Search is not available for this dataset
text
stringlengths
10
518k
Yerli mediada yayılan məlumata görə, yanğın zamanı azı 14 nəfər yaralanıb, 19 nəfər isə itkin düşüb.
Yanğın 14 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb.
Alüminiumdan hazırlanmış üzlük və sintetik izolyasiya örtüyü alovun sürətlə yayılaraq təxminən yarım saat ərzində bütün binanı bürüməsinə səbəb olub.
Qeyd edək ki, bu yanğın Valensiya tarixində ən dəhşətli yanğın hesab olunub.
02:01"İspaniyanın Valensiya şəhərinin Kampanar məhəlləsində 14 mərtəbəli binada yanğın baş verib.
Yanğın sürətlə böyüyərək binanı əhatə edib.
Səlahiyyətlilər yanğında 7 nəfərin yaralandığını və çoxlu sayda insanın xilas edildiyini açıqlayıb.
Yaralılar üçün bina ilə üzbəüz səhra xəstəxanası yaradılıb.
Yanğın binaya bitişik digər tikiliyə keçdiyi üçün əhali ərazidən uzaq durmağa çağırılıb.
Hadisə şahidləri yanğının sürətlə genişləndiyini və buna binanın üzlük materialının səbəb ola biləcəyini bildiriblər.
Binada 130-dan çox mənzilin olduğu vurğulanıb.
ABŞ prezidenti Co Bayden Aleksey Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib.
Bu barədə o, San-Fransiskoda Yuliya və Darya Navalnı ilə görüşündən az sonra məlumat verib.
“Mən onun həyat yoldaşı və qızı ilə görüşmək və onun (Navalnıyın) inanılmaz cəsarətli insan olduğunu söyləmək şərəfinə nail oldum.
Sabah onun ölümünə görə məsuliyyət daşıyan Putinə qarşı sanksiyalar elan etməyi planlaşdırırıq”, - deyə Bayden bildirib.
O, əlavə edib ki, görüşdən sonra ona məlum ki, Navalnının dul arvadı mübarizəni davam etdirəcək.
“Biz təslim olmuruq”, - deyə ABŞ prezidenti nitqini yekunlaşdırıb.
Qeyd edək ki, Aleksey Navalnının koloniyada öldüyü məlum olduqdan sonra Bayden bəyanat yayaraq, siyasətçinin ölümünə görə Vladimir Putinin cavabdeh olduğunu bildirib.
Xatırladaq ki, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Putinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq vurduğu qolların sayına görə Avropa Liqası tarixinin bombardiri olub.
Qeyd olunur ki, bu nailiyyəti ilə Obameyanq “Atletiko Madrid”in sabiq futbolçusu Radamel Falkaonu (30) qabaqlayıb.
Belə ki, Obameyanq UEFA Avropa Liqasının pley-off mərhələsinin ikinci oyununda Donetskin “Şaxtyor” klubunun qapısına qol vurub.
Matçın 23-cü dəqiqəsində vurulan qol qabonlu hücumçunun bu turnirdə 31-ci qolu olub.
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.
1972-ci il təvəllüdlü Həsən Yusibov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
O, daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Məlumata görə, H.Yusibov hadisə vaxtı sərxoş olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rövşən Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin küçə və prospektlərində, eləcə də təhsil müəssisələrinin qarşısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri al...
Yanvar-fevral ayı ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında 27, sürücülük hüququ olmadan avtomobil idarə edən isə 58 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Həmçinin, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq barələrində inzibati protokollar tərtib edilib.
Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı da xüsusi cihaz vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər profilaktiki tədbirlər nəticəsində isə tütün məmulatlarından istifadə qaydalarını pozan, qapalı məkanlarda siqaret çəkən, qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını urnalardan kənara atan şəxslər müəyyən olunublar.
Son 2 ay ərzində bu istiqamətlərdə keçirilmiş tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 268 nəfər, qanunsuz küçə ticarəti ilə məşğul olan 46 və ətraf mühiti çirkləndirən 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri beş il və S.Nəsirov isə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.
M.Həsənovun barəsində seçilmiş polisin nəzarətinə altına verilmə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub.
Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Ali Məhkəmə isə işi yenidən aşağı instansiya məhkəməsinə göndərib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.
O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.
Həmin vaxt baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova iki il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı.
Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.
Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun barəsindəki hökmdən verilən ...
Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Allahverdiyev səkkiz il müddətinə azadlıqdan məhrum edilmişdi.
Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb.
Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb.
V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, R.Allahverdiyev isə apellyasiya şikayəti verib.
Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib, apellyasiya şikayətini qismən təmin edib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli R.Allahverdiyevə aid hissədə dəyişdirilib.
Ona 1 il 2 ay 6 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Keçmiş bələdiyyə sədrinin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub.
Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti, R.Allahverdiyev isə kassasiya şikayəti verib.
Ali Məhkəmənin qərarına əsasən isə aşağı instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Gəncə Apellyasiya Məhkəməsi isə apellyasiya şikayəti və apellyasiya protestini təmin etməyib.
Qərara görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 mart 2022-ci il tarixli hökmü R.Allahverdiyevə münasibətdə ona təyin edilmiş əsas cəzaya aid hissədə dəyişdirilib.
O, 6 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Sabiq bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında dərhal həbsə alınıb.
Hökmdən narazı qalan R.Allahverdiyev kassasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Hər üç şəxs 2021-ci ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən R.Allahverdiyevin Ş.Mehdiyev və V.Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tər...
İş üzrə toplanan sübutlar əsasında R.Allahverdiyev, Ş.Mehdiyev və V.Məmmədova 1 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar...
R.Allahverdiyev və Ş.Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, V.Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.
Bakı-Qazax yolunda avtomobil qəzası olub.
Oxu.Az xəbər verir ki, “Hyundai” markalı avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.
Hadisə səbəbindən sözügedən yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Həmin görüntüləri təqdim edirik:""Könül Cəfərli
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını hansı səbəbdən istefaya göndərməsinə aydınlıq gətirib.
V.Zelenski xarici KİV-ə müsahibəsində qeyd edib ki, general Valeri Zalujnının ordunun baş komandanı vəzifəsindən azad edilməsi hərbi komandanlıq strukturunun yenidən qurulması və orduda idarəetmədə dəyişiklikdir.
Ukrayna prezidenti qeyd edib ki, söhbət fəaliyyət istiqamətini dəyişməkdən getmir.
“Biz ancaq uzun müddətdir dəyişməmiş şeylərdən danışırıq.
Daha sürətli olmalı idik, bu o deməkdir ki, əlimizdə olan bütün bürokratiyanın üstündən keçməliyik.
Biz ağıllı, texnoloji cəhətdən inkişaf etmiş və sürətli olmalıyıq.
Zaman puldur, bizdə isə pul deyil, insanların həyatıdır”.
V.Zelenski V.Zalujnıya “Ukrayna Qəhrəmanı” adının verilməsi ilə bağlı da sual da cavab verib.
“O, millətimizi və ölkəmizi müdafiə edib.
Bütün bunlara görə ona çox minnətdaram və bu səbəbdən Zalujnıya “Ukrayna Qəhrəmanı” adını verdim”.
Ali Məhkəmədə qətl və quldurluqda təqsirləndirilən Xəyal və Tuqay Bayramovların barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum olunublar.
Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Qeyd edək ki, hadisə 2019-cu il noyabrın 23-də Bakının Nərimanov rayonu ərazisində baş verib.
Gəncə şəhər sakinləri 1986-cı il təvəllüdlü Tuqay Bayramov və 1991-ci il təvəllüdlü Xəyal Bayramov Naxçıvan şəhər sakini 1964-cü il təvəllüdlü Adəm Abdullayevi amansızlıqla qətlə yetiriblər.
Cinayət hadisəsini törətmək üçün qabaqcadan əlbir olan qardaşlar niyyətlərini həyata keçirmək üçün mətbəx bıçağı və dəmir parçası ilə silahlanıblar.
Ceyhun Hacıbəyli küçəsi, 9 ünvanının qarşısında əvvəl küt alətlə, sonra isə bıçaqla Adəm Abdullayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra cibindən mobil telefon, içərisində 1 000 manat pul və bank kartları olan pul qabını götürüblər.
A.Abdullayevi Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi 1 ünvanındakı boş əraziyə gətirərək, daha iki zərbə vuraraq ölməsinə tam əmin olduqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədi ilə neft məhsulunu meyitin üzərinə töküb yandırıblar.
Təqsirləndirilən Tuqay Abbasov ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl aralarında yaranan mübahisə zamanı Adəm onu təhqir edib.
O, qardaşı Xəyala “bir nəfər var, atamızı söyüb, onu cəzalandırmaq lazımdır” deyib və cinayət hadisəsini həyata keçiriblər.