Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm”.
Qeyd edək ki, sənətkarın atası türkiyəli, anası isə azərbaycanlı olub.
Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.
Torpaqlarımız işğaldan azad edildikdən sonra doğma Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri sürətlə davam etdirilir.
Prezident İlham Əliyevin strategiyası bir neçə vacib komponenti özündə birləşdirir.
Birinci növbədə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsizlik və güc strukturlarının xidməti fəaliyyətləri təmin edilir, ikinci mərhələdə regionda misli görünməmiş quruculuq, bərpa işləri vüsət alır, infrastruktur yaradılır.
Üçüncü mərhələ isə Qarabağa və Şərqi Zəngəzura əhalinin qayıdışı prosesidir.
Ata-baba ocaqlarına qayıdışla bağlı vətəndaşları düşündürən bir neçə məqam var.
İşğal illərində məcburi köçkünlər siyahıya alınıb, ailə tərkiblərinə müvafiq formada yaşayış yerləri ilə təmin edilmişdilər.
Aydın məsələdir ki, 30 il ərzində ailələrin ailə tərkibləri də dəyişib.
Azad olunmuş ərazilərə qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin mənzillə təmin olunması zamanı ailə tərkibi diqqətə alınacaqmı?
Oxu.Az-ın bununla bağlı sorğusunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru İbrahim Mirzəyev cavablandırıb.
O bildirib ki, respublika ərazisində müvəqqəti mənzillə təmin edilmiş və sonradan işğaldan azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən ailə tərkibinə uyğun olaraq mənzillə təmin olunurlar.
Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.
Belə ki, Siyəzən Peşə Məktəbində mühafizəçi işləyən 1965-ci il təvəllüdlü Alim Mütəllim oğlu Qafarovun meyiti iş yerində aşkarlanıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
ABŞ ixrac məhdudiyyətli tədbirlərini genişləndirərək Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib.
Bu barədə ABŞ-nin Ticarət Nazirliyindən bildirilib.
Məlumata görə, nazirlik Rusiyanın 63, Türkiyənin 16, Çinin səkkiz, Qırğız Respublikasının isə iki şirkətinə sanksiya tətbiq edib.
Qeyd olunub ki, siyahıya xarici ticarət, elektronika, sənaye avadanlıqlarının tədarükü, turizm sahələrində fəaliyyət göstərən şirkətlər daxil edilib.
Habelə, Rusiyada müxtəlif vəzifələr tutan onlarla şəxsə qarşı da sanksiyalar tətbiq olunub.
Bütövlükdə, Dövlət Departamenti xəttilə tətbiq edilən yeni sanksiyalar da nəzərə alınarsa, ABŞ-nin budəfəki anti-Rusiya məhdudiyyətlərinin hədəfləri 500-dən çoxdur.
Mənbə:TASS"13:28"ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters” agentliyinə müsahibəsində məlumat verib.
“ABŞ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək”, - deyə Uolli Adeyemo bildirib.
Adeyemo qeyd edib ki, digər ölkələrlə tərəfdaşlıq əsasında həyata keçirilən bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksini və Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.
“Çünki Vaşinqton Moskvanı müharibəyə və müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etməyə çalışır”, - deyə vurğulayıb.
“Biz burada, təkcə ABŞ-də yüzlərlə sanksiya barədə elan edəcəyik, lakin unutmaq lazım deyil ki, bu tədbirlər təkcə ABŞ tərəfindən tətbiq edilmir”, - deyə Adeyemo əlavə edib.
Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin sabiq nazir Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatı səsverməyə çıxarılaraq qəbul edilib.
Fikrət Məmmədov 1977-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib.
Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb.
O, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib.
Sonralar Fikrət Məmmədov respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub.
2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Daha sonra formalaşmış hökumətlərdə F.Məmmədov dörd dəfə bu vəzifəyə yenidən təyin olunub.
2005-ci ildən 2023-cü ilə qədər Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsində çalışıb.
2024-cü ilin yanvar ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 58 təlim keçirilib.
Bu təlimlərdə 593 nəfər iştirak edib.
Ötən ay biznesin müxtəlif istiqamətləri üzrə sahibkarlara və biznesə başlamaq istəyənlərə 154 məsləhət xidməti göstərilib.
Agentliyin KOB inkişafı mərkəzlərinin dəstəyi ilə sahibkarlar, startaplar və yeni biznesə başlamaq istəyənlər üçün kənd təsərrüfatı, qida, turizm və digər sahələr üzrə 109 biznes plan hazırlanıb.
2023-cü ildə isə KOBİA tərəfindən 952 biznes təlim təşkil olunub.
Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib.
Bu dövrdə satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1918 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.
Ümumilikdə, 2023-cü il ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 13818 KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
Ötən il KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 697 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.
Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
2023-cü ildə 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Braziliyanın Nova-İquasu şəhəri günlərlə davam edən yağışlardan sonra daşqınların əsarətində qalıb.
Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri ilə əlaqədar görüntülər yayılıb.
Videoların birində qəfil güclü selin maşını özü ilə sürükləməsi, sərnişinlərin son anda xilas olması əks olunub.
Kadrlarda, həmçinin seldən sonra infrastruktura dəyən ciddi ziyan əks olunub.
Həmin görüntüləri təqdim edirik:""Mənbə:“Svejesti” “Telegram” kanalı
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb:""“Yarışlara xoş gəlmisiniz.
Bakı 7-ci dəfədir ki, bu turnirə ev sahibliyi edir.
Təmsilçilərimiz bu növlərdə uğurlar qazanıblar.
Əldə olunan nailiyyətlərə və idmana göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm.
Bütün idmançılara uğurlar arzulayıram və Dünya Kubokunu açıq elan edirəm”.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Yarışda batut üzrə 32, tamblinqdə 6 ölkə təmsilçisi çıxış edəcək.
Ümumilikdə isə 300 idmançı bacarığını göstərməyə çalışacaq.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Dünya Kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxı...
Turnirdə həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy kuboku” ilə təltif ediləcəklər.
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.
Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil etdiyi 7-ci Dünya Kuboku olacaq.
Tamblinq üzrə yarışda Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov çıxış edəcəklər.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırda dünyanın astanasında olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
“Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam.
Biz bu müharibəyə çox yaxınıq və o, indiyədək olan heç bir savaşa bənzəməyəcək”, - deyə Tramp bildirib.
Tramp, həmçinin qeyd edib ki, o, sülhü Ağ Evə, Oval kabinetə gələndən əvvəl bərpa edə, o cümlədən Rusiya və Ukrayna arasındakı münaqişəni həll edə bilər.
Qeyd edək ki, Tramp daha əvvəl yenidən seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətində olduğunu demişdi.
“COP29-un Təşkilat Komitəsinin tərkibinin gender bərabərliyi əsasında formalaşdırılması vacib və təqdirəlayiq qərardır”.
O vurğulayıb ki, Azərbaycanın bu cür önəmli və böyük tədbirə ev sahibliyi etməsinin özü tarixi əhəmiyyətli məsələdir:""“Ölkəmiz böyük bir tədbirə ev sahibliyi etməyə hazırlaşır və proses bütün dünya ölkələri tərəfindən xüsusi diqqətlə izlənilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda yüksək səviyyədə keçiriləcək.
COP29 tədbirinin artıq Təşkilat Komitəsi formalaşdırılıb.
Komitənin tərkibində qadınların və kişilərin bərabər səviyyədə yer alması, gender nisbətinin saxlanması da təqdirəlayiq addım kimi qiymətləndirilir”.
C.Məmmədov vurğulayıb ki, dünya siyasətində gender problemi geniş şəkildə müzakirə edilir, diqqət çəkir:""“Qadınların xüsusilə sosial-siyasi məsələlərdə önə çıxarılması, onların fikirlərinin nəzərə alınması alqışlanır.
Azərbaycan da bu tədbiri beynəlxalq standartlara uyğun keçmək istədiyindən, gender bərabərliyinin qorunmasına da xüsusi diqqət edir.
COP29-un Təşkilat Komitəsində böyük bir heyət, işçi qrup fəaliyyət göstərir.
Dövlətimizin bu məsələyə ciddi önəm verməsi və həssaslıqla, diqqətlə yanaşması COP29-un uğurla başa çatdırılacağına əminlik yaradır.
Azərbaycan tədbiri ən yüksək səviyyədə keçirəcək və bütün məqsədlərə nail olacaq”.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Bakıda bu il keçiriləcək.
Azərbaycanda respondentlərin 60 faizi rəsmi Bakının türk dünyası ölkələri ilə əməkdaşlığını dəstəkləyir.
Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Rəy sorğusunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 60%-i türk dünyası ölkələri ilə, 13,7%-i İslam ölkələri ilə, 9,9%-i məhz qonşu ölkələrlə əməkdaşlığa daha çox üstünlük verdiyini bildirib.
Sorğuda iştirak edənlərin 6,6%-i keçmiş sovet ölkələri, 3,3%-i Qərb ölkələri ilə əməkdaşlığını üstün hesab etdiyini ifadə edib.
Respondentlərin 2,8%-i digər cavab variantlarını səsləndirib, 3,7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğular 2024-cü ilin 15-19 fevral tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub.
Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub.
Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb.
Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.
Fevralın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-şərq küləyi əsəcək.