Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulmasına görə cərimələr sərtləşdirilir. |
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. |
Layihəyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tə... |
Qüvvədə olan Məcəlləyə əsasən, gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində müəyyən edilmiş xüsusi rejimin pozulmasına görə -"fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirləri... |
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. |
Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. |
Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. |
Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib. |
Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb. |
Faktla bağlı araşdırmalar davam etdirilir. |
Bundan başqa, ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşnikov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib. |
Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşasının 2024-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulur. |
Məlumata görə, Cəbrayıl şəhərində tikilən Cəbrayıl Yaşayış Kompleksinin ümumi sahəsi 7,87 hektar təşkil edir. |
Yaşayış kompleksi 33 yaşayış binasından ibarətdir. |
Bu binalarda ümumilikdə 712 mənzil olacaq. |
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin səkkizinin birotaqlı, 136-sının ikiotaqlı, səkkizinin ikiotaqlı studiya tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. |
Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studiya tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək. |
Altı kvartaldan ibarət kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. |
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək. |
2022-ci il avqust ayının 23-də Bizim.Media saytında dərc olunan “Gəncənin məşhur MUSİQİLİ FƏVVARƏSİ niyə susdurulub? |
- Şəhərdə 26 su çiləyənin heç biri işləmir - Səbəb” başlıqlı yazıda Azərbaycanın ikinci böyük şəhərində Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 26 fəvvarədən heç birinin işləmədiyi və bununla bağlı əhalinin haqlı narazılığı barədə məlumat verilib. |
Həmin dövrdə problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən sözügedən mətbu orqana bildirmişdilər ki, bu fəvvarələrin hamısında monitorinq aparılıb və məlum olub ki, son 10-15 ildə Gəncə şəhərində qurulan fəvvarələrə vaxtında texniki qulluğun aparılmaması, bəzisində isə kanalizasiya xəttinə çıxışın olmaması illər keç... |
İki il öncə bütün fəvvarələrin təmir olunacağını və 2023-cü ilin yayında təhvil veriləcəyini bildirən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırda hələ də işlərin davam etdiyini söyləyir. |
Birliyin rəis müavini İlqar Əsədovun verdiyi məlumata görə, fəvvarələrdə təmir işlərinin aparılması üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən tender elan olunub. |
Tenderin qalibi tərəfindən, hal-hazırda təmir işlərinin aparılması davam etdirilir:""“Gəncənin Heydər Əliyev Meydanındakı 2 ədəd fəvvarədə, eyni zamanda, şəhərimizin ən gözəl yerlərindən olan “Xan bağı”nda olan 2 ədəd fəvvarənin əsaslı təmiri aparılacaq. |
Eyni zamanda, Cavadxan küçəsində yerləşən digər 2 fəvvarənin isə təmir işləri hazırda davam etdirilir”, - deyə İ.Əsədov bildirib. |
Rəis müavini əlavə edib ki, “Xan bağı” və Cavad xan küçəsində olan fəvvarələrin bu ilin aprel-may, şəhərin baş meydanında olan iki böyük fəvvarənin isə iyul-avqust aylarına təhvil verilməsi planlaşdırılır. |
Sonrakı mərhələdə şəhərin parklarında və meydanlarında yerləşən, təmirə ehtiyacı olan digər fəvvarələrin də yenidən qurulması nəzərdə tutulub. |
İspaniya Mülki Qvardiyası ölkə ərazisində 357 daşınmaz əmlak, yeddi yaxta və 10 təyyarə aşkarlayıb ki, bunların Avropa sanksiyalarına məruz qalan rusiyalı sahibkarlarla əlaqəli olduğu iddia edilir. |
Bu barədə EFE agentliyi məlumat verib. |
Məlumata görə, krallığın hüquq-mühafizə orqanları ümumilikdə 450-dən çox aktivi müəyyən edə bilib. |
Söhbət yüz milyonlarla avro dəyərində olan daşınmaz əmlak və digər aktivlərdən gedir. |
Neçə obyektin dondurulması barədə qərar olduğuna dair dəqiq məlumat olmasa da, bu nisbətin çox yüksək olduğu qeyd edilir. |
Bununla belə, agentlik hesab edir ki, Ukraynada münaqişənin davam etdiyini nəzərə alsaq, görünür, Avropa sanksiyaları istənilən effekti verməyib. |
Qazaxıstanın Almatı şəhərində seysmik təlim zamanı zəlzələ baş verib. |
Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. |
“Zəlzələnin episentri Çində - Almatı şəhərindən 259 km cənub-şərqdə yerləşir. |
Almatı şəhərində 2 bal gücündə hiss olunan isə afterşokdur. |
Çində qeydə alınan zəlzələnin gücü 5,2 bal olub”, - deyə qurumun açıqlamasında bildirilir. |
Qeyd edək ki, təlimə əsasən, sirenalar səslənəndən sonra qazaxıstanlılar güclü zəlzələ zamanı prioritet hərəkətləri yerinə yetirməli və yaxınlıqdakı qəbul məntəqələrinə təxliyə edilməli idilər. |
Tədbir barədə bir gün əvvəldən elan olunmuşdu. |
Qazaxıstanda seysmik təlim barədə yanvarın 23-də Almatıda qeydə alınmış 5 bal gücündə güclü zəlzələdən sonra qərar verilib. |
Prezidenti Kasım-Jomart Tokayev təbii fəlakətdən sonra hökumət qurumlarını şəhərdə çaxnaşma ilə nəticələnən fövqəladə vəziyyətə hazır olmadıqlarına görə tənqid edib və Baş Prokurorluğa erkən xəbərdarlıq sisteminin işləməmə səbəbini araşdırmağı tapşırıb. |
Xəzər rayonun Türkan qəsəbəsi tullantılardan təmizlənib. |
Bu barədə Oxu.Az-a Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib. |
Bildirilib ki, sözügedən ərazi tullantılardan təmizlənib. |
14:56"Xəzər rayonun Türkan qəsəbəsinin sakinləri ərazidə antisanitar vəziyyətin hökm sürdüyünü bildirirlər. |
Qəsəbə sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar. |
Sakinlər zibil yeşiklərinin vaxtlı-vaxtından təmizlənmədiyini qeyd ediblər:""“Qəsəbədə antisanitar vəziyyət hökm sürür. |
Qəsəbədə küçəyə qoyulan zibil qutularını zamanında təmizləmirlər. |
Külək vurur, zibil ətrafa yayılır. |
Yayda zibil qalıqlarının əlindən tərpənmək mümkün olmur. |
Zibil qutuları qoyulubsa, təmizlənməlidir. |
Məsələyə aydınlıq gətirilməsi üçün Xəzər Rayonu İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. |
Həmin görüntüləri təqdim edirik:"" """""Nəzrin Vahid |
“İtaliya Ticarət Agentliyi (İTA) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır”. |
“İşimizin nədən ibarət olacağını başa düşmək üçün COP29-un keçirilməsinə məsul olan şəxslərlə görüşlər keçirəcəyik. |
Çünki bu konfransda bir çox işgüzar məsələlər müzakirə olunacaq. |
Şirkətləri qəbul etmək, imkanlarımızın təşviqi və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin keçirilməsi üçün bu dövrdə maliyyə vəsaiti ayrılacağı gözlənilir. |
Əlbəttə, bu qəbildən işlərin sayı çoxdur”, - o bildirib. |
İTA direktoru əlavə edib ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu yaxınlarda Siciliyada olub, COP29-a dəvət etmək üçün iş adamları ilə görüşüb. |
Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. |
Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik. |
Baş nazir Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib. |
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. |
Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. |
İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib. |
Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub. |
Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunub, xüsusilə Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq gücə çevrilməsi yolunda atılan birgə addımların əhəmiyyəti vurğulanıb. |
Tərəflər dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd edib, Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndiriblər. |
Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında quruma sədrliyin Türkiyədən Azərbaycana keçməsinin əhəmiyyətinə toxunan Ə.Əsədov Türkiyənin sədrliyi dövründə Assambleyanın beynəlxalq nüfuzunun daha da artdığını, qlobal sülh və inkişaf naminə parlamentlərarası əməkdaşlığın genişləndiyini bildi... |
Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. |
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb. |
Evin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması barədə fevralın 21-də Xocalı Rayon Prokurorluğuna məlumat daxil olub məluma... |
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. |
Bildirilib ki, Baş Prokurorluğunun peşəkar əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi, Azərbaycan Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Beynəlxalq Qızı... |
Hazırkı vaxtadək keçirilən prosessual hərəkətlər nəticəsində ərazidə aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il ə... |
Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir. |
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. |
Axtarış işləri tam yekunlaşdıqdan və müvafiq ekspertiza nəticələri müəyyən olunduqdan sonra ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. |
13:51"Xocalı rayonu ərazisində kütləvi məzarlıq aşkar edilib. |
APA xəbər verir ki, məzarlıq təmir-tikinti işləri zamanı aşkarlanıb. |
Tapılan skelet qalıqlarının əsasən əlləri və ayaqları bağlı uşaq və qadınlara aid olduğu bildirilir. |
Milli Məclisdə təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edilib. |
Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib. |
“Təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur. |
Onun təxminən 1000-i yalan olur. |
Bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. |
Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. |
İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. |
Təklif edirəm ki, cərimənin məbləği artırılsın”, - deyə o bildirib. |
Məşhur Hollivud aktrisası Meril Strip Kaliforniyada aktyor Martin Şortla şam yeməyində görüntülənib. |
Cütlük dostları ilə vaxt keçirib, lakin paparassilər peyda olduqları zaman kameralardan qaçmayıblar və birlikdə jurnalistlər qarşısına çıxıblar. |
Yayılan söz-söhbətlərə görə, Meril Strip və Martin Şort arasındakı münasibət detektiv filminin üçüncü mövsümünün çəkilişlərində başlayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.