Search is not available for this dataset
text
stringlengths
10
518k
“Yemək zamanı maye içmək həzm fermentlərini durulaşdırır.
Qidaları parçalamaq üçün fermentlərə ehtiyacımız var”, - deyə həkim qeyd edib.
Su, çay və digər mayeləri yeməkdən əvvəl və ya sonra qəbul etməyin daha yaxşı olduğunu deyən həkim, həddindən artıq yeməyin qarşısını almaq üçün yeməkdən əvvəl ilıq su içməyi məsləhət görüb:""“Bu üsul həzmi stimullaşdırmağa kömək edir.
Stəkana bir az limon suyu əlavə etsəniz, effekti daha çox artacaq”.
Janin Bourinqin sözlərinə görə, yeməkdən sonra az miqdarda ilıq su və ya bitki çayı içmək həzmi asanlaşdırmağa, həmçinin bağırsaq hərəkətlərini stimullaşdırmağa kömək edə bilər.
“Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi.
Zəfər seçkilərinin qalibi müasir Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Ali Baş Komandanımız oldu.
Son iki yüz illik tariximizdə torpaqlarımızı azad edən, onu əsl sahibinə qaytaran lider məhz Prezident İlham Əliyevdir.
Xalqımız da haqlı olaraq bütün müstəvilərdə prezidentin siyasətinə açıq dəstək ifadə edir”.
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O bildirib ki, yeddi fevral prezident seçkilərinin nəticələri Azərbaycan xalqının öz liderinə böyük ehtiramının, sevgisinin və onun ətrafında hər zaman bir yumruq kimi birləşməyə hazır olmasının ifadəsi idi:""“İkinci Qarabağ müharibəsindəki tarixi Zəfər, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə separatizm...
Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflər haqqında danışmaqla, yeni yol xəritəsinin istiqamətlərini də bəyan etmiş oldu.
Sözsüz ki, ölkə başçısının 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası ilə yanaşı, Azərbaycanın regional və qlobal miqyasda bir aktor kimi formalaşması da dayanır.
Xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində bu tarixi nailiyyəitlər əldə olunub.
Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edən Azərbaycan hazırda Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində mühüm təşəbbüslərin müəllifidir.
Otuz ilə yaxın danışıqları uzadan, keçmiş status-kvonu qoruyub saxlamağa çalışan Ermənistan İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan sülh müstəvisində etmiş olduğu təklifə adekvat cavab vermək niyyətində deyil.
Görünən odur ki, Ermənistan havadarlarının təhriki ilə prosesi uzatmaq, özü üçün hansısa bir “vəziyyətin” yaranacağına ümid edir”.
M.İbrahimqızı onu da əlavə edib ki, Ermənistan növbəti dəfə müəyyən beynəlxalq dairələr, o cümlədən Fransa kimi ölkələrin təhriki ilə sülh prosesi ətrafında spekulyasiya edir:""“Prezident İlham Əliyevin də haqlı olaraq çıxışı zamanı vurğuladığı kimi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxal...
Ölkə başçısı çıxışında “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir.
Amma biz öz məsələmizi həll etmişik”-, deyə fikir səsləndirdi.
Bütün bunlara baxmayaraq Ermənistan və ona havadarlıq edənlərin pozuculuq niyyəti növbəti dəfə fiaskoya məhkumdur.
Çünki indi yeni bir reallıq yaranıb.
Bu reallığın müəllifi qalib, güclü Azərbaycan dövləti və onun dünya siyasi arenasında öz dəsti-xətti olan prezidenti - İlham Əliyevdir.
Məhz bu kontekstdə Prezident İlham Əliyevin söylədiyi bir fikirə diqqət çəkmək istəyirəm.
O dedi ki “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Bu mesaj əslində erməni revanşizminə züy tutmaq istəyənlərə ən layiqli cavab idi.Azərbaycanın müstəqil daxili-xarici siyasət kursu sabitdir.
Bu strategiya ölkəmizin milli maraqlarına əsaslanır.
Azərbaycan yerləşdiyi coğrafiyada sülhün, sabitliyin, inkişaf və tərəqqinin tərəfdarı olduğunu bəyan edib.
Ölkəmiz bu regionda daha sıx qarşılıqlı mədəni, siyasi, iqtisadi əlaqələrin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edir.
Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün rəsmi Bakı özünün konkret konsepsiyasını ortaya qoyub ki, bu bağlantının yaranması bölgədə yeni bir canlanmaya səbəb olacağı da şübhəsizdir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın müəyyənləşdirdiyi strategiya müstəqillik və suverenlik amilləri üzərində fundamental prinsiplərə söykənir:""“Ölkə başçısının andiçmə mərasimində söylədiyi kimi Azərbaycanın daxili və xarici siyasət kursunda əsas istiqamətlər qarşılıqlı maraqlara əsaslanan strateji bir xətt ...
Azərbaycan həm yerləşdiyi coğrafiyada, həm də onun hüdudlarından kənarda hər kəslə bərabər statusda münasibətlərin formalaşmasında maraqlıdır.
Bu isə qarşılıqlı maraqlara, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə və beynəlxalıq platformalarda həmrəyliyə əsaslanır.
Dünyada BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik, qlobal pandemiya dövründə Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər, “COP29” kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə bağlı dünya dövlətlərinin mütləq əksəriyyətinin yekdil qərarı birbaşa Azərbaycanın beynəlxalq miqya...
Sözsüz ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi yeni bir mərhələ gözləyir”.
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” intellektual oyununun fevral ayının finalı keçirilib.
Mobil operator oyunun qaliblərini mükafatlandırıb.
2022-ci ildə start götürən “Şəkərbura Şou” layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir.
Oyunda ümumilikdə 27 komanda olmaqla, 200-ə yaxın oyunçu iştirak edib.
“Nar” sosial məsuliyyətli mobil operator olaraq asudə intellektual vaxtın keçirilməsini təşviq edən təşəbbüsləri dəstəkləyir.
Mobil operatorun bu istiqamətdəki fəaliyyəti ilə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Məşhur rusiyalı müğənni, “VIA Qra” qrupunun keçmiş üzvü Vera Brejneva Bakıda verdiyi konsert zamanı səhnədən keçmiş ərinə müraciət edib.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
O, mahnılara görə Konstantin Meladzeyə təşəkkür edib.
“Təbii ki, bu mahnıların əksəriyyətinin müəllifinə, bu illər ərzində bu hitləri yaradana böyük təşəkkürümü bildirmək istəyirəm.
Bu Konstantin Meladzedir, onsuz bu mahnılar sadəcə mövcud olmazdı”, - deyə ifaçı bildirib.
Vera Brejneva əlavə edib ki, onun bütün mahnıları sevgi və işıq haqqındadır.
Meladzenin adı çəkildikdən sonra tamaşaçılar gurultulu şəkildə alqışlayıblar.
Qeyd edək ki, bir müddət əvvəl Vera Brejneva və Konstantin Meladze boşanıblar.
Ukraynalı ifaçı səkkiz il evli olduğu şəxsdən ayrılmağın onun ruhunda dərin yara buraxdığını deyib.
Xatırladaq ki, fevralın 21-də Heydər Əliyev Sarayında V.Brejnevanın konserti keçib.
Tamaşaçılarla ünsiyyətdə olan müğənni sonuncu dəfə yeddi il əvvəl Bakıda böyük konsert proqramı ilə çıxış etdiyini və yenidən Azərbaycanın paytaxtına qayıtdığına, sevgisini, duyğularını bakılı tamaşaçılarla bölüşdüyünə görə xoşbəxt olduğunu qeyd edib.
O, Azərbaycanı xüsusən həmişə günəşli havasına, dadlı yeməklərinə və mehriban insanlarına görə çox sevdiyini vurğulayıb.
Bu rəqibi ciddi qəbul etməliyik və həmişə olduğu kimi diqqətli olmalıyıq.
Bunu “Bayer 04” klubunun baş direktoru Fernando Karro Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a rəqib olmaları barədə danışarkən deyib.
Funksioner Azərbaycan çempionunun pley-offda Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırdığını xatırladıb:“Uzun yoldur, lakin 1/8 finalı səbirsizliklə gözləyirik.
“Qarabağ”la və klubdakı məsul şəxslərlə yaxın, yaxşı münasibətimiz var”.
Qeyd edək ki, tərəflər arasındakı ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi münasibətilə təbrik edib.
Oxu.Az xəbər edir ki, bununla bağlı nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyidir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış qurum maliyyə hüquqpozmaları ilə effektiv mübarizənin təşkilinə, şəffaf və etibarlı maliyyə sisteminin formalaşmasına, dövlətimizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verir”, - deyə M.Cabbarov bildirib.
Nazir bu əlamətdar tarix münasibətilə həmkarlarına təbrikləri çatdırıb, Xidmətin fəaliyyətinə uğurlar arzulayıb.
Bu gün #MaliyyəMonitorinqiXidməti-nin yaradılmasının 15 illiyidir.
#Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış qurum maliyyə hüquqpozmaları ilə effektiv mübarizənin təşkilinə, şəffaf və etibarlı maliyyə sisteminin formalaşmasına, dövlətimizin #iqtisadi… pic.twitter.com/FXQBW5B4dx
“Microsoft” “Windows” 10 və 11-də istifadəçilərə fotolardan arzuolunmaz obyektləri silməyə imkan verən “Photos” proqramı üçün “Generative Erase” (Generativ silinmə) funksiyasını təqdim edib.
“Generative Erease” funksiyası süni intellektlə işləyir və bir neçə toxunuşla fotolardan arzuolunmaz obyektləri silməyə imkan verir.
Oxşar alət artıq “Photoshop”da və hətta “Google Pixel”, “Samsung Galaxy S24” və digər smartfonlarda da tətbiq edilib.
“Generative Erase”dən istifadə etmək üçün istifadəçi “Photos” proqramında şəkil redaktorunu açmalı və “Erase” funksiyasını seçməlidir.
Bundan sonra istifadəçi silmək istədiyi obyekti seçmək üçün fırçadan istifadə etməlidir.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən maliyyə qurumlarını test etməyə hazırlaşır.
Bu, qurumun İdarə Heyətinin təsdiqlədiyi ”Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”nda öz əksini tapıb.
Bəs bu yenilik sektora nə verəcək?
Azərbaycandakı banklardan birinin İstehlakçıların Müraciət və Şikayətlərinin idarə edilməsi şöbəsinin müdiri, “Azərbaycan Banklar Assosiyası” İctimai Birliyinin eksperti Bəhruz Paşayev hesab edir ki, test məqsədli alış bank sektorunda məhsulların və xidmətlərin keyfiyyətini daha da yüksəldəcək:""“Banklar özləri də ara-...
Bu qaydanın qəbul edilməsi ilə isə AMB də test edərək bank xidmətləri və məhsulları, müştərilərlə kommunikasiya sahəsində boşluqları üzə çıxaracaq və nəticələrin dəyərləndirilməsi yekunda istehlakçıların və investorların hüquqlarının qorunması məqsədilə yeni yanaşmalar, həll yolları ortaya qoyacaq, habelə maliyyə xidmə...
Azərbaycandakı investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova isə deyir ki, bu qayda AMB-yə maliyyə məhsulları və xidmətləri barədə obyektiv və qərəzsiz məlumat toplamağa, potensial problemləri müəyyən etməyə və uyğunsuzluqları aradan qaldırmaq üçün müvafiq tədbirlər görməyə imkan verəcək:""“Düşün...
Bu yoxlama üsulu ilə əldə olunan məlumatlar sayəsində maliyyə məhsullarının və xidmətlərinin təkmilləşdirilməsi, optimallaşdırılması baş verəcək.
Vətəndaşlarımız ölkə qanunvericiliyinə uyğun olan məhsullardan və xidmətlərdən faydalana biləcək.
Bu gün AMB beynəlxalq təcrübəyə əsaslanan, ən müasir üsullarla nəzarət həyata keçirdir.
Maliyyə institutlarının fərqli sahələrlə bağlı indeksləşdirilməsi və bunların ictimaiyyətə açıqlanması artıq onları heç bir əlavə sanksiya olmadan daha yaxşı fəaliyyət göstərməyə təşviq edir”.
“Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı Qaydası”ndakı metodları hər bir şirkət rəhbərliyi tətbiq edə bilər.
Gizli alıcılarla məhsulların və xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi bazar araşdırması üsuludur”, - deyə P.Qasımova əlavə edib.
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, binanın 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac, 5 ədəd qoruyucu açar və 3 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan plastik su borusu 0,1 p.m əriyib.
Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Kəşfiyyat İdarəsi birgə əməliyyat keçiriblər.
Əməliyyat zamanı PKK terror təşkilatının üzvlərindən olan, “Mazlum Mardin” kod adlı Murat Kızıl Avropaya qaçmağa fürsət tapmadan ələ keçirilib.
Araşdırmalar nəticəsində terrorçu Murat Kızılın gizləndiyi yer müəyyən edilib.
Addım-addım təqib edilən terrorçu Avropaya qaçmaq istəyərkən MİT tərəfindən saxlanılıb.
Murat Kızıl Türkiyəyə gətirilib və məhkəmə məsuliyyətinə cəlb edilib.
2015-ci ildə PKK-nın çöllük kadrlarına qoşulan Suriya və İraqda terror fəaliyyəti göstərib.
O, “Silahlı terror təşkilatına üzv olmaq” maddəsi üzrə axtarışda olub.
Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Xəbərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mirdaməd Əzizovun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.