Search is not available for this dataset
text
stringlengths
10
518k
Ancaq bu problem digər uyğun anticismlərlə birləşdirilərək aradan qaldırıla bilər.
Beləliklə, zülal dünyada istənilən ilanın zəhərini zərərsizləşdirəcək universal antidotun yaradlmasına yol açır.
Sabunçu rayonu, Ramana qəsəbəsi, Tural Əsgərli küçəsindəki sosial binaların sakinləri su problemindən şikayətçidirlər.
Onların sözlərinə görə, su xətlərində tez-tez nasazlıq yaranır və bu səbəbdən ətrafı su basır:""“Bura həmişə göl kimidir, keçmək mümkün olmur.
Xətdə problemlər olduğu üçün tez-tez susuz qalırıq.
Su kəsiləndə kombi işləmir, soyuqdan donuruq.
Su xətlərinin işıq kabellərinə yaxın olması da bizi narahat edir”.
Məsələ ilə bağlı “Azərsu”dan bildirilib ki, sosial evlər yanvar ayından qurumun xidmətinə verilib:""“Xətlərdə qəzanın baş verdiyi müşahidə olunub.
Qəza zamanı hadisə yerinə müdaxilə olunur, problemin qarşısı alınır.
Problemli su xəttinin təftiş olunması, gələcəkdə onun əsaslı təmiri planlaşdırılır”.
Rusiyanın ABŞ-dəki səfirliyi Prezident Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələr səsləndirməsi ilə əlaqədar ABŞ Dövlət Departamentinə etiraz notası göndərib.
Bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.
“Dövlət Departamenti işə başlayan kimi biz ABŞ rəhbərliyinin Rusiya prezidentinə qarşı təhqirlərinin hədsiz xarakteri və yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərdik”, - səfirin Rusiya diplomatik missiyasının “Telegram” kanalı vasitəsilə yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, ABŞ çətin ki, sadə üzrxahlıqla vəziyyəti həll etsin.
“Mövcud vəziyyəti sadə üzrxahlıqla həll etmək mümkün deyil.
Həm də ABŞ hakimiyyəti bunu etməyəcək”, - bəyanatda bildirilir.
Antonov ABŞ-də seçkilər yaxınlaşdıqca bu cür insidentlərin adi hala çevrildiyini vurğulayıb.
Alman, ingilis, fransız, rus və ərəb dillərini bilən 10-cu sinif şagirdi Çingiz Cingözov bu dillərdə sərbəst danışır həm də yazır.
Xezerxeber.az-ın məlumatına görə, Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil alan Çingiz hələ uşaq vaxtlarından xarici dillərə böyük maraq göstərib.
Avropa ölkələrinin birində təhsil almaq isə arzusudur.
Çingiz bildirib ki, bu dilləri öyrənmək üçün sadəcə istək və əzm kifayət edir.
Çingiz hələ yeddi-səkkiz yaşından ingilis dilində səlist danışmağa başlayıb.
Məktəbdə keçirilən tədbirlərdə və fənn olimpiadalarında daim fəal iştirak edib.
Müəllimlərin bildiridiyinə görə, Çingizin qeyri adi bacarığı hələ uşaq yaşlarından özünü biruzə verib.
Çingiz ümid edir ki, gələcəkdə dillərini öyrəndiyi ölkələrin hamısına səyahət edə biləcək.
“Qarabağ”-“Braqa” oyununa əlavə vaxtlar artırıldığı üçün metronun iş saatında dəyişiklik edilib.
Bu barədə “Bakı metropoliteni”nindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün şərait yaradılacaq.
Qeyd edək ki, daha öncə oyuna görə iş qrafiki saat 01:00-a kimi uzadılmışdı.
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Elnur Rafiq oğlu Abbasovu vurub.
Hadisə nəticəsində piyada baş nahiyəsindən xəsarət alıb, həmçinin ayağı qırılıb.
O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunnandan sonra danışıb.
Baş məşqçi qeyd edib ki, “Qarabağ”ın oyunçuları meydanda böyük bir xarakter göstəriblər:""“Oyundan öncə futbolçularımızla söhbət edərkən bildirdim ki, biz bu gün meydanda döyüşməliyik.
Bütün Azərbaycan xalqını təbrik edirəm”.
Xocavəndli şagird “Copernicus olympiad” Kopernik riyaziyyat olimpiadasının 1-ci mərhələsində yüksək nəticə qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Xocavənd Rayon Muğanlı kənd sakini Eyvaz Babək oğlu Hüseynli “Copernicus olympiad” Kopernik riyaziyyat olimpiadasında 1-ci mərhələdə 1635 iştirakçı arasında gümüş medala sahib olub.
Günəşdə ən yüksək X sinfinə aid iki partlayışdan sonra ABŞ-də mobil rabitənin işində 120 mindən çox nasazlıq qeydə alınıb.
Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ulduzda partlayış fevralın 21 və 22-də baş verib.
ABŞ-nin ən böyük mobil operatorları olan “AT&T”, “Verizon”, “T-Mobile” və digər mobil şəbəkələrin işində fasilələr olub.
NOAA mütəxəssisləri Günəşin tac kütlələrinin püskürməsi (CMEs) və günəş partlayışlarını müşayiət edən günəş radiasiyasının səbəb olduğu güclü maqnit qasırğalarının mümkünlüyü barədə xəbərdarlıq ediblər.
Avstraliya, İndoneziya, Hindistan və Şərqi Afrikada GPS və “Qlonass” peyk rabitə sistemlərində də fasilələr olub.
İki hadisənin əlaqəli olub-olmadığı hələ də aydın deyil, lakin ABŞ-də mobil rabitənin kəsilməsi ilə bağlı xəbərlər Günəşdəki partlayışlardan dərhal sonra yayılıb.
“Səhvlərimiz cütün taleyini həll etdi”.
Portuqaliyalı mütəxəssis ümumi hesabda 5:6 uduzaraq (ilk oyunda 2:4) mübarizəni dayandırmalarına münasibət bildirib:“İlk oyunda neqativ nəticə olmuşdu.
Mərhələ adlamaq üçün qalib gəlməli idik.
Qələbə qazansaq da, bu, mərhələ adlamağa yetərli olmadı.
90 dəqiqə ərzində tarazlıq yaratdıq, komanda yaxşı işlədi.
Belə səviyyəli yarışlarda bunları etməməlisən”.
ABŞ-nin Texas ştatından olan San Antonio zooparkının sakini – begemot Timoti yenidən ABŞ prezidentliyinə namizəd olacaq.
Sosial şəbəkələrdə Texas ictimaiyyətinin sevimli begemotu Timotinin ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi mərasimindən videolar yayılıb.
Qeyd olunur ki, məməli artıq 4 il əvvəl bu vəzifəyə namizədliyini irəli sürüb və hətta o zaman teledebata dəvət olunmamasından şikayətlənib.
Bununla belə, o, hələ də bir neçə min abunəçisi olan bloqunda 2020-ci ildə qalib gələn rəqibi Co Baydeni təbrik edib.
Ötən gün çoxsaylı pərəstişkarlarının və jurnalistlərin iştirakı ilə yenidən zooparkda onun namizədliyinin irəli sürülməsinə dair təntənəli mərasim keçirilib və burada onun təsvirləri olan köynəklər də satılıb.
Əldə olunan pul vəsaitinin Timotinin seçki kampaniyasına sırf olunacağı ehtimal olunur.
Hər halda o, yarışda gələcək rəqiblərindən xeyli gənc görünür.
Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır.
Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.
“Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, deyən baş nazir İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə “nəticələrin” olacağı barədə xəbərdarlıq edib.
O, həmçinin Ermənistanın Moskvanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” izah edib, eyni zamanda Ermənistanda Rusiyanın hərbi bazasının saxlanmasının gündəmdə olmadığını bildirib.
“Bu gün zəfər çalmaq daha ləzzətli oldu”.
52 yaşlı mütəxəssis ümumi hesabda 6:5 qalib gələrək (ilk oyunda 4:2) tarixlərində ilk dəfə avrokubokların 1/8 final mərhələsinə vəsiqə qazanmalarına münasibət bildirib:""“Futbolçularıma, möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm.
Bir azərbaycanlı kimi, birliyimizi görəndə çox sevinirəm.
Onların həmişə xoş gününü görmək istəyirəm.
Son vaxtlar güclü Azərbaycan xalqı var.
44 günlük müharibədən sonra Ali Baş Komandanımızın bir yumruq kimi möhkəm olmaq kimi çıxışları olurdu.
Müharibədən sonra daha möhkəm olmuşuq.
Bu sözlərdən həmişə istifadə edirəm, bu, mənə böyük motivasiya verir.
Bu gün meydançada xalqın layiqli komandası var idi.
Bizim etdiyimiz şəhidlərimizin, qazilərimizin etdiyinin 1 faizi deyil.
Amma bu gün sanki döyüş var idi meydanda.
Başda prezidentimiz olmaqla, qazilərimizi, müharibə veteranlarını təbrik edirəm.
Hər kəsin sevincini görürdüm və qürur duyurdum.
Prezident seçkilərindən bir gün sonra“Braqa”nı səfərdə məğlub etdik.
Bugünkü qələbəmiz isə təbriki tam etdi”.
O, son qolun müəllifi Nəriman Axundzadə barədə xoş fikirlər səsləndirib:“İnsan məsuliyyətlidirsə, onun böyümək şansı çoxdur.
Səfər oyunundan sonra Nəriman ağlayırdı.
Bütün futbolçular ona təsəlli verirdi.
Fikirli idi.Məşqlərdə üzərində çalışırdı, bazadan çıxmırdı.
Baş məşqçi Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına da toxunub:“Belə oyunlarda 3-5 dəqiqə ərzində iki sarı vərəqə vermək məncə, artıq ola bilər.
Birdən-birə komandanı ruhdan sala bilər.
Amma bunların hamısının bizə faydası var.
Futbolçu dözümlü, hər bir problemə hazır olmalıdır.
Amma dözümlülük, iradə mühümdür”.
İspaniyanın Valensiya şəhərində baş verən yanğında azı 10 nəfər ölüb.
Bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bundan əvvəl dörd nəfərin öldüyü, 15 nəfərin yaralandığı və 14 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Valensiyada çoxmərtəbəli binada yanğın fevralın 22-də axşam saatlarında başlayıb.
Yanğının səbəbi hələlik məlum deyil.
Mənbə:TASS"10:17"Valensiya şəhərində baş verən yanğın nəticəsində azı dörd nəfər həlak olub.
Bu barədə yerli Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin “X” səhifəsində məlumat verilib.
Bildirilir ki, binanın xüsusiyyətləri yanğını söndürməyə imkan vermir.
“Yanğınsöndürənlərin binaya daxil olmasının nə vaxt təhlükəsiz olacağı məlum deyil”, - deyə məlumatda vurğulanıb.