Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Belə ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.
19:34"Bakıda restoranda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hazırda hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Nazirliyin “112”-i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.
Həmin görüntüləri təqdim edirik:
Paytaxtın Suraxanı - Hövsan yolu istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan 212 nömrəli marşrut avtobusunda tüstülənmə olub.
Bizim.Media xəbər verir ki, bu səbəbdən avtobusdakı sərnişinlər düşürülüblər.
Hadisə şahidlərinin lentə aldığı görüntüləri təqdim edirik:
ABŞ-də yerləşən məscidlərdən birində toy mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Bildirilib ki, sözügedən məscidin sol tərəfində toy mərasimi keçirilib və burada bəylə gəlinin nikahı baş tutub.
Həmin görüntüləri təqdim edirik:
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, ABŞ lideri Co Bayden onu Rusiyanın marağında olan gələcək ABŞ prezidenti haqqında söylədiyi sözlərə görə təhqir edib.
Lakin Rusiya dövlətinin başçısı bu cür hücumları yalnız öz haqlılığının sübutu hesab edir.
“Bu yaxınlarda siz məndən ABŞ-nin gələcək prezidenti vəzifəsində kimə üstünlük verdiyimizi soruşdunuz.
Dedim ki, istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha yaxşıdır.
Onun dediklərinə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”, - Rusiya lideri jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən deyib.
Putin qeyd edib ki, Bayden ona deyə bilməzdi ki, “Volodya, afərin, sağ ol, mənə çox kömək etdin”.
“Biz daxili siyasi nöqteyi-nəzərdən orada baş verənləri başa düşürük və bu reaksiya tamamilə adekvatdır.
Bu o deməkdir ki, mən haqlı idim”, - Rusiya Prezidenti yekunlaşdırıb.
Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürət sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.
Bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub.
“Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunur.
Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı yayımlanmış xəbərlər həqiqəti əks etdirmir”, - deyə məlumatda qeyd olunub.
21:00"Bakı-Sumqayıt qatarında qəza baş verib.
“Unikal” xəbər verir ki, bu barədə sərnişinlər bildiriblər.
Xilasedicilər sərnişinləri vaqonlardan təxliyə edib.
Xəsarət alanların olmadığı bildirilib.
Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq.
Bu barədə Ermənistan mediasına yüksək vəzifəli mənbə məlumat verib.
Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.
Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu deyib.
Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir.
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib.
Qeyd edək ki, Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb.
Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı rejissor, Əməkdar incəsənət xadimi Ülviyyə Könül olub.
O, qadın rejissor olaraq film çəkərkən qarşılaşdığı maneələrdən danışıb.
Qeyd edib ki, qadınların uğurunun həzm edilməməsi onu ən çox narahat edən məqamlardan biridir.
“Həddən artıq uyğunluq” filminin bədii şurasında səkkiz-doqquz kişi var idi.Hamısı da məndən yaşca böyük, adlı-sanlı adamlar idi.Baxmayaraq ki, ssenari müəllifi özüm deyildim, çəkdiyim filmə görə təzyiqlə üzləşdim, qəribə reaksiyalarla qarşılaşdım.
Filmin baş qəhrəmanı uğura nail olan qadın obrazı idi.Çox hörmət etdiyim sənətkarlardan biri demişdi ki, bu obraz düzgün deyil.
Çünki Azərbaycanda qadın özü heç nəyə nail ola bilməz, onun ya adamı var, ya da başqa bir şey”, -deyə Ü.Könül söyləyib.
Braziliyanın “Fortaleza” klubunun avtobusuna hücumdan sonra 6 futbolçusu xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, insident Nordeste Kubokunda “Sport Resifi”-“Fortaleza” matçı başa çatdıqdan sonra baş verib (oyun 1:1 hesabı ilə başa çatıb).
Futbolçuları daşıyan avtobus “Arena Pernambuko” stadionundan çıxarkən ona daş və petardalar atıblar.
Altı oyunçu zədə alıb:qaş nahiyəsindən kəsiklər, baş-beyin travması, ağız və üz nahiyəsindən kəsiklər, şüşə qırıqlarından kəsilmiş yaralar.
Bütün zədəli futbolçular tez bir zamanda Recife xəstəxanasına çatdırılıb.
İki oyunçuya tikiş qoyulub, digər oyunçu isə başının KT müayinəsindən keçməli olub.
Yeni Suraxanı rayonu, 14 İyul küçəsindəki sakinlər yol problemindən əziyyət çəkirlər.
Belə ki, sözügedən ərazidə bütün məhəllələrə asfalt örtüyü döşənsə də, 4-cü məhəllə asfaltlanmayıb.
Sakinlər deyirlər ki, təxminən 500 metr məsafəni palçıqlı yolla getmək məcburiyyətində qalırlar.
Onların sözlərinə görə, yağışlı havalarda vəziyyət daha bərbad olur:""“Bütün küçələr, hətta yaşayış olmayan yerlər də asfaltlandı, amma bizim küçəmiz qaldı.
Dəfələrlə aidiyyəti qurumlara müraciət etdik, şikayətlərimizi bildirdik.
Amma bizim şikayətlərə baxılmadı”.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bütün asfaltsız küçələrin siyahısı aidiyyəti quruma təqdim olunub:“Hətta növbəti hazırlanan proqrama da salınıb.
Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) tərəfindən növbəti illərdə sözügedən ərazi asfaltlanacaq”.
Latviya Seymi (parlamenti) Baltikyanı ölkəyə istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub.
Bu barədə ölkənin qanunverici orqanı məlumat yayıb.
“Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı haqqında qanuna qəbul edilmiş dəyişikliklər Latviyaya istehlak üçün Rusiya və Belarusdan kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyur”, - Seymin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Dəyişikliklərə əsasən, məhsullar, Rusiya və Belarusda istehsal olunubsa, üçüncü ölkələrdən də idxal edilə bilməz.
Qadağa Latviya vasitəsilə Aİ-nin digər ölkələrinə gedən məhsullara deyil, Latviyada qalan məhsullara şamil edilir.
Seym hökumətə iki həftə ərzində qadağanın tətbiqi qaydalarını hazırlamağı tapşırıb.
Böyük Britaniya Rusiyaya ixracı qadağan edilən və Moskvanın Ukraynada hərbi əməliyyatlarda istifadə edə biləcəyi avadanlıq və texnologiyaların siyahısını genişləndirib.
Bununla bağlı siyahı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.
Qadağaya metal emalı mərkəzləri, tokar dəzgahları, o cümlədən proqram ilə idarə olunan tokar mərkəzləri, proqram ilə idarə olunan metal frezləmə dəzgahları, yuxarıda sadalanan avadanlıqların ehtiyat hissələri və detalları daxildir.
“Rusiya bu siyahıda olan məhsullara oxşar qadağan olunmuş məhsulları sanksiyaya məruz qalmayan ölkələr vasitəsilə almağa çalışır.
Müəssisələr bu riskləri nəzərə aldıqlarından əmin olmalıdır.
Müəssisələr bu məhsulların son təyinatının Rusiya olmadığından əmin olmaq üçün lazımi araşdırma aparmalıdırlar”, - Britaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” adlı analitik süjet hazırlanıb.
Oxu.Az xəbər verir ki, verilişdə rəsmi İrəvanın Qərbi Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Çəmbərək, Basarkeçər və Mehri rayonlarının qaytarmaq istəyində olduğu, bu fikirlərin, eləcə də son günlər Ermənistan hakimiyyətinin verdiyi qərarların erməni ictimai rəyində müzakirə yaratdığı bildirilir.
Qeyd olunub ki, Ermənistanda belə müzakirələrin başlanmasına səbəb hakimiyyətin bu bölgələrdə dövlət qurumlarını bağlamaq qərarından qaynaqlanır:“Məlumatlara görə, Basarkeçərdə, Çəmbərək və Mehridə pasport-viza şöbəsinin bağlanacağı, ümumiyyətlə, Azərbaycanla sərhəd bölgəsindən dövlət qurumları və digər xidmət idarələr...
Bu bölgələrdə yaşayan ermənilər bildirirlər ki, hakimiyyət iki səbəbə görə bu addımı ata bilər:ya bu ərazilər Azərbaycana təhvil veriləcək, ya da yeni müharibəyə hazırlıq gedir.
Əgər yeni müharibə olarsa, Azərbaycan bu əraziləri asanlıqla nəzarətə götürə bilər.
Hətta Paşinyanın bu əraziləri müharibə yolu ilə Azərbaycana qaytarmağa hazırlaşdığını düşünənlər də var”.
Diqqətə çatdırılıb ki, Basarkeçərdəki ermənilər buna görə etiraz akisiyası keçiriblər:“Baş nazir Nikol Paşinyan isə Basarkeçərdə keçirilən etiraz aksiyasını tənqid edib.
O, hökumətin Basarkeçərə milyardlarla vəsait xərclədiyini iddia edib və şikayətlənib ki, insanlar bu layihələrdən danışmaq əvəzinə, ərazilərin təhvil verilməsindən bəhs edirlər.
Erməni siyasətçiləri isə Paşinyanın bölgədə yeni müharibənin olacağı barədə xəbərdarlığını ərazilərin təhvil verilməsinə hesablandığını, Qərbi Azərbaycanın müəyyən ərazilərinin, xüsusilə sərhəd bölgəsinin Azərbaycana təhvil verilməsinə hazırlıq olduğunu düşünürlər”.
Sonda vurğulanıb ki, bu iddiaların erməni uydurmaları hesab etmək olar:“Ermənistan təxribat hücumlarını genişləndirəcəyi təqdirdə, Azərbaycanın cavab addımları ordumuzun tarixi torpaqlarımıza qədər irəliləməsini də şərtləndirə bilər.
Lakin hər şey Ermənistanın Azərbaycanın şərtlərinə uyğun sülh gündəliyinə sadiqliyindən asılı olacaq.
Sərhədin delimitasiyası və kommunikasiyanın açılması Bakının istəklərinə uyğun həyata keçirilməli, o cümlədən, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir.
Azərbaycanın haqlı tələbləri icra edilməsə, ordumuz bu dəfə kazarmaları Göyçə, Zəngəzur, Basarkeçər üçün tərk etməli olacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
ABŞ-nin Kaliforniya ştatındakı “Scripps Research” tibb institutunun mütəxəssisləri dünyanın ən təhlükəli ilanlarının, o cümlədən kral kobra və qara mambanın zəhərini zərərsizləşdirən preparat hazırlayıblar.
Tədqiqat “Science Translational Medicine” (STM) elmi jurnalında dərc olunub.
Antidot bir çox ilan növlərində olan əsas toksini bloklayan anticismə əsaslanır.
Sözügedən kəşf geniş spektrli zülallardan istifadə etməklə insanın immunçatışmazlığı virusu (İİV) ilə mübarizə üsullarını öyrənərkən edilib.
İİV kimi, ilan toksinləri də mutasiyalar vasitəsilə qorunma yarada bilməyən konservləşdirilmiş bölgələrə malikdirlər.
Alimlər qeyd ediblər ki, bu antidot gürzə zəhərinin qarşısını ala bilmir.