Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Hələ onu demirəm ki, bu dövlət terrorun meqabazasına çevriləcək. |
- Eyni zamanda, böhran dərinləşir və təkcə hərbi yox, həm də Livanda siyasi təsirə malik olan “Hizbullah” kimi təşkilatların timsalında İran proksilərinin müharibəyə daxil olmaq ehtimalı artır. |
İsraildə bundan ehtiyat etmirlər? |
- Təbii ki, İsraildə belə bir ehtimalı qabaqcadan görürlər, öz şimal sərhədlərində müharibə istəmirlər və ona görə də biz ölkəmizin şimal hissəsinin atəşə tutulmasına belə təmkinlə cavab veririk. |
Nə qədər ki münaqişənin diplomatik yolla həllinə ümid var, İsrail buna çalışacaq. |
Amma siz haqlısınız:getdikcə ümid daha da azalır. |
Keçən həftə Safed şəhəri atəşə tutulub, bu isə İsrailin dərinliyidir. |
Ona görə də Livanla müharibə, özü də ciddi müharibə hər an başlaya bilər. |
Sözsüz ki, bu, çox ağır olacaq. |
Amma bizim hərbçilərimiz deyirlər ki, belə bir müharibənin nəticəsi əvvəlcədən məlumdur:biz, sadəcə olaraq, bütün Livanı Daş dövrünə göndərəcəyik və beləliklə, onilliklər ərzində, bəlkə də, daha uzun müddətdə şimal sərhədimizdə sabitliyi təmin edəcəyik. |
- Bəs İranın da iştirakı ilə total müharibə ehtimalı nə dərəcədə mümkündür? |
- Mahiyyət etibarı ilə regionumuzda baş verən hər şeyin arxasında İran və bəzi versiyalara görə, Rusiya dayanır. |
Aydındır ki, İsraillə İran arasında birbaşa toqquşma yeni dünya müharibəsinin başlanğıcıdır və biz bundan qaçmaq istərdik. |
Bu toqquşmanın qaçılmaz olduğuna inanan analitiklər var. |
Onlar, sadəcə olaraq, bildirirlər ki, bu qarşıdurma son 10 il ərzində təxirə salınır. |
Lap yaxşı, çünki biz hamımız inanırıq ki, İran xalqı ümumiyyətlə yəhudilərə və İsrailə qarşı çox mehribandır və orada islamçı rejim dağılandan sonra İran, 1960-70-ci illərdə olduğu kimi, bizə ən yaxın olan dövlətlərdən birinə çevriləcək. |
Təkcə onu xatırlamaq yetər ki, İngiltərədə İsrailə dəstək üçün ən güclü nümayişlərdən birini İran şahının ailəsinin iştirakı ilə İrandan olan mühacirlər keçirdilər. |
Eyni zamanda, İsrail fundamentalist İranın atom bombasına malik olmasına imkan verə bilməz. |
Əgər bu dünya müharibəsi olacaqsa, hamı bu və ya digər şəkildə bu müharibəyə cəlb olunacaq. |
Mən Azərbaycana və onun xalqına yalnız başı üzərində aydın səma arzu edirəm. |
“Fransada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə anti-Azərbaycan bəyanatlar verib”. |
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. |
Bildirilib ki, Paşinyan Qərbi Azərbaycan ifadəsinin Ermənistanın ərazi bütövlüyünə qarşı olduğunu iddia edərək, Azərbaycanı Ermənistana hücum etməyə hazırlaşmaqda ittiham etməyə çalışıb. |
“Öncə vurğulayaq ki, Qərbi Azərbaycan ifadəsi tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və icmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünüidentifikasiya hüququna əsaslanır. |
Dövlətlərin ərazi bütövlüyünə hörmət etdiyini dəfələrlə bəyan edən Qərbi Azərbaycan İcmasının fəaliyyətinə irad tutmağa çalışan Paşinyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən separatçı ünsürlərin Ermənistan ərazisində fəaliyyətinə şərait yaratmasına, öz ölkəsinin qanunvericiliyində Azərbaycan ərazilərinin ilhaqı bar... |
Açıq-aşkar görünür ki, Ermənistanın baş naziri Fransanın fitvasına uyaraq, regionda gərginlik yaratmaq yolunu tutub. |
Fransanın Ermənistana böyük miqdarda silah satması, o cümlədən Fransanın müdafiə naziri və bu ölkənin hərbi-sənaye şirkətlərinin rəhbərlərinin Ermənistana hazırkı səfəri bunları söyləməyə əsas verir ki, Ermənistan məhz Fransanın təhriki ilə hərbi avantüraya getmək niyyətindədir. |
Biz N.Paşinyandan öz ölkəsini Fransanın oyunlarına alət etməməyi, kütləvi silahlanma siyasətinə son verməyi, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycan ilə sülhə getməyi tələb edirik”, - deyə bəyanatda qeyd olunur. |
“Gəmiricilər Qərbin Ukraynaya verdiyi müasir döyüş maşınlarını sıradan çıxarıblar”. |
Bu barədə Fransanın hərbi mənbələrindən birindən bildirilib. |
Məlumata görə, elektrik naqilləri üçün bəzi qoruyucu örtüklər qarğıdalı lifindən hazırlanır, bu isə gəmiricilərin bəzi maşınlarda kabelləri çeynəməsinə səbəb olur. |
“Bu, əlahiddə hadisədir, lakin Qərbin hərbi texnikasının real vəziyyətindən xəbər verir. |
Ekoloji məsuliyyət müharibəyə yaxşı tab gətirmir. |
Qərb avtomobilləri texnologiya nümayişi kimi nəzərdə tutulurdu. |
Amma palçıqda və soyuqda bu heç də həmişə nəticə vermir”, - deyə mənbədən vurğulanıb. |
Eyni zamanda, Fransa hərbçiləri Ukrayna ordusunda hələ də sovet hərbi texnikasının olduğunu qeyd ediblər. |
Dekabrda Ukraynanın cəbhə xəttindəki mövqelərinin siçanlar, siçovullar və ilanların hücumuna uğradığı barədə xəbərlər yayılmışdı. |
Fevralın 22-də Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bir sıra tədbirlər keçirilib. |
“Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb, Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub, həmçinin “Üç dilin şairi - Məhəmməd Füzuli” adlı musiqili-poetik tədbir keçirilib. |
Oxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Qətər dövlət naziri və Milli Kitabxananın prezidenti Həməd bin Əbdüləziz Əl Kuvari ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. |
O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi dəyərləndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb. |
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli də öz növbəsində Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində göstərdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Taniyə minnətdarlığını bildirib. |
“Ölkələrimizin başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri Azərbaycan ilə Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. |
Siyasi və iqtisadi sahədə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığı inkişaf etdirməliyik. |
Ölkələrimizin zəngin mədəniyyətinin qarşılıqlı şəkildə populyarlaşmasına töhfə verəcək layihələr həyata keçirilməlidir”, - deyə nazir qeyd edib. |
Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd olunur. |
“Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. |
Onun zəngin yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır. |
Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbirin ilk dəfə ölkəmizdən kənarda, Qətər Milli Kitabxanasında keçirilməsi böyük və rəmzi əhəmiyyət daşıyır”, - deyə Adil Kərimli vurğulayıb. |
Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov da çıxış edib və iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. |
O, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” adlı kitabından danışıb. |
“XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dahi şəxsiyyətlərdən biridir. |
“Böyük Azərbaycan şairi Nizami” kitabı bir neçə dilə tərcümə olunub. |
1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcüməsi bütün ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkiri ilə daha yaxından tanış olmasına töhfə verəcək”, - deyə o qeyd edib. |
Tədbirdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. |
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışıb, onun türk-İslam dünyasında ədəbi fikrə təsirindən bəhs edib. |
Məclisi-üns üslubunda keçirilən tədbir ictimaiyyətdə xüsusi marağa səbəb olub. |
Tanınmış musiqiçilər - xanəndə Babək Niftəliyev və Aytən Məhərrəmova, tarzən İbrahim Babayev, ud ifaçısı İdris Hüseynov və kamança ifaçısı Elnur Mikayılov “Leyli” və “Məcnun” operasından parçalar ifa ediblər. |
İlqar Fəhminin qiraətində Füzulinin qəzəlləri ərəb dilində səsləndirilib. |
Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar. |
“Toyota” ailəsinin öz fərqliliyi ilə diqqət çəkən modeli “Toyota C-HR” tam yenilənmiş dizaynı ilə Gürcüstanın Kaçreti bölgəsində keçirilən təqdimat mərasimində avtomobilsevənlərə təqdim olunub! |
Təqdimatda modelin yenilənmiş dizaynı, texnoloji yenilikləri, performansı və digər bütün üstünlükləri barədə ətraflı məlumat verilib. |
Yanvar ayının 25-də Gürcüstanda keçirilən təqdimatda Azərbaycandan da bir sıra məşhur avto və “lifestyle” bloqerlər iştirak ediblər. |
Tədbirdə iştirakçılara modelin tamamilə yenilənmiş interyer və eksteryer dizaynı haqqında ətraflı məlumat verilib. |
Məlumatlandırma mərasimindən sonra qonaqlar modelin test sürüşündə də iştirak ediblər. |
“Toyota C-HR” artıq daha müasir və daha innovativ görünüşdə! |
İlk versiyası 2016-cı ildə təqdim olunan “Toyota C-HR” yeni nəsil avtomobillər arasında öz dizaynı ilə seçilib və daim diqqət mərkəzində olub. |
Yeniliyin və müasirliyin təcəssümü olan “Toyota C-HR 2023”cü il ikinci nəsil buraxılışı ilə də bir sıra yenilikləri özündə cəmləməyi bacarıb. |
Modelin ilk baxışdan ən diqqət çəkən xüsusiyyətləri müasir dizayn elementləri ilə əhatə olunmasıdır. |
“Toyota C-HR” əvvəlki dizayn dilinə sadiq qalsa da, artıq daha parlaq və göstərişlidir. |
Avtomobilin ön hissəsinə baxdıqda bizi “3D arxitekturalı oxa bənzəyən” LED ön faralar, onları müşayiət edən aqressiv və idman görünüşlü radiator barmaqlıqları qarşılayır. |
64 ədəd fərqli rənglərdə kabinə işıqlandırması, “Toyota”nın ən son qlobal arxitekturasına xas olan “GA-C” platforması, yeni kuzaya quraşdırılmış qapı tutacaqları da modelin diqqətçəkən dizayn elementlərindəndir. |
Yeni nəsil “Toyota C-HR” avtomobillərinin interyeri də olduqca gözoxşayandır. |
Avtomobil 12,3 düymlük tam rəqəmsal cihazlar panelinə malikdir. |
İstehlakçılar bu ekranı istədikləri kimi fərdiləşdirə bilərlər. |
Mərkəzi konsol da 8 və ya 12,3 düymlük multimedia ekranı ilə təchiz olunub. |
Bu multimedia ekranı simsiz “Apple CarPlay” və ya “Android Auto” dəstəyi təklif edir. |
“Toyota C-HR” performansı ilə diqqət çəkir! |
Yeni nəsil “Toyota C-HR” hibrid mühərrikə sahibdir. |
Kapotun altında bizi 1,8 litrlik və ya 2,0 litrlik hibrid mühərrik qarşılayır. |
1,8 litrlik mühərrik yalnız ön ötürücülü versiya ilə təklif olunsa da, 2,0 litrlik modeldə tam ötürücülü (4WD) versiya mövcuddur. |
“Toyota C-HR” 140 at gücü (1,8 litr) və 197 at gücü (2,0 litr) ilə effektiv sürüş performansı vəd edir. |
Qeyd edək ki, yeni nəsil “Toyota C-HR” modeli “Toyota” modelləri arasında ekoloji liderdir. |
Əvvəlki model “Toyota C-HR”la müqayisədə iki dəfə daha çox təkrar emal olunmuş plastik materiallardan istifadə olunub. |
Həmçinin avtomobildə heyvan mənşəli materiallardan istifadə olunmayıb. |
Avtomobil “Toyota”nın qabaqcıl “T-Mate” təhlükəsizlik sistemi ilə də təchiz olunub. |
Bu möhtəşəm avtomobilə sahib olmaq istəyirsinizsə, sizə xoş xəbərimiz var! |
“Toyota C-HR” modelini artıq Azərbaycandakı rəsmi dillerlərdən satın ala bilərsiniz! |
“Hakimlərin maaşı yüksək olmalıdır. |
Maddi təminatı yaxşı olmalıdır ki, başqa yola meyil etməsin. |
Bilirsiniz, hakim elə bir mövqedədir ki, ondan hər gün hər cür xahişlər olur. |
Maddi təminatı yüksək olsa, bu cür xahişlərin qarşısında da daha dözümlü olar”. |
Bunu e-huquq.az-a müsahibəsində Ali Məhkəmənin sabiq hakimi Əsəd Mirzəliyev deyib. |
Onun sözlərinə görə, cəmiyyətdə elə bir fikir var ki, hakimin hansısa qərarı qəbul etməkdə marağı olur:""“Ancaq elə deyil. |
Bu gün hakimlərimiz çox ədalətli, obyektivdirlər. |
Əgər 1-2 nəfər başqa cür davranan hakim varsa, onlarla bağlı da lazımi tədbir görülür. |
Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından sonra bu sahədə ardıcıl islahatlar həyata keçirilir. |
Çox mühüm əhəmiyyət kəsb edən bir sıra addımlar atılıb. |
Bu da işlərə daha səmərəli baxılmasına xidmət edir. |
Çünki iş yükü işlərə keyfiyyətli baxılmasına təsir edən amillərdəndir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.