Search is not available for this dataset
text
stringlengths
10
518k
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov qanunun bu sahədə olan bir çox çətinliyi aradan qaldıracağını deyib:""“Bu məlumatların mərkəzi bazada olması təqdirəlayiq bir addımdır.
Çünki belə bir bazanın olmaması gələcək iş prinsiplərində bəzi çətinliklər yaradırdı.
Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi.Çünki hər hansı bir qayda pozuntusu etmiş şəxs bilir ki, cərimələnəcək və sadəcə cəriməsini ödəyəcək.
Ona görə də mərkəzi baza sisteminin Daxili İşlər Nazirliyinin nəzdində yaradılması bir növ prosesləri kökündən həll etmək deməkdir.
Sürücülük vəsiqəsini və avtomobillərin dövlət qeydiyyatına alınmasını Daxili İşlər Nazirliyi yerini yetirir.
Bu səbəbdən sistemə birbaşa nəzarət də Daxili İşlər Nazirliyində olmalıdır”.
Ekspert buraxılış vərəqələri ilə bağlı kriteriyaların müəyyən olunması üçün zamana ehtiyac olduğunu qeyd edib.
“Buraxılış vərəqəsinin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması üçün hələ ki tezdir.
Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər.
Lakin bunun tətbiqi üçün müəyyən vaxt lazımdır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə skripkada ifa edən tələbə ilə söhbətləşib.
Həmin anının görüntülərini Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun paylaşıb.
Ərdoğan Dənizli səfəri zamanı avtobusda skripkada ifa edən konservatoriya tələbəsi ilə söhbət edib, tələbədən təhsili və ailə vəziyyəti ilə maraqlanıb.
Tələbənin ifa etdiyi “Çanaqqala” mahnısını oxuyan Ərdoğan skripka ilə yanaşı, udda da ifa etməyi öyrənməyi tövsiyə edib.
Bakının Əlimərdan bəy Topçubaşov küçəsində piyadaların yolu zəbt edilib.
Oxu.Az xəbər verir ki, səkinin kiçildilməsi bir kənara, mövcud hissəyə işıq dirəkləri quraşdırmaqla insanların rahat gediş-gəlişinə süni maneə yaradılıb.
Yaxınlıqda yaşayan sakinlər, eləcə də sözügedən istiqamətdən keçən şəxslər yola davam etmək üçün məcburi şəkildə avtomobil yoluna düşürlər.
Həmin görüntüləri təqdim edirik:
Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa” Tətil Klubu fevralın 17-si Bakıda “Four Season” hotelində Azərbaycandakı layihəsi ilə bağlı tədbir keçirib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və “Hattuşa Azərbaycan” layihəsinin ortağı Ənvər Qədimbəyli iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə çıxış edən şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan “Hattuşa” şəbəkəsi barədə məlumat verib.
Doğan Jeotermal Şirkətlər Qrupu 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə sərmayə qoymağa qərar vermiş və klubun termal sağlamlıq turizmi brendi olan HATTUŞA VACATION THERMAL CLUB layihəsi bu şəkildə yaranmışdır.
Türkiyədə bu sahədə ən yaxşı yerlərdə 6 layihəsi var.
Hattuşa Vacation Thermal Club təxminən 10.000-dən çox yataq tutumu, qonaq məmnuniyyətini əsas prinsip kimi qəbul edən xidmət keyfiyyəti və standartları ilə Türkiyənin termal sağlamlıq turizmi sektorunda lider və beynəlxalq markaya çevrilmişdir.
Azərbaycanda Termal Sağlamlıq Turizminin ölkə üçün üstünlükləri belədir:""- 12 aylıq turizm imkanı; - Daimi iş; - İnvestisiya və biznesin rentabelliyi; - Yüksək doluluq və tələbat.
HATTUŞA AZƏRBAYCAN HATTUŞA TƏTİL KLUBU investisiyası və Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana tətil məqsədi ilə gələn turistlərin sayının çox qısa müddətdə gözləniləndən çox yüksək rəqəmlərə çatdırılması və Azərbaycan iqtisadiyyatına töhfə verilməsini hədəfləyir.
TAYMŞER (HATTUŞA TƏTİL KLUBU) İLƏ TERMAL SAĞLAMLIQ TURİZMİ bir-birindən ayrılmaz hala gəlib.
Taymşer deyəndə artıq ağıla termal, termal deyəndə taymşer gəlir.
Üzvü olduğumuz RCI - Resort Condominiums International dünyanın ən böyük taymşer mübadilə şirkətidir.
Xallara əsaslanan mübadilə sisteminin qabaqcıllarındandır.
- Ən yüksək keyfiyyət;"- Bütün RCI obyektləri Keyfiyyət Standartlarına cavab verməlidir.
Üzvlərin rəylərinə əsasən, bu standartlardan aşağı olan obyektlər sistemdən çıxarılır;"- Limitsiz seçimlər;"- Üzvlər dünyanın ən böyük tətil şəbəkəsindən faydalanmaqla yanaşı, Wyndham Group, Hoseasons, Cottages.com və bir çox digər tətil brendləri ilə də mübadilə edə bilərlər.
- RCI dünyada Sağlamlıq və Təhlükəsizlik proqramını həyata keçirən yeganə taymşer mübadilə şirkətidir.
- 6 qitədə 100-dən çox ölkədə 4500 filialı var.
Hattuşa Azərbaycan layihəsi azərbaycanlı önəmli iş adamı Ənvər QƏDİMBƏYLİ ilə birgə həyata keçiriləcək.
Hattuşa Tətil Klubu investisiya, termal sağlamlıq turizmi və taymşer beynəlxalq mübadilə sistemi (RCI) konsepsiyası çərçivəsində Azərbaycan turizm sektoru başda olmaqla Azərbaycan iqtisadiyyatına fayda verəcək bir investisiya olacaq.
Yerli və milli bərpa olunan enerji mənbəyi olan geotermal enerji mənbəyindən istifadə edəcək bu investisiya Hattuşa Tətil Klubunun Türkiyədəki obyektlərində tətbiq olunan xidmət keyfiyyəti və standartları ilə həm hotel, həm də taymşer konsepsiyasının birlikdə tətbiq edildiyi, ilboyu yüksək doluluq dərəcəsi ilə inşaat, ...
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərid Əhmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində baş verib.
Axşam saat 23 radələrində rayon ərazisində 3 nəfərin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Yaralılardan 18 yaşlı Nemət Həsənov çox qan itirdiyindən o, xəstəxanada dünyasını dəyişib.
Rayon prokurorluğundan verilən məlumata görə, ilkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova, mübahisəni dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə şahidi olan Mirxuda Vəliyev mətbuata açıqlamasında deyib ki, mərhum Nemət Həsənov da daxil olmaqla onlar beş nəfər olublar.
Qarşı tərəfdən isə 4 nəfər gəlib.
Fərid Əhmədli Orxan Hüseynovu kənara çəkib onunla sakit söhbət edirmiş.
Lakin sonradan qəfil bıçaq çıxararaq Orxanı vurub.
Xatırladaq ki, qətlə yetirilən Nemət Həsənov universitetlərdən birində birinci kursda oxuyub.
Faktla bağlı Fərid Əhmədli barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən G.A.-nın barəsindəki hökmdən verilən zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, zərərçəkmiş A.Ə.
məhkəmə kollegiyasına ərizə təqdim edərək verdiyi apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətinə xitam verilməsini xahiş edib.
Məhkəmənin qərarına əsasən, apellyasiya şikayətinin baxılmasına xitam verilib.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.A.
arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Bu zaman qadın bıçaqla kişinin bədəninə xəsarət yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) Nəsimi rayonu, Rəsul Rza küçəsində körpəsini soyuqda donduraraq, dilənən qadın barədə açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:""“Polis əməkdaşları tərəfindən aşkarlanmış...
11:52"Bakıda qadın körpəsi ilə dilənir.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, qadın bütün günü alış-veriş mərkəzlərinin birinin qarşısında körpəsini soyuqda dondurur.
Ətrafda olan şəxslər qadının qucağındakı uşağın hər zaman yatdığını bildiriblər.
Uşağın xüsusi dərmanla yatırıldığını iddia ediblər.
Yaxın Şərqdə artıq beş aydır ki, İsraillə Fələstinin radikal HƏMAS hərəkatı arasında hərbi toqquşma davam edir.
Eyni zamanda, kənardan baxanda hələlik İsrailin qələbəsi görünmür.
Nə baş verir, müharibə hansı mərhələdədir, cərəyan edən hadisələr hansısa barışığa doğru aparırmı?
Bu və digər hadisələr barədə israilli analitik və yazıçı Peter Lükimson Oxu.Az-la fikrini bölüşüb:""- Lap əvvəldən İsrailin həm siyasi, həm də hərbi rəhbərliyi bilirdi ki, müharibə təxminən bir il çəkəcək və bu barədə açıq danışır, eyni zamanda da hazırlaşırdı.
Həmçinin, bizdə amerikalıların İraqda Mosulu ələ keçirmələri üçün nə qədər vaxt lazım olmasından çıxış edirdilər, axı Qəzza Mosuldan xeyli böyükdür.
Üstəlik, orada 750 kilometr uzunluğunda qida, su, yanacaq və həyat üçün lazım olan bütün zəruri ehtiyatlara malik yeraltı şəhər yox idi.Eyni zamanda, toqquşma başlayandan indiyədək İsrail ordusu Qəzza zolağının şimalından cənubuna doğru uğurla irəliləyir, oranı terrorçulardan təmizləyir.
Hazırda Qəzza zolağındakı beş şəhərdən dördüncüsü olan Xan Yunisdə əməliyyatlar yekunlaşır.
Bir azdan əməliyyat anklavın cənub hissəsində - Misirlə sərhəddəki Rəfahda başlayacaq.
HƏMAS-ın 35-45 min yaraqlısından təxminən 20 mini məhv edilib (təbii ki, düşmənlərimiz onları mülki şəxslər kimi təqdim edirlər).
Ona görə də sizin dediyiniz doğru deyil:İsrail Qəzzada birmənalı şəkildə qələbələr qazanır.
Amma məsələ ondan ibarətdir ki, biz müharibəni bütün beynəlxalq qanunlara uyğun olaraq aparırıq, baxmayaraq ki, bu, ərəb dünyası və onun əlinin altında olan mediası tərəfindən etiraf olunmur.
Dünyanın bütün hüquqşünasları, hərbçiləri bilirlər ki, bu mənada İsrailə qarşı hər hansı iddia irəli sürmək yersizdir.
Məsələn, İsrail Rəfaha girməzdən əvvəl özlərini mülki elan edənlərə humanitar dəhliz təklif edərək onların düşərgələrə köçmələrinə şərait yaradacaq.
Aydındır ki, belə düşərgələrin yaradılması və Qəzza sakinlərinin oraya köçürülməsi vaxt aparır, müharibəni ləngidir.
Sonda Yaxın Şərqdə heç yerə tələsməyən qalib olacaq.
- Əgər mən düzgün başa düşürəmsə, İsrail Fələstin dövlətini və “iki xalq, iki dövlət” prinsipini tanımaqdan imtina etdi.
Bəs bu problemi başqa necə həll etmək olar?
- İsrail iki xalq üçün iki dövlət yaratmaq prinsipindən əl çəkməyib, baxmayaraq ki, şəxsən mənim üçün bu prinsip qəribə səslənir.
Onlar Fələstin dövlətindən danışanda muxtariyyətin lideri Mahmud Abbas açıq şəkildə bəyan edir ki, onun ərazisində bir dənə də yəhudi olmamalıdır, eyni zamanda, İsrail öz ərazisindəki iki milyon ərəblə bir yerdə yaşamalıdır.
Yeri gəlmişkən, mən heç bir şəkildə loyal israilli ərəblərə qarşı deyiləm.
Onların çoxu loyaldır və biz onlarla kifayət qədər normal, yanaşı yaşayırıq (baxmayaraq ki, nədənsə bizim parlamentdə ərəb partiyalarının deputatları nədənsə, əsasən, ekstremistdirlər).
Belə çıxır ki, söhbət iki dövlətdən gedir, lakin onlardan birində yalnız ərəblər, digərində həm yəhudilər, həm ərəblər yaşayacaqlar.
Burada İsrail ərəblərinin Qarabağdakı ermənilərin yolu ilə getməyə qərar verməsi təhlükəsi var.
Amma təkrar edirəm, İsrail bu prinsipdən əl çəkməyib.
O elan etdi ki, birtərəfli şəkildə Fələstin dövlətinin qurulmasına və kənardan bizə sırınan həll yoluna qarşıdır.
Bu məsələ yalnız bizimlə fələstinlilər arasında birbaşa danışıqlar yolu ilə həll edilməlidir.
İkincisi, indi Fələstin dövlətinin yaradılmasını fələstinlilər oktyabrın 7-də törətdikləri qırğına görə mükafat kimi qəbul edəcəklər və bu, heç bir baxımdan qəbuledilən deyil.
Bu məsələdə bu gün İsrail siyasətində uzun müddətdir olmayan birlik var.
Həll yolu kimi Fələstin dövlətinin yaradılmasının qızğın tərəfdarları belə deyirlər ki, indi bu məsələni qaldırmağın vaxtı deyil.
Amma əgər belə bir qərar verilərsə, İsrailin belə bir dövləti tanımayacağı aydındır.
Nəticədə Təl-Əviv sərhədlərini bağlayacaq və fələstinlilərin nə işləyəcək yeri, nə elektriki, nə suyu olacaq.
Bütün dünya bir daha görəcək ki, onlar öz dövlətlərini yaratmağa hazır deyillər.