Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Qeyd edək ki, şəxsin avtomobilin ön şüşəsinə yerləşdirdiyi nömrə “Kurtlar Vadisi” serialında Polad Alemdar obrazına aid idi. |
Bir neçə aydır İrəvana sığınan Qarabağ separatçılarının rəhbərləri yenidən aktivləşiblər. |
Keçmiş qondarma rejimin “deputat”ları 1988-ci il hadisələrinin ildönümünü qeyd ediblər. |
Tədbirə qatılan şəxslərin səsləndirdikləri fikirlər baş nazir Nikol Paşinyan hökumətini yenidən hərəkətə keçirib. |
Məsələn, keçmiş separatçı qurumun “spikeri” Artur Tovmasyan yenidən fəaliyyət göstərəcəklərini açıqlayıb. |
Bundan əlavə, “fraksiya”ların nümayişkaranə şəkildə “Yerablur” hərbi panteonuna getməsi, Metakse Akopyanın, Vahram Balayanın sərsəm açıqlamalarından sonra Ermənistan iqtidarı tərəfindən atılan addımlar artıq N.Paşinyanın səbir kasasının dolduğunu göstərir. |
Hələ bir neçə ay əvvəl Ermənistan hökuməti bəyan etmişdi ki, ölkə ərazisində heç bir başqa dövlətin rəsmi qurumları, (söhbət separatçı rejimin qurumlarından gedir-müəl) fəaliyyət göstərə bilməz. |
Samvel Şahramanyan parlamentin 44 günlük müharibəni araşdıran komissiyaya dəvət edilərək sorğu-sual edildikdən sonra separatçıların səsi kəsilmişdi. |
Mesaj aydın idi, istənilən artıq-əksik səs uzunmüddətli həbslə cəzalandırılacaq. |
Amma son günlər Ermənistanda baş verən hadisələr, kilsənin açıq-aşkar baş nazirə qarşı fəaliyyətə keçməsi görünür keçmiş qondarma rejimin tör-töküntülərinin iştahasını artırıb. |
Bu sıraya eyni zamanda Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın bu yaxınlarda Qarabağ və Paşinyan hakimiyyəti ilə bağlı səsləndirdiyi fikirləri, müxalifətin vahid cəbhədə birləşmə səylərini də əlavə edə bilərik. |
Serjin də uzun fasilədən sonra yenidən aktivləşməsi Ermənistanda son dövrlər yaşanan xaosla əlaqədardır. |
Sərhədyanı ərazilərdə yerli sakinlərin narazılığı, ardı-arası kəsilməyən etirazlar, etiraz nümayişləri keçmiş siyasətçini də hərəkətə keçirib. |
Sarkisyan açıqlamaları ilə xalqa və elektorata mesaj ötürərək, hakimiyyəti dövründə belə halların yaşanmadığını qeyd etməklə yanaşı, 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən kütlələri ittiham etməkdən də çəkinməyib. |
Ümumiyyətlə, siyasi cəhətdən meyit sayılan bu şəxslərin zaman-zaman baş verən qarışıqlıqlarda boy göstərməsi, özünü xatırlatması artıq erməni siyasətinin ayrılmaz tendensiyasına çevrilib. |
Sadalananlar təbii ki, hakim komandanın da nəzərindən yayınmayıb və Şahramanyanı cəzalandırmaq üçün düyməyə basılıb. |
Çünki hakimiyyət anlayır ki, ölkədə narazılıq getdikcə artır. |
Daxili sosial və iqtisadi problemlərin həll edilməməsi hər gün narazı kütlənin daha da artmasına səbəb olur. |
Vanadzor və Lori mahallarında artıq yetişməkdə olan xalq üsyanlarından faydalananlar sırasında şübhəsiz ki, qarabağlı separatçılar da olacaq. |
Qarabağdan köçən ermənilərin bu mahallarda da sıx məskunlaşdığını nəzərə alsaq, etiraz dalğalarında barmağı olanlar sırasında Şahramanyan dəstəsinin də olduğunu anlamış olarıq. |
Eyni zamanda, istənilən etiraz və kütlə özbaşınalığı bu şəxslərin mənafeyinə xidmət edir və faydalanmaq üçün an gözləyirlər. |
Bununla yanaşı, Paşinyanın Samvelə qarşı cəza maşınının işə düşməsində başqa məqamlar da var. |
Hər zaman olduğu kimi, siyasi səbəblərlə yanaşı, iqtisadi maraqları da qeyd etmək yerinə düşər. |
Birincisi, Samvel vədini pozaraq, separatçı rejimin “parlamenti”ni yenidən aktivləşdirməyə cəhd edib. |
Bir sıra fraksiyaları yenidən “Yerablur”a səsləyən erməni “lider”in könlündən keçənləri baş nazir aparatında oturanlar da anlayır. |
Bu “birləşmə” ilə vahid gücə çevrilərək, müəyyən dairələrin diqqətini cəlb etmək, mümkün hakimiyyət dəyişikliyində siyasi elitada təmsil olunmaq təbii ki, Şahramanyanın arzusudur. |
Amma hakimiyyət orqanları da bu məsələdə duyuq düşərək, haqq-hesab çürütmək qərarına gəliblər. |
Elə bu səbəbdən də hakimiyyətə sadiq media mənsublarını Yerablurda S.Şahramanyana qarşı göndərərək, onun cangüdəni Aşot Danielyanı həbs ediblər. |
Mediaya sızan xəbərə görə, guya Aşot Danielyan jurnalistləri təhqir edib. |
Amma maraqlıdır ki, keçmiş idmançı narkotik vasitələrin istifadəsi və daşınması maddəsi ilə polis tərəfindən saxlanılıb. |
Bu, ilk növbədə Şahramanyana mesaj idi və növbəti hədəfin kim olduğunu açıq-aşkar bildirirdi. |
Təsadüfi deyil ki, 21 fevral tarixində Samvel Ermənistanın istintaq komitəsinə dəvət edilib. |
Məlum olub ki, keçmiş separatçı “lider” Qarabağdan yoxa çıxan külli miqdarda pul və dövlətə məxsus avtomobillərin mənimsənilməsi ilə bağlı açılan cinayət işi çərçivəsində dindiriləcək. |
Əslində bu, gözlənilən idi.Çünki artıq bir neçə gündür Ermənistanda Qarabağ avtomobilləri ilə bağlı qalmaqal yaranıb. |
Məlum olub ki, 2023-cü ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun başlatdığı antiterror əməliyyatından sonra Qarabağı könüllü şəkildə tərk edən ermənilər separatçı rejimə məxsus avtomobilləri özəlləşdirərək aradan çıxıblar. |
İndi isə Ermənistan hökuməti bu avtomobilləri vətəndaşlardan alaraq dövlət mülkiyyətinə keçirmək üçün hərəkətə keçib. |
Bu məsələdən narazı qalan qarabağlılar “lider”ləri ilə məsləhətləşdikdən sonra isə məhkəmələrə axışıblar. |
Ortaya isə maraqlı bir mənzərə çıxıb. |
Məlum olub ki, bir çox avtomobil Ermənistanın müdafiə nazirliyi tərəfindən müsadirə edilib. |
Eyni zamanda separatçı rejimə məxsus avtomobillər də erməni hökuməti tərəfindən yavaş-yavaş müsadirə edilir. |
Şahramanyan və komandası isə buna kəskin şəkildə etiraz edərək, Ermənistan hökumətinin belə bir hüququ olmadığını, avtomobillərin fərdlərə bağışlanıldığını bildirib. |
Bu isə təbii ki, hakim komandanın xoşuna gəlməyib və Samveli ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. |
Yuxarıda da qeyd edildiyi kimi, S.Şahramanyan artıq İstintaq Komitəsinə dəvət edilib. |
Çox güman ki, bu dəfə o, separatçı dövlətin bankından yoxa çıxan külli miqdarda pul və bir neçə milyon dollar vəsaitin hesabatını verməli olacaq. |
Əgər son dövrlər Paşinyan cəza maşınında korrupsiya və rüşvət maddəsi ilə müəyyən şəxsləri həbsə göndərmək “dəbi”ni nəzərə alsaq, çox güman ki, separatçı lideri də eyni aqibət gözləyir. |
Bununla da baş nazir gələcəkdə ciddi başağrıya çevrilə biləcək bir siyasi fiqurdan canını qurtarmış olacaq. |
Balakənin Gərəkli kəndində ev yanıb. |
Yanğın kənd sakini Pədima Əlisoltanovaya məxsus ümumi sahəsi 132 kvadratmetr olan dörd otaqdan ibarət fərdi yaşayış evində olub. |
Zərərçəkən Nizami Əlisultanovun sözlərinə görə, yanğın evdə yas mərasimi keçirilən zaman baş verib:""“Camaat içəridə oturmuşdu. |
Birdən dedilər ki, damın üstündən tüstü çıxır. |
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. |
Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə Polşa sərhədində onun blokadası və polşalı fermerlərin etirazları ilə bağlı Volodimir Zelenski ilə görüşməkdən imtina edib. |
Bu barədə barədə yerli KİV baş nazirə istinadən məlumat yayıb. |
“Bizim münasibətlərimizdə simvolizmə ehtiyacımız yoxdur. |
Çoxdan bəyan etmişik ki, Polşa öz bazarını, o cümlədən kənd təsərrüfatı istehsalçılarını qorumalıdır. |
Biz Ukrayna ilə ticarətin liberallaşdırılması təhlükəsi barədə xəbərdarlıq etmişik”, –Tusk bildirib. |
Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 22-də Saatlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. |
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nazir əvvəlcə Saatlı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. |
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Sabirabad, Beyləqan, İmişli, Saatlı, Füzuli və Xocavənd şəhər və rayonlarından qəbula gələn 215 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. |
Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb. |
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. |
35 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 154 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. |
Son günlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa”, “Sədərək” və “Şahtaxtı” dövlət sərhəd-buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb. |
Bu səbəbdən daşıyıcı şirkətlər daşımalarını Naxçıvan üzərindən həyata keçirməyə üstünlük verirlər. |
Sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisindən nəqliyyat vasitələrinin intensiv və sürətli keçidinin təmin olunması üçün gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. |
Yaranmış vəziyyətlə bağlı daşıyıcı şirkətlərdən və sürücülərdən anlayışlı olmağı və təmkinli davranmağı xahiş edirik”. |
Qeyd edək ki, hazırda gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. |
Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb. |
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. |
Amil Səfərovla eyni partiyadan olan deputatlardan birinin fəaliyyətinə xitam verildiyi üçün həmyerlimiz partiya siyahısından seçilərək onu əvəzləyir. |
Hər iki valideyni azərbaycanlı olan, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb. |
Amil Səlimov, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq koordinatorudur. |
Qeyd edək ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib. |
“Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq”. |
Ermənistan mətbuatında yayılan məlumata görə, bunu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib. |
O, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib və əlavə edib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir:""“Bu yaxınlarda Münhendə Ermənistan və Azərbaycan liderləri aras... |
Lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda əldə edilmiş razılaşmalara keçməliyik”, - deyə o vurğulayıb. |
V.Kostanyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır. |
ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. |
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib. |
Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək. |
O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək. |
Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 22-də Azərbaycana yeni səfir təyin edib. |
Bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb. |
Məlumata görə, Yuri Veniaminoviç Qusev Ukraynanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. |
Qeyd edək ki, Qusev müxtəlif dövlət orqanlarında, o cümlədən Ukrayna Müdafiə Nazirliyində işləyib, Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri olub. |
O, 2020-ci ilin dekabrında “Ukroboronprom”un direktoru olub. |
2023-cü ilin iyun ayında Zelenski “Ukroboronprom” Dövlət Konserninin baş direktoru Yuri Qusevi vəzifəsindən azad edib. |
Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğında xəsarət alan olmayıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib. |
Bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə tikilmiş artırma hissəsinin yanar konstruksiyaları və bitişik, fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə ... |
Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin iki ədəd pəncərə çərçivəsi deformasiya edib. |
Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub. |
Yanğın zamanı xəsarət alan olmayıb. |
20:18"Bakıda İzmir küçəsindəki kafedə baş verən yanğın söndürülüb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub. |
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. |
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. |
19:50"Bakıda restoranlardan birində yanğın başlayıb, avtomobillərin hərəkəti dayanıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.