verilişin budəfəki sayında Salyanda yaşayan çoxuşaqlı ailədən bəhs olunub. |
Şəraitsiz vəziyyətdə 10 uşaq böyüdən 37 yaşlı atanın sözlərinə görə, çoxuşaqlı ailə sahibi olmaq onun arzusu olub:""“Həyat yoldaşımla sevib ailə qurmuşuq. |
Evlənəndə qərar vermişdik ki, 10 övladımız olsun. |
Özüm də çoxuşaqlı ailədə dünyaya gəlmişəm. |
Atamın iki həyat yoldaşından 13 uşağı olub”. |
Sonuncu övladını iki həftə əvvəl dünyaya gətirən ana isə deyir ki, evdəki vacib əşyalar uşaqların sayına uyğun deyil:""“Uşaqlar bir-birlərinin paltarlarını geyinirlər. |
Elə vaxt olur ki, geyimlər qurumur. |
Ona görə də paltarsız qalırlar. |
Çarpayıları yoxdur deyə yerdə yatmalı olurlar. |
Qeyd edək ki, uşaqlar məktəb paltarı və digər ehtiyaclar səbəbindən dərslərdən də kənar qalıblar. |
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dohada qala-konsert keçirilib. |
Oxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. |
Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini tamaşaçılara təqdim ediblər. |
Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin ifası ilə başlayıb. |
Daha sonra konsert proqramında Tofiq Quliyev, Emin Sabitoğlu, Arif Məlikov, Fikrət Əmirov, Rauf Hacıyev, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri səsləndirilib. |
Solistlər xalq artisti Azər Zeynalov, əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (kanon), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmo... |
Hər bir çıxış tamaşaçıların sürəkli alqışları ilə başa çatıb, onlar Azərbaycan musiqisindən zövq alıblar. |
Tədbirdə Azərbaycan və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, Azərbaycandan gələn qonaqlar, yerli ziyalılar və başqaları iştirak ediblər. |
Qeyd edək ki, fevralın 21-dən 24-dək Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. |
“Harri Potter” serialı 2026-cı ildə “Max” striminq xidmətində yayımlanacaq. |
Discovery” şirkətinin baş direktoru Devid Zaslav investorlarla görüşdə komandanın istehsalla bağlı hər hansı problemlə üzləşməyəcəyi təqdirdə layihənin vaxtında buraxılacağına inandırıb. |
Zaslav qeyd edib ki, serialın son hissəsi on ildən daha əvvəl buraxılmış franşizaya sadiq qalacaq. |
2023-cü ilin aprel ayında “HBO” qarşıdan gələn “Harri Potter” serialı üçün ilk tizerini yayımlayıb. |
Tizerdə Coan Roulinqin dünya şöhrətli sehrbaz haqqında yazdığı kitablar silsiləsini tam əks etdirəcək yeni serialın buraxılışı elan edilib. |
Qeyd edək ki, “Harri Potter” film seriyasının baş rol ifaçısı Deniel Redkliff televiziya serialında çəkilmək arzusunda olmadığını bildirib. |
Bu həftəsonu İstanbulda Bakı Təşəbbüs Qrupunun təşkliatçılığı ilə beynəlxalq konfrans baş tutacaq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.