Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Yəni özünü bu ölkəni silahlandıran fədakar kimi göstərir. |
Erməni hərbi ekspert “Basiton” adlı zirehli texnikanı nümunə kimi göstərərək deyib ki, onun əməliyyat meydanında səmərəli olacağına inanmır:“Məsələn, onları Ukraynaya təklif etdilər, amma Kiyev istəmədi”. |
Onun sözlərinə görə, bu silah iriçaplı pulemyotların qarşısında zəifdir. |
Belə qənaətə gəlmək olar ki, Yelisey sarayının aparıcılığı ilə Ermənistanı yenə üfürürlər. |
Nikol Paşinyan başda olmaqla onun komandasından anti-Rusiya obrazı formalaşdırılır. |
“Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France 24” telekanalına verdiyi müsahibədə yenidən ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır”. |
Oxu.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb. |
“Almaniya kanslerinin təşəbbüsü ilə liderlər arasında keçirilmiş sonuncu görüşdən sonra Ermənistan tərəfindən bu kimi açıqlamalar verilib. |
Bu fikirlər üçün Paşinyan məkan olaraq məhz Fransanı seçib. |
Bu, Almaniyanın səylərinə Ermənistan tərəfindən hörmətsizlik, Fransa tərəfindən isə sülh prosesinə davam edən mənfi təsirlərin göstəricisi kimi qiymətləndirilir. |
Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar mövcud faktların açıq-aşkar təhrif olunması və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. |
Son zamanlar kütləvi hərbləşmə siyasəti aparan, bölgədə 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistan tərəfinin bu addımları ört-basdır etmək məqsədilə, Qərbi Azərbaycan İcması üzrə çağırışları, eləcə də məhz Ermənistanın əsassız bəyanatlarına verdiyi cavabları bəhanə kimi gətirərək ölkəmizin müharibəyə hazırlaşdığ... |
Suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə diqqət çə... |
Ermənistandan fərqli olaraq, 44 günlük müharibədən dərhal sonra məhz Azərbaycan Ermənistana 5 baza prinsipi əsasında sülh təklif edib. |
Ermənistan isə ölkəmizə qarşı davam etdirdiyi iddialarla bu prinsipləri pozmaqda davam edir. |
Hər kəsə yaxşı məlumdur ki, Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında və bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların davam etməsi Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan sülh gündəliyin... |
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış imkanlardan istifadə etməyə çağırırıq... |
Azərbaycanda bilet-uçot vərəqi olmadan sərnişin daşınması həyata keçirənlər 50 manat cərimələnəcəklər. |
“Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. |
“Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərlə əsasən, şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir”, - deyə məlumatda qeyd olunub. |
Azərbaycanda üç məhkum həbsdə ölüb. |
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə son günlər Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. |
Orada cəza çəkən məhkumlar - İlqar Rzayev, Murad İmanov və Bəhruz Mehdiyev dünyasını dəyişiblər. |
Azərbaycanda hazırlıq keçməmiş sürücülərə daşıyıcının sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartı verməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 1200 manat cərimə ediləcəklər. |
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. |
Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. |
Buraxılış kartının alınması üçün əsas sənədlərdən biri də sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən şəhadətnamədir. |
Bu sənədi almaq üçün sürücülər AYNA-nın Təlim-Tədris Mərkəzinə müraciət edərək təlimlərdə iştirak etməlidirlər”, - deyə məlumatda qeyd edilib. |
Bu günə qədər 14 minə yaxın sürücü təlimlərdə iştirak edib. |
İranın Qəzvin vilayətində yerləşən Ələmut dağlarında adı “Qırmızı Kitab”a daxil edilmiş İran bəbiri görünüb. |
Qeyd olunur ki, Qəzvindən olan ekoloqlar bəbiri Ələmut dağlarının ərazilərində müşahidə ediblər. |
Qeyd edək ki, İran bəbiri dünyada nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlardandır. |
Bu günə qədər Azərbaycanda 10 fiziki və hüquqi şəxs taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün icazə alıb. |
“İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 000 manat, hüquqi şəxslər 40 000 manat cərimə ediləcəklər”, - deyə məlumatda qeyd olunub. |
Bundan başqa, taksi sifarişi operatorları tərəfindən taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə vəzifəli şəxslər 5 000 manat, hüquqi şəxslər... |
Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslərin 5 000 manat, hüquqi şəxslər 20 00... |
Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, habelə buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini ... |
Fevralın 22-də Qətərin paytaxtı Dohada Azərbaycan musiqisindən ibarət konsert olub. |
Oxu.Az-ın məlumatına görə, konsert proqramına Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər Rüfət Xəlilzadə), eləcə də Ənvər Sadıqovun “Buta” etno-caz qrupunun ifaları daxil edilib. |
Azərbaycan ritmləri hər çıxışı gurultulu alqışlarla qarşılayan tamaşaçıları valeh edib. |
Alovlu rəqslər də heç kəsi biganə qoymayıb. |
İş o yerə çatıb ki, sonda tamaşaçılar özləri rəqs etməyə başlayıblar. |
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, Qətər Mədəniyyət Nazirliyinin rəsmiləri və digər mühüm qonaqlar iştirak ediblər. |
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin Oxu.Az-la söhbətində qeyd edib ki, Azərbaycan mədəniyyətinin Qətər kimi bir ölkədə təmsil olunması çox vacibdir. |
“Müharibə bitdi, biz qalib gəldik, amma ideoloji müharibə hələ də davam edir. |
Ona görə də hər bir ölkədə, bütün qitələrdə özümüzü yüksək səviyyədə göstərməliyik. |
Bu gün biz özümüzü layiqincə göstərdik, möhtəşəm mədəniyyətimizi, musiqimizi, rəqsimizi nümayiş etdirdik”, - deyə Xalq artisti bildirib. |
Qeyd etmək istərdik ki, fevralın 21-dən 24-dək Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. |
Sabunçu rayonunda yol bərbad vəziyyətdədir. |
Belə ki, rayonun Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yaşayan sakinlər yağış sularının küçələri acınacaqlı hala salmasından sikayətçidirlər. |
Onlar bildiriblər ki, hər dəfə yağışlardan sonra küçədə hərəkət çətinləşir. |
Palçıq həm maşınların, həm də insanların küçədən normal istifadəsini imkansız edir. |
PhotoStock.Az bərbad vəziyyətdə olan küçədən fotolar lentə alıb:"""Daha çox foto burada:PhotoStock.Az |
Xəbər verildiyi kimi, fevralın 20-də “Əli ədaləti” adı ilə tanınan iranlı haker qrupu həyata keçirdiyi mürəkkəb kiber hücumla İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin elektron bazasına nüfuz edib. |
“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, nəticədə qrup 3 milyondan çox məhkəmə və cinayət işini ələ keçirməyə müvəffəq olub. |
Eyni zamanda haker qrupu İran Məhkəmə-Ədliyyə Hakimiyyətinin serverlərinə daxil olaraq on minlərlə “məxfi” və “tam məxfi” qrifli sənədi ələ keçirib. |
Daha sonra “Əli ədaləti” qrupu xüsusi sayt yaradaraq həmin sənədləri dərc etməyə başlayıb. |
Sənədlər içərisində biri dərhal istifadəçilərin diqqətini cəlb edib və qısa bir zamanda sosial şəbəkələrin, eləcə də yerli və beynəlxalq medianın gündəminə çevrilib. |
Söhbət 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra İranı bürüyən xalq etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilən Nika Şakərəmi adlı 16 yaşlı qıza aid “tam məxfi” qrifli sənəddən gedir. |
Sənədin üzə çıxması ilə Nika Şakərəminin Tehrandakı etiraz aksiyasında tutulub təcridxanaya aparıldıqdan sonra təkcə müxtəlif təzyiq və işgəncələrə deyil, həm də cinsi təcavüzə məruz qaldığı təsdiqini tapıb. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub. |
Oxu.Az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən idarəyə rəis əvəzi Vüsal Qaragözov gətirilib. |
Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən azad edilib. |
Buna idarədə ciddi maliyyə pozuntularının aşkarlanmasının səbəb olduğu deyilir. |
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. |
Məlumata görə, Paşinyan və Lekornyu müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər. |
“Fransa İrəvanın təhlükəsizlik sahəsində əlaqələri şaxələndirmək qərarına ilk cavab verənlərdən biri olub”, - deyə Paşinyan görüş zamanı qeyd edib. |
Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar. |
“Azərbaycanda bağçılıq təsərrüfatına həsr olunmuş sərgilərin təşkili BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir”. |
“Bu tədbir bağçılığın davamlı inkişaf proqramlarına yönəldiyi üçün vacibdir. |
Bu cür tədbirlər kənd təsərrüfatının innovasiyaya istiqamətlənməsi kontekstində mühüm əhəmiyyət kəsb edən bu sahədə mühüm biliklərə yiyələnməyə, innovasiyalar və yeni texnologiyalarla tanış olmağa kömək edir. |
Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, kənd təsərrüfatı sahəsinin ekoloji və sosial davamlılığa verdiyi potensial töhfəsinə diqqəti cəlb etmək istərdim”, - o bildirib. |
Dekan Azərbaycan ilə İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu, İtaliya-Azərbaycan Universitetinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. |
Azərbaycanda Rusiya və Gürcüstan dövlət qeydiyyat nişanlı maşınlar var. |
Koronavirus (COVID-19) pandemiyası səbəbilə quru sərhədlər bağlı olduğu üçün həmin maşınlar ölkələrinə qayıda bilmir. |
Bu maşınların sahiblərinə möhlət verilib, bəs həmin avtomobillər texniki baxışdan keçirilir? |
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəq... |
“Dövlət başçısının andiçmə mərasimindəki bu çıxışı həm ötən 20 ilin hesabatı, həm də qarşıdakı illər üçün bir proqram idi”. |
Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin deputatı Jalə Əhmədova deyib. |
O bildirib ki, andiçmə mərasimində etdiyi çıxışda Prezident İlham Əliyev ölkəmizin qarşıdakı siyasətinin əsas istiqamətlərini müəyyən etdi və ölkəmizin gələcəyi üçün vacib olan məsələləri diqqətə çatdırdı:""“Fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkisində növbəti dəfə qələbə qazanaraq Azərbaycan R... |
Dövlət başçımız bununla növbəti tarixi və taleyüklü missiyanın icrasını öz üzərinə götürdü. |
Dövlət başçısının bu çıxışı həm ötən 20 ilin hesabatı, həm də qarşıdakı illər üçün bir proqram idi.""Dövlət başçımız çıxışında onu da bəyan etdi ki, yeni dövr başlayır. |
Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. |
Bu dövrün böyük nailiyyətləri olacaq. |
Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi”. |
J.Əhmədova qeyd edib ki, cənab Prezident çıxışında onu da bəyan etdi ki, bizim ailəmiz Türk dünyasıdır və Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik:""“Bu, bizim üçün prioritetdir. |
İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. |
Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, ailəmizdir. |
Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinə də toxundu və bəyan etdi ki, bu gün, bu münasibətlərin əhəmiyyəti süni şəkildə şişirdilir. |
Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, vasitəçi olmaq istəyirlər. |
Bizə bu məsələdə vasitəçi lazım deyil. |
İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. |
İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”. |
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib. |
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir. |
Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə səfəri fonunda dördhissəli “tamaşa” Fransanın Azərbaycana qarşı hibrid əməliyyatlarda dəstək qazanmaq motivlərinə vurğu edir. |
Birincisi, Fransa prezidenti yenidən Azərbaycana qarşı bəyanatların həmmüəllifi olmaqda həvəsli davranışını nümayiş etdirdi. |
İkincisi, Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində ənənəvi və klassik erməni diplomatiyası ritorikasını təkrarladı, Azərbaycanın müharibəyə hazırlaşdığını bildirdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.