Search is not available for this dataset
text
stringlengths
10
518k
Ancaq iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatında daha çox aqrar sektora təsirləri müşahidə olunur.
Suya olan tələbatı ödəməkdə müəyyən çətinliklər var.
İqlim dəyişdiyi üçün yağıntıların sayı azalır.
Yağıntıların mövsümi olaraq qeyri-bərabər paylanması kənd təsərrüfatında suya olan tələbə neqativ təsir göstərir.
Həm daxili, həm xarici turizmə.
Ona görə iqlim dəyişikliyinin ən çox təsir etdiyi sektorlar kənd təsərrüfatı və turizmdir.
- COP29-un ölkəmizdə keçirilməsinin nə kimi töhfələri olacaq?
- COP29 dünyanın ən böyük və vacib tədbiri hesab olunur.
Ölkələrin sayı, ölkə rəhbərləri statusunda təmsil olunma səviyyəsi nəzərə alınsa, dünyanın ən böyük tədbiri hesab oluna bilər.
COP29 həm ətraf mühit, iqlim dəyişikliyi, həm də qlobal iqtisadiyyat ilə bağlı qərarların qəbul edildiyi platformalardan biridir.
İmkan verəcək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri bir araya gələrək müzakirə apara bilsinlər.
Təsirlərin minimumlaşdırılması ilə bağlı həyata keçirilən işlər, qərarların qəbul edilməsi fonunda həm planetimizin durumuna, həm də qlobal iqtisadiyyata töhfəsi olacaq.
Bu, eyni zamanda, qlobal iqtisadiyyata yeni yanaşmalara təkan verəcək və müvafiq qərarların qəbul edilməsi üçün imkan yaradacaq.
- İqlim dəyişikliyinin iqtisadiyyata təsirini azaltmaq üçün hansı alternativ yollar tövsiyə edilə bilər?
- Ölkələr alternativlər haqqında düşünürlər.
İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini minimuma endirmək üçün tədbirlərin sayında artımlar var.
Eyni zamanda, həm iqtisadiyyata, həm də dünya əhalisinin istehlakına təsirlərini minumumlaşdırmaq üçün yeni texnologiyadan istifadə vacibdir.
Məsələn, bir sıra ölkələrdə okean və dəniz suyunun içməli suya çevrilməsi prosesi gedir.
Bu, suvarma və içməli suya olanı tələbatın ödənilməsində xüsusi paya malik olur.
Texnoloji yeniliklər innovasiyanın tətbiq edilməsi anlamına gəlir.
Bu baxımdan, sözsüz ki, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq üçün ən ciddi alət texnologiyadır.
Ölkələrin iqlim dəyişikliyi ilə bağlı kvota öhdəliklərinə əməl etməsi kimi vacib məqamlar var.
Bir sıra inkişaf etmiş ölkələrdə belə tədbirlərin həyata keçirilməsi müşahidə edilməkdədir.
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
“Qafqazinfo”nun məlumatına görə, ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb.
Sayt onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, R.Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.
“Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”.
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev NEWS.ru-ya müsahibəsində deyib.
Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.
“Nikol Paşinyan hər şeyə və hər kəsə, o cümlədən öz ölkəsinə, öz xalqına xəyanət etmiş bir adamdır.
Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burda başqa daha nə demək olar.
O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır.
Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, - deyə Sobolev əlavə edib.
Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğu barədə bəyanat verib.
Eyni zamanda siyasətçi əlavə edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil.
“Ermənistan rəhbərliyi KTMT-də iştirakını dondurmaqla Rusiyaya qarşı xəyanətkarlıq edib”.
Bu fikri politoloq Sergey Markov “Telegram” kanalında paylaşıb.
Onun sözlərinə görə, indi Azərbaycan Moskvanın Cənubi Qafqazda əsas dostuna çevrilir.
Markov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron aralarındakı danışıqlardan sonra Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və orada Fransa hərbi bazalarını yaratmaq üçün plan hazırlayıblar.
Dövlət Dumasının deputatı Viktor Sobolyev də oxşar fikirdədir.
O bildirib ki, Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət edib.
Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğunu bəyan edib.
Eyni zamanda, Ermənistanda Rusiyanın hərbi bazasının saxlanması məsələsinin də gündəmdə olmadığını deyib.
Hökumət başçısı xatırladıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi onu imzalayan bütün keçmiş SSRİ respublikalarına, o cümlədən bir-birinin sərhədlərini tanıyan Rusiya və Ukraynaya şamil edilir.
“Azərbaycan və Latviya arasında əməkdaşlığın perspektivli sahələrindən biri “yaşıl enerji”dir”.
Onun sözlərinə görə, “yaşıl enerji” ikitərəfli əsasda müzakirə olunan məsələlərdən biridir:""“Düşünürəm ki, biz bu sahədə texnologiyaları paylaşa bilərik”.
Səfir vurğulayıb ki, Latviyanın “yaşıl enerji”nin istehsalına dair öz yanaşması var:""“Azərbaycanda onun istehsalı üçün çox yaxşı və əlverişli mühit mövcuddur.
Düşünürəm ki, əsas məsələ təcrübə və texnologiya mübadiləsidir, çünki hələ “yaşıl enerji” idxalından bir qədər uzağıq.
Lakin bu, gələcəkdə baş verə bilər.
Amma hazırda indiki mərhələdə iki ölkə arasında təcrübə və texnologiya mübadiləsini təmin etmək vacibdir”.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 26 fevral - 1 mart tarixlərində Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirəcək.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində Naxçıvanın təbiət əraziləri və su hövzələri ətrafı ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, epizootoloji mə...
Məlumatda vurğulanıb ki, götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin mart ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Oxu.Az cədvəli təqdim edir:""Qəbulu aparan şəxs"Qəbul günü"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının"Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri"Əliyeva Fərəh Şirməmməd qızı"1"Azərbaycan Respublikası Prezidentinin köməkçisi –"Azərbaycan Respublikası Prezidenti Administra...
Ünvan:Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79.
Qəbula yazılış qəbul gününə ən geci 1 iş günü qalmış dayandırılır.
Əlaqə üçün:Çağrı Mərkəzi – 1111.
“Fransa və digər NATO ölkələri Ermənistanı tam yoxsulluğa sürükləyirlər”.
Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov deyib.
NEWS.ru ilə söhbətində o, respublikanın baş naziri Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırmaq qərarını “cəsarət tutması” adlandırıb.
“Görünür, Paşinyanın növbəti “cəsarət tutması” Ermənistanın KTMT-də iştirakını birdən dayandırmaq qərarına gəlməsilə bağlıdır.
Aydındır ki, o, uzun müddətdir ki, diqqətini NATO ölkələrinə yönəldir.
Lakin nədənsə məhz Moskva həmişə Bakı ilə İrəvan arasında münasibətləri tənzimləməli olur”, - deyə Juravlyov bildirib.
Deputatın sözlərinə görə, Paşinyan özünün “açıq Qərb yönümlülüyü” ilə Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edib.
O əlavə edib ki, məhz Rusiya sülhməramlıları o zaman bölgədə humanitar standartlara riayət olunmasına nəzarət ediblər.
“Fransalı müşavirlər ABŞ-nin İrəvandakı səfirliyinin minlərlə əməkdaşı ilə birlikdə Ermənistanı tam yoxsulluğa, bəlkə də ölkəni tamamilə yoxolma həddinə çatdıracaqlar.
Paris uzun müddət Afrikanın yarısını sağdı, lakin həmin dövlətlər özlərinə gələndən sonra fransız hərbi müşavirləri rüsvayçılıqla qovuldular”, - deyə parlamentari yekunlaşdırıb.
“Everton”un və Çin millisinin sabiq futbolçusu Li Te ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd olunub ki, Te futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb, bir neçə Çin klubunda çalışıb, sonra isə doğma komandasına başçılıq edib.
Çin 2022-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün o, işdən azad edilib.
2022-ci ilin sonunda partiya Çin futbolu ilə bağlı böyük araşdırmaya başlayıb və nəticədə bir çox məmur korrupsiyada ittiham olunub.
Sonradan Li Te dəfələrlə rüşvət aldığını, hətta özünü milli komandanın baş məşqçisi vəzifəsini də satın aldığını, həmçinin Çin ikinci liqasında danışıqlar əsasında oyunları təşkil etdiyini etiraf edib.
İstintaq nəticəsində keçmiş futbolçu və məşqçi ömürlük həbs cəzasına məhkum edilib.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyandan izahat tələb edib.
Vurğulanıb ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmaqda davam edir:""“Ermənistan bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri daşıyır”.
Qeyd edək ki, N.Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təhsil haqqında qanunvericiliyə məktəblərdə dərs zamanı mobil telefondan istifadənin qadağan edilməsini təklif edən dəyişiklikləri imzalayıb.
Bu barədə Qazaxıstan liderinin Mətbuat Xidməti məlumat yayıb.
Qanun orta təhsil müəssisələrində mobil abonent qurğusundan istifadə qaydalarını təsdiq edir.
Bildirilib ki, qısamüddətli tədris planında tələb olunmadığı təqdirdə tələbələrə dərs zamanı mobil telefondan istifadə etməyə icazə verilməyəcək.
Sənəddə uşaqların birinci sinfə imtahansız qəbulu, uşaq bağçalarında yerlərin verilməsində vahid prioritetin təmin edilməsi, təhsil təşkilatlarında zorakılığa, intihara sövq edən, dini xarakterli məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi də nəzərdə tutulur.
“Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Dəyişikliklər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə əlaqədardır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə və elmlər doktorları hazırlayan Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu (AzETSPİ) və “Azərbaycan Hidrotexnika və Meliorasiya” Elmi-İstehsalat Birliyi (“AzH və M” EİB), “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə fəlsəfə doktorları hazırlaya...
Nazirlər Kabineti 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 30 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Niza...
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra uşaq evləri və ailə tipli kiçik qrup evləri uşaqlarla bağlı Ailə Məcəlləsinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) kömək göstərəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə keçirilən mitinqdə çıxış edib.
O, ölkə ordusunun həyata keçirməyi planlaşdırdığı yeni antiterror əməliyyatlarının anonsunu verib.
“Terroristana qarşı yeni əməliyyatlar həyata keçirəcəyik.
Cənubumuzda qurulması istənən quruluşu məhv edəcəyik”, - deyə dövlət başçısı bəyan edib.
O bildirib ki, Türkiyə də digər ölkələr kimi təkcə bir problemlə deyil, eyni zamanda bir çox problemlə mübarizə aparır.
“Biz Qabarda gündə 35 min barel neft hasil edirik.